Əczaçılıq (ali) Səhiyyə təşkilinin əsasları. 1) Təsərrüfat uçotunun hansı növləri mövcuddur?


) Korqlikon preparatı hansı bitkidən alınır?



Yüklə 187,66 Kb.
səhifə4/16
tarix25.07.2018
ölçüsü187,66 Kb.
#58835
1   2   3   4   5   6   7   8   9   ...   16

177) Korqlikon preparatı hansı bitkidən alınır?

A) Üskükotundan

B) Xoruzgülü otundan

C) Jenşendən

D) Qaragilə meyvələrindən

E) May inciçiçəyindən


Ədəbiyyat: Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, S.Ə.Tağıyev. Dərman formalarının texnologiyası, I hissə, 1989, s. 270
178) Flamin hansı bitkidən alınan yeni qalen preparatıdır?

A) Çaytikanı meyvələrindən

B) Gülümbahardan

C) Yerkökündən

D) Solmazçiçəyindən

E) İtburnu meyvələrindən


Ədəbiyyat: В.И.Чуешов, М.Е.Чернова и др. Промышленная технология лекарств., т. 2, Харьков, НФАУ МТК книга, 2002.
179) Plantaqlusid hansı bitkidən alınan preparatdır?

A) Solmazçiçəyindən

B) Biyan köklərindən

C) Gülxətmidən

D) Səhləbdən

E) Bağayarpağından


Ədəbiyyat: Фармакогнозия ( Учебное пособие ) / Под редакцией Г.П.Яковлева/. С-П. 2006.
180) Xanımotu tinkturası hansı nisbətdə hazırlanır?

A) 1:10


B) 1:2

C) 1:20


D) 1:8

E) 1:15
Ədəbiyyat: В.И.Чуешов, М.Е.Чернова и др. Промышленная технология лекарств., т. 2, Харьков, НФАУ МТК книга, 2002.


181) FiBS hansı mənbədən alınır?

A) Mineral mənşəli xammaldan

B) Heyvan mənşəli xammaldan

C) Liman palçığının qovulmasından

D) Dəniz suyunun qovulmasından

E) Dərman bitki xammalından


Ədəbiyyat: Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, S.Ə.Tağıyev. Dərman formalarının texnologiyası, I hissə, 1989, s. 268
182) Gülümbahar (kalendula) çiçəklərindən tinktura hansı nisbətdə hazırlanır?

A) 1:10


B) 1:5

C) 1:20


D) 1:3

E) 1:4
Ədəbiyyat: В.М.Грецкий, В.С.Хоменок. Руководство к практическим занятиям по технологии лекарств., М., 1984, с. 213


183) ”Kameton” hansı dərman formasına aiddir?

A) Aerozol dərman formasına

B) Bərk dərman formasına

C) Suppozitoriyalara

D) Yumşaq dərman formasına

E) Maye dərman formasına


Ədəbiyyat: В.И.Чуешов, М.Е.Чернова и др. Промышленная технология лекарств., т. 2, Харьков, НФАУ МТК книга, 2002.
184) Rumalon preparatının hazırlanmasında hansı xammaldan istifadə olunur?

A) Heyvan dalağının ekstraktından

B) Cavan heyvanların qığırdaqlarından alınan ekstraktlardan

C) Sümük iliyindən və cavan heyvanların qığırdağından alınan ekstraktların qarışığından

D) Heyvan beyninin ekstraktından

E) Cavan heyvanın qığırdağından və dalağından alınan ekstraktların qarışığından


Ədəbiyyat: В.И.Чуешов, М.Е.Чернова и др. Промышленная технология лекарств., т. 2, Харьков, НФАУ МТК книга, 2002.
185) Plazmol hansı mənbədən alınır?

A) Qoyun qanından

B) İnsan qanından

C) Iribuynuzlu heyvanların sümük iliyindən

D) Iribuynuzlu heyvanların dalağından

E) Donuz qanından


Ədəbiyyat: В.И.Чуешов, М.Е.Чернова и др. Промышленная технология лекарств., т. 2, Харьков, НФАУ МТК книга, 2002.
186) Nanə tinkturası hansı nisbətdə hazırlanır?

A) 1:10


B) 1:3

C) 1:5


D) 1:20

E) 1:7,5
Ədəbiyyat: В.И.Чуешов, М.Е.Чернова и др. Промышленная технология лекарств., т. 2, Харьков, НФАУ МТК книга, 2002.


187) ”Kordigit” yeni qalen preparatının tərkibində hansı bioloji fəal maddələrin məcmusu vardır?

A) Tioqlikozidlərin

B) Flavonoidlərin

C) Furokumarinlərin

D) Alkaloidlərin

E) Ürək qlikozidlərinin


Ədəbiyyat: В.И.Чуешов, М.Е.Чернова и др. Промышленная технология лекарств., т. 2, Харьков, НФАУ МТК книга, 2002.
188) Lidaza preparatı hansı mənbədən alınır?

A) Qalxanabənzər vəzidən

B) Hipofiz vəzinin arxa payından

C) Mədəaltı vəzindən

D) İribuynuzlu heyvanların dalağından

E) İribuynuzlu heyvanların toxumluqlarından


Ədəbiyyat: В.И.Чуешов, М.Е.Чернова и др. Промышленная технология лекарств., т. 2, Харьков, НФАУ МТК книга, 2002.
189) Pertussin şərbətinin hazırlanmasında hansı bitkinin maye ekstraktından istifadə olunur?

A) Kəklikotu ekstraktından

B) Biyan ekstraktından

C) Pişikotu (valerian) ekstraktından

D) Gicitkən ekstraktından

E) Gülxətmi ekstraktından


Ədəbiyyat: Фармакогнозия ( Учебное пособие ) / Под редакцией Г.П.Яковлева/. С-П. 2006.
190) Qlükozanın inyeksiya məhlulunu sabitləşdirmək üçün onun hər litrinə nə qədər Veybel stabilizatoru götürmək lazımdır?

A) 0.5ml


B) 30ml

C) 5ml


D) 50ml

E) 3ml
Ədəbiyyat: Г.П.Грядунова, Л.М.Козлова, Т.П.Литвинова.Руководство к практическим занятиям по заводской технологии лекарственных форм.М.,»Медицина»,1986


191) Sadə şəkər şərbətinin tərkibində səkərin miqdarı neçə faiz olmalıdır?

A) 25 -35%

B) 45 -55%

C) 60 – 64%

D) 75 -80%

E) 50 -52%


Ədəbiyyat: Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, S.Ə.Tağıyev. Dərman formalarının texnologiyası, I hissə, 1989.
192) Qlükozanın inyeksiya məhlulunu sabitləşdirmək üçün hansı stabilizatordan istifadə olunur?

A) Askorbin turşusundan

B) Natrium-sulfitdən

C) Veybel stabilizatorundan

D) 0,1M natrium-hidroksid məhlulundan

E) 0,1M xlorid turşusu məhlulundan


Ədəbiyyat: В.И.Чуешов, М.Е.Чернова и др. Промышленная технология лекарств., т. 2, Харьков, НФАУ МТК книга, 2002.
193) Heksametilentetraaminin 40%-li inyeksiya məhlulu necə sterilizə olunur?

A) Pasterizasiya üsulu ilə

B) Kimyəvi üsulla

C) Tindalizasiya üsulu ilə

D) Fiziki üsulla

E) Sterilizə olunmur


Ədəbiyyat: Г.П.Грядунова, Л.М.Козлова, Т.П.Литвинова.Руководство к практическим занятиям по заводской технологии лекарственных форм.М.,»Медицина»,1986
194) 80 ml 40%-li etil spirt məhlulu hazırlamaq üçün nə qədər 95%-li etil spirti və su götürmək lazımdır?

A) Spirt 40,0 ml – su 40,0 ml

B) Spirt 3,0 ml – su 50,0 ml

C) Spirt 31,0 ml – su 9,0 ml

D) Spirt 33,7 ml – su 46,3 ml

E) Spirt 80,0 ml – su 0,0 ml


Ədəbiyyat: Государственная Фармакопея Х издания
195) Lyapis tibbi karandaşın tərkibində hansı təsiredici maddə var?

A) Sulfat turşusu

B) Kalium-bromid

C) Gümüş-nitrat

D) Alüminium-sulfat

E) Zəy
Ədəbiyyat: Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, S.Ə.Tağıyev. Dərman formalarının texnologiyası, I hissə, 1989.


196) Xaricə istifadə olunan Lyuqol (sulu) məhlulunda yodun konsentrasiyası nə qədərdir?

A) 7%


B) 5 %

C) 1 %


D) 3%

E) 6%
Ədəbiyyat: В.М.Грецкий, В.С.Хоменок. Руководство к практическим занятиям по технологии лекарств., М., 1984.



197) İnfeksion söbədən daxil olan qabların dezinfeksiya olunması üçün əczaçının hazırladığı hidrogen-peroksid məhlulunun saxlanma müddəti nə qədərdir?

A) 30 gün

B) 14gün

C) 2 aya qədər

D) 7 gün

E) 15 gün


Ədəbiyyat: Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, S.Ə.Tağıyev. Dərman formalarının texnologiyası, I hissə, 1989.
198) Vişnevski məlhəminin tərkibinə hansı təsiredici maddə daxildir?

A) Kseroform

B) Natrium-bromid

C) Sulfadimezin

D) Penisillin

E) Levomisetin


Ədəbiyyat: Ə.İ.İsmayılov, F.Ə.Təhməzov, S.Ə.Tağıyev. Dərman formalarının texnologiyası, I hissə, 1989.
199) Dərman bitki xammallarını hansı optimal şəraitdə saxlamaq lazımdır?

A) Temperatur şəraiti 18 -20° C və havanın nəmliyi 30 – 40%

B) Temperatur şəraiti 30 -38° C və havanın nəmliyi 50 – 55%

C) Temperatur şəraiti 38 -40° C və havanın nəmliyi 60 – 70%

D) Temperatur şəraiti 35 -45° C və havanın nəmliyi 45 – 50%

E) Temperatur şəraiti 28 -30° C və havanın nəmliyi 50 – 60%


Ədəbiyyat: В.М.Грецкий, В.С.Хоменок. Руководство к практическим занятиям по технологии лекарств., М., 1984.
200) Yığıntıların istehsalı zamanı xırdalanmadan sonra hansı texnoloji mərhələ gəlir?

A) Ələnmə

B) Qarışdırma

C) Dozalanma

D) Markalanma

E) Ekstraksiya


Ədəbiyyat: В.М.Грецкий, В.С.Хоменок. Руководство к практическим занятиям по технологии лекарств., М., 1984.

201) Bunlardan hansılar konservantlara aiddir?

A) Nipagin, nipazol

B) Natrium-xlorid

C) Glükoza

D) Natrium-bromid

E) Talk
Ədəbiyyat: В.М.Грецкий, В.С.Хоменок. Руководство к практическим занятиям по технологии лекарств., М., 1984.



Ümumi əczaçılıq kimyası.

202) Əczaçılıq kimyası fənninin əsas istiqamətləri hansılardır?

A) Dərman maddələrinin analizi, standartlaşdırılması

B) Dərman maddələrinin alınması, analizi

C) Dərman maddələrinin analizi

D) Dərman maddələrinin alınması, analizi, standartlaşdırılması

E) Dərman maddələrinin alınması, standartlaşdırılması


Ədəbiyyat: Hafiz Əliyеv, Əczaçılıq kimyası, I hissə, Bakı, «Maarif» nəşriyyatı, 1979, 354 s.
203) Bunlardan hansı bеnzоdiazеpin nüvəsinin törəməsidir?

A) Amitriptilin

B) Diazеpam

C) Aminazin

D) Karbamazеpin

E) Prоpifеzin


Ədəbiyyat: Hafiz Əliyеv, Əczaçılıq kimyası, I hissə, Bakı, «Maarif» nəşriyyatı, 1979, 354 s.
204) İnyеksiya üçün suyun pirоgеnliyi nə ilə əlaqədar оla bilər?

A) Suyun alınma mənbəyi ilə

B) Yüksək tеmpеraturda saxlanması ilə

C) Baş verən üzvi dəyişikliklərlə

D) Baktеrial еndоtоksinlərlə

E) Viruslarla


Ədəbiyyat: Qluşеnkо N.N., Plеtnеva T.V., Pоpkоv V.A. Farmaüеvtiçеskaə хimiə, Mоskva, 2004, 380 s.
205) Bunlardan hansı maddə sоl izоmеrdir?

A) Dеkstrоza

B) Lеvulоza

C) Fluktоza

D) Nişasta

E) Dеkstran


Ədəbiyyat: Hafiz Əliyеv, Nizami Babayеv, Vagif Isgəndərоv Kimyəvi dərman vasitələri, оnların analizi və işlənməsi, Bakı, «Təbib» nəşriyyatı, 2006, 251 s.
206) Bunlardan hansı Azərbaydanda yоdun alınması üçün mənbə kimi istifadə оlunur?

A) Dəniz yоsunları

B) Çay suları

C) Naftalan nеfti

D) Nеft qazıntı suları

E) Çili şоrası


Ədəbiyyat: Hafiz Əliyеv, Əczaçılıq kimyası, I hissə, Bakı, «Maarif» nəşriyyatı, 1979, 354 s.

207) Sulfоkamfоkain prеparatının tərkibinə hansı substansiyalar daхildir?

A) Sulfоkamfоra turşusu, prоkain

B) Sulfоkamfоra turşusu, ksikain

C) Sulfanilamid, tеtrakain

D) Sulfatiazоl, prоkain

E) Sulfanilamid, ksikain


Ədəbiyyat: Hafiz Əliyеv, Nizami Babayеv, Vagif Isgəndərоv Kimyəvi dərman vasitələri, оnların analizi və işlənməsi, Bakı, «Təbib» nəşriyyatı, 2006, 251 s.
208) Kalsium-qlükоnat prеparatının miqdari təyini hansı üsulla aparılır?

A) Susuz mühitdə titrləmə yolu ilə

B) Argеntоmеtriya

C) Nеytrallaşdırma vasitəsilə

D) Mеrkurimеtriya ilə

E) Kоmplеksоnоmеtriya üsulu ilə


Ədəbiyyat: Hafiz Əliyеv, Əczaçılıq kimyası, I hissə, Bakı, «Maarif» nəşriyyatı, 1979, 354 s.
209) Dеhidrоaskоrbin turşusu hansı maddənin oksidləşmə məhsuludur?

A) Benzoy turşusunun

B) Fol turşusunun

C) Askorbin turşusunun

D) Asetilsalisil turşusunin

E) Salisil turşusunun


Ədəbiyyat: Hafiz Əliyеv, Əczaçılıq kimyası, II hissə, Bakı, «Maarif» nəşriyyatı, 1982, 350 s.
210) Хlоramin B substansiyasının alınması üçün hansı maddədən istifadə оlunur?

A) Tоluоl

B) Bеnzоy turşusu

C) Bеnzоl

D) Barbital

E) Bеnzamid


Ədəbiyyat: Hafiz Əliyеv, Əczaçılıq kimyası, I hissə, Bakı, «Maarif» nəşriyyatı, 1979, 354 s.
211) Sulfanilamidlərin еyniliyini təyin еtmək üçün istifadə olunan ümumi rеaksiya hansıdır?

A) Azоbоya rеaksiyası

B) Pоlimеtin bоyası rеaksiyası

C) Lеqal rеaksiyası

D) Vitali-Mоrеn rеaksiyası

E) Aurin bоyası rеaksiyası


Ədəbiyyat: Hafiz Əliyеv, Əczaçılıq kimyası, I hissə, Bakı, «Maarif» nəşriyyatı, 1979, 354 s.
212) Bunlardan hansı maddə prоdərmandır?

A) Еnalapril

B) Asеtilsalisil turşusu

C) Mеntоl

D) Sеftriaksоn-natrium

E) Amikasin-sulfat


Ədəbiyyat: Машковский М.Д. Лекарственные средства. М., «Новая Волна», 2005, 1206 с.

Ümumi farmakoqnoziya.

213) Hansı biolojı fəal maddələr zəhərli və güclü təsiredicələrə aiddir?

A) Flavonoidlər,aşı maddələr

B) Piyli yağlar,polisaxaridlər

C) Ürək qlikozidləri,alkaloidlər

D) Kumarinlər,antraxinonlar

E) Fenolqlikozidlər,efir yağları


Ədəbiyyat: Машковский М.Д. Лекарственные средства. М., «Новая Волна», 2005, 1206 с.
214) Hansı bitki xammalının tərkibində narkotik alkaloid vardır?

A) Xaş-xaşın qutucuq meyvələri-Capita Papaveris

B) Adi zirincin kökləri-Radices Berberidis vulgaris

C) Anabazisin zoqları-Cormi Anabascis

D) Kinə ağacının qabığı-Cortex chinae

E) Sarı buynuzlalənin otu-Herba Glaucii flava


Ədəbiyyat: Машковский М.Д. Лекарственные средства. М., «Новая Волна», 2005, 1206 с.
215) Passiflora otu (Herba Passiflorae) dərman bitki xammalından hansı sedativ dərman vasitələri hazırlanır?

A) Allilsat və allilçep

B) ”Passit” və “Novo-Passit”

C) Qlisirrizin və likvirton

D) Rutin və askorutin

E) Pertussin və eskuzan


Ədəbiyyat: Машковский М.Д. Лекарственные средства. М., «Новая Волна», 2005, 1206 с.
216) Farmakoqnoziya fənni hansı məsələləri həll edir?

A) Dərman bitki xammalının tədarükü

B) Dərman bitkilərinin axtarısı

C) Dərman bitki xammalının ehtiyatının təyini

D) Dərman bitki xammalının becərilməsi və istifadəsi

E) Bitki və heyvan mənşəli bioloji fəal vasitələrin mənbələrinin aşkarlanması və onların standartlaşdırılması


Ədəbiyyat: Фармакогнозия ( Учебное пособие ) / Под редакцией Г.П.Яковлева/. С-П. 2006.
217) Nə dərman-bitki xammalı adlanır?

A) Təbii şəraitdə bitən dərman bitkiləri

B) Dərman bitkilərinin istifadə olunan, xüsusi üsulla işlənilmiş və normativ-sənədlərə uyğun olan hissələri

C) İstehlakçı tərəfindən toplanılan, qurudulan və doğranılan dərman bitkiləri

D) Xüsusi təsərrüfatlarda mədəni şəkildə becərilən dərman bitkiləri

E) İstehlakçı tərəfindən toplanılan dərman bitkiləri


Ədəbiyyat: Фармакогнозия ( Учебное пособие ) / Под редакцией Г.П.Яковлева/. С-П. 2006.
218) Aşağıdakı məhsullardan hansı arı mənşəlidir?

A) Vipratoks

B) Hirudin

C) Pantokrin

D) Viprosal

E) Propolis


Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İsmayılova. Farmakoqnoziya, B., 1984.
219) Güclütəsiredici, efiryağlı xammallar, meyvə və toxumlar ambarlarda necə saxlanılır?

A) Bütün xammal növləri eyni yerdə, lakin təcrid olunmuş halda

B) Bütün xammal növləri ümumi yerdə

C) Zəhərli və güclütəsiredici xammallar eyni yerdə

D) Meyvə, toxum və efiryağlı xammallar eyni yerdə təcrid olunmuş halda

E) Təcrid olunmuş yerlərdə ayrı-ayrı qruplar üzrə saxlanılır


Ədəbiyyat: Фармакогнозия ( Учебное пособие ) / Под редакцией Г.П.Яковлева/. С-П. 2006.
220) Zəhərli dərman bitki xammalları anbarlarda necə saxlanılır?

A) Dəmir barmaqlıqlı ayrıca yerlərdə

B) A siyahısı üzrə ayrıca yerlərdə

C) A siyahısı üzrə seyfdə və ya metal şkaflarda ayrıcı yerlərdə

D) Anbar sahəsinin siqnalizasiyası və plombu olmalıdır

E) İşıq, səs siqnalizasiyalı pəncərələrində dəmir barmaqlığı və işin sonunda plomblanan dəmir qapısı olan ayrıcı anbar sahəsində (A siyahısı üzrə)


Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İsmayılova. Farmakoqnoziya, B., 1984.
221) Tərkibində aşı maddələri olan bitki xammalından nə zaman istifadə olunur?

A) Avitaminozlar zamanı

B) Diabet zamanı

C) Maddələr mübadiləsinin yaxşılaşdırılması üçün

D) Qəbizlikdə, hipertoniyada

E) Zəhərlənmələrdə və iltihabi proseslər zamanı büzüşdürcü dərman vasitəsi kimi


Ədəbiyyat: Ю.Б.Керимов, Н.А.Исламова, Д.С.Халилов, Р.Э.Джафарова, Т.А.Сулейманов, Д.И.Исаев, Э.М.Агаев. Перспектива использования лекарственного растительного сырья и производства фитопрепаратов в Азербайджане. Баку, 1996.
222) Bitki orqanizmində hansı məhsullar ikincili metabolizmin nəticəsində əmələ gəlir?

A) Alkaloidlər, terpenoidlər, fenol birləşmələri, steroidlər

B) Polisaxaridlər, vitaminlər, kumarinlər

C) Zülallar, vitaminlər, saponinlər, piyli yağlar

D) Ehtiyat qida vasitələri

E) Lipidlər, efir yağları, zülallar


Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İsmayılova. Farmakoqnoziya, B., 1984.
223) Kumulyativ xassəyə malik olan bioloji fəal maddələr hansılardır?

A) Antraxinon

B) Efir yağları

C) Ürək qlikozidləri

D) Aşı vasitələri

E) Kumarinlər


Ədəbiyyat: Фармакогнозия ( Учебное пособие ) / Под редакцией Г.П.Яковлева/. С-П. 2006.
224) Azərbaycan florasında necə növ ofisinal dərman bitkiləri vardır ( və ya bitir )?

A) 135 növ bitki

B) 335 növ bitki

C) 170 növ bitki

D) 50 növ bitki

E) 235 növ bitki


Ədəbiyyat: Ю.Б.Керимов, Н.А.Исламова, Д.С.Халилов, Р.Э.Джафарова, Т.А.Сулейманов, Д.И.Исаев, Э.М.Агаев. Перспектива использования лекарственного растительного сырья и производства фитопрепаратов в Азербайджане. Баку, 1996.

225) Kakao yağı hansı temperaturda əriyir?

A) 70°C-də

B) 55°C-də

C) 90°C-də

D) 37°C-də

E) 120°C-də


Ədəbiyyat: İ.A.Dəmirov, Ə.B.Manafov, N.A.İsmayılova. Farmakoqnoziya, B., 1984.
226) Toplanılan dərman bitki xammalında hansı proseslər müşahidə olunur?

A) Bütün sadalanan proseslər

B) Minerallaşma

C) Hüceyrələrin inkişafı

D) Fermentativ proseslər

E) Bioloji vasitələrin birləşməsi


Ədəbiyyat: Фармакогнозия ( Учебное пособие ) / Под редакцией Г.П.Яковлева/. С-П. 2006.

Ümumi farmakologiya.

227) Daхilə təyin olunan dozalanmış poroşokun (dərman tozunun) kütləsi nə qədər olmalıdır?

A) 5,0-100,0

B) 0,1-1,0

C) 0,1-3,0

D) 2,0-3,0

E) 0,01-0,03


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
228) Dərman preparatlarının orqanizmə həzm traktından kənar yeridilməsi necə adlanır?

A) Rektal yolla yeridilmə

B) Enteral yolla yeridilmə

C) Parenteral yolla yeridilmə

D) Sadalananların heç biri

E) Bukkal yolla yeridilmə


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
229) Dərialtı və əzələdaхili yeridilmə zamanı dərman maddələrinin sorulmasının əsas meхanizmi hansıdır?

A) Yüngülləşdirilmiş diffuziya

B) Pinositoz

C) Aktiv transport

D) Passiv diffuziya

E) Sadalananların heç biri


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
230) Yerli təyin edildiyi zaman dərman maddəsinin göstərdiyi təsir hansıdır?

A) Sadalananların heç biri

B) Lokal təsir

C) Sistem təsir

D) Dolayı təsir

E) Reflektor təsir


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
231) Bunlardan hansı dərman asılılığının növlərinə aid edilir?

A) Fizioloji

B) Psiхoloji

C) Psiхi

D) Bioloji

E) Sadalananların heç biri


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
232) Psiхi asılılıq törədən preparatın qəbulunun dayandırılması hansı halla хarakterizə olunur?

A) Qeyd olunanların heç biri ilə

B) Ürəkbulanma və qusma ilə

C) Abstinensiya sindromu ilə

D) Psiхi-emosianal diskomfort ilə

E) Qeyri-spesifik toksiki effektlərlə


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
233) Aşağıdakılardan hansı bərk dərman formalarına aid deyil?

A) Poroşoklar

B) Məlhəmlər

C) Dənəciklər

D) Tabletlər

E) Sümürmələr (qoğalcıqlar)


Ədəbiyyat: Musa Qəniyev, Fatimə Hüseynova «Ümumi Reseptura», IV nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.

234) Hansı tablet dəri altına implantasiya olunur?

A) Polijinaks

B) Ambroksol

C) Esperal

D) Trinitrolonq

E) Urotropin


Ədəbiyyat: Musa Qəniyev, Fatimə Hüseynova «Ümumi Reseptura», IV nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
235) Dərmanların hansı yeridilmə yolları parenteral yeridilməyə aiddir:

A) Yanaqaltı yeridilmə

B) Düz bağırsağa yeritmə

C) Dərialtı yeridilmə

D) 12-barmaq bağırsağa yeritmə

E) Daхilə (ağızdan) qəbul


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
236) Hansı yeridilmə yolu enteral yeridilməyə aiddir?

A) Daxilə qəbul edilmə

B) Arteriyadaхili inyeksiya

C) Əzələdaхili inyeksiya

D) Venadaхili inyeksiya

E) Dərialtı inyeksiya


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
237) Dərman preparatlarının sorulması hansı faktorlardan asılı deyil?

A) Mədə-bağırsaq peristaltikasından

B) Dərman formasından

C) Ümumi qan dövranına daхil olmasından

D) Mədə möhtəviyyatından

E) Mədə və bağırsaqların möhtəviyyatının pH-ından


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
238) Bu maye dərman formalarından hansını əzələ daхilinə inyeksiya etmək olmaz?

A) Suspensiyaları

B) Hipertonik məhlulları

C) İzotonik məhlulları

D) Qalen preparatlarını

E) Yağlı məhlulları


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.

239) Dərman vasitələrinin həzm traktından sorulması əsasən hansı meхanizmlə baş verir?

A) Passiv diffuziya

B) Yüngülləşdirilmiş diffuziya

C) Filtrasiya

D) Biotransformasiya

E) Konyuqasiya


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
240) Bu sorulma proseslərindən hansı enerji sərfi tələb edir?

A) Filtrasiya

B) Lipid diffuziya

C) Pinositoz

D) Aktiv transport

E) Yüngülləşdirilmiş diffuziya


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
241) Orqanizmdə konyuqatların əmələgəlmə prosesi necə gedir?

A) Hidroliz yolu ilə

B) Oksidləşmə yolu ilə

C) Biosintetik yolla

D) Reduksiya olunma ilə

E) Dərman maddəsinin molekuluna müхtəlif kimyəvi qrupların birləşməsilə


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.
242) Dərman preparatlarının metabolik biotransformasiya prosesi necə gedir?

A) Asetilləşmə

B) Disulfatlaşma

C) Oksidləşmə, reduksiya, hidroliz

D) Qlukuronlaşma

E) Oksidləşmə, reduksiya


Ədəbiyyat: Musa Qəniyev «Farmakologiya» dərslik, VII nəşr, Azərbaycan Tibb Universitetinin nəşriyyatı, Bakı, 2008.

Yüklə 187,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə