ITECA
Azərbaycanda payız
sərgi mövsümü
Bazarda yeni fəaliyyət sahələrini fəth etmək vaxtıdır!
2015-ci ilin sonuna kimi beynəlxalq
sərgi və konfransların təşkilatçıları -
“Iteca Caspian” və “Сaspian Event Оrga-
nisers” (“CEO”) şirkətləri 11 beynəlxalq
sərgi keçirəcəklər. Bu mövsümün bütün
sərgiləri öz məzmunlarına görə Azər-
baycan iqtisadiyyatının qeyri-neft sek-
torunu əks etdirəcək. Payız sərgi təqvi-
minə Azərbaycan beynəlxalq “Səhiyyə”
(“BIHE”), “Stomatologiya” (“Stomatology
Azerbaijan”), “Gözəllik və Estetik tibb”
(“Beauty Azerbaijan”), “Təhsil” (“Edu-
cation”), “Karyera” (“Career”), “İnşaat”
(“BakuBuild”), “İstilik, havalandırma və
kondisiyalaşdırma sistemləri” (“AquaT-
herm Baku”), “Mühafizə, Təhlükəsizlik
və Xilasetmə vasitələri” (“CIPS Caspian”),
“Ətraf mühit” (“CTE”) və “Telekommu-
nikasiya və informasiya texnologiyaları”
(“BakuTel”) sərgiləri daxildir. Keçirildik-
ləri illər ərzində sərgilər Xəzər regionun-
da lider mövqeyi qazanmış və ixtisas-
laşdıqları sahələr üzrə mütəxəssislərin
ənənəvi görüş yerinə çevrilmişdir. 15
oktyabr tarixində “Fairmont Baku” ho-
telində təşkil olunacaq “Davamlı inkişaf
və korporativ sosial məsuliyyət üzrə 1-ci
Azərbaycan konfransı” (“Baku CSR Con-
ference 2015”) ölkə üçün yeni mövzuya
toxunacaq. Bu konfrans davamlı inkişaf
və korporativ sosial məsuliyyət üzrə
yerli və xarici metodların mənimsənil-
məsinə imkan yaradan unikal məkan-
dır. Debüt konfransın məqsədi ölkənin
hazırkı vəziyyətinin kompleks şəkildə
qiymətləndirilməsi, eləcə də sözügedən
sahənin inkişaf etdirilməsi üçün dövlət,
özəl və qeyri-hökumət təşkilatları ara-
sında dialoq və əməkdaşlıq əlaqələrinin
genişləndirilməsindən ibarətdir. “Caspi-
an Event Organisers” (“CEO”) şirkətinin
təşəbbüsü və təşkilatçılığı ilə keçirilən
bu konfrans artıq biznes ictimaiyyətinin
böyük marağına səbəb olmuşdur. Debüt
konfransın 300 nəfərdən artıq nümayən-
60
say 24 |
EcoVision
ITECA
dəni və təxminən 30 nəfər spikeri bir
araya toplayacağı gözlənilir. “Baku CSR
Conference” konfransının baş sponso-
ru SOCAR, gümüş sponsoru isə “Access
Bank”dır. “EY” şirkəti konfransın konsal-
tinq-tərəfdaşı qismində çıxış edir.
Payız mövsümündə ilk növbədə “Ite-
ca Caspian” şirkətinin təşkil etdiyi 21-ci
Azərbaycan Beynəlxalq “Səhiyyə” (“BIHE
- 2015”), 10-cu Yubiley Azərbaycan Bey-
nəlxalq “Stomatologiya” (“Stomatology
Azerbaijan - 2015”) və 9-cu Azərbaycan
Beynəlxalq “Gözəllik və Estetik tibb” (“Be-
auty Azerbaijan - 2015”) sərgiləri öz qapı-
larını ziyarətçilərin üzünə açacaq. Bu sər-
gilər 18-20 oktyabr tarixində Bakı Ekspo
Mərkəzində keçiriləcək. “BIHE” sərgisi
artıq 20 ildən çoxdur ki, səhiyyə mütəxəs-
sislərinin ənənəvi görüş yerinə, eləcə də
tibbi məhsul və xidmət bazarında əldə
edilmiş nailiyyətlərin nümayiş olunduğu
məkana çevrilmişdir. Sərgi iştirakçılarının
siyahısında artıq 15 ölkəni təmsil edən
100-dən çox şirkət yer alır. Bu il sərgidə
Çexiya Respublikası öz milli stendi ilə çıxış
edəcək. Sərgidə ilk dəfə olaraq Rusiyanın
əczaçılıq şirkətləri Rusiya Federasiyası
Sənaye və Ticarət Nazirliyinin dəstəyi ilə
birgə stendlə çıxış edəcəklər. Beləliklə, bu
il “BIHE” iştirakçılarının təxminən 60%-ni
xarici şirkətlər təşkil edəcək. Sərgidə xari-
ci istehsalçılarla yanaşı, dünyanın aparıcı
istehsalçılarının tərəfdaşı olan tibbi ava-
danlıqların nəhəng yerli distribütorları da
iştirak edəcək. Yerli distribütorlar arasın-
da “ARASH Medical”, “Besan”, “Vitta”, “Lab-
servis” və digər şirkətlər yer alır.
Sərgi tibbi turizm sektorunu fəal şə-
kildə inkişaf etdirir və bu il sözügedən
sektor çərçivəsində xaricdə müalicənin
təşkili ilə məşğul olan 30-dan artıq klini-
ka və şirkətin iştirakı planlaşdırılır. Bun-
ların arasında Gürcüstan, İsrail, Latviya və
Türkiyənin klinika, sanatoriya və müalicə
mərkəzləri var. İlk dəfə olaraq Türkiyənin
tibbi turizmlə məşğul olan şirkətləri sər-
gidə birgə milli stendlə çıxış edəcək. Sər-
gidə həmçinin xarici klinika, sanatoriya və
istirahət evləri ilə yanaşı, insanları müali-
cə üçün xaricə göndərən turizm şirkətləri
də iştirak edəcək. Bu il tibbi turizm sek-
toru Türkiyə Turizm Agentlikləri Assosi-
asiyası (TURSAB) tərəfindən dəstəklənir.
Bu il sərgi öz geniş işgüzar proqramı
ilə fərqlənəcək, belə ki, sentyabr ayının
18-də Bakı Ekspo Mərkəzində “Aktual
kardiologiya problemləri” mövzusuna
həsr olunmuş konfrans keçiriləcək. Kon-
fransın sponsoru Sloveniyanın “KRKA”
əczaçılıq şirkətidir. Sentyabr ayının 19-
da isə Bakı Ekspo Mərkəzində “Mamalıq,
ginekologiya və neonatologiya sahəsində
müasir diaqnostika və müalicə metodları”
mövzusunda 9-cu elmi-praktiki konfrans
təşkil olunacaq. Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi və “Ginekologiya və Pe-
rinatologiyanın İnkişafına Dəstək” İctimai
Birliyinin dəstəyi ilə keçirilən bu kon-
fransda mütəxəssislər ən yaxşı təcrübələ-
rini öz həmkarları ilə bölüşə biləcəklər.
Həmçinin builki yeniliklərdən biri də tibbi
turizm sektoru çərçivəsində “B2B” for-
matlı korporativ görüşlərin təşkili olacaq.
“Stomatology Azerbaijan 2015” sərgi-
sində ən son stomatoloji avadanlıqlar və
birdəfəlik istifadə üçün nəzərdə tutulmuş
materiallar, implantologiya və dişlərin
ağardılması üzrə ən yeni texnologiyalar
və ağız boşluğunun gigiyenası üçün va-
sitələr təqdim olunacaq. “Beauty Azerba-
ijan 2015” sərgisində Azərbaycan, Alma-
niya, Kanada, Çin, Rusiya, Türkiyə və digər
ölkələri təmsil edən şirkətlərin iştirakı
planlaşdırılır. Ənənəvi olaraq, sərginin
bütün ziyarətçilərini yeni şirkətlər, yeni
sahələrlə görüş, peşəkarlar və salonlar
üçün maraqlı təkliflər gözləyir. Sözüge-
dən sahə üzrə yeni məhsulları təkcə xarici
şirkətlər deyil, eləcə də Azərbaycan üçün
yeni olan kosmetoloji və ətriyyat məmu-
latlarını təqdim etmək məqsədilə sərgi-
dən platforma kimi istifadə edən yerli
distribütorlar da təqdim edəcək.
Hər 3 sərginin eyni platformada ke-
çirilməsi təsadüfi deyil. Sərgilərin vahid
informasiya və sərgi mühiti kimi unikal
formatı praktiki tibb sahəsi üçün nəzərdə
tutulmuş innovasiyalı məhsulların təşviq
etdirilməsi istiqamətində (keyfiyyət baxı-
61
say 24 |
EcoVision