ÇƏHRAYI
Çəhrayı rəngin sakitləşdirici təsiri var-
dır. Araşdırmalar göstərir ki, bu rəng insan-
ları sakitləşdirir və qəlbləri yumşaldır. Bir
həbsxanada qapı və pəncərə barmaqlıqları
çəhrayı rəngə boyandığına görə məhbusla-
rın aqressiv davranışlarının azaldığı müşa-
hidə edilmişdir. Çəhrayı rəngli bir otaqda
insanın əsəbiləşməsi qeyri-mümkündür.
Çəhrayının insanlar üzərində enerjini
çəkən sakitləşdirici rolu var.
Muhterem Öz
Zivella ofis mebelləri-
mağaza və satış müdiri
Rənglərin
insan həyatında rolu
MAVİ
İş görüşmələrinə gedərkən mavi rəngli
geyimlərdən istifadə etməklə qərarlılığınızı
və bağlılığınızı ifadə etmiş olarsınız. İnsan-
lar mavi rənglə yazılmış yazıları daha çox
yadda saxladıqları üçün, iş otaqlarınızda
mavi rəngə üstünlük verməyiniz məsləhət-
dir. İşləyərkən yadda qalması zəruri olan
qeydlərin altından qalın mavi qələmlə xətt
çəkmək oxuduqlarınızın ağlınızda qalması-
nı asanlaşdırar. Açıq mavi tünd mavinin ək-
sinə olaraq daha rahatladıcı rəngdir. Ayrıca,
mavi rəng təbii iştahkəsicidir. Çəki proble-
mi olanların evlərini mavi rəngə boyama-
ları onların zəifləmələrinə səbəb ola bilər.
Buna görə də çəki problemi olanlar xüsusilə
yemək otaqlarını və mətbəxi mavi rəngə bo-
yamalıdırlar. Həmçinin müştərilərinin daha
çox yeməsini istəyən restoran idarəçiləri
mavi rəngdən istifadə etməməlidirlər. Mavi
və açıq mavi rənglərlə boyanmış mühitlər
hər zaman performansı artırır.
QIRMIZI
Bu rəngin tez qərar qəbulunda böyük
təsiredici rolu vardır. Qırmızı rəngdə olan
sözlər və aksesuarlar diqqəti daha tez
cəlb edir. Dekorasiya və dizaynda qırmızı
cisimlərin mükəmməl olması çox vacibdir.
Bundan əlavə, qırmızı rəng qan dövranını
və tənəffüsü sürətləndirir. Qırmızı həm də
hakimiyyət rəmzi olan rəngdir.
SARI
Söhbət sarı rəngdən gedirsə, seçilən
tonlar çox vacibdir. Sarı rəngin az miqdar-
da istifadəsi səmimi mühit yaradır. Parlaq
limon sarısı gözü ən çox yoran rəngdir. Eyni
zamanda sarı rəng metabolizmi sürətlən-
dirir. İştahaçıcı rəng olduğundan mətbəx
və restoranlarda istifadə edilə bilər. Ayrıca,
sarı vərəqli qeyd dəftəri və kompüter ek-
ranında sarı rəngli arxa fon beyni və göz-
ləri yorduğu üçün məsləhət görülmür. Bu
rəngə üstünlük verənlər sərbəstliyi sevən
və dəyişikliklərdən zövq alan insanlardır.
YAŞIL
Yaşıl gözlər üçün ən rahat və görmə
qabiliyyətini artıran rəngdir. Bu rəngə
xəstəxanalarda daha çox rast gəlinir. Sə-
bəbi isə yaşıl rəngin sinir sisteminə sa-
kitləşdirici təsir buraxması və xəstələri
rahatlatmasıdır.
AĞ VƏ QARA
Bu rənglər hər zaman ciddiyyətə diqqət
çəkir. Qara – dizaynlarda ana rəng olaraq
çox istifadə olunmur. Konsentrasiya üçün ən
uyğun rəng olmasına baxmayaraq, iş mühi-
tində geniş istifadə olunması məsləhət de-
yil. Geyimlərdə bu rəngə daha çox üstünlük
verilir. Ağ rəng saflığı, təmizliyi ifadə edir.
Buna görə tibb işçiləri steril olmaq üçün hər
zaman ağ geyimdə olurlar. Ağ rəng işığı əks
etdirir və mühiti sərin saxlayır. Ümumi ola-
raq isə mühitə sərinlik və canlılıq hissi verir.
Məkanları olduğundan böyük, lakin soyuq
göstərir və ətrafda boşluq duyğusu yaradır.
Ağ fonda olan sahələrə rəngli mebellərlə
canlılıq gətirə bilərsiniz.
BƏNÖVŞƏYİ
Bu rəngdən istifadə etməklə siz otağa
zənginlik, rifah və dərin bir məna qatmış
olarsınız. Bənövşəyi zadəganlıq rəngi
kimi tanınır. Dəbdəbəli həyatın, zənginlik
və zərifliyin işarəsidir. Bəzi insanlar bə-
növşəyi rəngdən, dəbdəbənin göstərişi
olduğundan, dekorasiyada istifadə etmə-
yi sevirlər. Bənövşəyi rəng yaradıcılığın
və sənətin rəngidir.
QƏHVƏYİ
Qəhvəyi torpaq və taxta rəngidir. Bu
rəng təbii, rahat və açıq bir atmosfer yara-
dır. Qəhvəyi rəng insanlarda güc və güvən
hissi yaradır.
məsləhət
54
say 24 |
EcoVision
maraqlı
10 fərq
Orta təbəqə ilə zəngin insanlar arasındakı
1. Orta təbəqə rahatlığı, zənginlər
narahatlığı seçir
DÜNYADAKI ƏN ZƏNGİN 85 ŞƏXSİN SƏRVƏTİNİN DÜNYA ƏHALİSİNİN YARISININ,
YƏNİ YOXSUL İNSANLARIN ÜMUMİ SƏRVƏTİNƏ BƏRABƏR OLDUĞUNU BİLİRDİNİZMİ?
SON MƏLUMATLARA GÖRƏ, ORTA TƏBƏQƏYƏ AİD İNSANLARIN SAYINDA AZALMA
MÜŞAHİDƏ OLUNUR. ƏGƏR SİZ NƏ YOXSUL, NƏ DƏ ZƏNGİN DEYİLSİNİZSƏ, O ZAMAN
QƏRAR VERMƏLİSİNİZ: GƏLƏCƏKDƏ ZƏNGİN, YOXSA YOXSUL OLMAQ İSTƏYİRSİNİZ?
ZƏNGİN OLMAQ İSTƏYİRSİNİZSƏ, ZƏNGİNLƏR KİMİ DÜŞÜNMƏYƏ BAŞLAMALISINIZ.
BELƏLİKLƏ, ORTA TƏBƏQƏ VƏ ZƏNGİN İNSANLAR ARASINDAKI 10 FƏRQƏ DİQQƏT
YETİRƏK:
Təhlükəsiz işdə çalışmaq, o cümlədən
başqası üçün çalışmaq rahatdır. Orta tə-
bəqə rahatlığın xoşbəxtlik gətirdiyini dü-
şünür, zənginlər isə narahat vəziyyətlərdə
qeyri-adi şeylər olacağını bilirlər. Öz işini
qurmaq riskdir və risklər gərginlik, nara-
hatlıq yaradır, ancaq kiçik risklər qazan-
dırır və böyük nəticələrə gətirib çıxarır.
Əgər zəngin olmaq istəyirsinizsə, “rahat-
lıq bölgəsi”ndən çıxın. Zəngin olmaq üçün
bir az da narahat olmağınız gərəkdir.
“İnvestisiya qoyarkən rahat olanlar nadir
hallarda qazanırlar”.
Robert Arnott
56
say 24 |
EcoVision