Ədalət Muradov: “Fəaliyyətimizi əmək bazarının tələblərinə uyğun qurmağa çalışırıq” Fərid Əhmədov



Yüklə 11,79 Mb.
Pdf görüntüsü
səhifə22/27
tarix08.07.2018
ölçüsü11,79 Mb.
#54197
1   ...   19   20   21   22   23   24   25   26   27

ÇƏHRAYI

Çəhrayı  rəngin  sakitləşdirici  təsiri  var-

dır. Araşdırmalar göstərir ki, bu rəng insan-

ları sakitləşdirir və qəlbləri yumşaldır. Bir 

həbsxanada qapı və pəncərə barmaqlıqları 

çəhrayı rəngə boyandığına görə məhbusla-

rın aqressiv davranışlarının azaldığı müşa-

hidə edilmişdir. Çəhrayı rəngli bir otaqda 

insanın  əsəbiləşməsi  qeyri-mümkündür. 

Çəhrayının  insanlar  üzərində  enerjini 

çəkən sakitləşdirici rolu var.

Muhterem Öz

Zivella ofis mebelləri- 

mağaza və satış müdiri

Rənglərin

insan həyatında rolu

MAVİ

İş görüşmələrinə gedərkən mavi rəngli 

geyimlərdən istifadə etməklə qərarlılığınızı 

və bağlılığınızı ifadə etmiş olarsınız. İnsan-

lar  mavi  rənglə  yazılmış  yazıları  daha  çox 

yadda  saxladıqları  üçün,  iş  otaqlarınızda 

mavi rəngə üstünlük verməyiniz məsləhət-

dir.  İşləyərkən  yadda  qalması  zəruri  olan 

qeydlərin altından qalın mavi qələmlə xətt 

çəkmək oxuduqlarınızın ağlınızda qalması-

nı asanlaşdırar. Açıq mavi tünd mavinin ək-

sinə olaraq daha rahatladıcı rəngdir. Ayrıca, 

mavi rəng təbii iştahkəsicidir. Çəki proble-

mi  olanların  evlərini  mavi  rəngə  boyama-

ları  onların  zəifləmələrinə  səbəb  ola  bilər. 

Buna görə də çəki problemi olanlar xüsusilə 

yemək otaqlarını və mətbəxi mavi rəngə bo-

yamalıdırlar. Həmçinin müştərilərinin daha 

çox  yeməsini  istəyən  restoran  idarəçiləri 

mavi rəngdən istifadə etməməlidirlər. Mavi 

və açıq mavi rənglərlə boyanmış mühitlər 

hər zaman performansı artırır.



QIRMIZI

Bu rəngin tez qərar qəbulunda böyük 

təsiredici rolu vardır. Qırmızı rəngdə olan 

sözlər  və  aksesuarlar  diqqəti  daha  tez 

cəlb edir. Dekorasiya və dizaynda qırmızı 

cisimlərin mükəmməl olması çox vacibdir. 

Bundan əlavə, qırmızı rəng qan dövranını 

və tənəffüsü sürətləndirir. Qırmızı həm də 

hakimiyyət rəmzi olan rəngdir.

SARI

Söhbət  sarı  rəngdən  gedirsə,  seçilən 

tonlar çox vacibdir. Sarı rəngin az miqdar-

da istifadəsi səmimi mühit yaradır. Parlaq 

limon sarısı gözü ən çox yoran rəngdir. Eyni 

zamanda sarı rəng metabolizmi sürətlən-

dirir.  İştahaçıcı  rəng  olduğundan  mətbəx 

və restoranlarda istifadə edilə bilər. Ayrıca, 

sarı vərəqli qeyd dəftəri və kompüter ek-

ranında sarı rəngli arxa fon beyni və göz-

ləri yorduğu üçün məsləhət görülmür. Bu 

rəngə üstünlük verənlər sərbəstliyi sevən 

və dəyişikliklərdən zövq alan insanlardır.

YAŞIL

Yaşıl  gözlər  üçün  ən  rahat  və  görmə 

qabiliyyətini  artıran  rəngdir.  Bu  rəngə 

xəstəxanalarda  daha  çox  rast  gəlinir.  Sə-

bəbi  isə  yaşıl  rəngin  sinir  sisteminə  sa-

kitləşdirici  təsir  buraxması  və  xəstələri 

rahatlatmasıdır.

AĞ VƏ QARA

Bu rənglər hər zaman ciddiyyətə diqqət 

çəkir.  Qara  –  dizaynlarda  ana  rəng  olaraq 

çox istifadə olunmur. Konsentrasiya üçün ən 

uyğun rəng olmasına baxmayaraq, iş mühi-

tində geniş istifadə olunması məsləhət de-

yil. Geyimlərdə bu rəngə daha çox üstünlük 

verilir.  Ağ  rəng  saflığı,  təmizliyi  ifadə  edir. 

Buna görə tibb işçiləri steril olmaq üçün hər 

zaman ağ geyimdə olurlar. Ağ rəng işığı əks 

etdirir və mühiti sərin saxlayır. Ümumi ola-

raq isə mühitə sərinlik və canlılıq hissi verir. 

Məkanları olduğundan böyük, lakin soyuq 

göstərir və ətrafda boşluq duyğusu yaradır. 

Ağ  fonda  olan  sahələrə  rəngli  mebellərlə 

canlılıq gətirə bilərsiniz.



BƏNÖVŞƏYİ

Bu rəngdən istifadə etməklə siz otağa 

zənginlik, rifah və dərin bir məna qatmış 

olarsınız.  Bənövşəyi  zadəganlıq  rəngi 

kimi tanınır. Dəbdəbəli həyatın, zənginlik 

və zərifliyin işarəsidir. Bəzi insanlar bə-

növşəyi  rəngdən,  dəbdəbənin  göstərişi 

olduğundan, dekorasiyada istifadə etmə-

yi  sevirlər.  Bənövşəyi  rəng  yaradıcılığın 

və sənətin rəngidir.



QƏHVƏYİ

Qəhvəyi  torpaq  və  taxta  rəngidir.  Bu 

rəng təbii, rahat və açıq bir atmosfer yara-

dır. Qəhvəyi rəng insanlarda güc və güvən 

hissi yaradır.

məsləhət


54

say 24 | 



EcoVision



maraqlı

10 fərq


Orta təbəqə ilə zəngin insanlar arasındakı 

1. Orta təbəqə rahatlığı, zənginlər 

narahatlığı seçir  

DÜNYADAKI ƏN ZƏNGİN 85 ŞƏXSİN SƏRVƏTİNİN DÜNYA ƏHALİSİNİN YARISININ, 

YƏNİ YOXSUL İNSANLARIN ÜMUMİ SƏRVƏTİNƏ BƏRABƏR OLDUĞUNU BİLİRDİNİZMİ?

SON MƏLUMATLARA GÖRƏ, ORTA TƏBƏQƏYƏ AİD İNSANLARIN SAYINDA AZALMA 

MÜŞAHİDƏ OLUNUR. ƏGƏR SİZ NƏ YOXSUL, NƏ DƏ ZƏNGİN DEYİLSİNİZSƏ, O ZAMAN 

QƏRAR VERMƏLİSİNİZ: GƏLƏCƏKDƏ ZƏNGİN, YOXSA YOXSUL OLMAQ İSTƏYİRSİNİZ? 

ZƏNGİN OLMAQ İSTƏYİRSİNİZSƏ, ZƏNGİNLƏR KİMİ DÜŞÜNMƏYƏ BAŞLAMALISINIZ. 

BELƏLİKLƏ, ORTA TƏBƏQƏ VƏ ZƏNGİN İNSANLAR ARASINDAKI 10 FƏRQƏ DİQQƏT 

YETİRƏK:

Təhlükəsiz işdə çalışmaq, o cümlədən 

başqası  üçün  çalışmaq  rahatdır.  Orta  tə-

bəqə rahatlığın xoşbəxtlik gətirdiyini dü-

şünür, zənginlər isə narahat vəziyyətlərdə 

qeyri-adi şeylər olacağını bilirlər. Öz işini 

qurmaq riskdir və risklər gərginlik, nara-

hatlıq yaradır, ancaq kiçik risklər qazan-

dırır  və  böyük  nəticələrə  gətirib  çıxarır. 

Əgər zəngin olmaq istəyirsinizsə, “rahat-

lıq bölgəsi”ndən çıxın. Zəngin olmaq üçün 

bir az da narahat olmağınız gərəkdir. 



 “İnvestisiya qoyarkən rahat olanlar nadir 

hallarda qazanırlar”.  

Robert Arnott

56

say 24 | 



EcoVision


Yüklə 11,79 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə