Ədalət Muradov: “Fəaliyyətimizi əmək bazarının tələblərinə uyğun qurmağa çalışırıq” Fərid Əhmədov



Yüklə 11,79 Mb.
Pdf görüntüsü
səhifə23/27
tarix08.07.2018
ölçüsü11,79 Mb.
#54197
1   ...   19   20   21   22   23   24   25   26   27

maraqlı 

2. Orta təbəqə qazandığından çox, 

zənginlər qazandığından az xərcləyir

3. Orta təbəqə şirkət nərdivanlarını çıxır, 

zənginlərin öz nərdivanları var

4. Orta təbəqə hər kəslə dostdur, zənginlər 

isə dostlarını məntiqlə seçirlər

Adətən, zənginlər bahalı əşyalara üs-

tünlük vermir, pullarını passivlərə xərc-

ləmirlər. Onlar vəsaitlərini aktivlərə ya-

tırır və qazandıqlarından az xərcləyirlər. 

Unutmayın, bir milyon dollar qazanır və 

ildə  bir  milyon  dollar  xərcləyirsinizsə, 

deməli, pulsuzsunuz. 

Orta təbəqə başqası üçün çalışmağa me-

yillidir. İşləri, karyeraları var. Zənginlər isə 

öz  işlərinin  sahibi  olmağa  çalışırlar.  Orta 

təbəqə kimi şirkət nərdivanlarını çıxmırlar, 

çünki  öz  nərdivanları  var.  Zənginlər  daha 

çox gəlir əldə etmək üçün daha çox insanın 

onlar üçün çalışmalı olduğunu bilirlər. 

Zənginlər  bilirlər  ki,  ətraflarında  müvəf-

fəqiyyət qazanmış insanlar olarsa, bu, onlara da 

təsir edəcək. Eyni zamanda ətraflarında işdə əli 

gətirməyənlərin olmasının da uğursuzluqlarına 

səbəb olacağını başa düşürlər. Gəliriniz ən yaxın 

üç yoldaşınızın gəlirinin ortalamasıdır. Daha çox 

pul  qazanmaq  istəyirsinizsə,  sizdən  daha  çox 

pul qazananlarla yaxınlıq etməlisiniz. 

“Dünyanın ən zəngin insanları şəbəkələr axta-

rar və qurarlar; geri qalan hər kəs iş axtarır”.

Robert Kiyosaki

Hər  zaman  sizdən  daha  üstün  insanlarla 

vaxt keçirməyə çalışın. 

Zamanla siz də onlara bənzəməyə başlaya-

caqsınız”.

Warren Buffett

5. Orta təbəqə qazanmaq üçün, zənginlər 

öyrənmək üçün çalışırlar

Başqası  daha  çox  pul  təklif  etdikdə 

orta  təbəqə  asanlıqla  işini  dəyişdirir. 

Zənginlər  çalışmağın  pulla  bağlı  olma-

dığını  bilirlər.  Varlanmaq  istəyirsinizsə, 

bacarıqlarınızı və vərdişlərinizi dəyişdir-

məlisiniz. Misal üçün, satış işində çalışır-

sınızsa,  satışla  bağlı  incəlikləri,  bankda 

çalışırsınızsa,  maliyyə  işi  ilə  əlaqədar 

bütün  detalları  öyrənməlisiniz.  Zəngin 

olmaq istəyənlər varlanmağa kömək edə-

cək  bacarıqlara  yiyələnməlidirlər.  Unut-

mayın ki, varlıların çoxu yüksək maaşlar 

almaqla zəngin olmayıb. 

57

say 24 | 



EcoVision


maraqlı

6. Orta təbəqənin 

nələri, zənginlərinsə 

pulu var


7. Orta təbəqə qənaətə, zənginlər 

qazanca köklənir

8. Orta təbəqə pul mövzusunda 

romantik, zənginlər isə məntiqlidir

9. Orta təbəqə 

potensialının kiçik 

olduğu, zənginlər 

isə böyük hədəflər 

haqda düşünürlər

10. Orta təbəqə çox 

işləməyə, zənginlər 

ling qüvvəsinə inanır

Dəbdəbəli  maşınlara  və  böyük  evlərin 

sahiblərinə  diqqət  yetirin.  Orta  təbəqənin 

əksəriyyəti  bunlar  üçün  pul  xərcləyir.  On-

ların  yaşadıqları  yerlərdə  olsanız,  bahalı 

avtomobillər və evlər görərsiniz. Zənginlər 

isə  varlanmaq  üçün  pullarının  istədikləri 

şeylərdən daha çox olmasının vacibliyini bi-

lirlər. Nə isə almağa davam etsəniz, pulunuz 

tükənər.  Dünyadakı  bir  çox  zəngin  onillər 

boyunca eyni evdə yaşamaqda davam edir 

və yeni evə ehtiyac duymur. Nələrdənsə im-

tina edin, diqqətinizi qazandığınız pulu yığ-

mağa və investisiya etməyə yönəldin. 

Qənaət əhəmiyyətlidir. İnvestisiya et-

mək  isə  daha  da  əhəmiyyətlidir,  ancaq 

ikisi bir yerdə qazanc gətirir. Qənaət və 

investisiya zəruridir. Amma daha çox qa-

zanmaq üçün bədxərclikdın də imtina et-

məlisiniz. Həqiqətən zəngin olmaq istə-

yirsinizsə, qənaət etməyə yox, qazanmaq 

bacarığınıza diqqət yetirin. 

Steve Siebold “How Rich People Think” 

adlı kitabında 30 il ərzində dünyadakı ən 

zəngin insanlardan aldığı 1 200-dən çox 

müsahibəyə  yer  verib.  O,  hesab  edir  ki, 

zənginlərlə orta təbəqə arasında yüzdən 

çox fərq var. Qənaətə gəldiyi ən əhəmiy-

yətli  fərqlərdən  biri  də  orta  təbəqənin 

pula romantik gözlə, zənginlərin isə mən-

tiqlə  baxmasıdır.  Romantik  düşüncə  ilə 

maliyyə  qərarları  vermək  maliyyə  duru-

munun pisləşməsinə səbəb olur. 

Warren Buffett investisiyanın duyğular-

la yox, məntiqlə edilməsinin lazım olduğu-

nu bildirir. Duyğular insanların baha alıb, 

ucuz satmasına, təhlükəli iş müqavilələri-

nin imzalanmasına səbəb olur. Varlanmaq 

istəyənlər duyğularını bir kənara qoyaraq 

məntiqlə hərəkət etməlidirlər.

Orta təbəqə asan əldə edilə bilən, etibarlı 

hədəflər müəyyən edir. Zənginlər isə qarşı-

larına çətin və ya ağlasığmaz hədəflər qoyur 

və  məqsədlərinə  çatacaqlarına  inanırlar. 

Burada önəmli olan doğru düşünməkdir. Hə-

dəfinizi müəyyənləşdirərkən qarşınıza daha 

böyük məqsədlər qoya biləcəyinizi düşünün. 

Yüksəlmək üçün çalışmaq lazımdır. Prob-

lem ondadır ki, təkbaşına çalışmaqla zəngin 

ola  bilməzsiniz.  Varlı  olmaq  və  zənginliyi 

qoruyub  saxlamaq  üçün  Ling  qanunundan 

(bu nəzəriyyəyə görə, iqtisadiyyatda böhran 

varsa, investisiya qoyulmalı, investor yoxdur-

sa, dövlət özü investor kimi çıxış etməlidir. 

Deməli, əgər iqtisadiyyata 1 mlrd. dollar in-

vestisiya qoyulursa, dolayısı ilə müəssisələr, 

hissələr, xidmətlər satın alınırsa və ya yeni 

sektor  yaradılırsa,  ayrı-ayrı  şəxslərin  və  ya 

müəssisələrin  hesablarına  köçürülən  bu 

məbləğin  80  faizi  xərclər  olaraq  yenidən 

dövriyyəyə qayıdır. Dövriyyədən ikinci dəfə 

toplanan məbləğin 80 faizi təkrar dövriyyəyə 

qayıdır  və  beləliklə,  dövriyyəyə  buraxılan 

1 mlrd. dövriyyədə 8 mlrd. kimi çıxış edir – 

red.

) istifadə etmək lazımdır. 

Ling qismində xarici resurslardan tut-

muş investisiyaya qədər fərqli şəkillərdən 

istifadə edilə bilər. Varlanmaq istəyənlər 

zənginlər kimi düşünməli və hərəkət et-

məlidirlər. 

“Bir çoxları qazanmadıqları pulu xərcləyir

istəmədiklərini  alır,  xoşlamadıqları  insan-

lara təsir edirlər”. 

Will Rogers

“Ən  böyük  varlığınız  qazanmaq  bacarığı-

nızdır. Ən böyük qaynağınız zamanınızdır”. 

Brian Tracy

“Yalnız zəka ilə romantik intizamı bir ara-

ya gətirdiyinizdə yaxşı davranarsınız”.

Warren Buffett

“Hədəflərinizi yüksək tutun və oraya çata-

na qədər də durmayın”. 

Bo Jackson

58

say 24 | 



EcoVision


Yüklə 11,79 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə