maraqlı
2. Orta təbəqə qazandığından çox,
zənginlər qazandığından az xərcləyir
3. Orta təbəqə şirkət nərdivanlarını çıxır,
zənginlərin öz nərdivanları var
4. Orta təbəqə hər kəslə dostdur, zənginlər
isə dostlarını məntiqlə seçirlər
Adətən, zənginlər bahalı əşyalara üs-
tünlük vermir, pullarını passivlərə xərc-
ləmirlər. Onlar vəsaitlərini aktivlərə ya-
tırır və qazandıqlarından az xərcləyirlər.
Unutmayın, bir milyon dollar qazanır və
ildə bir milyon dollar xərcləyirsinizsə,
deməli, pulsuzsunuz.
Orta təbəqə başqası üçün çalışmağa me-
yillidir. İşləri, karyeraları var. Zənginlər isə
öz işlərinin sahibi olmağa çalışırlar. Orta
təbəqə kimi şirkət nərdivanlarını çıxmırlar,
çünki öz nərdivanları var. Zənginlər daha
çox gəlir əldə etmək üçün daha çox insanın
onlar üçün çalışmalı olduğunu bilirlər.
Zənginlər bilirlər ki, ətraflarında müvəf-
fəqiyyət qazanmış insanlar olarsa, bu, onlara da
təsir edəcək. Eyni zamanda ətraflarında işdə əli
gətirməyənlərin olmasının da uğursuzluqlarına
səbəb olacağını başa düşürlər. Gəliriniz ən yaxın
üç yoldaşınızın gəlirinin ortalamasıdır. Daha çox
pul qazanmaq istəyirsinizsə, sizdən daha çox
pul qazananlarla yaxınlıq etməlisiniz.
“Dünyanın ən zəngin insanları şəbəkələr axta-
rar və qurarlar; geri qalan hər kəs iş axtarır”.
Robert Kiyosaki
Hər zaman sizdən daha üstün insanlarla
vaxt keçirməyə çalışın.
Zamanla siz də onlara bənzəməyə başlaya-
caqsınız”.
Warren Buffett
5. Orta təbəqə qazanmaq üçün, zənginlər
öyrənmək üçün çalışırlar
Başqası daha çox pul təklif etdikdə
orta təbəqə asanlıqla işini dəyişdirir.
Zənginlər çalışmağın pulla bağlı olma-
dığını bilirlər. Varlanmaq istəyirsinizsə,
bacarıqlarınızı və vərdişlərinizi dəyişdir-
məlisiniz. Misal üçün, satış işində çalışır-
sınızsa, satışla bağlı incəlikləri, bankda
çalışırsınızsa, maliyyə işi ilə əlaqədar
bütün detalları öyrənməlisiniz. Zəngin
olmaq istəyənlər varlanmağa kömək edə-
cək bacarıqlara yiyələnməlidirlər. Unut-
mayın ki, varlıların çoxu yüksək maaşlar
almaqla zəngin olmayıb.
57
say 24 |
EcoVision
maraqlı
6. Orta təbəqənin
nələri, zənginlərinsə
pulu var
7. Orta təbəqə qənaətə, zənginlər
qazanca köklənir
8. Orta təbəqə pul mövzusunda
romantik, zənginlər isə məntiqlidir
9. Orta təbəqə
potensialının kiçik
olduğu, zənginlər
isə böyük hədəflər
haqda düşünürlər
10. Orta təbəqə çox
işləməyə, zənginlər
ling qüvvəsinə inanır
Dəbdəbəli maşınlara və böyük evlərin
sahiblərinə diqqət yetirin. Orta təbəqənin
əksəriyyəti bunlar üçün pul xərcləyir. On-
ların yaşadıqları yerlərdə olsanız, bahalı
avtomobillər və evlər görərsiniz. Zənginlər
isə varlanmaq üçün pullarının istədikləri
şeylərdən daha çox olmasının vacibliyini bi-
lirlər. Nə isə almağa davam etsəniz, pulunuz
tükənər. Dünyadakı bir çox zəngin onillər
boyunca eyni evdə yaşamaqda davam edir
və yeni evə ehtiyac duymur. Nələrdənsə im-
tina edin, diqqətinizi qazandığınız pulu yığ-
mağa və investisiya etməyə yönəldin.
Qənaət əhəmiyyətlidir. İnvestisiya et-
mək isə daha da əhəmiyyətlidir, ancaq
ikisi bir yerdə qazanc gətirir. Qənaət və
investisiya zəruridir. Amma daha çox qa-
zanmaq üçün bədxərclikdın də imtina et-
məlisiniz. Həqiqətən zəngin olmaq istə-
yirsinizsə, qənaət etməyə yox, qazanmaq
bacarığınıza diqqət yetirin.
Steve Siebold “How Rich People Think”
adlı kitabında 30 il ərzində dünyadakı ən
zəngin insanlardan aldığı 1 200-dən çox
müsahibəyə yer verib. O, hesab edir ki,
zənginlərlə orta təbəqə arasında yüzdən
çox fərq var. Qənaətə gəldiyi ən əhəmiy-
yətli fərqlərdən biri də orta təbəqənin
pula romantik gözlə, zənginlərin isə mən-
tiqlə baxmasıdır. Romantik düşüncə ilə
maliyyə qərarları vermək maliyyə duru-
munun pisləşməsinə səbəb olur.
Warren Buffett investisiyanın duyğular-
la yox, məntiqlə edilməsinin lazım olduğu-
nu bildirir. Duyğular insanların baha alıb,
ucuz satmasına, təhlükəli iş müqavilələri-
nin imzalanmasına səbəb olur. Varlanmaq
istəyənlər duyğularını bir kənara qoyaraq
məntiqlə hərəkət etməlidirlər.
Orta təbəqə asan əldə edilə bilən, etibarlı
hədəflər müəyyən edir. Zənginlər isə qarşı-
larına çətin və ya ağlasığmaz hədəflər qoyur
və məqsədlərinə çatacaqlarına inanırlar.
Burada önəmli olan doğru düşünməkdir. Hə-
dəfinizi müəyyənləşdirərkən qarşınıza daha
böyük məqsədlər qoya biləcəyinizi düşünün.
Yüksəlmək üçün çalışmaq lazımdır. Prob-
lem ondadır ki, təkbaşına çalışmaqla zəngin
ola bilməzsiniz. Varlı olmaq və zənginliyi
qoruyub saxlamaq üçün Ling qanunundan
(bu nəzəriyyəyə görə, iqtisadiyyatda böhran
varsa, investisiya qoyulmalı, investor yoxdur-
sa, dövlət özü investor kimi çıxış etməlidir.
Deməli, əgər iqtisadiyyata 1 mlrd. dollar in-
vestisiya qoyulursa, dolayısı ilə müəssisələr,
hissələr, xidmətlər satın alınırsa və ya yeni
sektor yaradılırsa, ayrı-ayrı şəxslərin və ya
müəssisələrin hesablarına köçürülən bu
məbləğin 80 faizi xərclər olaraq yenidən
dövriyyəyə qayıdır. Dövriyyədən ikinci dəfə
toplanan məbləğin 80 faizi təkrar dövriyyəyə
qayıdır və beləliklə, dövriyyəyə buraxılan
1 mlrd. dövriyyədə 8 mlrd. kimi çıxış edir –
red.
) istifadə etmək lazımdır.
Ling qismində xarici resurslardan tut-
muş investisiyaya qədər fərqli şəkillərdən
istifadə edilə bilər. Varlanmaq istəyənlər
zənginlər kimi düşünməli və hərəkət et-
məlidirlər.
“Bir çoxları qazanmadıqları pulu xərcləyir,
istəmədiklərini alır, xoşlamadıqları insan-
lara təsir edirlər”.
Will Rogers
“Ən böyük varlığınız qazanmaq bacarığı-
nızdır. Ən böyük qaynağınız zamanınızdır”.
Brian Tracy
“Yalnız zəka ilə romantik intizamı bir ara-
ya gətirdiyinizdə yaxşı davranarsınız”.
Warren Buffett
“Hədəflərinizi yüksək tutun və oraya çata-
na qədər də durmayın”.
Bo Jackson
58
say 24 |
EcoVision