ƏDalət tahġrzadə. Savalanda görüĢənədək, Bəy!



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə28/43
tarix14.07.2018
ölçüsü0,68 Mb.
#55510
1   ...   24   25   26   27   28   29   30   31   ...   43

III. ELÇĠBƏY VƏ SĠYASƏT  
Mən  heç  vaxt  Elçibəyə  siyasi  nöqteyi-nəzərdən  baxmamıĢam  və  qiymət  verməmiĢəm.  Mən 
onun prezident olmasının əleyhinə idim və bunu 1991-ci ildə özünə demiĢdim. 
Mən  Elçibəyi  siyasi  çərçivədən  qat-qat  üstün  görmüĢəm.  O,  siyasi  məmurluq  çərçivəsinə 
sığmaz və ondan çox-çox yüksəklikdə duran MĠLLĠ ĠDEYA DAġIYICISIDIR.  
Ümumiyyətlə, məmurluq ona ögey idi. O, özü deyirdi ki, “mən siyasətçi deyiləm”. Elçibəyə bir 
partiya  lideri,  yaxud  müxalifətçi  kimi  baxmaq  çox  bəsit  olardı.  Elçibəy  müasir  tariximizdə 
xalqımızın  milli  oyanıĢının  əsasını  qoyan  böyük  Ģəxsiyyətdir.  Sovetlər  Birliyinin  ən  güclü 
dövründə  Azərbaycanın  müstəqilliyinin  qorxmaz  carçısı,  Milli  Azadlıq  Hərəkatımızın  Öndəri, 
türk xalqlarının birliyinin fədaisi idi. Elçibəy Azərbaycanın Mahatma Qandisidir. 
Elçibəy Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məmmədəmin Rəsulzadənin mənəvi varisi idi.  
Bəy Millətinin Vurğunu, Millətinin Məcnunu, Millətinin ġəhidi idi.  
Ġnsanın qüdrəti Allaha iman gətirdikdən sonra XALQI SEVMƏYĠ ĠLƏ ÖLÇÜLÜR. Elçibəy qüdrət 
sahibi idi. O, məĢəqqətli bir ömür sürdü. Daimi təqiblərə, təzyiqlərə, hətta təhqirlərə məruz 
qaldı.  Xəyanətlər  də  ondan  yan  keçmədi.  Lakin  o,  heç  kimə  cavab  vermədi,  “balacalar”ın 
səviyyəsinə enmədi, sınmadı, əyilmədi, kiçilmədi, öz böyüklüyündə və məğrurluğunda qaldı.  
Elçibəy heç kimi, hətta təqsiri olanları da təqsirləndirmirdi. O, hər Ģeyi öz boynuna götürürdü. 
Bu,  onun  təbii  xeyirxahlığından  irəli  gəlirdi.  Buna  görə  də  daimi  hədəf  seçilirdi.  Lakin 
xeyirxahlığına görə zərər çəkən ikiqat xeyirxahdır. Elçibəy ikiqat xeyirxah idi. 
Elçibəy  əxlaq,  mənəviyyat  və  bütövlülük  təcəssümü  idi.  Təmənnasızlıq,  mətanət,  saflıq 
nümunəsi idi.  
Elçibəy artıq milli ruhumuzun sahibidir və millət yaĢadıqca Elçibəy də yaĢayacaq.  
  
 
 
 
 
 
 
 


IV. ELÇĠBƏYĠN SONUNCU YOLU  
Bu  yolu  Elçibəy  kimi  getmək  milyonlardan  birinə  nəsib  olur.  Belə  möhtəĢəm,  əzəmətli  yolu 
getmək böyük xoĢbəxtlikdir.  
Çox  dəfn  mərasimlərində  iĢtirak  etmiĢəm,  lakin  birinci  dəfə  belə  dəfn  mərasiminin  Ģahidi 
oldum.  
Bu qədər inilti, hönkürtü ilə ağlayan minlərlə kiĢini hələ görməmiĢdim.  
Aeroportda  Bəyin  cənazəsini  aparan  maĢını  öpürdülər.  “Bəy  gəldi!”  hayqırırdılar.  UĢaqlı-
böyüklü, qadınlı-kiĢili minlərlə insanın nə qədər sevgisi, nə qədər kədəri, nə qədər göz yaĢı 
olarmıĢ! Hətta qardaĢ Türkiyədə bütün məscidlərdə minlərlə insan cənazə namazı qıldı. Buna 
hələ  Azərbaycandan  heç  kim  müvəffəq  olmamıĢdı.  XoĢbəxtdir  Elçibəy!  Millətin  bu  sonsuz 
sevgisinə nail oldu. Bundan böyük səadət varmı dünyada?! 
Millət bir daha sübut etdi ki, dəyərlər sistemini itirməyib, böyüyə böyük kimi qiymət verə bilir 
- heç nəyə baxmadan... 
Millət “balacalar”a, “daĢ atanlar”a özü cavab verdi. Millət öz böyüklüyünü göstərdi. 
ġərəfli Millət Ģərəfli Övladını Ģərəflə yola saldı.  
“Torpaq! Gözün aydın! Elçibəy gəlir!” - bu sözləri də Millət dedi. 
Nə qədər xoĢbəxtsən, BÖYÜK BƏY! Ölümün də qələbəymiĢ! 
 
 
 
 
 
 
 
 
 
 


MEHRĠBAN VƏZĠR. Əbülfəz Elçibəyə - Vətənimə bənzəyən Elçi Bəyə 
Bu  yazını  1999-un  24  iyun  gününə  -  Elçibəyin  doğum  gününə  yazmıĢdım.  Təbrik  olaraq. 
Qəzetə verəcəkdim. 
 
Əbülfəz  bəyin  hər  zaman  salaməleykümdən  sonra  ilk  sualı  “nə  yazırsan?”  olurdu.  Dedim 
“təbrik yazıram”, dedi “ver oxuyum”. 
 
Oxudu. Çapa razılıq vermədi. Dedi “hələ yox, sonra”. 
 
Anlamadım.  “Sonra”  nə vaxt?  - Təqvim  yazısıdı axı, doğum günü  üçün  idi,  indi  verilməliydi 
qəzetə. 
 
Dedi  “mən  atəĢ  xəttindəyəm.  Ġstəmirəm  sən  də  özünü  oda  atasan.  Cəmiyyət  hər  tərəfdən 
məni vurur, məni sevənləri də vurur. Bu yazıdan sonra sənə hücumlar baĢlanacaq. Çətin olar, 
dözə bilməzsən. Qoy qalsın sonraya”. 
 
“Sonraya nə vaxta?” dedim. Dedi ki, “nə bilim? Sonraya”. 
 
Heç nə anlamadım, üstünü də vurmadım. Dedi “qalsın məndə, bir də oxuyaram”. Qaldı.
 
Ömrünün ən dəyərli illərini ən Ģərəfli vəzifədə - Elçibəyə xidmətə keçirən Əli Mürsəloğlundan - 
illərdən  bəri  və  son  ana  qədər  hər  gün  öndərimizlə  yanaĢı  olan  Əli  Mürsəloğludan  həmin 
yazını  soruĢdum.  Dedi  “taparıq,  evdə  olar”.  Amma  özüm  tapdım  -  öz  yazılarımın  içindən, 
qaralama halında. 
 
Oxudum. Və o məsum “sonra” sözünü xatırladım. Sən demə, “sonra” bu gün imiĢ. “Sonra” 
ölümdən  sonra  imiĢ.  Elçibəyin  ölümü  doğum  günü  olacaqmıĢ.  Dünyanın  ən  mübarək  ölüm 
günü - doğum günü.
 
Demə, bu məmləkətdə yaĢamaq üçün ölmək lazım imiĢ, Bəy!
 
28.08.2000
 
*** 
Mənim Vətənim mənim gözümdə diridir. Canlı və ruhludur. Hər an dikələ bilər kimi görünür 
mənə. Yerindən qalxıb yeriylə dağa dönər, Vətən boyda dağ kimi yürüyə bilər.  
Sənin kimi. 
Mənim Vətənim - canlı Azərbaycan ürəyi döyünür, könlü çırpınır, nəfəs-nəfəs dinir, duyur kimi 
görünür mənə. Həm də ağrıyır kimi. Sızım-sızım sızıldayır kimi. Ağrıları, acıları sevgimə çökür. 
Mənim ona sevgim sızıldayır. 
Sənə olan sevgim kimi.  


Könlü  sınıqdır,  ruhu  yaralıdır.  Tarixin  yorğunudur  mənim  Vətənim.  Vətən  nəfəsi  kəsilir  “bu 
gələn  illərdən”.  Bəzən  dirçəlir.  Nöqtə-nöqtə,  tel-tel,  ləçək-ləçək  sevgi  saçır  bizə,  bizi 
yaradana.  Güclənir,  qüvvətlənir.  Və  “qüdrət”  deyilənin  özünə  dönür.  Ġçindən,  içinin 
sevgisindən püskürür. 
Sənin kimi. 
Mənim  Vətənim  -  canım  Azərbaycanım  o  qədər  ĢüĢələnib  ki,  o  qədər  çiliklənib,  o  qədər 
incidilib  ki,  sonunda  bütün  inciklikləri  ayaqlarının  altına  alıb.  Ona  görə  hər  kəsdən  uca 
görünür. Hardan baxsan görünür. Görməsən də, gözünü tutsan da görünür. 
Sənin kimi, Bəy. 
DüĢmən ona düĢməndir, qanlıdır. Dost bildiyi də düĢmən yolu gedir. Olsun. Onsuz da, min 
ildir, min-min ildir dünyanın əlidir, Vətənimin də yaxası. Amma yenə ucadır. Uca və əbədidir 
mənim Vətənim. Dözür, sevir və döyüĢür. 
Sənin kimi. 
Mənim Vətənimdən - canım Azərbaycanımdan, səndən günün birində hər kəs üz çevirərsə o 
ən  tək,  ən  tənha,  ən  amansız,  ən  möhtəĢəm  döyüĢçüsüylə  dönəcək,  bilirəm.  Göy  boyda 
sevgisi,  günəĢ  boyda  ürəyi  ilə  bu  yaralı  Vətənim  yerindən  sıçrayacaq.  Və  gözündən  odlu 
yaĢlar  qopacaq,  bir  qələbə  gətirəcək  mənə.  Görürəm  bu  qələbəni  -  gözlərimlə  və  eĢqimlə 
görürəm sənin qələbəni. 
Bu, Tanrı qələbəsi olacaq. Çünki onun silahı Tanrının izni ilə var olan silahların ən öldürəni və 
ən dirildənidir - sevgidir. Tanrı ondan böyük güc yaratmadı. O gücü sənə verdi. Səni seçdi. 
Gözlərimlə və eĢqimlə görürəm ki, mənim Vətənim - canım Azərbaycanım düĢmənlə üz-üzə, 
tək-təkə qalsa, əski dostlar qəfil dönüb düĢmən olsa dikəlib yerindən qopacaq, nərə çəkəcək 
və  düĢmənə  yürüyəcək.  Ölümə  yeriyəcək.  Ölümdən  diriləcək.  Çünki  sevənlər  ölmür.  Vətən 
ölmür. Sən ölməzsən. 
Sən  mənim  Vətənimə  -  canım  Azərbaycanıma  bənzəyirsən,  Əbülfəz  Elçi  Bəy  -  dini,  imanı, 
Tanrısı  Vətən  Elçi  Bəy.  Bütün  acıların  və  sevgilərinlə,  qəzəbin  və  rəhminlə,  ürəyinə  süzülən 
göz  yaĢların  və  qüdrətinlə,  sevənlərin  və  sevməyənlərinlə,  qanına  susayanların  və 
öyünənlərinlə canım Azərbaycanıma bənzəyirsən, Elçi Bəy. 
Səni sevib səndə qərar tutanlara da, Səni sevməyib Səndə qərar tutanlara da, Səni sevməyib 
Səndə qərar tutmayanlara da sinəndə yer var - Vətən tarpağı kimi. 
Sonunda  hər  kəs  Sənə  dönəcək.  Sözünün,  sevginin  iĢığına  tapınıb  bu  Vətəni,  bu  Milləti 
sevməyi  öyrənəcək.  Günümüzün  müdrikləri  tarixə  Sənin  yol  yoldaĢların  olacaq,  düĢəcək. 
Dəyərini verə bilməyənləri tarixin özü dəyərsiz edəcək. 


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə