ƏDalət tahġrzadə. Savalanda görüĢənədək, Bəy!



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə29/43
tarix14.07.2018
ölçüsü0,68 Mb.
#55510
1   ...   25   26   27   28   29   30   31   32   ...   43

Sən çox seviləcəksən, çünki çox sevirsən. Ġnsan yalnız sevdiyi qədər sevilə bilir. Tanrı Sənə 
sevda püskürən bir könül verib. Bu qədərini yalnız Sənə verib. Sənə lütf edib. 
“Özü yaratdığını Tanrım özü qorusun” deyirəm. Doğum günün mübarək, arzuların çin olsun, 
mənim Vətənimə - canım Azərbaycanıma bənzəyən Elçi Bəy! 
 
MĠRMƏMMƏD ABDULLAYEV.
 
Bəy Dırnıslıları çox sevirdi 
Milli  öndərimiz  Əbülfəz  Elçibəy  hələ  uĢaqlıq,  tələbəlik  dövründən  Kələkinin  qonĢuluğundakı 
Dırnıs kəndi ilə çox sıx əlaqədə idi. Tələbəlik illərində o, Dırmıs məktəbində dəfələrlə görüĢlər 
keçirmiĢdi.  Sonrakı  dövrlərdə,  hətta  prezident  olandan  sonra  da  o,  kəndimizlə  əlaqələri 
kəsməmiĢdi.  
Dırnıslıların  Əbülfəz  bəyə  sevgisi haqqında hətta lətifə  də qoĢublar.  Doğrudur,  Bakıda bunu 
elə lətifə sayırlar, ancaq həmin hadisə gerçəkdən də baĢ verib. Belə ki, kəndimizdə Əhəd adlı 
hörmətli  bir  həkim  var, Bəyin  vurğunudur.  Bir  gün  bir  YAP-çı  xəstələnib  onun  yanına  gəlir. 
Əhəd  həkim  də  ona  baxır,  müayinə  edir.  Bu  zaman  bayırda  uĢaqlar  “Elçibəy!”,  “Elçibəy!” 
qıĢqırmağa  baĢlayırlar.  YAP-çı  Əhəd  həkimə  deyir  ki,  mənim  xəstəliyim  boĢ  Ģeydir,  tez 
sağalacaq, ancaq o uĢaqların Elçibəy xəstəliyi sağalan deyil.  
1987-ci  ilin  avqusi  ayının  30-da  kəndə  gəlmiĢdi.  Deyirdi  ki,  bir-iki  ilə  Bakı  ayağa  qalxacaq, 
sovet  hökuməti  dağılacaq,  sərhədlər  açılacaq.  Biz  buna  hazır  olmalıyıq  ki,  lazımi  anda 
çiyinlərimizi verək bu iĢlərin altına. Birdən qayıtdı ki, odey, Təbrizi görürəm. Hamı heyrətləndi. 
SoruĢdu ki, niyə heyrətləndiniz? ĠnĢallah, bir-iki ilə siz də gedib Təbrizi görərsiniz.  
Dediyi kimi də oldu.  
1993-ün  iyununda  Kələkiyə  gələndən  sonra  Elçibəy,  demək  olar  ki,  hər  gün  Dırnısla, 
dırnıslılarla əlaqə saxlayırdı.  
Hədsiz ağır bir zamanda - hökumət qüvvələrinin zirehli texnika ilə hücuma keçdiyi bir vaxtda 
dırnıslılar Dırnısı alınmaz qalaya çevirərək (Kələkiyə yol bu kənddən keçir) Böyük bəyə arxa, 
dayaq  durdular,  həyatlarını  təhlükəyə  atmaqdan  belə  çəkinməyərək,  hakimiyyətdən 
gördükləri  saysız-hesabsız  təzyiq,  təhqir  və  təqiblərə  baxmayaraq  onu  ən  əziz  bir  adamları 
kimi  düz  4  il  4  ay  13  gün  göz  bəbəyi  kimi  qorudular.  (Təəssüf  ki,  Bakıda  onu  qoruya 
bilmədilər...).  
Əbülfəz bəy də dırnıslılara öz ürəyinin istisini daim duydururdu. O, Bakıda əksər məclislərdə 
dırnıslıların  mübarizliliyini,  mərdliyini  yüksək  dəyərləndirirdi.  Ədalət  Tahirzədənin  qələmə 
aldığı  “Elçibəylə  13  saat  üz-üzə”  kitabında  Bəyin  baĢqa  qonĢu  kəndlərlə  birgə  Dırnıs 
camaatına da sonsuz minnətdarlığı, onlara təĢəkkürləri öz əksini tapıb. Köməkçisi Oqtay bəyin 
toyunda Bəy dedi ki, mən çox sevinirəm ki, Dırnıs bəyləri də bu məclisdə iĢtirak edir. 


1994-cü  ilin  mart  ayında  -  Novruz bayramında kəndimizin camaatı  hamılıqla Kələkiyə  Bəyin 
bayram görüĢünə getmiĢdi. Xan bəzədilmiĢdi, vəzir, vəkil, cəllad, təlxək də öz yerində.  
Meydanda xan əmr etdi ki, kəndin bəyini gətirin mənim hüzuruma. Adətimizə uyğun olaraq 
Bəy gəldi və xan ona dedi ki, bu gündən bəyliyinizi əlinizdən alıram, mən deyən olacaq.  
Sonra Bəyi xonçalar bəzədilmiĢ stola dəvət etdilər, ancaq cəlladlar buna icazə vermədilər və 
orada  xanın  oturacağını  dedilər.  Bəy  də  bunu  çox  alqıĢladı  və  dedi  ki,  burada  dövlətçilik 
atributları çox qorunur; bu, bizim çox qədim xalq olmağımızdan irəli gəlir. Sonra təlxək Bəyi 
təbrik  elədi  və ondan  bayram  hədiyyəsi istədi. Bəy  ona  min  manat  verdi.  Bu  zaman  təlxək 
dedi ki, Heydər Əliyevin bayramını təbrik etsəydim mənə nə qədər torpaq, neçə neft quyusu 
verərdi. Bəy “olanım budur da, neyniyim?” dedi.  
Biz tez-tez Kələkiyə gedərək Əbülfəz bəylə görüĢərdik. Gecənin hansı vaxtı istəsəydik imtina 
etməzdi.  Dəfələrlə  səhər  saat  5-ə,  6-ya  kimi  söhbətləĢmiĢik.  Onun  söhbətlərinin  son  beĢ 
dəqiqəsi  daha  maraqlı  olurdu.  O,  öz  söhbətləri  ilə  bizi  Azərbaycanın  gələcəyinə  umudla 
baxmağa ruhlandırırdı. HəmiĢə Qur’andan ayələr gətirir və deyirdi ki, elə bir alim istəyirəm ki, 
Qur’an fəlsəfəsini aça bilsin.  
Bizə bu üç fikri aĢılamağa çalıĢırdı:  
1) pis adamdan xeyir görən Tanrısından bəla görər; 
2) pis iĢlərə həmiĢə yubanın ki, qalıb yaxĢıya dönsün; 
3) yaxĢı iĢlərə həmiĢə tələsin ki, qalıb pisə dönməsin. 
Deyirdi ki, sanki bu anda məni kimsə danıĢdırır ki, bu sözləri sizə çatdırım.  
Əbülfəz  bəy 1997-ci ilin  oktyabrında Kələkidən  Bakıya  qayıdanda Dırnıs kəndindəki Ģəhidlər 
xiyabanını ziyarət etdi. O, 1918-ci ildə həlak olmuĢ türk əsgəri Həsən BəĢirin qəbrinin üstündə 
10 dəqiqəlik çıxıĢ etdi və dedi ki, kaĢ mən də Vətən, millət yolunda beləcə Ģəhid olaydım!  
Bundan  sonra  Dırnıs  camaatı  Bəyin  ayağı  altında  qurbanlar  kəsdi.  Bəy  dırnıslıların  onu 
qorumasını yüksək qiymətləndirdi və onlardan halallıq istədi.  
Bugünsə  biz  dırnıslılar  bütün  millətimiz  kimi  ondan  hallallıq  istəyirik.  Müstəqilliyimiz, 
azadlığımız,  xoĢbəxtliyimiz  uğrunda  çəkdiyin  əzabları,  məĢəqqətləri,  iĢgəncələri,  eĢitdiyin 
təhqirləri, yolumuzda Ģam kimi əritdiyin ömrünü bizə halal et, Bəy!..  
29.08.2000 
 
 
 


MĠRMÖHSÜN MAHMUDOV.
 
"Qırx ildir bu insanları axtarırdım" 
Əbülfəz  Elçibəylə  əmiuĢağı  olduğuma  görə  onun  Kələki  dövrünü  öz  yaĢıma  uyğun  yaxĢı 
xatırlayıram.  
Ġndi  xalqımızın  sevimli  müğənnisi  kimi  məĢhurlaĢmıĢ  Süleyman  Abdullayev  təxminən  30  il 
bundan  qabaq  Kələkiyə  qohumlarına  qonaq  gəlmiĢdi.  Yaman  dəcəldi.  Kənd  uĢaqlarından 
kimləsə dalaĢırdı. Onlar bir-birinə daĢ yağdırırdılar. Əbülfəz bəy onları aralamaq istədi. Ancaq 
Süleymanı  sakitləĢdirə  bilmədi.  Bunu  görüb  əmioğlum  əllərini  üzünə  tutaraq  daĢ  yağdıran 
Süleymanın  üzərinə  yeriməyə  baĢladı.  DaĢların  bir  neçəsi  onun  çılpaq  qollarına  dəyərək 
yaraladı,  ancaq  o,  geri  çəkilmədi  və  Süleymanın  üstünə  getməkdə  davam  etdi.  Artıq 
Əbülfəzin ona çatdığını görən Süleyman geri çəkildi və daĢ atmağı dayandırdı. Əbülfəz yalın 
əlləri ilə “silah”a - daĢa qalib gəldi.  
Süleyman  Abdullayevlə  Əbülfəz  Elçibəyin  sonralar  uzun  illər  boyu  sürən  dostluğu  bu 
hadisədən baĢlandı.  
Nədənsə,  Ramiz  RövĢənin  Bəy  haqqında  yazdığı  məĢhur  Ģerini  hər  dəfə  oxuyanda  istər-
istəməz bu hadisə yadıma düĢür... 
Bakıya gələndən sonra da bir qohum kimi Əbülfəz bəylə qırılmaz ünsiyyətimiz oldu. Meydan 
hadisələri, bitməz-tükənməz mitinqlər baĢlayarkən mən də Əbülfəz bəyin mühafizəsində idim.  
Söz  vaxtına  çəkər  -  1989-cu  ilin  sentyabrı  idi.  Azadlıq  meydanında  mitinqlər  gedirdi.  Yüz 
minlərlə insanın toplaĢdığı bu xalq izdihamları çox gur keçir və bəzən hədsiz qarıĢıqlıq olurdu. 
Bir  mitinqdə  (gününü  xatırlamıram)  vəziyyət  çox  gərginləĢmiĢdi.  Bəy  birbaĢa  izdihamın 
içərisinə düĢmüĢdü və mən bir hadisə törənə biləcəyindən qorxur, onu adamların arasından 
vaxtında  uzaqlaĢdırmaq  istəyirdim.  Ona  dəfələrlə  getməyi  təklif  etdim.  Hər  dəfə  təklifimi 
cavabsız buraxdı. Bir də “gedək” deyəndə daha dözmədi, üzünü mənə döndərib qəti Ģəkildə 
bildirdi:  
-Əmioğlu, mən qırx ildir bu insanları axtarırdım, indi-indi tapmıĢam, sən də deyirsən ki, çıxıb 
gedək?! Sən Allah, qoy iĢimi görüm...  
Elçibəy  xətrimi istər  və evdəki  səmimi söhbətlərimizdə də bütün  suallarıma  tam  açıq  cavab 
verərdi. Demək olar ki, hər mövzudan danıĢardıq. Xüsusən son zamanlar partiyada baĢ verən 
hadisələrlə  bağlı  onun  düĢüncələri  və  mövqeyi  məni  maraqlandırırdı.  Bir  dəfə  soruĢdum  ki, 
axı sənin xəttinə, yoluna xəyanət edən, mənəviyyat və əməlcə sənə tam yad olan insanları 
niyə yanında saxlayırsan, onları rədd etmirsən? Cavabında dedi ki, insanlara sən deyən kimi 
sərt münasibət bəsləmək doğru deyil. Kimisə qovmaq ən asan yoldur, ancaq kim deyə bilər 
ki,  həmin  qovulan  Ģəxs cəmiyyət  üçün  daha  da  zərərli adama  çevrilməyəcək?  Ona  görə  də 
mənim  məqsədim  kimisə  özümdən  uzaqlaĢdırmaq  yox,  bütövlükdə  cəmiyyəti  elə  tərbiyə 
etməkdir ki, həmin insanlar cəmiyyətin içinə düĢdükdə daha ziyan verə bilməsinlər... 
 


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə