OZAN DÜNYASI № 2(5), 2011
75
Ġlaxır çərĢənbədə sübh tezdən evin damına bir ovuc buğda atılar. Belə
etdikdə, inama görə il bolluq olar, evin bərəkəti artar.
Ġlaxır çərĢənbədə ov tüfəngindən havaya güllə atarlar ki, tüfəng çillə-
dən çıxsın. Belə etməsən tüfəng çillədə qalar, il boyu onunla ov ovlamaq
olmaz. Güllə həmiĢə ovdan yan keçər.
Ġlaxır çərĢənbədə biĢirilib boyanılmamıĢ yumurtanı yük dolabının
altına, taxça-rəfəyə qoyarlar. Yumurtanın yanına qırmızı, qara rəngli
boyalar da qoyulub niyyət tutular. Həm də deyərlər:
Xıdır Nəbi, Xıdır İlyas,
Yumurtanın üstünü yaz.
Ürəyimdə diləyim var,
Nə yazırsan qırmızı yaz.
Sabahısı durub baxarmıĢlar. Əgər yumurtada təsadüfən qırmızı boyalı
xətlər, iĢarələr varsa, deməli iĢlər uğurlu olacaq.
Sözsüz ki, ilaxır çərĢənbə ilə bağlı mərasim ayinlərinin, xalq inamla-
rının sayını çoxaltmaq çətin deyil. Amma həqiqət olan budur ki, bu deyi-
lənlərin hamısı bilavasitə təbiətin bütövlükdə oyanması, canlanması
bayramı olan Novruzla bağlıdır. Xalqımız bütün zamanlarda, sosializm
yasaq istisnasını nəzərə almasaq, bu bayramı təntənəli mərasimləri ilə
birlikdə qeyd etmiĢdir. Ġlsonu çərĢənbələrdə olduğu kimi, Novruz bayra-
mı axĢamında da tonqal yandırılır, ailə üzvləri tonqalın üstündən hoppan-
maqla köhnə ilin ağırlığından çıxırlar.
Novruz bayramı tonqalı qonĢular tərəfindən yaslı, təziyəli olanların
da həyətlərində yandırılır. Çünki bu bayram onlar üçün “qara bayram”
sayılır. Buna görə də qonĢular belə həyətlərdə Novruz tonqalı yandır-
maqla təziyəli adamları yasdan çıxarırlar. Yeni ilə qəmli, kədərli getmək
olmaz.
Novruz bayramı tonqalında üzərlik yandırmaq adəti də vardır. Tonqal
sönənə yaxın odun içinə üzərlik atıb deyirlər: “Ocağıma əyri baxarın
gözləri partlasın, özü yanıb çatlasın”.
Novruz bayramının sayılan adətlərindən biri də qurĢaqsallama, pa-
paqatmadır. QurĢaqsallamada, papaqatmada “Xıdır Nəbi” mərasimində
olduğu kimi, daha çox uĢaqlar, yeniyetmələr, cavanlar iĢtirak edirlər. On-
lar qaranlıq düĢəndə evlərin bacasından (əski çağlarda evlərin damı tor-
paqla örtülür və evin içinə baca qoyulurdu) qurĢaq – Ģal sallayır, qapıdan
evin içinə papaq, dəsmal atırlar. Evdə olanlar da gələnləri qovuğa, bay-
ram Ģərəfinə qırmızı, yaĢıl rənglərlə boyanılmıĢ yumurta, alma, armud,
ərik, gavalı qurusu, qoz, fındıq, Ģabalıd, cürbəcür biĢmiĢ və Ģirniyyat payı
OZAN DÜNYASI № 2(5), 2011
76
ilə yola salırlar. QurĢaqsallama adətinin bir xüsusiyyəti ən yaxĢı Ģəkildə
M.ġəhriyarın “Heydər babaya salam” poemasında təsvir olunub:
Bayram idi gecəquşu oxurdu,
Adaxlı qız bəy corabın toxurdu.
Hər kəs şalın bir bacadan soxurdu,
Ay nə gözəl qaydaydı şal sallamaq,
Bəy şalına bayramlığın bağlamaq.
Şal istədim mən də, evdə ağladım,
Bir şal alıb tez belimə bağladım.
Qulamgilə qaçdım, şalı salladım,
Fatma xala mənə corab bağladı,
Xan nənəmi yada salıb ağladı.
Novruz bayramı gecəsində qurĢaqsallamanın bir maraqlı məqamı da
vardı. Ġstək, sevgi gecəsi də adlanan bu gecədə cavan oğlanlar sevdikləri
qızlar olan evlərin bacalarından salladıqları qurĢağın ucuna öz cib yaylıq-
larını da bağlayırlar. Qız və qızın valideynləri o saat mətləbi baĢa düĢür-
lər. Əgər bu iĢə razılıq varsa, yaylığı qurĢaqdan açıb qızın qoluna bağla-
yırlar. Yox, əgər razı deyillərsə, yaylığı bayram nemətləriylə bərabər
qurĢağa bənd edib geri qaytarırlar.
NiĢanlı qızlara bayrampayı aparmaq da Novruzun tanınan adətlərin-
dəndir. Düzdür, digər bayramlarda da oğlan evindən niĢanlı qız üçün sov-
qat aparırlar. Amma, bu, Novruz bayramında daha təmtəraqlı, sovqatların
sayı da çox olur. Həm də cəhd edilir ki, bu sovqatların arasında acılıq
gətirən nəsnələr olmasın. Belə etməsən deyərlər ki, qız gəlin gələndən
sonra acıdil olar.
Novruz bayramı axĢamlarında köhnə ilin tamam olması və təzə ilin
baĢlamasına bir neçə saat qalmıĢ bayram süfrəsi açılır. Bu süfrə, uyğun
olaraq, həm “təhvil süfrəsi”, həm də “yeni il süfrəsi” adlanır. Ġstər ilaxır
çərĢənbə, istərsə də Novruz süfrəyə “löyün”, “ləvin”, “yeddilöyün”,
“yeddiləvin”, hətta “yeddisin” də deyilir. Süfrənin belə adlanması da
səbəbsiz deyil. Bu süfrəyə adətən yeddi adda yer-yemiĢ, nemətlə düzülür.
Həm də bunların adı “s” hərifi ilə baĢlanmalıdır. Su, səməni, sünbül,
sumaq, suluq, soğan, sarımsaq. Əlbəttə, adları göstərilənlər Azərbaycanın
hər yerində eyni cür olmur. Elə Ġranda da bu adlar fərqli Ģəkildədir və on-
ların “Yedisin” adlandırdıqları bunlardır: “səbas” (sünbül), “sib” (alma),
“sancəd” (çaytikanı), “sif” (sarımsaq), “sirke” (sirkə), “sumaq” (sumaq),
“səmənu” (səməni).
OZAN DÜNYASI № 2(5), 2011
77
Bəzi qaynaqların verdiyi xəbərə görə, ərəb xilafətinin yurdumuza
basqınlarından qabaq Ġlaxır çərĢənbə və Novruz süfrəsinə düzülənlər “s”
yox, “Ģ” ilə baĢlayırmıĢ və “yeddiĢin” adlanırmıĢ. Bu nemətlərdən biri də
”Ģ” hərfi ilə baĢlanan “Ģərab” imiĢ. Ġslam dini Ģərabı haram buyurdu-
ğundan “YeddiĢin” “Yeddisin” olmuĢdur.
Novruz bayramı süfrəsində səməninin çevrəsinə ailə üzvlərinin adına
düzülmüĢ Ģamlar yandırılır. Cəhd olunur ki, süfrənin künc tərəfində kim-
sə oturmasın. Etiqada görə, evin, ocağın ölənlərinin ruhları da bu axĢam
gəlib küncdən yaxınlaĢaraq süfrədəki nemətlərdən dadırlar.
Novruz bayramı gecəsinin sabahısı da axar su üstünə gedilir, ayinlər
icra edilməklə köhnə ilin ağırlığından xilas olurlar. AxĢamdan boĢ saxla-
dıqları qabları da yeni il suyu ilə doldurub gətirirlər. Bu sudan evdə qa-
lanların, pal-paltarın, yorğan-döĢəyin, həmçinin mal-qaranın, bağ-bağça-
nın, əkinəcək yerlərin üstünə də səpirlər. Bununla da, il boyu özlərinin
sağlam-salamat olacaqlarına, bağ-bağatın, mal-qaranın məhsuldarlığına ina-
nırlar. Ġnanırlar ki, oğul-uĢaq böyütmüĢ qadın hamıdan tez gedib yeni il suyu
gətirsə, bu sudan uĢağı olmayanlara içirsə onlar da övlad anası olarlar.
Novruz bayramı günündən baĢlamıĢ on-on iki gün müddətində dost-
tanıĢ, qohum-əqrəba bir-birinin evinə bayramlaĢmağa, təbrikə gedər, bay-
ram sovqatı apararlar. Əvvəllər küsülü olanlar bu günlərdə mütləq barıĢ-
malıdır. Yeni ildə kin-küdurət aradan götürülməlidir.
Novruz bayramı günlərində Novruz Ģərəfinə açılmıĢ süfrə də həmiĢə
açıq qalmalıdır. Süfrə yığıĢılanda saralmıĢ səməni tullanmaz. O, axar
suda axıdılar və arxasınca Ģirni-nabat atılar. Belə etdikdə, deyərlər ki, il
bolluq olar, evin bərəkəti artar.
Beləliklə, Novruz bayramı yazın, yeni təsərrüfat ilinin baĢlanmasını
bildirməklə bərabər, həm də ümummilli, ümumxalq, ümumdövlət sevinc,
Ģadlıq, əmin-amanlıq, bərəkət bayramına çevrilir. Məsələnin məhz bu
mahiyyətini dəyərləndirən, Novruz bayramının xalqımızın mənəvi var-
lığında böyük rolunu yüksək qiymətləndirən Heydər Əliyev demiĢdir:
“Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə
verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu, yadda-
Ģını, onun daxili aləmini bütün zənginliyi ilə yaĢadır. Təbiətin oyanıĢının,
varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı, ən qə-
dim zamanlardan bəri həyat və məiĢətimizə daxil olmuĢ, insanlara aydın
və iĢıqlı sabaha, xoĢbəxt gələcəyə inam duyğusunu bəxĢ etmiĢdir...
Novruz bizim ümummilli bayramımızdır. Mən hesab edirəm ki, indi
artıq müstəqil Azərbaycan üçün bu bayramdan əziz bayram ola bilməz.
Ona görə də bu, bizim xalqımızın hamısını eyni dərəcədə həm
sevindirməlidir, həm həvəsləndirməlidir, həm də birləĢdirməlidir”.
Dostları ilə paylaş: |