Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                                    № 3, 2010



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə28/42
tarix14.07.2018
ölçüsü1,51 Mb.
#55508
1   ...   24   25   26   27   28   29   30   31   ...   42

 OZAN  DÜNYASI                                                                    № 3, 2010 
 
74 
maqlar  ozan-aşıq  sənətinin  öncül  insanları,  adi  sözü  sənətə  çevirən  ustadlar 
olmuşlar.  Sözün  sənət  olduğu  həmin  ilkin  çağlardan  da  məhz  ozan-aşıq  sənə-
tinin  tarixi  başlanır.  Söz  ilk  dəfə  anaların  laylalarını,  oxşamalarını,  çobanların 
sayaçı sözlərini, əkinçilərin holavarlarını, mərasim nəğmələrini, musiqini, rəqsi 
meydana  gətirdi.  Bütün  bunlar  da  musiqi  alətlərini:  daş  və  ağac  nağaralarını  - 
davulları, bubkaları (qavalları), oyma ağaca dəri çəkməklə çalınan alətləri, qo-
puzu  və  sazı  meydana  gətirmişdir.  Qopuz  qədim  dastanlarda,  məsələn,  "Dədə 
Qorqud"  dastanlarında  sehrli  bir  alət  kimi  xatırlanır  və  qopuzun  yaradıcısı 
sayılan  Dədə  Qorqudun  onu  ilahi  qüvvələrin  köməyi  ilə  əldə  etdiyi  göstərilir. 
Aşıq  sənətinin  görkəmli  tədqiqatçısı  professor  Qara  Namazov  yazır:  "Qədim 
Azərbaycan  məişət  və  mədəniyyətinə  də  bu  meyarla yanaşsaq  aşığın  əcdadları 
sayılan  şaman,  qam,  baxşı,  varsaq,  ozan,  yanşaq  və  daha  başqa  adlar  daşımış 
sənətlərin digər türkdilli xalqlar kimi, Azərbaycan xalqının da milli mədəniyyə-
tinin  təşəkkülündə  silinməz  izlər  buraxdığı  bəlli  olar.  İncəsənətin  bu  növlərini 
yaradıb-yaşadan qəbilə və tayfaların tarixi eramızdan əvvəlki minilliklərə gedib 
çıxdığından, onların bəzilərinin çox az əlamətləri zəmanəmizə qədər gəlib çat-
mışdır.  
Adlarını çəkdiyimiz sənətlərin bəziləri (şaman, varsaq, ozan) şərqin bir çox 
xalqları  arasında  geniş  yayılmış  və  indi  də  öz  ünvanını  qorumaqdadır.  Bunun 
bir  səbəbi  də  həmin  sənətlərin  müxtəlif  sahələrini  —  ədəbiyyat  və  incəsənətin 
bir  neçə  növünü  (musiqi  alətində  çalmaq,  mahnı  oxumaq,  nəğmə  bəstələmək, 
söz  qoşmaq,  rəqs  etmək,  həkimlik,  münəccimlik,  insan  qəlbini  oxumaq,  gələ-
cəkdən  xəbər  vermək  və  s.)  özündə  birləşdirmək  olmuşdursa,  digər  səbəbi  fe-
odal  hakim  təbəqələrinin  saraylarına  yol  açıb,  onların  nüfuzu  altında  fəaliyyət 
göstərmələri ilə əlaqədardır".  
Aşıq sənəti sözü, musiqini, rəqsi özünə qovuşduraraq zəngin ənənəsi, tarixi 
gələnəkləri  olan  bir  sənət  növüdür  və  yaşadığı  qədim  dövrdən  indiyə  kimi  sə-
nətin bir çox sahələrini, əksər yönlərini özündə birləşdirərək yaşatmışdır.  
Aşıq sənəti yalnız musiqi çalıb, şeir qoşub, nəğmə oxumaqla deyil, həm də 
dastan  -  epos  yaradıcılığı  ilə  bağlıdır.  Bu  yaradıcılıqla  epik  və  lirik  növlər 
birləşir, hətta söz, musiqi, nəğmə və nəsr (hekayəçilik) bir-birinə qovuşur. Bir-
birini  tamamlayır.  Bunu  qədim  "oğuz  dastanları",  o  cümlədən  "Dədə  Qorqud 
dastanları" da sübut edir.  
Ozan-aşıq sənəti, epos mədəniyyəti daha qədimlərlə, əski türklərin həyatı və 
məişəti  ilə  bağlı  olmuşdur.  "Kitabi-Dədə  Qorqud"  qədim  ozanlar  —  aşıqlar 
tərəfindən  yaradılmışdır.  Dastanın  boylarında  qədim  Azərbaycan  ərazisində 
mövcud olan qəbilə quruluşu, onların yadelli basqınçılara qarşı mübarizəsi, fe-
odal  birləşmələrinin  yaranması  öz  geniş  bədii  əksini  tapmışdır.  Dastanda  əsas 
şəxsiyyətlərdən biri də Dədə Qorquddur. Dədə Qorqud əslində qəbilə birləşmə-
lərinin, yəni cəmiyyətin təşkilinə kömək edən, onu formalaşdıran mənəvi rəhbə-
ridir.  O,  qəbilələrin  bütün  şənliklərində,  müxtəlif  mərasimlərində  iştirak  edir, 
məclisləri idarə edir, adamları şənləndirir. Qəhrəmanlıq göstərən yeniyetmələri 
öz qopuzu ilə tərifləyir, onlara ad qoyur, öyüd-nəsihət verir, yol göstərir. Xalq 
rəvayətlərindən  birində  deyilir  ki,  bütün  adlar,  hətta  əşyaların  da  adları  Dədə 


 OZAN  DÜNYASI                                                                    № 3, 2010 
 
75 
Qorqud  tərəfindən  qoyulmuşdur.  "Dədə  Qorqud  eyni  zamanda  el  sənətkarı, 
ozanların ustadı, müəllimidir. O, zəngin təcrübəyə malik, dünyagörmüş müdrik 
bir ağsaqqaldır".  
"Oğuz  xaqan"  dastanlarındakı  bəzi  obrazlar,  təsvirlər,  qədim  misirlilərin 
Osirisi,  Qor  allahı  ilə  bağlı  əfsanələrdəkilərlə  oxşarlıq  təşkil  edir.  Bu  elmi 
müqayisələr  ozan-aşıq  sənətinin  çox  qədim  köklərindən  xəbər  verir.  "Dədə 
Qorqud  dastanları"nda,  "Koroğlu"  dastanındakı  bir  çox  əfsanələr  qədim  skif-
oğuz  mədəniyyəti  və  onların  ənənələri  ilə  səsləşir.  Çar  skiflərinin  tarixini  və 
mədəniyyətini tədqiq edən Zaur Həsənov müqayisəli tədqiqatları ilə bu dastan-
ların köklərinin, əsas sujetinin skiflərlə bağlı olduğunu göstərir ki, bu da özlü-
yündə  həm  aşıq-ozan  sənətinin  qədimliyini  və  çox  geniş  arealda  yayıldığını 
sübut edir. Zaur Həsənov "Koroğlu" dastanındakı qəhrəmanın atasının kor edil-
miş kişi və onun oğlu olması faktının skiflərin kor edilmiş qulları ilə bağlı oldu-
ğunu, kor oğullarının hakimiyyətə qarşı üsyanı ilə bağlı olduğunu əsaslandırır.  
Tarixin  əski  çağlarından  aşıq  sənəti  ayrı-ayrı  adlarda  və  ayrı-ayrı  musiqi 
alətləri ilə Avrasiyanın geniş ərazilərində mövcud olsa da, onu tanıdan əsas alət 
qopuz olmuşdur. Çindən Macarıstana, Uraldan Polşaya, Ukraynadan  Bolqarıs-
tana, Dərbənddən Krıma, Türkmənistandan güney İrana, Qafqazdan bütün Ana-
doluya və İraqa qədər geniş coğrafiyada aşıq sənətinin və musiqisinin yayqın ol-
duğu bəllidir. Ukraynada qopuza kobza, saz çalana kobzar deyilmiş və qopuzu 
uzun  illərdən  bəri  milli  musiqi  aləti  kimi  qəbul  edib  yaşatmışlar.  Məşhur 
Ukrayna şairi Taras Şevçenko qopuz-kobza çalmış və özünü "kobzar" var qopuz 
çalan adlandırmışdır.  
Tədqiqatlar göstərir ki, ozan-aşıq sənəti, qopuz, saz və onu əvəz edən alət-
lərin yayıldığı zonalar da məhz kimmer, skif, oğuz, qıpçaq, kuman və tatar xalq-
larının yaşadığı məskənlərlə və yürüş etdiyi yerlərlə bağlı olmuşdur. Doğrudur 
bu sənətin başlanğıcı Dədə Qorqudla və qopuzla bağlıdır. Amma sonrakı inkişaf 
mərhələlərində,  xüsusilə  musiqi,  mahnı  ifasında  başqa  alətlərdən  də  istifadə 
olunmuşdur.  Oğuz-aşıq  sənətini  yalnız  qopuz  və  saz  aləti  ilə  bağlamaq  onun 
sonrakı  inkişafının  əhatə  dairəsini  daraldır.  Çünki  skif-oğuz  mədəniyyəti  are-
alına bağlı olan oğuz-aşıq sənət növü sonralar qohum və qonşu xalqların etno-
mədəni  inkişafına  daxil  olmaqla  yeni  zənginlik  qazanmışdır.  Qədim  skif-oğuz 
mifik obrazları, epos ənənələri, əfsanə, nağıl sujetləri məhz bu qarşılıqlı əlaqələr 
dairəsində geniş yayılmışdır. İndi də Avropa xalqlarının bir çoxunun mif, əfsanə 
və  eposlarında  skif-oğuz  təsiri,  o  cümlədən  ozan-aşıq  ənənələri,  epos  söyləmə 
sənəti yaşamaqdadır.  
Saza-qopuza bənzər musiqi aləti Şumerdə və ona yaxın ölkələrin mədəniy-
yətində  də  mövcud  olmuşdur.  Bunu,  arxeoloji  qazıntılar  zamanı  tapılan  rəsm-
lərdən  də  görmək  mümkündür.  Şumer  dastanlarının  yazıya  köçürüldüyü 
dövrlərdə söz, şeir, nəğmə və dastan söyləyən adamlar olmuşdur. Məşhur "Bil-
qamıs"  dastanının  ilk  misralarında  onun  bir  ozan  tərəfindən  söylənib  yazıya 
alındığı göstərilir. Dastanın ilk misralarında verilən izah belədir: "Cadugar Sin-
Like-Unninin  dilindən  Bilqamıs  haqqında  dastan".  Maraqlıdır  ki,  həmin  epiter 
"cadugər"  həmçinin  şamanlara  da  verilən  addır.  Dastanın  söyləyicisi  də  Dədə 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə