OZAN DÜNYASI № 4(11), 2012
43
səsini, xoş avazını dinləyən kəs heyran qalmaya bilmir. Sinəsində neçə-neçə
el dastanı, söyləmə, havacat var. 40 illik yaradıcılığı dövründə aşıq onlarca
qoşma, gəraylı, dodaqdəyməz, təcnis, divani, müxəmməs, müstəzad və
taziyanə qoşubdur. Sazın müşayiətilə şeir söyləyəndə Kamandar səsinin
məlahəti, ecazkar gözəlliyi tamaşaçını da, dinləyicini də ovsunlayır. Borçalı
mahalından ucalan bu səs Azərbaycan elləri boyunca yayıldıqca ürəyimiz
toxtaqlıq tapır; ulu ozan sənəti dünya durduqca bizimlədir!..
Ömrü boyu Azərbaycan torpağında yaşasa da, tarixin üzüdönük-
lüyü nəticəsində Gürcüstan vətəndaşı olan Aşıq Kamandar
“Azərbaycanım”, “Çıraqqala”, “Kəlbəcər xatirələri”, “İstisuda dü-
şüncələr”, “Borçalı”, “Dağlar”, “Damcılı bulağında” və s. şeirlərində Və-
tən torpağını sevə-sevə tərənnüm edir. “Ceyhun” təxəllüsü ilə yazdığı
şeirlərdə də oxucu Kamandar qəlbinin döyüntülərini, Kamandar sözünün
hərarətini aydınca duyur. Aşığın şeir-sənət dünyasıyla təmasda olan kəs
görür ki, “mərd oğul abad eyləsin öz yurdunu, yuvasını” arzusuyla yaşa-
yan şair Kamandar vurğunu olduğu dağların “kövrək” ozanıdır. Bəlkə bu
kövrəklik onda həsrətdən yaranıb? Axı, doğma respublikadan kənar
düşmək özü həsrət doğurur.
Kamandar tək həsrətini
Varmı çəkən, Çıraqqala?
-deyən şair elə buna işarə vurmurmu?!
Xoş haldır ki, son illər Azərbaycandan kənarda yaşayan yurd-
daşlarımıza diqqət, qayğı artıbdır. Elə çiçəkli may günlərində Bakıda ke-
OZAN DÜNYASI № 4(11), 2012
44
çirilən Aşıq Kamandar həftəsi buna bariz sübutdur. Böyük el sənətka-
rının 60 illiyinə həsr olunmuş yubiley tədbirlərini respublika Mədəniyyət
Nazirliyinin mədəniyyət üzrə elmi-metodiki mərkəzi “Varis” yaradıcılıq
birliyi ilə “Borçalı” teatr-kino studiyası birgə təşkil etmişdilər. Maraqlı,
məzmunlu yubiley tədbirləri paytaxtımızın mədəni həyatını daha da
rövnəqləndirdi. Əsl saz-söz bayramına çevrildi.
“Ömrün Dədəlik çağı”
M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrında
keçirilən ədəbi-bədii gecə belə adlanırdı. Salonda iynə atsaydın yerə
düşməzdi. Ulu ozan sənətinin pərəstişkarları, saz-söz həsrətli paytaxt
sakinləri, Borçalıdan, Qarayazıdan, Qaraçöpdən pərvazlanmış ədəbiyyat
və incəsənət xadimləri, alimlər, müxtəlif peşə sahibləri Ustadın məclisinə
yığışmışdılar. Kamandar sənətinə göstərilən bu ehtiram, bu məhəbbət
yubiley tədbirlərini başlanğıcdan sonadək müşayiət etdi. “Ömrün dədəlik
çağı” adlanan ədəbi-bədii gecəni şair Vilayət Rüstəmzadə aparırdı.
– Əziz həmvətənlərimiz, hörmətli qonaqlar! Adı eldən-elə, bəmdən-
zilə yüksələn aşığımızın məclisinə xoş gəlmişsiniz! – deyə o, Kamandar
sənətinin işığına yığışanları salamladı. Sonra V.Rüstəmzadə aşıq sənəti-
nin xalqımızın mədəniyyət tarixində necə böyük rola malik olduğundan
danışdı, bu işdə aşıqların əvəzsiz xidmətini qeyd etdi.
Sazlı-sözlü gecədə çıxış edənlər çox oldu. Tədqiqatçı Hüseynqulu
Məmmədov, professor Qara Namazov, şairlər Hüseyn Arif, Məmməd
Aslan, Zəlimxan Yaqub və Abbas Abdulla, müğənni Mayis Salmanov və
başqaları Ustadın 60 yaşını təbrik edərək, öz ürək sözlərini söylədilər.
Professor Camal Mustafayev dedi:
– Saz həsrətli ürəklərimizi intizarda qoymaq istəmirəm, belə məclis-
lərdə sözü uzatmaq günahdır. Kamandar bizim bu əzəli-əbədi sənətimizi
özümüzə qovuşduran ustad sənətkardır. Bizi bu an saz elə sehrləyib, elə
birləşdirib ki, sanki qəriblər bir-birindən ayrılmazdır. Kamandar səsinin
gözəlliyi, sehri, qüdrəti heç kəsdə yoxdur. Aşıq Məhəmməd Sadaxlı yax-
şı dedi ki, hamı Kamandarı təqlid etmək istəyir. Çünki Kamandar böyük
sənətkardır. Düzdür, öyrənmək yaxşıdır, amma hər sənətkar özünə bənzə-
məlidir. Ən əfzəli isə budur ki, istedad olmasa, təqlid heç nə verməz.
Kamandardan yeganə təmənnamız budur ki, o, kamandarlar yetişdirsin,
aşıq məktəbimiz yaşasın.
Beləcə arzular, istəklər bir-birinə calandı o gecə. Sazla sözün ünsiy-
yətindən Ustada şöhrət çələngi hörüldü. Borçalı aşıqlarından Məhəmməd
Sadaxlı və Əhməd Sadaxlı, Elman Kosalı, İlham Əsgəroğlu, “Göyçə”
OZAN DÜNYASI № 4(11), 2012
45
aşıqlar ansamblının üzvlərindən Pəhləvan Nəsiboğlu, Kərəm Bəkiroğlu
öz ustalıqlarını dönə-dönə nümayiş etdirdilər.
– Borçalı torpağı göydə Allaha, babaların ruhu uyuyan torpaqda yer-
də saza tapınıb. Çox şeyi dəyişdilər, sazımızı dəyişə bilmədilər, – deyə
şair Osman Əhmədoğlu doğma eldə saza bağlılığın köklərindən danışdı.
Yubiley mərasimində şair Məcnun Göyçəli ustad sənətkara Azər-
baycan Aşıqlar Birliyinin “Fəxri Fərman”ını təqdim etdi. O, yubilyarı
təbrik edərək dedi: – Gün o gün olsun ki, növbəti yubileyiniz Göyçədə
keçirilsin. Qaralan ocaqları, sönmüş çıraqları yandırasınız, ustad!
Azərbaycan Mədəniyyət Fondunun idarə heyəti adından göndərilən
təbriknaməni nümayəndə Zahid Quliyev oxudu. Hər hansı rəsmiyyətdən
kənar olan yubiley təntənəsi hərarətli, səmimi ab-havada keçdi. Ədəbi-bədii
gecədən evə dönərkən qulaqlarımda xalq ədəbiyyatının gözəl bilicisi və
yorulmaz təbliğatçısı, şair Məmməd Aslanın dərin mənalı sözləri səslənirdi:
– Bu gün Azərbaycan aşıq sənəti bir kövrəklik yaşayır, yıxılan
dağların yerində bir zirvəmiz qalıb – Kamandar. Deməli belə. Dədə
Ələsgərin, Dədə Şəmkirin, Dədə Əmrahın, Hüseyn Saraçlının yerində bir
Kamandar. Birdirsə, onu lap möhkəm qorumalıyıq, qədrini bilməliyik.
Axı, sənətkar ruhi qidanı, ilhamı elin məhəbbətindən- sayğısından alır...
İkinci, üçüncü, dördüncü zirvələri isə zaman özü yetişdirəcək, inşallah!
Dastan gecəsi
Möhtəşəm Qız Qalasının yaxınlığındakı Şirvanşahlar sarayının qədim
Karvansarayında keçirilən bu gecə yaddaşlara əbədilik həkk olundu de-
səm, mübaliğə saymayın. Açıq havada, çay süfrəsi başında təşkil edilən
məclis romantik əhval-ruhiyyə yaratmışdı. Səmadan məclisə boylanan
Ay da, ulduzlar da sanki Aşıq Kamandarı dinləməyə gəlmişdilər. Gecə
musiqi, şeir-sənət ovqatına bürünmüşdü. Aşıq oxuduqca qəlblərə od salır,
düşüncəli başlar ahəstə-ahəstə yırğalanırdı. Aşıq bəmdən-zilə qalxdıqca
çarhovuzun başındakı tənha ağacın yarpaqları da musiqinin ritminə uy-
ğun şəkildə titrəşir, öz yarpaq dillərində zümzümə edirdilər. O gecə ayrı
gecəydi. O gecənin hikmətini şahidi olmayan duymaz.
Gecənin aparıcısı Azərbaycan Dövlət “Muğam” Teatrının aktyoru və
rejissoru İshaq Ozanoğlu idi. Gənc İshaqın bəlağətli nitqi, məzmunlu
söhbətləri, mənalı replikaları ayrı-ayrı çıxışlar arasında gözəgörünməz
rabitə yaradır, gecəni bütöv, süjetli tamaşa şəklində birləşdirirdi. Belə is-
tedadlı cavanlarımıza əhsən! İshaq Ozanoğlu zahirən müasir olduğu
qədər də, daxilən kökə-soya bağlı Azərbaycan oğludur, türk övladıdır.
Dostları ilə paylaş: |