OZAN DÜNYASI № 4(11), 2012
38
AĞDABANLI QURBAN
DAĞLAR
Qışda, yazda, yayda sənin
Əskik olmaz qarın, dağlar.
Al yaşıla bəzənirsən,
Gələndə baharın, dağlar.
Desəm dərdim, kim inansın,
Məni sənə Məcnun sansın.
Baisləri oda yansın,
Deyim: sən huşyar ol, dağlar.
Viran könlüm olur abad,
Yazıq canım qəmdən azad.
Səlvi ilə Qurbanı şad
Eylə, murğuzar ol, dağlar.
SĠNƏSĠNNƏN
Qoynun səkkiz cənnət bağı,
Taydı cənnət, sinəsinnən.
Car olub köçər bulağa,
Axır şərbət sinəsinnən.
Sevgim bu gün bağa gəldi,
Oxuyan şeyda bülbüldü.
OZAN DÜNYASI № 4(11), 2012
39
Ətri müşki-ənbər güldü,
Verir ləzzət sinəsinnən.
Qurbanı saldı xəyala,
Ləblərin bələnib bala,
Bəlkə verə bir piyala,
Qıla ülfət sinəsinnən.
YAġADIM
Sadiqlikdi, səxavətdi sənətim,
Gur məclisdə, ağır eldə yaşadım.
Halal nemət oldu şirin qismətim,
Düz ilqarda, doğru yolda yaşadım.
Araz çayı qanlı göz yaşım oldu,
İnsanlıq aləmi qardaşım oldu.
Nə gileyim, nə də savaşım oldu,
Düz kəlmədə, şirin dildə yaşadım.
Ayrı yaşamazdıq, nə mən, nə də sən,
Əllərin kəsilsin, ay ara kəsən.
Füzuli naləli, vətənim vətən,
Sarayda yaşadım, çöldə yaşadım.
Qurban, səcdə eylə namazın üstə,
Bülbüllər oxusun avazın üstə.
Qasımın, Abbasın məzarı üstə,
Oldum həmişəlik xəstə, yaşadım.
GƏL-GƏL
Tez gəl, a mehriban, tez gəl, amandı,
Dilimin, zikrimin əzbəri, gəl-gəl.
Aləm ağ günəşdi, könlüm dumandı,
Sənsən işiqladan göyləri, gəl-gəl.
OZAN DÜNYASI № 4(11), 2012
40
Az qalıb əlimdə alışa sazım,
Göydə durnaları saxlar avazım.
Qayada kəkliyim, çaylarda qazım,
Göllərdə yaşılbaş nazpəri, gəl-gəl.
Gözlərin qaradı, telin burmadı,
Sözlərin kişmişdi, dilin xurmadı.
Getdi əqli-huşum, ürək durmadı,
Quruldu ədalət məşəli, gəl-gəl.
Söyüdlü çayında, Qonur dağında,
Sonalar, mələklər solu, sağında.
Suyu şərbət olan buz bulağın da,
Kişmişi, xurması, şəkəri, gəl-gəl.
Qurban həm aşıqdı, həm də ki, şair,
Haqqın hər vergisi bəndəyə dair.
Mən dəli-divanə, sən müqəddəs pir,
Olmamış ruh xəstə, sərsəri, gəl-gəl.
EYLƏR
Bilirsənmi a insafsız, a zalım,
Qəzəblənsə, qara gözlər qan eylər.
Mehriban danışıq, a gözəl insan,
Viranə çölləri gülüstan eylər.
Doğru işə düzgün plan yaxşıdı,
Ölümdən qurtaran yalan yaxşıdı,
Acı dildən gürzə ilan yaxşıdı,
Öldürər biryolluq, ya divan eylər.
Nəsiyyət söz milyon-milyon deyildi,
Düzəlmədi haram, bədən əyildi.
Mey içildi, haram tikə yeyildi,
Bunu naqis oğlu, ya şeytan eylər.
.
Sel başlandı, heç dolmadı boş kasam,
Kamil nəsiyyətə bir qulaq asam.
OZAN DÜNYASI № 4(11), 2012
41
Nə vecinə mən dünyada olmasam,
Dünya çox çaqqalı şir, aslan eylər.
Zəmanə yaşatdı necə Qurbanı,
Yığdığı sərvəti, xəzinəsi hanı?
Yola saldı neçə şah Süleymanı,
Məhəbbət qocanı şux, cavan eylər.
GÖZƏL
Başına dolanım, dön bəri sarı,
Qamətin də gözəl, yolun da gözəl.
Bu həsrət könlümdən sil qəm-qubarı,
Söhbətin də gözəl, dilin də gözəl.
Şairlərin dedikləri yalandı,
Mələk qiyafədə əfi ilandı.
Bir fikirləş, dünya kimə qalandı,
Ayın da gözəldi, ilin də gözəl.
Ağzımı açanda söz eyləyirsən,
Yalannan küsürsən, naz eyləyirsən.
Bir dəfə səhf eylə, düz eyləyirsən
Əməlin də gözəl, felin də gözəl.
Yüz həsrət aralı baxır kənardan,
Can yanır, bulaqlar axır kənardan,
El görüb, kim-kimi yıxır kənardan,
Talehim şüşədir əlində, gözəl.
Qurbanın üstündən bir qara çəkmə,
Özünü bu qədər kənara çəkmə,
Çək sinən üstünə - məzara çəkmə,
Mehribanlıq gəlsin dilinə, gözəl.
Qurban, möhnət səni yenə doğruyar,
Cəlladım ol, cəsədimi doğru yar.
Tale yaza qismətinə doğru yar,
Dərd-qəm çatdırmadı, məndən mənə yaz.
OZAN DÜNYASI № 4(11), 2012
42
AġIQ KAMANDAR – 80
2012-ci il Azərbaycan aĢıq sənətinin tarixində bir sıra əlamətdar hadisələrlə yadda
qaldı. Bu il həmçinin böyük ustad AĢıq Kamandarın 80 illik yubileyi həm onun doğ-
ma yurdu Boçalıda, həm də Azərbaycanda yüksək səviyyədə qeyd olundu. Azərbaycan
AĢıqlar Birliyinin yeni layihəsi olan “Ustad aĢıqlarımız” seriyasından ikinci kitab da
AĢıq Kamandara həsr olundu. “Xan Kamandar” adlı bu kitabda ədəbiyyat və incə-
sənət xadimlərinin, ictimai-siyasi xadimlərin, folklorĢünas alimlərin və sənət dost-
larının ustadla bağlı xatirələri, müxtəlif illərdə barəsində mətbuatda yazılmıĢ yazılar,
müsahibələri və ustada ithaf olunmuĢ Ģeirlər toplanıb. Ancaq kitabda da qeyd etdi-
yimiz kimi, AĢıq Kamandar haqqlnda yazılanların, deyilənlərin heç də hamısı deyil bu
topluda yer alanlar. Çünki bir tərəfdən AĢıq Kamandar haqqında təkcə Borçalıda və
Azərbaycanda deyil, onun hüdudlarından uzaqlarda da çox yazılıb, digər tərəfdən isə
müxtəlif səbəblərdən ya bizim əlimiz çatmayan, ya da yazdğını vaxtında bizə çatdıra
bilməyən kamandarsevərlər də az deyil. Elə kitab iĢıq üzü görəndən bir neçə gün
sonra bizə edilən müraciətlər də bunu sübut edir. Onlardan filologiya üzrə fəlsəfə
doktoru Mənzərə Sadıqovanın ustadın Bakıda qeyd edilən 60 illik yubiley tədbirlərin-
dən qeydlərini və digər müəlliflərin Ģeirlərini oxucularımıza təqdim edirik.
Musa Nəbioğlu
***
Mənzərə SADIQOVA,
filologiya üzrə fəlsəfə doktoru
AġIQ, BAĞRINA BAS SƏDƏFLĠ SAZI
Söznən bəhrələnən qoca dünyanın
Eşqinin havası telli sazdadı.
Səfalı bağların, uca dağların
Təsviri, boyası telli sazdadı.
Dünyaya ərənlər gəldi. Saz çaldılar, söz qoşdular. Ürəklərə od sal-
maq üçün “Yanıq Kərəmi” eşq atəşində yandırdılar, ruhumuzu dilə gətir-
sinlər deyə “Ruhani”ni harayladılar. “Baş Sarıtel”lə “Ayaq Sarıtel” göy-
nəyən qəlbimizə məlhəm oldu. Sazın təranələri altında uyuduq. Dün-
yadan ərənlər köçdü. Sazı türk övladına miras qoyub getdilər. “Kərəm
gözəlləməsi”, “Koroğlu bozuğu”, “Cəlili”, “Qaraçı” varislərə yadigar
qaldı. Ulu ozan sənəti əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə yetişdi. Ya-
şadığımız XX yüzillikdə bu sənətin zirvə siqlətini çiyinlərində daşıyan-
lardan biri də Borçalı açığı Ustad Kamandar oldu.
Zəngin el ədəbiyyatımızın, xalq musiqimizin mahir bilicisi olan Ustad
Kamandar sinkretik aşıq sənətinin hər üç qolunu özündə məharətlə cəmləş-
dirən istedad sahibidir. Məharətlə çaldığı sazın fonunda yüksələn qüdrətli
Dostları ilə paylaş: |