OZAN DÜNYASI № 4(11), 2012
112
SƏS: Qamçı beş hissədən ibarətdi.
( Kamera divardakı xalçanın üstündən asılmış qamçıları göstərir.
Tələsmədən detallarınacan diqqət ayırır, qayışlarını, hörgülərini, qotaz-
larını nümayiş etdirir)
Birinci hissə, qamçı sapı... hər ağacdan qamçıya sap olmaz. Elə ağac-
dan olmalıdı ki, çəkidən yüngül, dözümdə bərk olsun. Əsil qamçı sapı
dağdağan, ya da zoğal ağacından olur... Oamçının hörmə sapı da ola bilir,
yəni göndən-qayışdan da sap hörülür...
Qamçılar çoxqatlı, yəni çoxmərtəbəlidi. Qotazlı mərtəbələr... Dörd
tağdan başlamış, doqquz, on dörd, on səkkiz tağdan hörülə bilir... Bu,
ustanın bacarığından asılıdı...
Dəridən hazırlanır, daha doğrusu, dana gönündən... Gön işlənir, aşıla-
nır, ölçülüb, biçilib, kəsilib, tağlara ayrılır. Qamçı hörən el arasında
seçilən-sevilən daha doğrusu, sınaqlı adamlardan sayılardı, indi də belə-
di... bu da yəqin ki, yenə də şamançılıqla bağlı olduğundandır...
Qamçı sapından sonra dib qotazı gəlir...
Dib qotazı, çoxtağlı olur, yəni qamçının ən yoğun yeri...
Sonra orta qat gəlir, yəni orta qotaz. Dib qotazdan hiss ediləcək
dərəcədə nazik olur.
Sonuncu qat şoldu adlanır, qamçının şoldusu tək qayışdan ibarətdi.
El arasında məsəl var:
Kənd şortusunnan tanınar, qamçı şoldusunnan...
Şoldunun qayışı o biri tağlardan fərqli olaraq heyvanın baş gönündən
düzələr, çünki baş-alın gönü çox qatı, möhkəm, dözümlü olur, ona görə
də deyirlər; “Qamçını şoldusunnan tanı, kəndi şortusunnan.” “Qamçı
şoldusunnan üzülər...” deyərlər, çünki yerə qamçının şoldusu dəyir...
(Kamera qamçıları müxtəlif vəziyyətlərdə göstərir; at belində, atlının
əlində, at çapır, qamçı yellənir. Qoyun sürüsü yanında çobanın əlində
görürük...
Toy babasının əlindədi, qamçının səslənməsi və işarələriylə yallını
idarə edir. Qamçıdan kəmənd kimi də istifadə etmək olur. Bu mənada
qamçını ağaca dolayb atdanmaq mümkündü...)
El arasında belə bir deyim də var: ellərə şoldu canım, yerə dəydim
üzüldüm. Deyilənlərə görə hürufilər-əliallahılar üstlərində dəmir gəzdir-
mirdilər, ağac və qayışla silahlanardılar. Onların hər birinin çoxqatlı
qamçıları olurdu, ünvanlarını da yalnız özlərinin bilib anladıqları işarə-
lərlə qamçı tağlarına həkk edirdilər. Tarixdən bildiyimiz kimi bu təriqət
yarandığı gündən ruhanilər, İslam dini mərkəzləri tərəfindən izlənilib.
Ona görə də Hürufi dərvişləri yerlərdə təşkilatlanırdlar. Yerlərini də heç
OZAN DÜNYASI № 4(11), 2012
113
kəs bilməsin deyə bir-birilərinə qamçılar vasitəsiylə ötürürdülər: təx-
minən belə: “bizi dib qotazın altıncı tağının qurtardığı yerdə arayın...”
Qamçının dib qotazı, yəni dib qatı hansısa bir dağı, bir yaylağı bildi-
rirdi, hörülmüş, hörgüdə olan tağlarsa ora gedən yolu göstərirdi... Yəni
bu gün lazımsız əşya kimi qavrayıb diqqət ayırmadığımız Qamçı
ümumtürk mədəniyətində, düşüncəsində, yaşayışında önəmli yer tutub.
Xalq yaradıcılığında bu gün də izi görünür. Haqqında çox sözlər
deyilib...
Tapmaca...
Göyə dəyər səs eylər,
Yerə dəyər iz eylər... (açması Qamçı)
Deyimlər...
(Əlində qamçı oğlan uşağı görürük, uşaq qamçını səsləndirmək istə-
yir, bu görüntünün üzərində)
Səs: Qurd dedi, dam dolusu qız gördüm qorxmadım, əlindəki qamçı
boyda oğlan gördüm qorxdum.
Qamçı şoldusunnan üzülər... (Şoldu qamçının qurtaracaq sonuncu
qayışıdı)
Ellərə şoldu canım, yerə dəydim üzüldüm...
Qara kəl qamçı görüb...
***
Qamçının növləri çoxdu...
Tatarı...
Matraq...
Hər iki növ qamçı at qamçıları sayılır... Qotazlı, qara qamçılar kimi
uzun olmazlar. Atı çox incitməsin deyə şoldusu, yəni ucu enli yarpaq
boyda qayışdan düzəlir.
Toy qamçıları da olub. Bu növ qamçılar bəzək-düzəyiylə seçilərdi,
yağlanıb asılardı bir yerdən, toyu, toy babasını gözləyərdi... İndiki dillə
desək, tamadaları. Qamçı yallıları deyilən yallılar Toy babasının əlindəki
qamçılarla idarə olunardı.
Toy babası toya qamçısız gəlməzdi... Ona görə də belə bir deyim
işlənərdi...
Ağacsız çoban gördüm, qamçısız toy babası görmədim...
Bütün bu dediklərim və imkan daxilində göstərə bildiklərim yaddaşı-
mızda ilişib qalanlardı... Yaddaşımızın anlarıdı, yaşadığımız tarixdi. Bir
OZAN DÜNYASI № 4(11), 2012
114
suya ikinci kərə girmək olmaz, deyərlər. Tarix də belədi, ikinci kərə ya-
şanmaz. Ona görə də deyərlər...yanlışını yaşama, uğurunu yaşa. Bütün
bunlar yaddaşımızın uğurlu anlarıdı. Ona qayıtmasaq da bu günki uğu-
rundan güc almalıyıq...
İnsanı diri saxlayan, sınmağa qoymayan hər şeydən öncə onun əsilli-
nəsilli, nəcabətli olmasıdır. Nəcabətli olmaqsa birbaşa qanla, genetik ger-
çəkliklərlə bağlıdır. Nəcabətli olmaq həm də tərbiyəli olmaqdır. Nəcabət
qanın təmiz qalması üçün insan əxlaqının mayalandığı qaynaqdır... Xalq
da belədir, öz kökü üstündə yaşayarsa, bu nizamı saxlaya bilirsə, inkişafı
da sağlam və başacan olmalıdır.
Sovet İttifaqının bayrağı altında yaşayan bir çox xalqlar Sovet İttifa-
qının öz qanununlarına görə öz kökünü, hardan gəldiyini unutmalıydı.
Müəyyən mənada unutdu da. Amma yeni yaranan Şura dövlətinin gələ-
cək planları tutulub, sabahların projeləri cızılsa da, keçmiş unudulma-
mışdı, qüdrətli tarixlər yaşamış xalqların keçmişi aradaydı, dövlətdə hələ
də narahatçılıq doğururdu. Bu qüdrətli keçmiş yeni yaranan Şura hökü-
mətini qorxudurdu. Ona görə də elə ilk gündən təbliğat maşını işləməyə
başlamışdı. Bu fikri bu cür ifadə etsəm daha yaxşı olar: təbliğat maşını-
nın hələ ki özü yox, təkərləri işləyirdi, Xalqda özünün olan doğma, milli
nə varsa çeynıyib, əzib, məhv etməkçün işləyirdi, con günlərinəcən də
işlədi.
Bu mənada kökünü-nəcabətini danmaq adi hal oldu. El arasında belə
bir məsəl var: “İşimin xətrinə erməniyə dayı dedim...” Elədir, bir çox
Sovet xalqı dolanmasının, həyatda qalmasının xətrinə Şura hökümətinə
“dayı” dedi. Bununla da Sovet İttifaqının tərkibində Şura hökumətinə
“dayı deyən” yeni millətlər yarandı, xalq yox, Millət... Ona görə ki, xalqı
yaratmaq mümkün deyil, Xalq təbii olaraq doğulandır, millətsə yuxarıda
dediym kimi, doğulmur, süni şəraitlərlə, “düşmən dəyirmanının suyuy-
la”, təsir və təzyiqlərlə, yeni yaranmış mühitin təbliğat havasıyla qida-
lanıb yaranandır.
Zoğal ağacı...
Belə söyləyirlər ki, dəyirmanda novat (növbə) idi, neçə para kəndin
adamları sıraya düzülmüşdü, sıra uzanıb-uzanıb dəyirmandan xeyli
aralanmışdı. Sıraçıların, yəni novatda duranların hərəsinin əlində bir şey
vardı, bir yana gedəndə yerinə əlindəkini qoyub gedirdi. Birinin əlindəki
bıçaq idi, birinin ki, qamçı idi, beləcə, hərənin öz nişanası vardı. Əlində
söyüd ağacı olanın sırası yaxınlaşdı. Elə yenicə dən torbalarını içəri
daşımaq istəyirdi ki, əlində zoğal dəyənək olan birisi özünü çatdırdı. Elə
OZAN DÜNYASI № 4(11), 2012
115
gendəncə əlindəki zoğal ağacını silkələyib işarə elədi ki, növbə mənimdi,
mən üyüdəcəm...
Ağacı söyüddən olan istədi, yox, desin, zoğal dəyənəyini görüb nə
fikirləşdisə, əyilib yavaşcadan ağacının qulağına dedi:
Ay ağacım söyüd,
Sənə verim bir öyüd,
Qoy indi zoğal üyüdsün,
Sonra sən üyüd...
***
Öz soyundan-kökündən uzaqlaşmaq sonda millətini də tanımadığı,
anlamadığı yeni münasibətlərə aparıb çıxardır. Yeni münasibətlər də
özünü unutmaq, minilliklərin yaşayış tərzindən, adət-ənənəsindən çıxmaq
deməkdir, bu da yeniləşmək yox, əksinə təbliğata uyub yellərə, sellərə
qarışıb yox olmaq deməkdir...
Hərəkətdə olan hər şeyin “başını qaytarmaq” anlayışı var. Kiçicik bir
hərəkət nizamsızdırsa, fəlakətə doğru gedər. İnsan addımını hara atdığını
bilmirsə, yıxılacağı qaçılmazdır.
(davamı növbəti sayımızda)
OZAN DÜNYASI № 4(11), 2012
116
YENĠ NƏġRLƏR
AĢıq Ələsgər. Bakı, “Elm və təhsil”, 2012. 280
səhifə.
Azərbaycan Aşıqlar Birliyinin yeni layihəsi –
“Ustad aşıqlarımız” seriyasından ilk nəşr olan bu
kitab Azərbaycan aşıq sənətində və poeziyasında
özünəməxsus yeri olan ölməz ustad Aşıq Ələsgərə
həsr olunub. Aşıq Ələsgər indiyədək ən çox tədqiq
olunan, yaradıcılığı elmi-nöqteyi nəzərdən ciddi
öyrənilən, barəsində monoqrafiyalar və bədii əsərlər
yazılan sənətkardır. Bu kitabda Aşıq Ələsgərə həsr
olunmuş elmi-publisistik məqalələrdən bir qismi, Xalq şairi Zəlimxan
Yaqubun bu böyük ustada həsr etdiyi “Göyçədən gələn səslər” poeması
və ustadın yaradıcılığından nümunələr yer alıb.
Kitabın məsləhətçisi Xalq şairi Zəlimxan Yaqub, redaktoru profes-
sor Qəzənfər PaĢayev, rəyçisi Məhərrəm Qasımlı, tərtib edəni və nəşrə
hazırlayanı isə Musa Nəbioğludur.
* * *
AĢıq Mirzə Bilal. Bir vaxt Ģam-çıraqla
gəzərlər məni.
Bakı, “Elm və təhsil”, 2012, 104 səhifə.
Azərbaycan Milli Elmlər Akademiyasının Folklor
İnstitutu tərəfindən nəşr olunan kitabda Şirvan aşıq
mühitinin ünlü sənətkarı, 1937-ci il repressiyasının
qurbanı Aşıq Mirzə Bilalın həyatı, şeirləri (son illər-
də əldə edilənlər də), xatirə və rəvayətlər daxil edilmişdir.
Kitabı toplayıb tərtib edən, qeyd və izahların müəllifi filologiya elm-
ləri doktoru Seyfəddin Qəniyev, redaktoru AMEA-nın Folklor İnstitutu
Aşıq yaradıcılığı şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elxan
Məmmədli və rəyçisi filologiya üzrə fəlsəfə doktoru Tariyel Qənidir.
* * *
OZAN DÜNYASI № 4(11), 2012
117
Xan Kamandar.
Bakı, “Elm və təhsil”, 2012. 392 səhifə (+16
səhifə Ģəkil)
Azərbaycan Aşıqlar Birliyinin layihəsi “Ustad
aşıqlarımız” seriyasından nəşr olunan bu kitab XX
əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndə-
lərindən olan və hələ sağlığında ikən klassikləşən
Ustad Aşıq Kamandara həsr olunub. Kitabda ədə-
biyyat və incəsənət xadimlərinin, ictimai-siyasi
xadimlərin, folklorşünas alimlərin və sənət dostlarının ustadla bağlı
xatirələri, müxtəlif illərdə barəsində mətbuatda yazılmış yazılar, müsahi-
bələri və ona ithaf olunmuş şeirlər yer almışdır.
Kitabın məsləhətçisi və redaktoru Xalq şairi Zəlimxan Yaqub, tərtib
edəni və nəşrə hazırlayanı isə Musa Nəbioğludur.
* * *
Seyfəddin Qəniyev. ġirvanlı AĢıq ġakir. Bakı,
“Elm və təhsil”, 2012, 100 səhifə.
Aşıq Şakirin qısa tərcümeyi-halı yer alan kitab-
da ustad aşığın yaradıcılığının bəzi məqamlarından
bəhs olunur. Eləcə də aşığın şeirlərinin böyük bir qis-
mi, onun ömür yolu ilə bağlı iki rəvayət də kitaba
daxil edilmişdir.
Kitabın redaktoru professor Məhərrəm Qasımlı,
rəyçilər filologiya elmləri namizədləri Elxan Məmmədli və Tariyel
Qənidir.
* * *
Yaqut Bahadurqızı. “ Mən Muradlar övladıyam”.
Bakı, ÇaĢıoğlu, 2012. – 320 səh. 64 səh. Ģəkil.
Kitabda Şirvan aşıq mühitinin tanınmış nüma-
yəndəsi, Əməkdar Mədəniyyət İşçisi Aşıq Ağamurad
Mərzəngəlinin ömür yolundan, yaradıcılığı və sənət-
karlıq xüsusiyyətlərindən söz açılır. Eyni zamanda,
görkəmli alim və ziyalıların, sənət dostlarının ürək söz-
ləri, mətbuatda haqqında yazılanlar və yaradıcılığından
seçmələr toplanmışdır.
Kitabın redaktoru filologiya elmləri namizədi Elxan Məmmədlidir.
OZAN DÜNYASI № 4(11), 2012
118
AĢıq Mahmud Məmmədov – “Allah qəlbə
görə verir”. Bakı, “ġur” 2011, 184 səhifə + 8
səhifə Ģəkil.
Görkəmli el sənətkarı, ustad aşıq, Prezident
təqaüdçüsü Aşıq Mahmud Məmmədov bu yeni ki-
tabını “Allah qəlbə görə verir” adlandırır.
Ömrünün bu ixtiyar çağında gənclik həvəsi
ilə çalıb-oxuyan, ürəyi ilhamlı, əli qələmli, sinəsi
sözlü, dili nəğməli aşığımız insanın ən yaxşı mə-
nəvi keyfiyyətlərini saflıqda, təmizlikdə, dində-
imanda, ulu Yaradana bağlılıqda görür.
Kitabın redaktoru şair Musa Ələkbərlidir.
* * *
BORÇALI-QARAPAPAQ NAĞILLARI TÜRKĠYƏ
TÜRKCƏSĠNDƏ YAYIMLANIB
Türkiyədə “Qardaş nağıllar” seriyasından
Anadolu türkcəsinə çevrilmiş özbək və tərəkəmə
(qarapapaq) nağıllarından ibarət kitab nəşr olun-
muşdur. Kitabın “Tərəkəmə nağılları” bölümün-
də
Azərbaycan
Folkloru
Antologiyasının
“Borçalı-Qarapapaq cildi”ndən (toplayıb tərtib
edəni: prof. Valeh Hacılar) “İri buğdanın sirri”,
“Xoşbəxt adam”, “Təsbeh kimə çatmalıdı” və s.
nağıllar, eləcə də Qars vilayətinin Susuz bölgə-
sindən yazıya alınmış nağıl nümunələri əks olun-
muşdur. Kitabın tərtibçisi Almaniyada yaşayan
qarslı soydaşımız Yücel Feyzioğludur.
OZAN DÜNYASI № 4(11), 2012
119
MÜNDƏRĠCAT
M.Allahmanlı. İctimai televiziya və xalq yaradıcılığı ................. 3
X.BəĢirli. Bir elin səsiydi Şakirin səsi ......................................... 9
H.Mirzə. Alimin tribunası ............................................................ 13
V.Hacılar. Türkdilli gürcü aşıq-şairi Şivğa .................................. 28
Ağdabanlı Qurban. Şeirlər .......................................................... 38
M.Sadıqova. Aşıq, bağrına bas sədəfli sazı ................................. 42
N.Mərzəngəli. Kamandar ............................................................. 48
M.ġeyda. Yaşa, Kamandar ........................................................... 48
Ə.RövĢənoğlu. Meylini sənətə saldı sənətkar ............................. 49
S.Məmmədov. Sənətdə möhtəşəm Kamandar mülkü .................. 50
S.Fərəcov. Dirili Aşıq Surxay ...................................................... 56
Q.Sayılov. Azərbaycan aşıq sənətinə dair. .................................. 59
S.ġiruyə. Şeirlər ............................................................................ 68
Aşıq Şakir – 90 .............................................................................. 71
Şamaxıda Mirzə Bilalın 140 illik yubileyi qeyd olundu ............... 72
Bakıda Mirzə Bilalın 140 illik yubileyi qeyd edilmişdir .............. 73
Aşıq İsfəndiyarın 75 illik yubileyi Bakıda qeyd olundu ............... 74
Ağdabanlı Qurban anıldı .............................................................. 75
Aşıq Kamandarın 80 illik yubileyi Bakıda qeyd olundu ............... 77
Marneulidə Aşıq Kamandarın 80 illik yubileyi qeyd olundu ....... 79
Tiflisdə Aşıq Kamandarın 80 illik yubileyi qeyd olunub.............. 80
“Xan Kamandar” kitabının təqdimatı oldu ................................... 81
Aşıq Məhəmməd Şirvanlı – 60 .................................................... 82
M.Nəbioğlu. Xalq yazıçısının Yer üzündəkilərə məktubu ........... 84
M.Süleymanlı. Yer üzünə məktub ............................................... 85
Yeni nəşrlər ................................................................................... 116
OZAN DÜNYASI № 4(11), 2012
120
Йыьылмаьа верилмиш 04.12.2012
Чапа имзаланмыш 27.12.2012
Шярти чап вяряги 7,5.
Сифариш № 382.
Каьыз форматы 70х100 1/16. Тираj 1000
Jurnal «Нурлан» няшриййат-полиграфийа мцяссисясиндя
щазыр диапозитивлярдян чап олунмушдур.
Dostları ilə paylaş: |