OZAN DÜNYASI № 4(11), 2012
62
kimi, rəqqas kimi, mərasim icraçısı kimi araşdırdığımız zaman onun bütöv
və vahid bir sənət olduğunu diqqətdə saxlamalıyıq. Bu tərkib hissələri
olduğu üçün də aşıq sənəti mövcuddur. Hər bir hissənin ayrılıqda min illərlə
yaşı ola bilər. Amma üzvi şəkildə birləşərək vahid bir sənəti – aşıq sənətini
yaratdıqdan sonra artıq biz ayrıca götürülmüş hissələrdən yox, tamın,
bütövün tərkib hissələrindən danışa bilərik. Bu hissələr bütövləşib bir sənət
fenomenini yaratdıqdan sonra 500 il onda, onun tərkibində hissə, orqaniz-
mində üzv kimi yaşamışdır. Bu səbəbdən biz sənətin tamlığını təmin edən
hissələri də nəzərdən qaçırmamalıyıq.
Aşıq sənətində balaban musiqi alətindən də istifadə edirlər. Bu alət də ən
qədim nəfəsli alətlərdən sayılır. Balaban tütək musiqi aləti ailəsinə aiddir.
İlk insanın yaranışı ilə bağlı olan tütək alətinin formalaşmış və daha da tək-
milləşmiş növü olan balabanın bir çox adı olmuşdur. Onun ən qədim adı
Düdükdür. Bu ad öz kökünü şumerlilərdə olan Titək sözündən götürür.
Titək-tütək-düdək-düdük sözü türk mənşəlidir. Etimoloji mənası Ti-tü səs,
tək isə yeganə, tək mənalarındadır. Mənası təksəs, təksəsli deməkdir.
Sonrakı tarixi dövrlərdə bu ad dəyişilərək balaban-balaman-mey kimi də
adlandırılmışdır. Müasir dövrdə onun adı Balabandır. Bu söz də türk mən-
şəlidir. Bala-kiçik mənasındadır. Ban isə qışqırıq-səs mənasını bildirir. Kiçik
səsli ad alətin səslənmə imkanlarından doğmuşdur.
Balaban-dəmkeş ifadəsində dəmkeş dəm saxlayan mənasındadır. Yəni
dəmkeş həm sazı, həm də sazın ifasını təkrar edən balabana mayə-tonika
səsinin arası kəsilmədən dəm verməsindən meydana çıxmışdır. Mənası dəm
saxlayandır.
Nağara zərb alətidir. Bu alət bütün alətlərdən qədimdir. Tarixi b.e.ö.
150-200 min ilə gedib çıxan qədim Mu qitəsinin Nağara şəhərinin adından
götürülmüşdür. Fərq bu sözün ifadəsindədir. Musiqi aləti kimi sözün qu-
ruluşunda «a» saitləri bərabər vurğularla ifadə olunur. Şəhər adında isə bu
sözün quruluşunda «ğ»-dan sonra gələn «a» saiti uzun heca kimi oxunur.
Nağ-naq-nar kökündən olub od mənasındadır. Mənası odlu, güclü, möh-
təşəm səs deməkdir.
Azərbaycan aşıq musiqisi öz qədim ənənəsi ilə milyonlarla türk və digər
xalqların mənəvi dünyasını zəngin aşıq musiqi havaları repertuarı ilə
zənginləşdirmişdir. Onun füsünkar musiqi dili, melo-poetikası, milli ruhu
tarixən neçə-neçə nəslin yetişməsində, onların etik və estetik görüşlərinin
formalaşmasında xüsusi rol oynamışdır. Aşıq sənəti üçün xas olan ədəb-
ərkan, milli ruh, hikmət, şeir yaradıcılığının bədii zənginliyi, semantikası
klassik irsin formalaşmasını təmin etmişdir. Azərbaycan aşıq yaradıcılığının
ortaya çıxarmış olduğu dastanlar, 75-dən çox olan klassik aşıq havaları,
müasir aşıq repertuarına daxil olan yüzlərlə hava və havacatlar Qafqaz,
Şimali Qafqaz xalqlarının, İranın, Türkiyənin, Orta Asiya və s. xalqların
milli mədəniyyətinə sirayət etmişdir.
OZAN DÜNYASI № 4(11), 2012
63
Azərbaycan aşıq repertuarının ən zəngin nümunələrindən seçilmiş və
aşıqsevərlərə təqdim edilən dastanlar, vokal-instrumental və instrumental
aşıq havaları Azərbaycan aşıq musiqisi haqda ümumi təsəvvür yarada
biləcəyini əldə əsas tutaraq onlardan bəzilərini nümunə olaraq veririk. Aşıq
musiqi repertuarına keçməzdən əvvəl bu zəngin irsin ayrı-ayrı janrları haqda
qısa tarixi məlumatlara diqqət yetirək:
Vokal-instrumental aşıq havaları klassik irsimizdən bizə ərmağan qalmış
nümunələrdir. Aşıq yaradıcılığında bu havaların ən qədim nümunələr olması
haqda kifayət qədər elmi məxəzlər vardır. Tarixi XV əsrdən başlayan bu
havaların əksəriyyəti klassik havalar sayılır. Klassik aşıq havaları xarakterik
xüsusiyyətlərinə və melo-semantikasına görə aşağıdakı növlərə ayrılır:
1.
Lirik havacatlar
2.
Qəhrəmanlıq havacatları
3.
Gözəlləmələr
4.
Deyişmələr: bağlamalar, hərbə-zorbalar və s.
5.
Şikəstələr
Aşıq yaradıcılığı şifahi xalq ədəbiyyatının şeir şəkillərinin zənginləşmə-
sinə böyük təsir göstərmiş və rəngarəng şeir şəkillərinin meydana çıxmasına
zəmin yaratmışdır. Aşıq havaları üzərində oxunan şeir şəkillərində sözlərin
heca quruluşunun ardıcıllaşmasının musiqinin ahənginə uyğun formada ni-
zamlanması, musiqi ilə şeirin vəhdətini tam mənada təmin etdiyi üçün aşıq
şeirində melo-poetika öz ahənginə görə o tip başqa şeirlərdən fərqlənir.
Vokal-instrumental aşıq havalarında ifaçı sənətkar müxtəlif vokal ifa üslub-
larından; səsoynatması texnikasından, zəngulədən, milli dialektdən irəli
gələn ifadə vasitələrindən istifadə edir. Bu cür ifa metodu milli vokal ifa
formasını milli çalarlarla zənginləşdirir və onun unikallığını, təkrarolunmaz
xüsusiyyətlərini təmin edir.
Azərbaycanda 12-dən çox aşıq mühitlərinin olması çox zəngin milli
vokal-instrumental ənənəsinin olmasını ortaya çıxarmış olur.
Bədii və texniki ifa xüsusiyyətlərinə görə bu janrın ifaçıları ustad sənət-
karlardır.
İnstrumental aşıq havaları saz alətinin texniki və bədii ifa xüsusiyyətlə-
rinin inkişaf perspektivlərini müəyyənləşdirmişdir. Azərbaycan musiqi mə-
dəniyyətinin inkişafı saz alətinin səs diapazonunun, texniki və bədii ifa
mədəniyyətinin inkişafına da öz müsbət təsirini göstərmişdir. Müxtəlif dövr-
lərdə ifa olunan bu havaların bədii-texniki ifa xüsusiyyətlərinin fərqli cəhət-
lərini ifaçıların təqdim etdiyi ifalardan görmək olar. Azərbaycan şifahi xalq
ədəbiyyatının ən mühüm qollarından biri dastanlardır. Ümumi sayı Şimali
Azərbaycanda 150-dən, Cənubi Azərbaycan aşıq mühitlərində isə 250-dən
çox olan bu zəngin janrın qədim tarixi vardır. Qədimdən müasir dövrümüzə
qədər azərbaycanlı-türklərinin yaşadığı ərazilər geniş, əhatəli olduğu kimi,
onun ayrı-ayrı tarixi kəsimlərdə yaratmış olduğu dastanlar da geniş mövzu-
Dostları ilə paylaş: |