OZAN DÜNYASI № 4(11), 2012
64
ya, rəngarəng janr xüsusiyyətlərinə malik olmuşdur. Qədim Şumerdən,
Elamdan, Midiyadan, Hunlardan tutmuş Türkiyəyə, İrana, Tiflisə, qədim
İrəvana, Herata, Kabilə (Kabul), Kəşmirə və böyük Uyqurustana kimi gedib
çıxan dastanlarımızın mövzu arealı xalq dastanlarımızın qəhrəmanlarının
yaşadığı və ya hadisələrlə bağlı səfər etdikləri, eyni zamanda soydaşlarımı-
zın məskun olduğu məmləkətlər, dost, qardaş ölkələr haqqında geniş, ətraflı
məlumatlar verir. Azərbaycan ədəbiyyatşünaslığında və folklorşünaslığında
xalq dastanları tam şəkildə hələ də toplanmamışdır. Dastanların el arasında
hifz olunub qorunduğu əsas mədəni mərkəzlər arasında; Qərbi Azərbaycanın
İrəvan, Göyçə, Dərələyəz, Ağbaba, Naxçıvan, Tiflis, Borçalı və Şirvan
mühitləri, Gədəbəy, Kəlbəcər, Gəncə, Qazax, Tovuz, Təbriz, Savə,
Həmədan, Zəncan, Urmiyə, Mərənd, Xoy, Sulduz, Qars, Ərzurum və bir çox
şəhər və ya aşıq mühitlərinin yerləşdiyi coğrafi əraziləri göstərə bilərik.
Göyçə, Borçalı, Gəncəbasar, Gədəbəy və Kəlbəcər aşıqlarının iris bu
gün dünya mədəniyyətinin zənginləşməsinə xidmət edir. Aşıq Əsədin, Aşıq
İslamın, Aşıq Kamandarın, Aşıq Hüseyn Saraçlının, Aşıq Əhməd Sadax-
lının, Aşıq İmranın, Aşıq Əkbərin, Aşıq Mahmudun, Aşıq İsfəndiyarın, Mi-
kayıl Azaflının, Aşıq Maisin, Aşıq Fətullanın, Aşıq Nəcəfin, Aşıq İsgəndərin
və b. ifalarındakı havacatlar aşıq ifaçılığının şedevrlərindəndir. “Ruhani”,
“Divani”, “Naxçıvani”, “Çuxuroba”, “Bəhməni”, “Sarıtel”, “Müxəmməs”,
“Təcnis”, “Koroğlu” və s. havalar Azərbaycanın söz və saz sənətinin inki-
şafının bariz nümunəsidir.
Müasir Şirvan aşığına bu baxış prizmasından baxdıqda məlum olur ki,
onun zəruri atributlarından birini təşkil edən musiqi kifayət qədər zəngindir
və onun araşdırılması da ayrı-ayrı tədqiqatlar tələb edir. Bununla belə, yəni
sırf musiqişünaslıq tədqiqatını həmin sahə mütəxəssislərinin diqqətinə
çatdırmaqla da gələcəkdə bu sahənin daha dəqiq araşdırılması üçün zəmin
yaratmaq olar. Musiqi tədqiqatı təkcə not məsələlərindən
ibarət deyil,
buraya
musiqi sənətkarlığı haqqında məlumatlar da daxildir. Həm də o
zaman ki, bir
çox sənətkarların musiqi ifaları qorunmamışdır.
Şirvan aşığı üçün musiqinin iki aspekti var:
1)
Aşıq
musiqisi, saz havaları və ifaçılıq sənəti;
2)
Aşıq ansambl musiqisi (balaban, nağara, zurna, qoşa nağara, dəf
və s.) və ifaçılıq sənəti.
Bunlardan birincisi xalis aşıq musiqisidir ki, sazla ifa olunur. İkincisində
sazdan başqa digər alətlər də iştirak edir. Digər alətləri biz buradan ayırsaq,
o zaman Şirvan aşıq musiqisindən danışmaq çətinləşəcək. Çünki sənətin
mühitə məxsus lokal xarakterli xüsusiyyəti həm də onun əsas səciyyəvi
cəhətini təşkil etməkdədir.
Şirvan aşıq ifaçılığında instrumentallıq sonradan və ya kənardan gəlmə
bir hadisə deyildir. Birbaşa aşığın içində olduğu mühitin gerçəkliyidir. Ona
görə də aşıq musiqisinin gerçək təbiətini onun kökündə və mənşəyində
OZAN DÜNYASI № 4(11), 2012
65
araşdırsaq və izah etsək, daha doğru olacaqdır. Bəllidir ki, aşığın təşəkkül
tapdığı sufi ocaqlarda keçirilən ayinlər müxtəlif musiqi alətlərinin ifası ilə
müşayiət olunmuşdur. Burada neyin, balabanın, dəfin xüsusi yeri olmuşdur.
İndi müasir Şirvan aşıqlarının ifa zamanı etdikləri rəqs də sufi rəqsin qalı-
ğıdır. Bu rəqs standart, ölçülü-biçili hərəkət ritmlərindən ibarətdir. Rəqsin
mükəmməlliyi ilə yanaşı onun aşıq üçün nə qədər zəruri olması faktı da var.
Şirvanda aşıq olacaq şəxs, məsələn, şagird saz çalmağı öyrəndiyi kimi, aşıq
rəqsini öyrənməyə məcburdur. Bunun sufi mərhələdən yadigar qaldığı bütün
ünsürləri ilə görünməkdədir.
Şirvanda musiqi mədəniyyəti həm qədimdir, həm də zəngindir. Aşıq
musiqisinin polifoniyası da bu zənginlik və rəngarəngliyin bir təzahürüdür.
Azərbaycanın qədim musiqi və söz sənətinin yaşayıb inkişaf etdiyi və
həm də inkişafa təkan və istiqamət verən zəngin mədəni mühitləridən biri
kimi Şirvan sənət məktəbinin yetirdiyi onlarla ustad sənətkar milli mədə-
niyyət tariximizin fərəh və iftixar hissi ilə xatırlanacaq parlaq səhifələrini
təşkil edir. Bu sənətkarlar Şirvanın el şənliklərində, toy-düyünlərində
çalıb-oxumuş və el arasında şöhrət qazanmışlar.
Şirvan aşıq məktəbini digər məktəblərdən fərqləndirən cəhətlərdən biri
Şirvan aşıqlarının muğam sənətini mənimsəmələri və gözəl ifa etmələrində-
dir. Şirvanda sənətin ustad-şagird tandemi də müxtəlifdir. Aşıqlıq iddiasında
olan adam ustad aşığın yanında şagird durmalı idi, bu, həmçinin həmin
şəxsin aşığın xanəndəsi vəzifəsini də yerinə yetirməsi idi. Məclisdə xanəndə
muğam oxuyar, həm də aşığa ayaq verərdi. XX əsr Şirvan aşıqlarından aşıq
Şakir Mürsəlin, Abbas Söhbətov Mirzə Bilalın, Məmmədağa Abbas Söhbə-
tovun, Şamil Mirzə Bilalın, Yanvar Aşıq Şamilin, Mahmud Aşıq Şərbətin
xanəndəsi olmuşdur.
Şirvan sənət məktəbinin digər xüsusiyyəti el şənliklərində ansamblla
oxumalarıdır. Ansamblın formalaşması mədəniyyətlərin inkişafından və
inteqrasiyasından irəli gəlmişdir. Tək sazla məclisi idarə etmək həddindən
ziyadə çətin və dinləyici auditoriyası üçün cansıxıcı və yorucu ola bilər.
Musiqiçi heyətinin olmadığı əyalət və uzaq yerlərdə hər hansı bir
məclisi
yola vermək üçün tək sazla da keçinmək olar. Musiqişünaslar bir amili əsas
götürürlər ki, bu da ritmdir. Aşıq sazda çalır, əgər onu balabanda müşayiət
edirlərsə mütləq ritmin ahəngdarlığı üçün nağara lazımdır. Və beləliklə də
ansambl formalaşmağa başladı, daha sivil, daha mütəşəkkil məclislər həyata
keçirildi. Əlbəttə, bu sadəcə mümkün izahlardan yalnız biridir.
Bu məsələ ilə bağlı Azərbaycanın qabaqcıl maarif xadimi A.Qəmbərov
haqlı olaraq qeyd edir: «Deyin görüm, toyu bircə saz aşığı ilə idarə etmək
olarmı? Axı, toya gələnlər həm də oynamaq, şənlənmək istəyirlər. Gəlini
gətirmək özü də xüsusi məharət tələb edir və burada zurna-qavalsız keçin-
mək olmaz. Bundan əlavə, toyda rəqs edənlər nə etsin? Axı, aşıq əsasən toy