OZAN DÜNYASI № 4(11), 2012
66
aparır. Toy isə filarmoniyada və ya hər hansı bir xüsusi şənlik məclisində
verilən aşıq konsertindən əsaslı surətdə fərqlənir».
Mədəniyyətin Şirvan tipi tarixi-mədəni dəyərlərin son dərəcə mürəkkəb
ritm harmoniyası nümayiş etdirir. Azərbaycan mədəniyyətinin invariant
modeli Şirvanda zəngin kodlaşma cərgələrinə malikdir. Poeziya ilahi söz
hadisəsi olaraq Şirvanda heca və əruz kodlarının da arasında əlaqə, yaxınlıq
duyulmaqdadır. Eləcə də mu-ğam və aşıq musiqisi Azərbaycanın bütün
bölgələrindən fərqli olaraq, Şirvanda birkanallı yox, çoxkanallı ifadələnmə
kodlarına məxsusdur. Tarixin bu gündə, bugünün isə tarixdə ehtiva olunması
Şirvan üçün mədəni mövcudluğun univer-sumları səviyyəsindədir. Bu
mədəniyyətin içində böyüyüb, onun nümayəndəsi olmamaq sadəcə mümkün
deyil. Şirvan mədəniyyətinin yaradıcıları da, qəbulediciləri də Azərbaycan
mədəniyyətinin bu nadir tipinin daşıyıcılarıdır. Şirvan sənət məktəbinin
bəhrələndiyi qaynaq, çeşmə bu sənəti ümumazərbaycan səviyyəsində ma-
neəsiz sevilən hadisəyə çevirib. Məsələn, sazın Göyçə kodu, yaxud
muğamın Qarabağ kodu unikal hadisələrdirsə, Şirvan mədəniyyət unikallığı
təkkodlu Göyçədən, yaxud təkkodlu Qarabağdan fərqli olaraq universallığı,
Azərbaycan mədəniyyətinin kod bütövlüyünü daşımaq gücündə olması ilə
səciyyələnir.
Şirvanda saz ifaçılığı ansamblın içində əriyib getsə də, Şirvana məxsus
saz havalarını yüksək səviyyədə ifa edə bilməyən aşıq məclisə getməyib.
Mühitin ustad sənətkarları aşıq havalarını da kamil bir şəkildə ifa ediblər.
Belə zəngin ifaçılıq polifoniyası içində Şakir, Məmmədağa, Bəylər, Abbas,
Mahmud, Ağamurad, İslam, Əli, Əhməd və s. sənətkarların səsi və avazı
vardır. Onu da qeyd etməliyik ki, Şirvan mühitində ifa mükəmməliyi ilə
yanaşı səs imkanlarına da xüsussi diqqət edilir. Yəni xüsusi məlahətli səsi
olmayan adamın sənətə gəlməsi də doğru sayılmamışdır.
Şirvan aşıqlarının ifa nümunələri özünün ecazkarlığı və orijinallığı ilə
seçilir. Burada oxunan «Kərəmi», «Şirvan şikəstəsi», «Sarıtorpaq şikəstəsi»,
«Zarıncı şikəstə», «Qocaman şikəstə» kimi şikəstələr, «İbrahimi», «Eyvaz»,
«Şirvan peşrosu» kimi peşrovlar ifa fərqliliyi ilə daha çox diqqəti cəlb edir.
Şirvan məktəbinin istedadlı nümayəndələri təkcə ifaçılıq və şer yaradıcılığı ilə
deyil, özünəməxsus təhkiyə stili və musiqi yaradıcılığı ilə də diqqəti çəkir. Aşıq
İbrahimin «İbrahimi peşrosu», Mirzə Bilalın «Şikəstəsi», Mirzə Məmməd-
hüseynin «Mirzə Hüseyn» segahı, Əli Kərimovun «Heyvagülüsü», «Əlicadi»
və s. Bu siyahını xeyli dərəcədə genişləndirmək olar. Adı çəkilən sənət əsərləri
Azərbaycan musiqi sənətinin şah əsərlərindən sayılır.
Şirvan musiqi ilə zəngin bir məkandır və bu da aşıq sənətinə öz təsirlə-
rini göstərmişdir. Aşıqlar da klassik saz havalarını ifa etməklə kifayət-
lənməmiş, öz bəstələri ilə bu musiqi mədəniyyətini daha da zənginləşdir-
mişlər.
OZAN DÜNYASI № 4(11), 2012
67
“Şirvan aşıqlarının bəstələdikləri, yaratdıqları saz havalarıının sayı iyir-
midən artıqdır. «Peşrov», «Şəşəngi», «Şirvan şikəstəsi», «Əlicadi», «Sarı-
torpaq şikəstə», «Qocaman şikəstə», «Qara qafiyə», «Güllü qafiyə»,
«Qobustanı», «Cığdançıxmaz», «Ordubadi», «Gəraylı» və s. aşıq havaları
əsrlərlə Şirvan məclislərinin bəzəyi olmuşdur”
«Şirvan mühitində aşıq tərzi ilə xanəndə tərzinin qovuşuğu olan
«Peşrov» havaları (ona yaxın belə hava var), «Şikəstələr» (doqquz şikəstə
havası mövcuddur), «Şəşəngi»lər (sayı üçdür) müşahidə edilir ki, həmin
havalar sırf bölgə səciyyəlidir... Bununla belə, Şirvan aşıqlarının musiqi
repertuarında yerli havalarla yanaşı bütövlükdə Azərbaycan aşıq sənətinə
məxsus olan klassik saz havaları («Müxəmməs», «Dübeyti», «Kərəmi»,
«Koroğlu» havaları və s.) da mühüm yer tutur». Məsələn, Şirvanın ustad
sənətkarı Aşıq Şərbətin repertuarında aşağıdakı saz havalarının adları qeydə
alınmışdır: 1) Şirvan şikəstəsi; 2) Zarıncı şikəstə; 3) Qocaman şikəstə; 4)
Bayat şikəstə; 5) Çığdan çıxma şikəstə; 6) Qədim şikəstə; 7) Kəsmə şikəstə;
8) Köpək şikəstə; 9) Ordubadi; 10) Qəhrəmanı; 11) Gözəlləmə; 12)
Müxəmməs; 13) Osmanlı qaydası; 14) Dübeyti; 15) Kərəmi; 16) Cəlali; 17)
Qara qafiyə; 18) Güllü qafiyə; 19) Qobustani; 20) Ruhani; 21) Misri; 22)
Şirvan gəraylısı; 23) Şeşəngi; 24) Eyvaz peşrovu; 25) İbrahimi peşrovu; 26)
Aşıq Bayatı; 27) Çoban Bayatı; 28) Avar koxa və s.
Şirvan aşıqlarının musiqi sənətkarlığı olduqca zəngindir. Buraya saz ha-
vaları, oyun havaları ilə yanaşı aşıq mahnıları da daxildir. Şirvan aşıqlarının
mahnıları böyük populyarlıq qazanməş və aşıq iştirak etmədiyi məclislərdə
də repertuarın aktiv hissəsinə daxil olmuşdur. Ustad
Aşıq Əhmədin bir za-
manlar öz səsi, öz boğazı, öz üslubunda oxuduğu gözəlləmələr bir zamanda
el məclislərində bənzərsizliyi ilə seçilib-sevilmiş, bəyənilmiş, ruhları oxşa-
mış, ürəklərə yol tapmış və əbədiləşmişdir. Aşıq Teyfur, Aşıq Məmmədağa,
Aşıq Şərbət, Aşıq Yanvar, Rəhilə Həsənova, Eynulla Cəbrayılov, Sabir
Mirzəyev, Şahnaz Haşımova, Aşıq Ağamurad, Solmaz Kosaye-va, Aşıq
Fərhad, Aşıq Əhliman, Aşıq Rza və başqa bir çox məşhur aşıq və müğənni-
lər Aşıq Əhmədin sözlərini repertuarlarının aktiv hissəsinə daxil etmiş, el
şənliklərində, konsert salonlarında, efirdə və ekranda yüksək peşəkarlıqla
ifa etmişlər. Aşığın geniş dinləyici auditoriyasının rəğbətini qazanmış çox-
saylı mahnıları bu gün də yüksək səviyyədə sevilməkdədir. Aşıq Şakirin
yaradıcılığı mənsub olduğu məktəbin ən mükəmməl ənənələrini özündə
birləşdirməklə yanaşı bu məktəb geniş yayılmış «muğam» sənətindən də
təsirlənmişdir. Bu mənada aşığın yaradıcılığı el şənliklərinin icra olunma-
sına yönəlmiş, yerli dinləyici tələbatına uyğun olaraq xalq sənə-tinin daha
çox populist olan janrları üzrə müəyyənləşmişdir. Şirvanda aşıqlığın da,
muğam sənətinin də dərin tarixi kökləri vardır. Xüsusilə bölgədə ilkin orta
əsrlərdən geniş yayılmış təsəvvüf fikri sözügedən sənətlərin
formalaşmasında mühüm rol oynamışdır.
Dostları ilə paylaş: |