OZAN DÜNYASI № 4(11), 2012
75
AĞDABANLI QURBAN ANILDI
Dekabrın 7-də Akademik Milli Dram
Teatrında Ağdabanlı ġair Qurbanın 150 illik
yubileyi keçirildi.
Tədbiri Mədəniyyət və Turizm naziri-
nin müavini
Ədalət Vəliyev açaraq bil-
dirdi ki, Azərbaycan aşıq ədəbiyyatının
dərin qatlarının üzə çıxmasında elmi və
ədəbi ictimaiyyətin ayrı-ayrı nümayən-
dələrinin müstəsna xidmətləri var: "Bu
əvəzedilməz sərvətin toplanıb dünya ədə-
biyyatı inciləri sırasına qovuşması istiqa-
mətində müstəqil dövlətimizin yürütdü-
yü mədəniyyət siyasəti ilə yanaşı, Heydər
Əliyev Fondunun həyata keçirdiyi layihə-
lər mühüm əhəmiyyət daşıyır. Aşıq sənə-
tinin UNESCO-nun Mədəni irs siyahısına
daxil edilməsi bu sahənin inkişafına yeni,
həm də beynəlxalq təkan verdi. 1992-1993-cü illərdə erməni vandalları
tərəfindən odlara qalanaraq yer üzündən silinmiş Ağdaban ədəbi aləmə,
saz-söz dünyasına Dədə Şəmşir kimi böyük aşıq vermiş şair Qurbanı ilə
daim öyünüb, ağdabanlılar isə bu adla fəxr ediblər".
Tədbirin aparıcısı, filologiya elmləri doktoru, professor
Məhərrəm
Qasımlı dedi ki, söz sənətinin kamil ustadlarından sayılan Ağdabanlı Qur-
ban unudulmaz el şairlərindən biri olub: "Qurban Məşədi Məhərrəm oğlu
1859-cu ildə Kəlbəcərin Dəmirçidam kəndində anadan olmuş, sonralar
Ağdabana köçərək ömrünün sonuna kimi, yəni 1925-ci ilədək orada yaşa-
mışdır. Azərbaycan və fars dillərində mükəmməl mədrəsə təhsili almış
Qurban Məşədi Məhərrəm oğlunun çoxlu qoşma, gəraylı, müxəmməs, di-
vani, təcnis və s. formalarda şeirləri dillər əzbəri olmuşdur, hərçənd, rep-
ressiya illərində şairin əlyazmalardan ibarət bir neçə kitabı öz qohumları,
sonralar isə erməni vandalları tərəfindən yandırılaraq məhv edilmişdir".
OZAN DÜNYASI № 4(11), 2012
76
Ağdabanlı Qurban uzun müddət ozan-aşıq kimi təqdim edilib. Bu da
ondan irəli gəlib ki, aşıq ədəbiyyatından məlum olan divani, təcnis,
qoşma, gəraylı, müxəmməs formalarında,
bir sözlə, heca vəznində yazıb-
yaradan şairlərə eyni zamanda aşıq kimi baxıblar. Ağdabanlı Qurban da
məhz buna görə uzun müddət aşıq kimi təqdim edilib. Lakin müasirlə-
rinin xatirələrindən məlum olur ki, o, heç vaxt saz götürüb toy-nişanda,
yaxud da başqa əlamətdar günlərdə özünü aşıq kimi göstərməyib,
hərçənd, ustadsayaq saz çalıb-oxumağı var imiş.
Musiqi və bədii qiraətçilərin müşayiəti ilə keçirilən tədbirdə Azər.-
baycan Aşıqlar Birliyinin sədri, xalq şairi
Zəlimxan Yaqub, şair-pub-
lisist, Prezident təqaüdçüsü
Məmməd Aslan,
AĢıq Əhliman ġirvanlı
Ağdabanlı Qurbanın həyat və yaradıcılığından söz açdılar. Qeyd edildi
ki, Aşıq Ələsgər kimi məşhur ustadlarla dostluq etməsi bir daha göstərir
ki, Ağdabanlı Qurban nəinki müasirlərinə, sonrakı nəsillərə də örnək söz
ustası olmuşdur. Miskin Abdal nəsil şəcərəsinin davamçısı, o ocaqdan od
götürmüş Ağdabanlı Qurbanın Aşıq Ələsgər, Növrəs İman və Bimar Əli
ilə maraqlı deyişmələri yaddaşlardan yazılı ədəbiyyata köçürülüb. Onun
əlyazmalarının bir qismini oğlu, hələ sağlığında aşıq sənətində dədəlik
zirvəsinə ucalan Dədə Şəmşir qoruyub saxlayıb. Ədəbi yaradıcılıq nümu-
nələrindən ibarət "Kəpəzin kəkliyi, maralı, getmə" və tədbir iştirakçıla-
rına hədiyyə edilən, Qənbər Şəmşiroğlunun sinələrdən və əlyazmalardan
toplayıb çap etdirdiyi "Qumrutək ləhcəli, xoşxandı Qurban" kitabları
şairin yaradıcılığı barədə geniş məlumat verən zəngin mənbə hesab edilə
bilər. "Kəlbəcər dünyası: yüz şairin bir kitabı" antologiyası və bir çox
bədii məcmuələrdə də Ağdabanlı Qurbanın ədəbi irsinə geniş yer ayrılıb.
Yubiley gecəsində aşıqların və musiqiçilərin, eləcə də gənc
aktyorların ifasında Ağdabanlı Qurbanın şeirləri səsləndirildi.
Sonda şairin nəvəsi, respublika Ağsaqqallar Şurası İdarə Heyətinin
üzvü, "Aşıq Şəmşir Ocağı" İctimai Birliyinin sədri
Qənbər ġəmĢiroğlu
Azərbaycan mədəniyyəti və incəsənətinə, o cümlədən aşıq sənətinə gös-
tərdiyi xüsusi diqqət və qayğıya görə dövlət başçısı cənab
Ġlham Əliye-
və, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı,
UNESCO və ISESCO-nun xoşməramlı səfiri
Mehriban xanım Əliyeva-
ya, həmçinin Ağdabanlı Qurban və Dədə Şəmşir irsinə məhəbbətinə görə
tədbirin təşkilatçıları və iştirakçılarına minnətdarlığını bildirdi.
OZAN DÜNYASI № 4(11), 2012
77
AġIQ KAMANDARIN
80 ĠLLĠK YUBĠLYĠ BAKIDA QEYD
OLUNDU
Dekabrın 24-də Azərbaycan Dövlət Filarmoniyasında XX
əsr Azərbaycan aĢıq sənətinin görkəmli nümayəndəsi, ustad
sənətkar Kamandar Əfəndiyevin 80 illiyinə həsr olunmuĢ
yubiley gecəsi keçirildi.
Gecəni Azərbaycan Aşıqlar Birliyinin sədri, Xalq şairi
Zəliman Yaqub
açaraq yaxın-uzaq ellərdən Kamandar sənətinin işığına yığışan qonaqları,
iştirakçıları, saz-söz vurğunlarını salamladı, gecəyə öz xeyir-duasını verdi:
“Bu gün aşıq sənətinin bayramıdır, bu gün sazımızın, sözümüzün
peyğəmbəri Aşıq Ələsgərin ruhunun bayramıdır, Dədə Qorquddan Dədə
Şəmşirə qədər bütün sənətkarların, sənətsevərlərin bayramıdır. Artıq bir ilə
yaxındır Aşıq Kamandarın yubileyi bütövlükdə türk dünyasında qeyd
olunur. Sağlığında əfsanələşən, heykəlləşən Aşıq Kamandar dastan yükü,
bayatı yükü, qoşma yükü ilə aşıq sənətinə yeni nəfəs, yeni ruh gətirdi. Aşıq
Kamandar öz sənəti ilə yüzillik yolları bir havacatda, minillik yolları bir
dastanda qət etdi. Bütün bunların sayəsində böyük bir məktəbin – Kamandar
məktəbinin əsasını qoydu”.