OZAN DÜNYASI № 4(11), 2012
80
Azərbaycan Aşıqlar Birliyinin katibi
Musa Nəbioğlu ustad sənətkarla
bağlı yubiley tədbirlərinin hələ davam edəcəyini, “Ustad aşıqlar” seriyasından
ikinci kitabın Aşıq Kamandara həsr olunduğunu bildirdi və onu toplaşanlara
təqdim etdi.
Əməkdar incəsənət xadimi,
bəstəkar Tahir Əkbər bu
tarixi tədbirdə iştirak
etdiyinə görə özünü xoşbəxt sandğını və nə vaxtsa Xalq şairi Zəlımxan
Yaqubun sözlərinə “Borçalı” havası bəstələyəcəyini bildirdi.
Sonra söz incəsənət ustalarına verildi. Təbrizdən gəlmış Aşıq Məhbub
Xəlili, Fərman Zamanoğlu, Aşıq Muxtar Qayabaşı, xanəndə Davud Təbrizli,
eləcə də Aşıq Şahbaz, Aşıq Ziyəddin, Aşıq Telli, Aşıq Cahangir Gədəbəyli,
müğənni Xəlıl Qaraçöp, Aşıq Əşrəf və Aşıq Ramin Kamandar məktəbinin
layiqli davamçıları olduqlarını öz ifaları ilə bir daha sübut etdilər.
Tiflisdə AĢıq Kamandarın 80 illiyi qeyd olunub
2012-ci il dekabrın 4-də Tiflisdə Gürcüstan Mədəniyyət və Abidələrin
Mühafizəsi Nazirliyinin dəstəyi və Azərbaycanlıların Mədəniyyət Mərkəzinin
təşkilatçılığı ilə Tiflisdə Aşıq Kamandarın 80 illiyinə həsr olunan daha bir tədbir
keçirildi.
Tədbirdə Gürcüstanın Cəzaların icrası və hüquqi yardım naziri Sozar
Subari, Gürcüstan Mədəniyyət və abidələrin mühafizəsi naziri, yazıçı Quram
Odişariya, ARDNŞ-in Gürcüstan nümayəndəliyinin nümayəndəsi Şövqi
Mehdizadə və digər qonaqlar çıxış ediblər.
Nazir
Sozar Subari çıxışında gürcü və azərbaycanlıların Gürcüstanda əsr-
lərlə birgə yaşadığını və Aşıq Kamandar kimi sənətkarın yaradıcılığının həm də
hər iki millətin birgə mədəniyyətinin nümunəsi olduğunu bildirib: “Bu
mədəniyyət gələcəkdə bizim bütövlüyümüzü təmin edəcək və biz daha sıx
birləşərək, Gürcüstanın inkişafı üçün çalışacağıq”.
Mədəniyyət və abidələrin mühafizəsi naziri
Quram OdiĢariya çıxışında
Azərbaycan musiqisi ilə yaxşı tanış olduğunu və Bakıda olarkən Azərbaycan
musiqisini çox dinlədiyini söyləyib: “Məni bu tədbirə dəvət etdiyiniz üçün
təşəkkürümü bildirirəm. Mən sazı çox sevirəm. Dəfələrlə Gürcüstanda yaşayan
azərbaycanlılar arasında sazı dinləmişəm. Düşünürəm ki, belə tədbirlər davamlı
olacaq. Biz birlikdə gürcü və Azərbaycan musiqilərini dinləyib kədərlənəcək və
sevinəcəyik. Mən bu məclisdə bəyan etmək istəyirəm ki, nazirlik tərəfindən
Aşıq Kamandarın Ev Muzeyi qeydiyyata alınacaq və ona status veriləcək”.
Tədbirdə Azərbaycandan gələn muğam triosu, Gürcüstanda fəaliyyət gös-
tərən “Ceyran”, “Sarvan” və Rustavidə fəaliyyət göstərən gürcü uşaqlarının
çıxış etdiyi “Cücələrim” ansamblı müxtəlif rəqslər nümayiş etdiriblər. Yubiley
tədbirində Azərbaycandan gələn qonaqlar və Gürcüstan aşıqları da çıxış ediblər.
Tədbirdə Aşıq Kamandar yaradıcılığından bəhs edən film nümayiş olunub.
OZAN DÜNYASI № 4(11), 2012
82
MƏHƏMMƏD ġĠRVANLI – 60
Hörmətli AĢıq Məhəm-
məd ġirvanlı!
S
iz arxada qoyuğunuz bu
60 ildə özünüzdən əvvəlki ustad-
ların yolunu layiqincə davam et-
dirərək, şərəfli bir ömür yaşamış,
kamil ustadlardan dərs alaraq
Azərbaycanda adı həmişə hörmət-
lə çəkilən aşıqlar sırasında dayan-
mısınız. Bu sənətin sirlərini XX
əsr Azərbaycan aşıq sənətində
özünəxsus dəst-xəttləri, töhfələri ilə mühüm yer tutan, bu gün də adları həmişə
hörmətlə anılan iki böyük ustaddan – Azərbaycanın Əməkdar Mədəniyyət
işçiləri Əhməd Rüstəmov və Mikayıl Azaflıdan öyrənməyiniz bir sənətkar
kimi püxtələşməyinizdə mühüm rol oynayıb.
Müasir dövrümüzdə Azərbaycan aşıq sənətinin layiqli davamçıların-
dan biri kimi şərəfli bir ömür yolu keçərək ömrünüzün 40 ildən artığını bu
sənətin inkişafına, onun təbliğinə həsr etmisiniz. Şirvanda gənclərdə aşıq
sənətinə meyil və marağın güclənməsində, onlara bu sənətin sirlərinin öy-
rədilməsində, bu istiqamətdə həyata keçirilən bir sıra təşkilati işlərdə böyük
xidmətləriniz olub. Ağsu rayonundakı “Sənət muzeyi” və “Şirvan şikəs-
təsi” aşıqlar ansamblının yaradılmasında və uğurlu fəaliyyətindəki zəh-
mətiniz isə Sizin bu sənətə nə qədər ürəkdən bağlandığınızın göstəricisidir.
“Şirvan şikəstəsi” ansamblı təkcə Azərbaycanda deyil, bir sıra xarici ölkə-
lərdə də uğurla çıxış edərək xalqımızın bu ölməz sənətini ləyaqətlə təmsil
edib. İranda, Rusiyada, Gürcüstanda, Ukraynadakı uğurlu çıxışlarınız uzun
müddət yaddaşlardan silinməyəcək.
Siz sazımızı yaşadan, keçdiyi həyat və yaradıcılıq yolu bu gün sənətə
gəlmək istəyən cavanlara örnək olan, gənclik təravətini, səliqə-səhmanını
qoruya-qoruya püxtələşib müdrikləşən sənətkarlarımızdansınız.
Sizi – Azərbaycan aşıq sənətinin layiqli nümayəndəsini anadan ol-
mağınızın 60 illik yubileyi münasibəti ilə Azərbaycan Aşıqlar Birliyi və
şəxsən öz adımdan təbrik edir, sağlam və gümrah olmağınızı, bundan sonra
da ozan-aşıq sənətinə yeni-yeni töhfələr verməyinizi arzulayıram!
Zəlimxan YAQUB
Xalq şairi,
AAB-nin sədri.
Bakı, 8 dekabr 2012-ci il
.