OZAN DÜNYASI № 4(11), 2012
78
Yubiley gecəsində çıxış edən Mədəniy-
yət və Turizm nazirinin müavini
Sevda
Məmmədəliyeva qədim tarixə və zəngin
ənənələrə malik Azərbaycan aşıq sənətinin
keçdiyi yola nəzər saldı. Zaman-zaman us-
tad sənətkarların sayəsində inkişaf edən,
nəsillərdən-nəsillərə ötürülən Azərbaycan
aşıq sənətinin 2009-cu ildə UNESCO-nun
“Bəşəriyyətin qeyri-maddi mədəni irsinin
Reprezentativ Siyahısı”na daxil edilməsini,
aşıq sənətinin dünya mədəniyyət inciləri
sırasında layiqli yerini tutmasını əlamətdar
hadisə kimi dəyərləndirdi. Bu sənətin inki-
şafında müstəsna xidmətləri olan, sazı, sözü
ilə xalqın yaddaşında özünə əbədi yurd sa-
lan Aşıq Kamandarın yaradıcılığından danışdı.
Qeyd olundu ki, böyük el məhəbbəti qazanmış sənətkarın xidmətləri
dövlət tərəfindən də yüksək qiymətləndirilib, ona “Azərbaycanın Əməkdar
mədəniyyət işçisi” fəxri adı verilib. Nazir müavini ustadın zəngin ədəbi
yaradıcılığından danışaraq onun müxtəlif illərdə işıq üzü görən “Borçalı
laylası”, “Bənövşə”, “Mən ellər aşığı xan Kamandaram” adlı kitablarının
xüsusi dəyəri olduğunu bildirdi. Ustad aşığın 80 illik yubileyi münasibətilə
saz-söz sənətinin vurğunlarını təbrik etdi.
Yubiley gecəsində Millət vəkili
Qənirə PaĢayeva, filologiya elmləri
doktoru, professor
Məhərrəm Qasımlı, folklorşünas alim
Elxan
Məmmədli, professor
Mahmud Kamaloğlu,
Ģair Osman Əhmədoğlu,
Məhəmmədəli MəĢədiyev, “Xan Kamandar” kitabının tərtibçisi, Aşıqlar
Birliyinin katibi
Musa Nəbioğlu çıxış edərək Aşıq Kamandarın böyük sənə-
tindən və sənətkarlığından danışdılar.
Aşıq Kamandar ocağının layiqli davamçısı Ramin Qarayev, ustad aşıq
Mahmud Məmmədov, Cənubi Azərbaycandan yubileyə gəlmiş məşhur aşıqlar
Məhbub Xəlili və Fərman Zamanoğlu, habelə Avdı Musayev, Cahangir Quli-
yev, Əşrəf Təmirov, Əhliman Rəhimov, Qələndər Zeynalov, Muxtar Qayaba-
şılı, Telli Borçalı, Fariz Təmirov, Şaiq İncəli, Elçin Xaliqoğlu gecəyə rəng qat-
dılar. “Paşa köçdü”, “Qaraçı”, “İrəvan çuxuru”, “Təcnis”, “Kərəm köçdü”, “Baş
divani”, “Şirvan gəraylısı”, “Misri”, “Tərsa gəraylı”, “Naxçıvanı”, “Osmanlı
divanisi”, “Gəraylı”, “Müxəmməs” havaları ilə Aşıq Kamandar sənətinin ölüm-
süz sənət olduğunu bir daha sübut etdilər.
Sonda Aşıq Kamandarın ailəsi adından ustadın oğlu
Əflatun Kaman-
daroğlu çıxış edərək yubileyin keçirilməsinə görə ölkə başçısına, Mədəniyyət
və Turizm Nazirliyinə, Azərbaycan Aşıqlar Birliyinə təşəkkürünü bildirdi.