Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə



Yüklə 2,59 Kb.
Pdf görüntüsü
səhifə26/66
tarix21.03.2018
ölçüsü2,59 Kb.
#32753
1   ...   22   23   24   25   26   27   28   29   ...   66

- 80 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
Həmin əməliyyat nəticəsində “Sovet İttifaqı elə bir siyasi və iqti-
sadi vəziyyətə düşdü ki, daha heç vaxt ondan çıxa bilmədi” [28, 
25].
Əfqanıstana Sovet qoşunlarının yeridilməsi ABŞ-a əfqan mü-
cahidlərinə yardımı dəfələrlə artırmağa və daha açıq şəkildə hə-
yata keçirməyə bəhanə verdi. Prezident Karterin dövründə baş-
lamış bu yardım Ronald Reyqanın hakimiyyəti dövründə (1981-
1989) daha geniş vüsət aldı. Artıq 1981-ci ildə Reyqan martın 
21-ni (əfqan Yeni ilinin ilk gününü) Əfqanıstan xalqı ilə həmrəy-
lik günü kimi qeyd etmək təklifini irəli sürmüşdü. Məhz ABŞ-ın 
səyləri ilə Əfqanıstan məsələsi beynəlmiləl xarakter kəsb etdi və 
Britaniyadan tutmuş Yaponiyaya qədər bir çox ölkələr mücahid-
lərə müxtəlif səciyyəli yardımlar etməyə başladılar. Əfqanıstan 
münaqişəsi həmin ərəfədə o qədər də xoş olmayan ABŞ-Pakistan 
münasibətlərinin sürətlə yaxşılaşmasına, eləcə də ABŞ-la Çinin 
yaxınlaşmasına səbəb oldu ki, bu da SSRİ üçün qətiyyən arzuo-
lunan deyildi.
Dünya dövlətlərinin əhəmiyyətli bir qismi əfqan mücahidlə-
rinə təkcə siyasi, hərbi və maliyyə yardımı etmir, həm də mənə-
vi-diplomatik dəstək verirdilər. Bununla bağlı M.F.Slinkin ya-
zır: “1980-ci il ərzində Pakistana, konkret olaraq, Əfqanıstanla 
sərhəd rayonlarına Qərbin və regionun bir çox yüksək rütbəli 
məmurları baş çəkmişdi. Onların arasında ABŞ prezidentinin 
köməkçisi Z.Bzejinski, Çin Xalq Respublikasının xarici işlər na-
ziri Huanq Hua (iki dəfə), Çin hərbi akademiyasının rəisi Tsyao 
Ke və başqaları vardı” [88, 52]. Başqa bir müəllif qeyd edir ki
“ABŞ, Qərbi Avropa və ÇXR-in müxtəlif rütbəli dövlət xadimləri 
Pakistana gələrək əfqan qaçqınlarının düşərgələrinə baş çəkməyi 
sanki zəruri ritual sayırdılar. Həmin düşərgələrdə ABŞ-ın o za-
mankı vitse-prezidenti Corc Buş, ABŞ ədliyyə naziri Miz, dövlət 
katibi Şults, İngiltərə, Malayziya, Yaponiya və Türkiyənin baş na-
zirləri, ÇXR dövlət şurasının sədri, Səudiyyə Ərəbistanı şahzadə-


- 81 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
si, İsveçrənin vitse-prezidenti Pyer Ober, İngiltərənin xarici işlər 
naziri Hau və digər siyasi xadimlər olmuşdular” [90, 91-92].
Eyni zamanda mücahidlərin liderləri müxtəlif ölkələrə dəvət 
olunur, yüksək rütbəli dövlət rəsmiləri ilə görüşlər keçirirdilər. 
ABŞ prezidenti Reyqan 1983 və 1987-ci illərdə Ağ Evdə mücahid 
liderlərinin bir qrupu ilə, 1986-cı ildə isə Burhanəddin Rəbbani 
ilə görüşmüşdü. 1985-ci ildə Gülbəddin Hikmətyar “Yeddiliyin” 
sözçüsü kimi Nyu-Yorkda olmuşdu. 1986-cı ildə Rəbbani Alma-
niya Federativ Respublikasında, Mücəddidi isə Fransada görüş-
lər keçirmişdi.
Bütün digər yardımlarla yanaşı, mücahidlərə geniş informasi-
ya dəstəyi də verilirdi. Qərb KİV-ləri, region ölkələrinin mətbuatı 
onların mübarizəsini hərtərəfli işıqlandırır, bəyanat və müsahi-
bələrini yayırdı. Nəhayət, 1986-cı ildə ABŞ Konqresinin maliyyə 
yardımı ilə Pişavərdə mücahidlərin informasiya mərkəzi yaradıl-
dı [90, 93].
Beləliklə, müasir dövrdə geniş tətbiq olunan mübarizə metod-
larından (vəkalət müharibəsi, informasiya müharibəsi, psixoloji 
müharibə və s.) Əfqanıstan münaqişəsində istifadə edilirdi. XXI 
əsrdə qlobal siyasətin başağrısına çevrilmiş radikal islamçı şə-
bəkənin güclənməsi də Əfqanıstandakı müharibə dövrünə təsa-
düf edir. Bununla bağlı B.R.Rubin yazır: “Əfqanıstana sovet mü-
daxiləsi başlanan zaman əfqan islamçıları artıq ərəb dünyasındakı 
radikal islamçıları və ABŞ təhlükəsizlik qurumlarını ehtiva edən 
beynəlxalq şəbəkəyə qoşulmuşdular. Bu şəbəkənin mərkəzində 
duran açar əlaqəçi rolunu ABŞ-ın Fars körfəzi regionundakı təh-
lükəsizlik siyasətinin dayaqları – Səudiyyə monarxiyası və Pakis-
tanda Ziyaül-Həqqin hərbi rejimi oynayırdılar. Əfqanıstan müha-
ribəsində islamçı şəbəkənin inkişafı ABŞ-ın və bu iki müsəlman 
dövlətinin siyasətlərindən daha geniş nəticələr verdi” [3, 77]. 
Sonralar bir nömrəli terrorçu elan edilmiş Üsamə bin Lade-
nin səhnəyə çıxışı da həmin dövrə təsadüf edir. 1984-cü ildə o, 


- 82 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
Abdullah Əzzam və Əymən əz-Zəvahiri ilə birlikdə Əfqanıstan-
da sovetlərə qarşı döyüşmək üçün xarici mücahidlər toplamaq 
məqsədilə “Məktəb əl-xədəmat” adlı təşkilat yaratmışdı. Həmin 
təşkilat sonralar bütün dünyanı lərzəyə salan “Əl-Qaidə” terror 
təşkilatının sələfi olmuşdur. Doğrudur, o, sovet işğalı dönəmində 
hələ geniş təsirə malik deyildi, lakin artıq 1988-ci ildə Səudiyyə 
Ərəbistanı, Misir, Yəmən, Suriya, Əlcəzair, Liviya və Mərakeşdən 
yüzlərlə könüllünü mücahidlərin sırasında döyüşməyə cəlb edə 
bilmişdi. Ərəb könüllüləri ilk dövrdə əfqan düşərgələrində təlim 
keçirdilərsə, sonradan Əfqanıstan ərazisində (Paktiya vilayətin-
də) öz düşərgələrini yaratmışdılar. 
Bu prosesin “gözləniləndən geniş nəticələr” verməsini aşağı-
dakı rəqəmlər bütün miqyası ilə göz önündə canlandırır: “1982-
1992-ci illər arasında Orta Şərq, Şimali və Şərqi Afrika, Mərkə-
zi Asiya və Uzaq Şərqdəki 43 müsəlman ölkəsindən təqribən 
35.000 radikal islamçı əfqan mücahidlərinin sıralarında ilk döyüş 
təcrübələrini keçmişdilər. On minlərlə xarici radikal islamçı Zi-
yaül-Həqqin hərbi hakimiyyətinin Pakistanda və Əfqanıstan sər-
hədində qurduğu yüzlərlə yeni mədrəsədə təlim görməyə gəlir-
di. Bütövlükdə 100.000 nəfərdən çox radikal islamçı Pakistan və 
Əfqanıstanla birbaşa əlaqədə olmuş və cihaddan təsirlənmişdir” 
[14]. Məhz buna görə də 1980-ci illərin sonunda Pakistanın baş 
naziri Binəzir Bhutto ABŞ prezidenti Corc Buşa xəbərdarlıq et-
mişdi: “Siz frankenşteyn yaradırsınız” [37].
ABŞ-ın, eləcə də digər ölkələrin mücahidlərə göstərdiyi maliy-
yə yardımının məbləğinə gəldikdə isə, bu barədə müxtəlif rəqəm-
lər səsləndirilir. B.R.Rubinin yazdığına görə, “ABŞ-ın yardımı 
1980-ci ildəki 30 milyon dollardan 1986-1989-cu illərdə ildə 600 
milyon dollara qədər artdı. Səudiyyənin və digər ərəb ölkələrinin 
yardımı ABŞ-ın payına bərabər, yaxud ondan bir az artıq idi” [3, 
81]. Bütövlükdə ABŞ-ın mücahidlərə maliyyə yardımının miqda-
rı 2-3 milyard dollar olmuşdur. Qeyri-rəsmi hesablamalar müca-


Yüklə 2,59 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə