Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə



Yüklə 2,59 Kb.
Pdf görüntüsü
səhifə24/66
tarix21.03.2018
ölçüsü2,59 Kb.
#32753
1   ...   20   21   22   23   24   25   26   27   ...   66

- 74 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
la Mücəddidi tərəfindən yaradılmışdır;
6) Əfqanıstan Milli İslam Cəbhəsi – 1978-ci ildə Pakistanda ya-
radılmışdır. Onun lideri Seyid Əhməd Gilani həm də Əfqanıs-
tanda qadiriyyə təriqətinin başçısı (“pir”i) sayılır;
7) Əfqanıstan İslam İnqilabı Hərəkatı – 1978-ci ilin iyun ayın-
da Pakistanın Bəluçistan əyalətində din xadimi Məhəmməd 
Nəbi Məhəmmədi tərəfindən yaradılmışdır.
Qeyd etmək lazımdır ki, bu partiyaların hamısı sünni məz-
həbinə bağlıdır və onların iqamətgahları Pakistanın şimalındakı 
Pişavər şəhərində yerləşirdi. Onların fəaliyyət dairəsi, şiə parti-
yalarından fərqli olaraq, bütün Əfqanıstan ərazisini əhatə edirdi. 
Ölkə daxilindəki hərbi gücü və tərəfdarlarının sayı baxımından 
Hikmətyarın və Rəbbaninin rəhbərlik etdiyi partiyalar ən güclü 
təşkilatlar idi.
Müəyyən alyans daxilində fəaliyyət göstərmələrinə (daha çox 
Pakistanın səyləri nəticəsində) baxmayaraq, qeyd olunan partiya-
lar arasında ciddi ixtilaflar da vardı, hətta bunun nəticəsində onla-
rın tərəfdarları arasında silahlı toqquşmalar da baş verirdi. Həmin 
ixtilaflar ideoloji ziddiyyətlərdən tutmuş şəxsi münasibətlərə və 
liderlik uğrunda mübarizələrə qədər geniş spektri əhatə edirdi. 
Ən başlıcası, bu partiyalar fundamentalist və ənənəçi (tradisiona-
list) olmaqla iki yerə bölünürdü. Yuxarıdakı siyahıda ilk 4 partiya 
birinci, sonrakı 3 partiya isə ikinci qrupa aid edilir [90, 46-63].
Şiə “Səkkizliyinə” gəldikdə isə, deməliyik ki, bu alyans əvvəl-
kindən xeyli zəif idi (ölkədəki müsəlmanların 80 %-nin sünni 
məzhəbinə aid olduğu nəzərə alındıqda, bu, təbiidir) və onların 
fəaliyyət dairəsi əsasən Əfqanıstanın qərb (Herat), mərkəzi (Hə-
zarəcat) və şimal (Bəlx) bölgələrini əhatə edirdi. İran tərəfindən 
dəstəklənən “Səkkizliyin” etnik bazasını əsasən həzarələr, qismən 
də taciklər və qızılbaşlar təşkil edirdi. Bura Əfqanıstan Hizbul-
lahı, “Nəsr” təşkilatı, İslam Cihadı Keşikçiləri, Əfqanıstan İslam 
İnqilabı Hərəkatı, İslam Mübarizləri İttifaqı, “Rəd” Partiyası, 


- 75 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
Əfqanıstan İslam İnqilabı Birləşmiş Cəbhəsi və İslam Qüvvəsi 
Təşkilatı daxil idi. 1989-cu ildə bu partiya və təşkilatlar Əbdüləli 
Məzarinin başçılığı ilə İslami Vəhdət Partiyasında birləşdilər və 
həmin partiya Əfqanıstan şiələrinin əsas təşkilatçısı kimi çıxış et-
məyə başladı.
Bununla belə şiə təşkilatları ölkədəki proseslərdə həlledi-
ci rol oynaya bilmədi. Pakistandakı “Yeddilik” də onları, necə 
deyərlər, yaxına buraxmırdı. “1988-ci ildə Pişavərdəki “Yeddi-
lik” müvəqqəti hökumət təşkil edərkən Tehrandakı “Səkkizliyə” 
pay ayırmağı lazım bilmədi. Əbdülkərim Xəlilinin başçılıq etdiyi 
“Səkkizlik” nümayəndə heyəti uzun müddət İslamabadda qaldı, 
təhqiramiz şəkildə Ravalpindidə keçirilən Şuranın iclasına bu-
raxılmadı və əliboş Tehrana qayıtdı” [127, 41].
Əlbəttə, İran liderləri Əfqanıstandakı prosesləri İran İslam 
inqilabının bir növ əks-sədası və davamı kimi qələmə verməyə 
çalışırdılar. Buna cavab olaraq, Gülbəddin Hikmətyar Qərbi Al-
maniyanın “Velt” qəzetinə verdiyi müsahibədə demişdi: “Bizim 
inqilabımız İran inqilabına təsir göstərib, əksinə yox. İran inqi-
labı təzə başlayanda, əfqan mücahidləri artıq ilk nailiyyətlərini 
qazanmışdılar” [90, 113]. Ümumən ABŞ-Pakistan-Səudiyyə 
Ərəbistanı üçlüyünün qarşısında İraqla müharibə aparan İranın 
şiə əhalinin azlıqda olduğu Əfqanıstandakı hadisələrə təsir etmək 
imkanları nisbətən məhdud idi.
Əfqan mücahidlərinin təşkilat və qruplaşmaları, təbii ki, yal-
nız deyilənlərdən ibarət olmamışdır. Xüsusən ölkə daxilində 
müstəqil fəaliyyət göstərən silahlı dəstələr vardı. Hətta siyasi təş-
kilat mənsubiyyəti olan səhra komandirləri də vəziyyətə uyğun 
birliklər və koalisiyalar yaradırdılar. Bu baxımdan formal olaraq 
Əfqanıstan İslam Cəmiyyətinə (Rəbbaninin partiyasına) mən-
sub olan əfsanəvi sərkərdə Əhməd şah Məsudun 1983-cü ildə ya-
ratdığı Müşahidə Şurası (“Şuraye-Nəzar”) xüsusi qeyd olunmalı-
dır. Bu şura sonrakı dövrdə “Şimal alyansı”nın formalaşması üçün 


- 76 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
bir növ model rolunu oynamışdır. Həmin Şura təkcə Əfqanıstan 
İslam Cəmiyyətinin deyil, digər təşkilatların üzvlərini, eləcə də 
müstəqil fəaliyyət göstərən dəstələri əhatə edirdi. Bütövlükdə Şu-
rada 130 dəstənin komandiri təmsil olunmuşdu. Şuranın fəaliy-
yəti tədricən ölkənin şimal, şərq və mərkəzindəki 12 vilayətin əra-
zisinə yayılmış və mücahidlərin hərbi uğurlarında, son nəticədə 
Sovet qoşunlarının Əfqanıstanı tərk etməyə məcbur olmasında  
misilsiz rol oynamışdır [127, 34-36].
Bütövlükdə əfqan mücahidlərinin tərkibi son dərəcə mürək-
kəb və çeşidli səciyyə daşımışdır. Bununla əlaqədar, V.M.Spolni-
kov haqlı olaraq, yazır: “Əfqanıstan islamçı müxalifətinin bir sıra 
əlamətlər baxımından təsnifatını vermək olar. Dini baxımdan o, 
sünni və şiə; teoloji baxımdan fundamentalist və ənənəçi; sosi-
al-sinfi baxımdan burjua və feodal-monarxist; milli-etnik cəhət-
dən puştu və qeyri-puştu; təşkilati baxımdan təşkilatlanmış və 
təşkilatlanmamış qollara ayrılır” [90, 76]. Bütün bu rəngarəng-
liyə, aralarında olan ixtilaf və ziddiyyətlərə baxmayaraq, işğal 
dönəmində onları bir məqsəd – ölkənin sovet qoşunlarından və 
onların əlaltılarından azad edilməsi amalı birləşdirə bilmişdir.
Mücahidlər 10-15, bəzən də 20-50 nəfərlik mobil qruplar şək-
lində fəaliyyət göstərməyə üstünlük verirdilər. Zərurət olduqda 
onlar 150-200 nəfərlik dəstələrdə birləşir, iri əməliyyatlar zamanı 
isə 500-900 və daha artıq döyüşçünü əhatə edən “islam alayları” 
təşkil edirdilər [81, 130].
Qeyd olunduğu kimi, onlar əsasən partizan döyüşü taktikası-
na üstünlük verir və bu taktikanın aşağıdakı növlərindən (ayrıca, 
yaxud kombinə olunmuş şəkildə) istifadə edirdilər: şəhərlərdə 
hücum və diversiya aktlarının törədilməsi, yolların minalanma-
sı, infrastruktur xətlərinin (qaz kəmərləri, elektrik xətləri və kör-
pülərin) partladılması, kiçik qarnizonlara və inzibati mərkəzlərə 
gözlənilməz həmlələr, hərbi və təchizat kolonlarına qarşı pusqu-
ların təşkil olunması, mühafizə postlarına qəfil reydlər və s. 


Yüklə 2,59 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə