Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə



Yüklə 2,59 Kb.
Pdf görüntüsü
səhifə29/66
tarix21.03.2018
ölçüsü2,59 Kb.
#32753
1   ...   25   26   27   28   29   30   31   32   ...   66

- 89 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
lirik, çünki bununla bağlı rəsmi məlumat açıqlanmamışdır. Təkcə 
1978-1990-cı illərdə SSRİ-nin Əfqanıstana göstərdiyi humanitar 
yardımın məbləği dəqiq hesablanmışdır – 8 milyard 48,6 milyon 
invalyuta rublu. Başqa bir məlumata görə, SSRİ-nin Əfqanıstana 
iqtisadi yardımının həcmi ildə təqribən 1 milyard dollara bərabər 
olmuşdur. Müharibənin özü isə SSRİ-yə 50 milyard dollara başa 
gəlmişdir [81, 137]. Digər bir mənbə SSRİ-nin Əfqanıstandakı 
müharibəyə çəkdiyi xərclərin ildə 7-12 milyard dollar arasında 
olduğunu göstərir [18, 223].
Qeyd etdiyimiz kimi, Əfqanıstan müharibəsi son nəticədə 
SSRİ-nin dağılmasında önəmli amil kimi çıxış etmişdir. Bu fikir 
bütün dünyada geniş yayılmışdır, hətta bu barədə ayrıca kitab da 
yazılmışdır [100]. Lakin müasir Əfqanıstanı Öyrənmə Mərkəzi-
nin eksperti (hazırda Avrasiya Analitik Klubunun rəhbəri) Niki-
ta Mendkoviç bu fikrə özünəməxsus şəkildə etiraz etmişdir. O, 
Əfqanıstan müharibəsi dövründə SSRİ-nin maliyyə itkilərinin 
30,4 milyard rubla bərabər olduğunu bildirərək, deyir: “Çətin ki, 
bu məsrəflər Sovet ölkəsi və iqtisadiyyatının dağılmasına səbəb 
olmuşdur”. Müəllif daha sonra əlavə edir ki: “Xərclərin mütləq 
qiyməti nisbətən böyük idi, lakin nə o illərdəki ümumi daxili 
məhsulun, nə dövlət büdcəsinin, nə də büdcə kəsirinin əhəmiy-
yətli hissəsini təşkil etmirdi” [80].
Məsələyə bu cür baxış, ən yumşaq deyimlə, primitiv yanaşma 
kimi dəyərləndirilə bilər. Əvvəla, heç kəs demir ki, SSRİ yalnız 
Əfqanıstandakı iqtisadi məsrəflərinə görə süqut etmişdir, hərçənd 
rəqəmlərin büdcədə hansı faizi göstərməsindən asılı olmayaraq, bu 
amili də nəzərdən qaçırmaq olmaz: həmin dövrdə SSRİ-də iqtisadi 
durum böhran səciyyəsində idi və ölkədə şəkər tozu talonla veril-
diyi halda Həyrətandakı anbarlar şəkər kisələri ilə dolu idi. İkinci-
si, heç kəs iddia etməmişdir ki, Əfqanıstan müharibəsi SSRİ-nin 
dağılmasının yeganə səbəbi olmuşdur. Məsələnin dolğun elmi 
izahına Rafael Ruveni və Asim Prakaşın “Əfqanıstan müharibəsi 
və Sovet İttifaqının dağılması” adlı məqaləsində rast gəlirik [27]. 


- 90 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
Onların haqlı olaraq, qeyd etdiyi kimi, Əfqanıstan müharibəsi sis-
tem və liderliklə (Qorbaçovun idarəçiliyi) bağlı faktorlarla birlik-
də SSRİ-nin parçalanmasında başlıca səbəblərdən biri olmuşdur. 
Müəlliflərin yazdığına görə, müharibə Sovet siyasətinə dörd labüd 
təsir göstərmişdir: “1) Qavrayış təsirləri: o, imperiyanı bir yerdə 
saxlamaq və xarici ölkələrə müdaxilə etmək üçün ordudan istifa-
dənin səmərəliliyi barədə liderlərin təsəvvürlərini dəyişdirdi; 2) 
Hərbi təsirlər: o, Qızıl Ordunu gözdən saldı, partiya ilə ordu ara-
sında uçurum yarandı və Qızıl Ordunun məğlubedilməz olmadı-
ğını nümayiş etdirdi ki, bu da qeyri-rus respublikaları müstəqilliyə 
can atmağa həvəsləndirdi; 3) Legitimlik təsirləri: o, qeyri-rusların 
müstəqillik tələb etməsinə səbəb oldu, çünki onlar bu müharibə-
də Rusiyanın qeyri-ruslar vasitəsilə əfqanlara qarşı vuruşduğunu 
gördülər; 4) Fəallıq təsirləri: o, siyasi fəallığın yeni formalarını ya-
ratdı, mətbuatı (medianı) aşkarlıqdan (qlasnost) əvvəl dəyişdir-
məyə başladı, aşkarlığın ilk qığılcımlarını doğurdu və veteranların 
(“əfqanlar”) əhəmiyyətli kütləsini meydana çıxardı ki, onlar da yeni 
qeyri-hökumət təşkilatları qurmaqla kommunist partiyasının he-
gemonluğunu zəiflətdilər” [27, 693].
Qeyd olunan təsirlər SSRİ-dəki sistem böhranı və yarıtmaz 
idarəçiliklə çulğaşaraq dezinteqrasiya proseslərini sürətləndirdi 
və sonuncu sovet əsgəri Əfqanıstanı tərk edəndən iki il yarım 
sonra imperiya dağılmağa başladı. Eyni zamanda sovet qoşun-
larının Əfqanıstandan çıxarılmasından cəmi bir neçə ay sonra 
– 1989-cu ilin dekabrında Soyuq müharibə başa çatdı. Bunun-
la əlaqədar S.Hantinqton yazır: “Amerikalılar və ümumiyyətlə 
Qərb adamları üçün Əfqanıstan Soyuq müharibədə qəti, həl-
ledici qələbə, onun özünəməxsus Vaterloosu idi”. Və dərhal da 
əlavə edir ki: “Qərbdə azad dünyanın qələbəsi sayılan hadisəyə 
(Əfqanıstan müharibəsinə - M.M.) müsəlmanlar islamın qələbəsi 
kimi baxırdılar” [94, 164]. Bu mənada Əfqanıstanda sovet işğa-
lının başa çatması təkcə dünya tarixində bütöv mərhələnin sonu 
deyil, həm də yeni səhifənin başlanğıc nöqtələrindən biri idi.


- 91 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
Sovet qoşunları Əfqanıstandan çıxarılsa da, SSRİ-nin Nəcibulla 
rejiminə iqtisadi və hərbi yardımı davam edirdi, o cümlədən, onun 
ixtiyarına müasir silahlar verilirdi. Həmin yardımın miqyasını 
təsəvvür etmək üçün aşağıdakı rəqəmlərə diqqət yetirmək kifayət-
dir: “Moskva ilə Kabul arasında “hava körpüsü” qurulmuşdu və 
onunla Əfqanıstana silah, ərzaq və hətta pul gedirdi. Hər gün pay-
taxt aeroportunda 5-dən 40-a qədər İL-76 hərbi-nəqliyyat təyyarə-
si eniş edirdi. Belə ki, 1989-cu ilin mart-iyul aylarında Əfqanıstana 
150 ədəd T-55 və T-62 tankları, 615 ədəd piyadaların döyüş maşını 
və minlərlə ton yanacaq göndərilmişdi. Silahlar arasında hərəsi 1 
milyon dollar dəyərində olan 550 “Skad” raketi də vardı. Moskva-
nın ümumi aylıq yardımı 250-300 milyon dollar, yəni ildə ən azı 3 
milyard dollar təşkil edirdi” [70, 443].
Onu da əlavə edək ki, 40-cı ordu ölkəni tərk edərkən, 3 aylıq 
ehtiyatını, eləcə də ixtiyarında olan hərbi texnikanın, ərzaq və ya-
nacağın böyük bir hissəsini əfqan ordusuna vermişdi. Bu resurslar, 
həmçinin Nəcibullanın iradəli bir siyasətçi kimi özünü göstərməsi 
sovet qoşunları çıxdıqdan az sonra onun hökumətinin süqut edə-
cəyi barədə proqnozları alt-üst etdi (ABŞ kəşfiyyatının rəyinə görə, 
bu, 3-6 ay ərzində baş verməli idi). Əksinə, o, 1989-1990-cı illər-
də iki ağır sınaqdan – mücahidlərin ölkənin şərqindəki Cəlalabad 
şəhərinə irimiqyaslı hücumundan (mart, 1989) və özünün təyin 
Mücahidlər hakimiyyət 
başında: hamı hamıya qarşı


Yüklə 2,59 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə