ə 12. Radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində ictimai
n
əzarət
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq ictimai birliklər radiasiya
təhlükəsizliyinin təmin edilməsi sahəsində fəaliyyət göstərən müəssisələrdə və
təşkilatlarda norma, qayda və normativlərin yerinə yetirilməsinə ictimai nəzarət etmək
hüququna malikdirlər.
IV f
əsil. Radiasiya təhlükəsizliyinin təmin edilməsinə
t
ələblər
Madd
ə 13. Radiasiya təhlükəsizliyi şəraitinin qiymətləndirilməsi
Müvafiq icra hakimiyyəti orqanları
ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar
fəaliyyət göstərən müəssisə və təşkilatlarda, habelə radiasiya nəzarəti aparılan ərazilərdə
radiasiya təhlükəsizliyinin təmin edilməsi tədbirlərini həyata keçirir, onların
effektivliyinin qiymətləndirilməsi işini aparır.
Radiasiya təhlükəsizliyinin qiymətləndirilməsi aşağıdakılara əsasən həyata keçirilir:
ətraf mühitin radioaktiv çirklənməsinin xüsusiyyəti və dərəcəsi;
radiasiya təhlükəsizliyinin təmin edilməsində norma, qayda və gigiyena
tədbirlərinə əməl olunmasının təhlili;
radiasiya qəzasının ehtimalı və onun miqyası;
radiasiya qəzalarının qarşısının alınması və onun nəticələrinin ləğv edilməsinə
hazırlıq;
ionlaşdırıcı şüa mənbələrindən əhalinin ayrı-ayrı qruplarının məruz qaldıqları
şüalanma dozalarının təhlili;
müəyyən olunmuş normadan artıq şüalanma dozasına məruz qalmış şəxslərin
sayı.
Ərazi, müəssisə və təşkilatların radioaktiv təhlükəsizliyə hazırlığının vəziyyəti hər il
ərazi, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportlarında əks olunur.
Ərazi, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportlarının forması və tərtib
edilməsinin qaydası
müvafiq icra hakimiyyəti orqanı
tərəfindən təsdiq edilir.
Madd
Dostları ilə paylaş: |