olunur, onun atributu kimi izah edilir, yəni subyektin keyfiyyət göstəricisi kimi
qəbul olunur. Bu nöqteyi-nəzərdən təhsilə bir-birini əvəz edən fəaliyyətlər sistemi
kimi baxılır və bu halda fəaliyyətin subyekt, proses, fənn, vasitə, nəticə kimi
komponentləri bir-birindən ayrılır, yəni fəaliyyətin özü tərkib hissələrinə ayrılır,
proses məqsədin qoyulması ilə başlayır. Qoyulmuş məsələnin dəqiqləşdirilməsi
aparılır, plan hazırlanır, qurğular, sxemlər seçilir, bundan sonra öyrənən müvafiq
üsul və yanaşmalar seçərək əməliyyatları yerinə yetirir, işin gedişini və aralıq
nəticələri qoyulmuş məqsədlə müqayisə edərək gələcək fəaliyyətdə müəyyən
düzəlişlər aparır.
Məlum olduğu kimi, ümumtəhsilin məzmun standartlarının strukturunda
“Ümumtəhsilin təhsil standartlarının məcburi minimumunun məzmunu” və
“Məzunların hazırlıq səviyyəsinə qoyulan tələblər” kimi iki səviyyənin qoyuluşu
durur. Təhsil standartlarının komponentləri olan “minimum” və “tələblər” bir-
biri ilə əlaqədardır. Bu əlaqə biliyin qazanılması prosesinin paradiqmasında –
“minimum” məktəbin təhsil alana verəcəyi biliklər sisteminin səviyyəsini,
“tələblər” isə təhsil alanın mənim-sədiyi, qəbul etdiyi biliklər sistemi əsasında
formalaşan bacarıqların səviyyəsini müəyyənləşdirir. Standartın komponentləri
arasındakı belə münasibətlər klassik, “ötürücü” xarakter daşıyan pedaqogikanın,
yəni bilikləri “məktəb verir”, təhsil alan isə "qəbul edir" kimi əsas prinsipləri üzə-
rində qurulmuş olduqda arzuolunan nəticə alınmır. Yəni insanın bir fərd kimi
xüsusiyyətlərini, onun inkişaf dinamikasını nəzərə almadan hərəkət etmək təhsilin
son nəticəsi kimi qarşıya qoyulmuş məqsədi təmin edə bilmir, yəni məktəb yaradıcı
şəxsi, həqiqi vətəndaşı tərbiyə etmək əvəzinə, tənbəli, müftəxoru və tüfeylini tərbiyə
edir. Şəxsə, təhsilalana istiqamətlənmiş təhsilin paradiqmasında “minimum” və
“tələblər” arasındakı münasibətlər başqa xarakter daşıyır, fəaliyyət məhsuldar
əsasda inkişaf edir. Belə münasibət şəxsi keyfiyyətlərin inkişafını, hadisələrə
yaradıcı yanaşmanı, öyrənilən sahədə təhsilin son məhsulu olan müvafiq bacarıq-
ların formalaşmasını təmin edir.
Təhsilin məzmunu ilə fəaliyyət arasındakı münasibətlərin həlli birinci
növbədə tədris-təlim prosesində idraki, informasiya-kommunikasiya və refleksiv
(qeyri-iradi) fəaliyyətlərin inkişafına imkan yaradan yeni təhsil şəraitinin, ən
başlıcası nəticəyönümlü təhsil standartlarının hazırlanmasını təmin edir.
Təhsilin yeni məzmununa keçidi təkamül-axtarış və informasiyalı olmaqla iki
qrupa (mərhələyə) ayırmaq olar. Birinci qrupda çoxlu sayda məktəblərdə hazırda
da saxlanılan və ayrı-ayrı fənlərin dərindən öyrənilməsinə imkan verən sinif-dərs
sisteminin tələblərinə müvafiq fəaliyyətin qurulması əsas tələb kimi götürülür.
İkinci qrupda isə şəxsə istiqamətlənmiş, fəaliyyətyönümlü, kamil insanın, rəqabətə
davamlı şəxsiyyətin formalaşdırılması üçün nəticəyönümlü təhsilin qurulmasını,
yeni yanaşmaların, interaktiv təlim üsullarının tətbiqi əsas tələb kimi qəbul edilir.
Araşdırmalar təsdiq edir ki, təhsilin məzmununun müəyyənləşdirilməsi məqsəd
əsasında aparılmalıdır. Ümumiyyətlə, təhsildə məqsədin üstünlüyü bir prinsip kimi
həmişə gözlənilməlidir. Bu prinsip təhsil standartlarında dəyişikliklərin elə
ardıcıllıqla aparılmasını tələb edir ki, tədris planı, tədris prosesinə qoyulan
minimum tələblərin həcmi, bilik səviyyəsi və təhsil şəraiti, eyni zamanda təşkilati
və idarəetmə məqsədin dəyişdirilməsinin nəticəsi kimi çıxış etsin.
Təhsildə təhsilalanın maraqlarının üstünlüyü saxlanılmalıdır. Belə ki, təhsilin
məzmununun müəyyənləşdirilməsində cəmiyyətin və dövlətin maraqları ilə
bərabər, təhsil sahəsindəki istənilən proqramlara şəxsin özünü dərk etməsinə,
özünü ifadə etməsinə, öz müqəddəratını təyin etməsinə imkan verən elementlərin
daxil edilməsinə üstünlüyün verilməsi mühüm tələbdir və təhsilin məzmununda
mədəniyyətyönümlü məsələlər diqqət mərkəzində saxlanılmalıdır, yekun nəticələr
tamamilə və dəqiq müəyyən olunmalıdır. Vacibdir ki, təhsilin məzmununun
müəyyənləşdirilməsində sosial-mədəni mühitdə həyat fəaliyyəti ilə bağlı təcrübəyə
istinad olunsun, şagirdin fəaliyyəti onun şəxsi təhsilinin subyekti kimi qəbul
edilsin, şəxsiyyətin strukturunun tamlığı, onun idrak prosesinin, emosional-iradi,
mənəvi-əxlaqi sferasının xüsusiyyətləri nəzərə alınsın.
Öyrənənin və onu əhatə edən mühitin iştirak etdiyi təhsil prosesinin təhlili
göstərir ki, təhsilin məzmununu daxili və xarici olmaqla iki komponentə ayırmaq
olar. Təhsilin məzmununun xarici komponenti şəxsiyyətin inkişafını təmin edən
təlim mühiti ilə xarakterizə olunur. Təhsilin məzmununun xarici komponenti iki
tərkib hissədə – real həqiqətlər və ona dair biliklər sistemindən ibarət olan “təhsil
sahəsi” anlayışında cəmlənir. Ona görə də xarici təhsil sahəsi qarşılıqlı təsirdə
olan iki – real dünya və tədris olunan kursların məzmununu özündə cəmləşdirən
tərkib hissələrdən ibarətdir. Təhsilin məzmununun daxili komponenti təhsil alan
şəxsin ayrılmaz cəhətidir. Ona görə də təhsilin daxili məzmunu təhsil alanın təhsil
ehtiyaclarının ödənilməsi ilə uyğunlaşdırılmalıdır. Məzmunun xarici və daxili
komponentlərə bölünməsi ilə bağlı konsepsiyanın qəbul olunması, hər iki
yanaşmanın fəaliyyətə inteqrasiya olunduğunu göstərir. Onlardan birincisi tədris
prosesini fərdiləşdirməyi, yəni təlim-tərbiyə prosesinin, təhsilalanların psixoloji
xüsusiyyətlərini nəzərə alaraq qurmağı nəzərdə tutursa, ikinci ümummədəni
fəaliyyət prosesində təhsil alan şəxsin özünün fərdiləşdirilməsini nəzərdə tutur.
Belə yanaşma, yəni təhsil alanın reallığın əsas xüsusiyyətlərini mənimsəyərək
özünün daxili inkişafına və oradan da mədəni-tarixi nailiyyətlərin mənimsənil-
məsinə istiqamətlənmiş fəaliyyəti, təhsilin məzmunu ilə bağlı fəaliyyətlərin əsasını
müəyyən edir.
Problemlər içərisində evristik təhsil fəaliyyəti (zəkalı fəaliyyətin mühüm
elementi) ilə bağlı məsələlər xüsusi yer tutur. Evristik (nəzəri tədqiqatın məntiqi və
metodik üsulları sistemi kimi qəbul olunan rakursda) təhsil fəaliyyətinin əsas
məqsədi təhsil alanın özünün şəxsi təhsilinin bütün elementlərinin, yəni məqsədin
mənasını, məzmununu, təlimin optimal forma və metodlarının seçilməsini, təhsil
sahələrinin mənimsənilməsi ilə bağlı şəxsi fəaliyyət trayektoriyasının qabaqcadan
layihələndirilməsində iştirakının təmin olunmasıdır.
Yeri gəlmişkən qeyd edək ki, ümumtəhsil məktəblərində “yaradıcılıq
fəaliyyəti”, “evristik fəaliyyət” anlayışlarından istifadə edərək evristik təlimin əsas
parametrlərini müəyyənləşdirmək olar. Evristik fəaliyyət yaradıcılıq fəaliyyətindən
başqa metodoloji və koqnitiv fəaliyyətləri də özündə birləşdirir. Evristik təhsil fəaliy-
yətində eyni zamanda evristik və reproduktiv komponentlər iştirak edir. Öyrədənin
bu halda əsas vəzifəsi tədris prosesinin tamlığının təmin olunmasında bu məsələlərin
nəzərə alınmasıdır. Evristik fəaliyyətin əsas məqsədi təhsil alanın, tədris prosesində
Dostları ilə paylaş: |