ların həyata keçirilməsi mümkün ola bilməz. Bu mənada Azərbaycanın ümumi
təhsil sistemində islahatlara başlanandan indiyədək kurikulum anlayışının, təhsilin
məzmununa verilən müasir tələblərin, yeni təlim strategiyalarının və
qiymətləndirmə mexanizmlərinin mahiyyətinin pedaqoji ictimaiyyət arasında izahı
və təbliği prosesi mühüm əhəmiyyət daşımışdır.
***
Araşdırmalar göstərir ki, şəxsiyyətin formalaşmasında müstəsna əhəmiyyət
daşıyan müasir təlim yanaşmaları təhsilimiz üçün göründüyü qədər də yeni
məsələlər deyil. Bu yanaşmalar N.Gəncəvi, Ə.Marağalı, N.Tusi, M.F.Axundzadə,
F.Köçərli, H.Zərdabi, Ü.Hacıbəyov və başqa mütəfəkkirlərin, maarifçi
demokratların dünyagörüşləri baxımından tədqiq edilərkən aşkar olmuşdur ki,
əslində, bu gün yeni hesab edilən məsələlərin Şərqin təhsil tarixində dərin kökləri
mövcuddur. Təbiətin və insanın kəşfi kimi qiymətləndirilən intibah dövründə
N.Gəncəvi insanın “özünü dərk etməsi” mülahizəsini irəli sürür. İnsanın özünü
dərk etməsini şair “həyatda, cəmiyyətdə yerini bilməsi, xeyirlə şəri ayırd etməsi,
mürəkkəb ziddiyyətli hadisələr axarında düzgün yol seçməyi bacarması” kimi
dəyərləndirir .
N.Gəncəvi “Yeddi gözəl” poemasında özünü dərk edənləri “əbə-
diyaşayanlar”, dərk etməyənləri isə “bir qapıdan girib, o biri qapıdan çıxanlar"
hesab edir. Mütəfəkkir şair şəxsiyyətin ictimai bacarıqlara, məntiqi və tənqidi
təfəkkürə, problem həll etmək kimi yüksək idraki bacarıqlara malik olmasını vacib
hesab edir və gözəl rəqqasə və musiqiçi olan, ağıllı və cəsarətli kəniz qız Fitnənin
simasında göstərir ki, “insan məşq və vərdişlə möcüzələr yaradar, mühüm
bacarıqlara malik ola bilər”. Ə.Marağalıya görə, əgər insan müəyyən biliklərə
malikdir və onları tətbiq etmirsə, deməli, həmin insan ya “tətbiqi ağıldan
məhrumdur, ya da onun tətbiqi ağlı “kamil” deyil. O düşünürdü ki, insanın
savadının yeganə sübutu onun praktik fəaliyyəti, davranış və hərəkətləridir. Tətbiqi
elmsiz ümumi elm bəhərsizdir, ölüdür, faydasızdır. Ə.Marağalının fikirləri bu gün
təlim prosesinə olan yeni yanaşmalarla üst-üstə düşür.
^^ [
H.Rayl (1949), M.Conson (1977), C.Posner və A.Radnitskinin (1994) də
araşdırmalarında biliyin iki növünün mövcud olduğu vurğulanmış, bu məsələlər
"nəyi bilmək" və "necə bilmək" kimi təqdim edilmişdir. Yəni biliklər yalnız əldə
edilən fakt və məlumatlar olmayıb, həm də onları əldə etməyin yollarını, eləcə də
nümayiş etdirməyin üsullarını – bacarıq və vərdişləri əhatə edir. Bu baxımdan
müasir
texnologiyalaşmış
cəmiyyətimizdə
dəyişiklikləri
başa
düşən,
informasiyaları tətbiq edən, problemləri təhlil edən, onların həlli yollarını tapan və
əldə edilmiş nəticələri dəyərləndirən insanların təlimini təşkil edərkən həm nəzəri,
həm də praktik biliklər böyük əhəmiyyət daşıyır.
Müasir kurikulumlar demokratizm, humanizm kimi prinsiplərdən çıxış edən,
şagirdlərin maraq və ehtiyaclarına cavab verən, mütəxəssislərin elmi
yanaşmalarına söykənən, dövlətin təhsil siyasətini əks etdirən, təhsil sahəsində
sınanmış mütərəqqi meyarlar, milli və ümumbəşəri dəyərlər əsasında müəyyən
edilən dövlət təhsil standartlarına uyğun olmaqla bütün mühüm məsələlərlə bağlı
uzunmüddətli proqnozlaşdırma və planlaşdırmaları özündə əks etdirir və bu sənəd
o zaman əhəmiyyət kəsb edir ki, düzgün tətbiq edilsin, nəzərdə tutulduğu şəkildə
tətbiq edilsin. Tətbiqin yolları, üsulları və vasitələri kimi mühüm məsələlər müasir
kurikulumların “Təlim strategiyaları” bölməsində öz əksini tapmışdır. Sənədin bu
bölməsində xüsusilə vurğulanan yeni müəllim-şagird münasibətləri, problemli
təhsil yanaşması və fəal təlim üsulları neçə ildir ki, məktəblərimizdə tətbiq edilir.
Təhsil islahatının birinci və ikinci mərhələlərində təhsil ictimaiyyətinin bu iş
üsuluna məqsədyönlü şəkildə addım-addım hazırlanması istiqamətində böyük işlər
gorülmüşdür. Lakin, “islahatın başlanmasından xeyli müddət keçməsinə
baxmayaraq cəmiyyətdə bu prosesə ikili münasibət hələ də qalmaqdadır”.
Didaktikanın görkəmli nümayəndələrindən hesab olunan İ.Y.Lerner və
M.N.Skatkinə görə, “təhsilin başlıca sosial funksiyası – əvvəlki nəsillər tərəfindən
toplanmış təcrübənin yeni nəslə ötürülməsidir”. Bu funksiyanın əsas mənası və
vəzifəsi konsepsiyanın, fənn proqramlarının, dərsliklərin başlıca hissələrinin məz-
mununun layihələndirilməsinin əsasını təşkil edir. Təhsilin məzmunu bu kontekstdə
əvvəlcədən xüsusi olaraq seçilmiş və təhsilalanlar tərəfindən mənimsənilən bilik,
bacarıq və vərdişlərin həcmini müəyyənləşdirir. Bilik almağa istiqamətlənmiş
təlimin bu tipində qəbul edilir ki, “öyrənənlər tərəfindən reallığın müəyyən
fraqmentlərinin başa düşülməsinin dərinliyi (keyfiyyəti, səmərəliliyi) öyrənilən
materialın miqdarı (kəmiyyəti) ilə mütənasibdir”. Belə yanaşmalar artıq informa-
siyalı cəmiyyətin müasir tələblərinə cavab vermir və təhsil sistemində ağır
nəticələrlə müşahidə olunan problemlər yaradır.
Təlimin şəxsə, onun inkişafına istiqamətlənmiş tipində təhsilin məzmununa
olan münasibət dəyişir. Bu halda təhsil öyrənənə biliyin verilməsindən daha çox
onun təhsillilik səviyyəsinin yüksəldilməsinə, kamil insan kimi formalaşmasına,
özünü özündə tapmasına istiqamətlənir. Tədris materialı bu halda mənimsəmənin
obyekti kimi meydana çıxmır, öyrənənin fəaliyyəti üçün təhsil mühitinin
yaradılmasına, təhsilin xarici komponentlərinin tərkib hissəsinə çevrilməsinə
xidmət edir. Göründüyü kimi, birinci halda məzmun öyrənənə mənimsənilməsi
üçün verilirsə, ikinci halda şəxsə istiqamətlənmiş məzmun öyrənənin təhsil
məhsulu kimi çıxış edir və fəaliyyətin təşkilini tənzimləyir. Deməli, müəyyən
mənada qəbul etmək olar ki, təhsilin məzmunu öyrənənin fəaliyyətinin məzmunu
kimi çıxış edir, onun atributuna çevrilir və nəticədə bacarıqların formalaşmasına
şərait yaradır.
Təhsilin məzmununun belə iki bir-birinin əksi olan mənada başa düşülməsinə
münasibətini ifadə edərək akad. A.O.Mehrabov yazır: “Əgər təlim prosesi təhsilin
məzmununa daxil edilmirsə, təhsilin məzmunu uşaqlara müəllim tərəfindən verilən
özgəninkiləşdirilmiş material kimi qəbul edilir. Əgər təlim prosesi məzmuna daxil
edilirsə, onda təlimin fəaliyyətlə bağlı məzmununa daha geniş mənada baxmaq
lazımdır. Fəaliyyətin təhsilin məzmununda olan rolundan didaktik sistemin bütün
səviyyələri, yəni təlimin məzmunu və məqsədindən tutmuş, öyrənənlərin onun
nəticələri əsasında özünüdərk və özünüqiymətləndirməsinədək olan proseslər
qidalanır.” Fəa-liyyətin psixoloji nəzəriyyəsində (A.N.Leontyevin elmi məktəbinin
nümayəndələri tərəfindən interpretasiya olunan psixoloji yanaşma) fəaliyyət şəxsin
fəaliyyətinə reduksiya (mürəkkəb bir prosesin sadə prosesə keçməsi və keçirilməsi)
Dostları ilə paylaş: |