|
Əhatə olunan məsələlər
qarşıya çıxan problemlərin səmərəli həlli üçün əvvəllər onun fəaliyyətində dəqiq
müəyyən edilməmiş məqsədlərin yenidən formalaşdırılmasıdır.
Aparılmış tədqiqatlar göstərir ki, öyrənənin imkanlarının, fərdi xü-
susiyyətlərinin
dəyərləndirilməsinə
dayanaraq
təhsilin
məzmununun
layihələndirilməsi və strukturlaşdırılmasının müxtəlif üsullarını aşağıdakı kimi
sistemləşdirmək məqsədəmüvafiqdir:
tədris materialının məzmununun xətti qurulması. Belə strukturda tədris
materialının məzmunu ardıcıl və fasiləsiz olaraq verilir.
tədris materialının məzmununun konsentrik sistem üzrə qurulması. Belə
strukturda eyni bir məsələ bir neçə dəfə araşdırılır, təkrarlanır. Təkrar zamanı
məzmun genişləndirilir, yeni informasiyalarla zənginləşdirilir və yeni səviyyədə
həll edilir.
tədris materialının məzmununun spiralvari sistem üzrə qurulması. Bu
halda öyrənən və öyrədən qoyulmuş problemə, insanın fəaliyyət sferası ilə bağlı
biliklər sisteminə və fəaliyyət üsullarına dair məlumatları genişləndirərək və
zənginləşdirərək onlara daim qayıdır və inkişaf etdirir.
tədris materialının məzmununun modul sistemi üzrə qurulması. Bu
halda hər bir mövzu üzrə tədris modulunun məzmunu, bütövlükdə baxılan bölməyə
(təhsil vahidinə) daxil olan mövzular üzrə müvafiq istiqamətlərdə paylanır:
–
oriyentasiyalılıq (fəaliyyəti müəyyən istiqamətə yönəltmə), metodoloji
istiqamət;
–
məzmun – təsviri xarakterli istiqamət;
–
əməliyyat – fəaliyyət xarakterli istiqamət;
–
nəzarət – yoxlama xarakterli istiqamət.
Təhsilin məzmununun dəyişməsini onun humanistləşmə, humanitarlaşma,
diferensiallaşma, diversifikasiya, standartlaşma, çox variantlılıq, çox səviyyəlilik,
fundamentallıq, kompyuterləşmə, informatlaşma, fərdiləşmə, fasiləsizlik kimi
prinsiplərə istinad etməsi əsasında inkişafı şərtləndirir, hansı ki, bu prinsiplər
bəşər təcrübəsinin inkişaf səviyyəsindən, cəmiyyətin inkişafı ilə bağlı tələblərdən
qaynaqlanır. Hər dönəmdə siyasi cəmiyyətlərin öz təhsil sistemi və müvafiq
kurikulumları olmuşdur, təbii ki, müxtəlif cəmiyyətlərin mövcud tələbləri və inkişaf
səviyyəsi, əsasən, ona məxsus olan təhsil kurikulumlarında ifadə olunur.
Təhsilimizə gətirilən müasir kurikulumlar tərbiyəyönümlülük, nəticəyönümlülük,
şagirdyönümlülük, bütün şagirdlərə öz idrak potensialından istifadə etmək, şəxsi
qabiliyyətlərini inkişaf etdirmək üçün əlverişli şəraitin yaradılması kimi prinsiplərə
əsaslanır.
İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, müasir kurikulumların istinad
etdiyi prinsiplərin yerinə yetirilməsinə yeni pedaqoji texnologiyalardan sistemli
istifadə etməklə nail olmaq mümkündür (təlim prosesini konkret nəticəsi olan
texnoloji-istehsalat prosesinə çevirməklə). Çünki həmin prinsiplər yeni pedaqoji
texnologiyaların mahiyyət və məzmununda əks olunmuşdur.
Yeni pedaqoji texnologiyalar, ümumilikdə təlimin yeni konsepsiyası dörd əsas
prinsip ətrafında cəmləşdirilə bilər:
şagirdyönümlülük;
fəal, müstəqil və birgə təlim fəaliyyəti imkanlarının yaradılması;
təlimin inteqrativliyi;
təlimin məzmun və nəticələrinin təlim alanların məktəbdən sonrakı həyat
fəaliyyəti və cəmiyyətlə əlaqəli olması.
Yeni pedaqoji texnologiyaların mahiyyət və məzmunu ilə yaxından tanışlıq,
məktəb praktikasında müxtəlif təlim texnologiyalarının tətbiqi nəticələrinin
araşdırılması deməyə əsas verir ki, onların ənənəvi təlim texnologiyalarından əsas
üstünlükləri
bunlardır:
gözlənilən
nəticələrin
əsasən
alınması;
şəxsiyyətyönümlülük (şagirdyönümlülük); inkişafetdiricilik. Təhsil texnologiyaları
sahəsində tədqiqatları təhlil etməklə yeni pedaqoji texnologiyaların tətbiqində
gözlənilən nəticələrin alınması aşağıdakılarla şərtlənir:
1.
Təlim prosesində didaktik vahidlərdən böyüdülmüş şəkildə istifadə
edilməsi;
2.
Təlim prosesi və onun nəticələrinin düzgün planlaşdırılması (layihə-
ləndirilməsi);
3.
Təhsil prosesinin emosionallaşdırılması;
4.
Təhsilin diferensiallaşdırılması;
5.
Müasir informasiya-kommunikasiya texnologiyalarından (kompyuter,
audio-vizual texnika və s.) istifadənin genişləndirilməsi.
Şəxsiyyətyönümlülük və təlim prosesində şagirdin inkişaf etdirilməsi yeni
təlim texnologiyalarının mahiyyət və quruluşundan doğur. Müasir təfəkkürlü
pedaqoqlar hesab edirlər ki, təlimin şəxsiyyətyönümlü olması üçün o (təlim),
şəxsiyyətin (şagirdin) aşağıdakı keyfiyyətlərinə yönəldilməlidir: a) öyrənilən sahə
(fənn) üzrə şəxsiyyətin mövcud bilik və bacarıq səviyyəsi, ümumi inkişaf səviyyəsi
və mədəniyyəti (indiyədək həmin sahə üzrə əldə edilən təcrübə); b) şəxsiyyətin psixi
xüsusiyyətləri (yaddaşı, təfəkkürü, qavrama qabiliyyəti, öz emosiyalarım idarəetmə
bacarığı və s.); c) xarakterindəki xüsusiyyətlər, temperamenti .
Anlamaq çətin deyildir ki, şəxsiyyətyönümlü təlim mahiyyətcə diferensial və
inteqrativ xarakterdə olmalıdır. Belə təlim növlərinin həyata keçirilməsi, həmçinin
təlim alanların intellektual inkişaf səviyyəsinin nəzərə alınmasını tələb edir.
Pedaqoq-psixoloq N.D.Levitov uşaqların intellektual inkişaf səviyyəsini aşağıdakı
meyarlarla ölçməyi təklif edir:
-
müstəqil düşünmə qabiliyyəti;
-
tədris materialının qavranılması sürəti və möhkəmliyi;
-
qeyri-standart məsələni (problemi) həll etdikdə əqli yönəlmənin sürəti
(hazırcavablılıq);
-
öyrənilən hadisələrin mahiyyətinə dərindən nüfuzetmə (mühüm olanları
qeyri-mühümlərdən fərqləndirmək) bacarığı;
f
-
əsaslandırılmamış mühakimələrə meyilli olmamaq, tənqidi təfəkkürlü olmaq.
İnkişafetdirici xarakterli texnologiyalarda hər şeydən öncə biliklərin müstəqil
olaraq qazanılması nəzərdə tutulur. Yalnız bu halda şagirdlərin qabiliyyətləri
inkişaf edir, humanist meylləri və sferası formalaşa bilir.
Müasir məktəb praktikasında daha geniş tətbiq olunan yeni, şəxsiyyətyönümlü
– inkişafetdirici təlim texnologiyaları sırasında aşağıdakılar da vardır:
1.
Əməkdaşlıqla təlim (və ya kollektiv təlim) texnologiyası;
2.
Layihələr metodu ilə təlim texnologiyası;
3.
Modullarla təlim texnologiyası;
4.
Müxtəlif səviyyəlilərin təlimi texnologiyası;
5.
Biliklərin tam mənimsənilməsi texnologiyası.
Şəxsiyyətyönümlü – inkişafetdirici təlim texnologiyalarından səriştəli istifadə
imkan verir ki, şagirdin şəxsiyyəti formalaşsın. Sözügedən texnologiyalar imkan
yaradır ki, şagirdlər fərd, təbiət və cəmiyyətlə bağlı müvafiq biliklərə malik olsun,
həmin biliklərdən istifadə etməyi bacarsın, malik olduğu biliklərdən istifadə etmək
istəsin, buna maraq göstərsin.
Dostları ilə paylaş: |
|
|