Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin


Səhih Dua Və Zikirlər Kitabı



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə117/202
tarix29.01.2018
ölçüsü5,49 Mb.
#22659
1   ...   113   114   115   116   117   118   119   120   ...   202

 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

341 



 

Fəqət,  Allah  bununla  Öz  qullarını  qorxudur.  Odur  ki,  belə  bir  şey  gördükdə 

Allahı  zikr  etməyə,  Ona  dua  etməyə  və  Ondan  bağışlanma  diləməyə 

tələsin!”

973

.  


 

فوسكلا ةلاص

 

KUSUF NAMAZI 

 

.



 

Muğira İbn Şöbə  rəvayət edir ki, Peyğəmbərin  zamanında oğlu İbrahim 

vəfat  etdiyi  gün  günəş  tutuldu  və  insanlar:  “Günəş  İbrahimin  ölümünə  görə 

tutulmuşdur”–  dedilər.  Belə olduqda, Peyğəmbər:  “Günəş və  ay  kimsənin  nə 

ölümünə  görə,  nə  də  dünyaya  gəldiyinə  görə  tutulur.  (Onların  tutulduğunu) 

gördüyünüz zaman namaz qılın və Allaha dua edin!”

974

.  


 



 

Aişə    rəvayət  edir  ki,  Peyğəmbərin 





zamanında  günəş  tutuldu  və 

buna görə də Peyğəmbər 

 camaata namaz qıldırdı. (Namazda) qiyamı uzatdı, 



sonra rükuya getdi və rükunu uzatdı, sonra rükudan qalxdı və (yenə) qiyamı 

uzatdı,  lakin  bu  qiyam  əvvəlkindən  qısa  idi,  sonra  (bir  də)  rükuya  getdi  və 

rükunu  uzatdı,  lakin  bu  rüku  əvvəlkindən  qısa  idi,  sonra  səcdəyə  getdi  və 

səcdəni  uzatdı,  ikinci  rükətdə  də  birinci  rükətdə  elədiklərini  təkrar  etdi. 

Namazı  bitirdikdə  artıq  günəşin  üzü  açılmışdı.  Bundan  sonra  (qalxıb)  xütbə 

verdi və Allaha həmd-səna edib təriflər deyəndən sonra buyurdu: “Həqiqətən 

də,  günəş və  ay  Allahın dəlillərindəndir. Onlar  kimsənin nə ölümünə görə, nə 

də dünyaya gəldiyinə görə tutulur. Odur ki, onların tutulduğunu gördüyünüz 

zaman Allaha dua edin, “

Allahu Əkbər

”– deyin, namaz qılın və sədəqə verin.” 

Sonra  Peyğəmbər 

  davam  edib  dedi:  “Ey Muhəmməd  ümməti!  Vallahi,  kişi 



                                                

973


 Buxari 1059, Müslim 24/912, 2156, Nəsəi 1502.  

974


 Buxari 1043.  


 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

342 



 

və  ya  qadın  köləsinin  zina  etməsi xüsusunda  heç  kəs  Allahdan  daha  qısqanc 

ola bilməz. Ey Muhəmməd ümməti! Vallahi, mən bildiyimi siz bilsəydiniz, az 

gülüb çox ağlayardınız”

975

.  


 





 

Abdullah  İbn  Abbas    rəvayət  edir  ki,  Peyğəmbərin 

  zamanında  günəş 



tutuldu və bu səbəbdən də Peyğəmbər 

 (camaata) namaz qıldırdı. (Namazda) 



qiyamı o qədər uzatdı ki, (bu vaxt ərzində) “

əl-Bəqərə

” surəsini oxumaq olardı, 

sonra rükuya getdi və rükunu uzatdı, sonra rükudan qalxdı və qiyamı uzatdı, 

lakin  bu  qiyam  əvvəlkindən  qısa  idi,  sonra  (bir  də)  rükuya  getdi  və  rükunu 

uzatdı,  lakin  bu  rüku  əvvəlkindən  qısa  idi,  sonra  (rükudan  qalxıb  səcdəyə 

getdi və iki dəfə) səcdə qıldı. Sonra ayağa qalxıb qiyamı uzatdı, lakin bu qiyam 

əvvəlkindən  qısa  idi,  sonra  rükuya  getdi  və  rükunu  uzatdı,  lakin  bu  rüku 

əvvəlkindən qısa idi, sonra  rükudan qalxdı  və  (yenə)  qiyamı  uzatdı,  lakin  bu 

qiyam  əvvəlkindən  qısa  idi,  sonra  (bir  də)  rükuya  getdi  və  rükunu  uzatdı, 

lakin bu rüku əvvəlkindən qısa idi, sonra (rükudan qalxıb səcdəyə getdi və iki 

dəfə)  səcdə  qıldı,  sonra  (salamları  verib)  namazı  bitirdi.  Artıq  günəşin  üzü 

açılmışdı.  Bundan  sonra  Peyğəmbər:  “Həqiqətən  də,  günəş  və  ay  Allahın 

dəlillərindəndir.  Onlar  kimsənin  nə  ölümünə  görə,  nə  də  dünyaya  gəldiyinə 

görə  tutulur.  Odur  ki,  onların  tutulduğunu  gördüyünüz  zaman  Allahı  zikr 

edin!”. (Əshabələr) dedilər: “Ey Allahın elçisi, biz sənin dayandığın yerdə əlini 

uzadıb nə isə götürdüyünü, sonra da arxaya çəkildiyini gördük.” Peyğəmbər: 

“Mən  Cənnəti  gördüm  və  (oradakı  meyvələrdən)  bir  salxım  dərmək  istədim. 

Mən  onu  dərə  bilsəydim,  dünya  durduqca  siz  ondan  yeyə  bilərdiniz. 

Həmçinin,  Cəhənnəm  də  mənə  göstərildi.  Mən  heç  vaxt  bu  gün  (gördüyüm) 

mənzərədən  daha  dəhşətlisini  görməmişdim.  Mən  Cəhənnəm  əhlinin 

əksəriyyətinin qadınlar olduğunu gördüm.” (Cəmaat) soruşdu: “Nəyə görə, ya 

Rəsulullah?”  O  dedi:  “Nankorluqlarına  görə!”  (Yenə)  soruşdular:  “Allaha 

                                                

975


 Buxari 1044.  


 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

343 



 

qarşımı  nankordurlar?”  O  dedi:  “Onlar  ərlərinə  qarşı  nankordurlar,  yaxşılığı 

yerə  vururlar.  Birisinə  il  boyu  yaxşılıq  etsən,  sonra  da  səndən  (xoşuna 

gəlməyən) bir şey görsə, deyər: “Mən səndən heç vaxt xeyir görmədim”

976

.  


 





 

Aişə  rəvayət edilir ki, yəhudi bir qadın ondan kömək diləməyə gəldi və 



ona:  “Allah  səni  qəbir  əzabından  qorusun”–  dedi.  Buna  görə  də  Aişə   

Peyğəmbərdən:  “İnsanlar  qəbirlərində  əzab  çəkəcəklərmi?”–  deyə  soruşdu. 

Peyğəmbər:  “Allah  bizi  bundan  qorusun!”.  (Aişə    rəvayətinə  davam  edib 

demişdir:)  “Bir  dəfə səhər  tezdən Peyğəmbər 

 öz  dəvəsinə  minib  (bir  qədər 



getdikdən  sonra)  günəş  tutuldu  və  o,  günortadan  əvvəl  geri  döndü. 

Peyğəmbər 

  hücrələrin  yanından  keçib  namaza  durdu,  camaat  da  onun 



arxasında  namaza  durdu.  (Namazda)  qiyamı  uzatdı,  sonra  rükuya  getdi  və 

rükunu uzatdı, sonra rükudan qalxdı və (yenə) qiyamı uzatdı, lakin bu qiyam 

əvvəlkindən  qısa  idi,  sonra  (bir  də)  rükuya  getdi  və  rükunu  uzatdı,  lakin  bu 

rüku  əvvəlkindən  qısa  idi,  sonra  (rükudan)  qalxıb  səcdəyə  getdi  (və  iki  dəfə 

səcdə  qıldı).  Sonra  ayağa  qalxıb  qiyamı  uzatdı,  lakin  bu  qiyam  əvvəlkindən 

qısa idi, sonra rükuya getdi və rükunu uzatdı, lakin bu rüku əvvəlkindən qısa 

idi, sonra rükudan qalxdı və (yenə) qiyamı uzatdı, lakin bu qiyam əvvəlkindən 

qısa  idi,  sonra  (bir  də)  rükuya  getdi  və  rükunu  uzatdı,  lakin  bu  rüku 

əvvəlkindən  qısa  idi,  sonra  (rükudan)  qalxıb  səcdəyə  getdi,  (iki  dəfə  səcdə 

qıldı)  və  (salamları  verib)  namazı  bitirdi.  Allahın  istədiyi  qədər  (camaata) 

öyüd-nəsihət  verdikdən  sonra  onlara  qəbir  əzabından  Allaha  sığınmağı  əmr 

etdi


977

.  


 



 

Rəvayət  edilir  ki,  Əsma  bint  Əbu  Bəkr    rəvayət  edir  ki,  Peyğəmbər 

 

günəş tutulduğu zaman kölə azad etməyi əmr etmişdi”



978

.  


                                                

976


 Buxari 1052, əl-Alabni “Sifətus Salətu Nəbiy” 107-108.  

977


 Buxari 1049, 1050.  

978


 Buxari 1054.  


Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə