Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin


Səhih Dua Və Zikirlər Kitabı



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə72/202
tarix29.01.2018
ölçüsü5,49 Mb.
#22659
1   ...   68   69   70   71   72   73   74   75   ...   202

 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

211 



 

 

 



Səhər  Və  Axşam  –  100  Dəfə:  Amr  b.  Şuayb  öz  atasından,  o  da  babasından 

rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Kim  günəş  doğmamışdan  əvvəl  və 

günəş batmamışdan əvvəl 100 dəfə: 

Subhənəllah!

 – deyərsə, bu onun üçün 100 

qurbanlıq (dəvə, inək) daha əfsəldir. Kim günəş doğmamışdan əvvəl və günəş 

batmamışdan əvvəl 100 dəfə: 

Əlhəmdulilləh! –

 deyərsə, bu onu Allah yolunda 

daşıyacaq  100  atdan  daha  əfsəldirKim  günəş  doğmamışdan  əvvəl  və  günəş 

batmamışdan əvvəl 100 dəfə: 



Allahu Əkbər!

 – deyərsə, bu onun üçün  100 qul 

azad  etməkdən  əfsəldir.  Kim  günəş  doğmamışdan  əvvəl  və  günəş 

batmamışdan əvvəl 100 dəfə: 

Lə İlahə İlləllahu Vəhdahu Lə Şərikə Ləhu, Ləhul 

Mulku  Və  Ləhul  Həmdu  Və  Huvə  Alə  Kulli  Şeyin  Qadir!  –

  deyərsə,  Qiyamət 

günü heç kəs onun gətirdiyi əməldən əfzəl heç bir əməl gətirə bilməz. Yalnız o 

şəxsdən başqa ki, ya bunu onun kimi və ya ondan artıq demişdir”

578


.  

 



)

(

.



 

Səhər  Və  Axşam  -  100  Dəfə:  Amr  b.  Şuayb  öz  atasından,  o  da  babasından 

rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Kim  gün ərzində  100  dəfə  (100  dəfə 

səhər  və  100  dəfə  axşam):  “

Lə  İlahə  İlləllahu  Vəhdahu  Lə  Şərikə  Ləhu,  Ləhul 

Mulku  Və  Ləhul  Həmdu  Və  Huvə  Alə  Kulli Şeyin  Qadir!  –

  deyərsə,  nə ondan 

əvvəl  bir  kimsə  onu  ötə  bilər,  nə  də  ondan  sonra  bir  kimsə  ona  çata  bilər. 

Yalnız onun əməlindən əfsəl bir əməl edən kimsədən başqa

 579


.  

 

 

)

(

 



Səhər  Və  Axşam  -  3  Dəfə:  Abdullah  İbn  Xubeyb    rəvayət  edir  ki,  küləkli 

                                                

578

 əl-Albani “Səhih Tərğib” 658.  



579

 əl-Albani “Səhihdə” 2762.  




 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

212 



 

gecədə  və  zülmət  qaranlıqda  Peyğəmbərdən    xahiş  (tələb)  etdik  ki,  bizə 

namaz  qıldırsın.  Ona  çatdıqda  buyurdu:  “De!”.  Susduq  (heç  nə  demədik). 

Sonra:  “De!”.  Susduq  (heç  nə  demədik).  Sonra:  “De!”.  Mən:  “Nə  deyək  Yə 

Rəsulullah!”. O: “

Qul Huvəllahu Əhəd –

 De! O Allah təkdir! Və 

Muavvizəteyn 

(

əl-Fələq  Və  ən-Nəs

)  səhər  və  axşam  3  dəfə  oxuyarsa:  Hər  şeydən  (şərdən, 

fitnədən)  ona  kifayət  edər!  (Başqa  rəvayətdə:  Fələq  və  Nəs  surələrini  sonuna 

qədər  oxudu  və:  İnsanlar  bu  iki  surədən  daha  fəzilətli  bir  şeylə  Allaha 

sığınmamışlar)”

580

.  


 



.

 

 



Səhər  Və  Axşam  –  10  dəfə:  Əbu  Dərda    rəvayət  edir  ki,  Allah  Elçisi   

buyurdu:  «Kim  səhərə  və  axşama  çıxdıqda  mənə  10  dəfə  salavat  edərsə, 

Qiyamət günü şəfaətim ona yetişər»

581


.  

 



)

(

 



 

Səhər Və Axşam: Ubey İbn Kəb  Cinə: “Bizi sizdən nə qoruya bilər?” dedi.

 

Bəqərə

 surəsindən olan ayədir – 

Allahu Lə İləhə İllə Huvəl Həyyul Qayyum -

 

Allah!  Ondan  başqa  (ibadətə  layiq)  İlah  yoxdur.  Kim  bu  kəlimələri  axşam 

girdiyi  vaxt  deyərsə  qorunar  bizdən  (şeytandan)  səhərə  qədər  və  kim  bu 

kəlimələri  səhər  deyərsə  qorunar  bizdən  (şeytandan)  axşama  qədər”.  Səhəri 

Peyğəmbər  gəldiyi zaman bunları ona söylədim o: “Xəbis, doğru söylədi”

582


.  

 

 



Səhər  Və  Axşam  –  7  Dəfə:  Müslim  İbn  Həris  ət-Təmimi    rəvayət  edir  ki, 

Allah  Elçisi    mənə  sirr  olaraq  buyurdu:  “Məğrib  namazını  qıldıqdan  sonra 

yeddi  dəfə:  “

Allahummə  Əcirni  Minənnər  –

  Allahım!  Məni  Cəhənnəmdən 

                                                

580


 Əbu Davud 5082, 5084, Tirmizi 3575, Nəsəi 5428, 5429, əl-Albani “Səhih Kəlimə” 18.  

581


 «Məcməuz Zəvaid» 10/120, Suyuti “Cəmius Sağir” 8811, 11970, əl-Albani «Sahihul Cəmius Sağir» 6357.  

582


 Həkim 1/562, Təbərani 542, əl-Albani “Səhih Tərğib” 662.  


 

Səhih Dua Və Zikirlər Kitabı

 

 

213 



 

qoru!”  desən  və  həmən  gecə  ölsən  sənin  üçün  (Cəhənnəmdən)  qurtuluş 

yazılar. Sübh namazını qıldıqdan sonra da bu duanı oxu və əgər həmən günü 

ölsən sənin üçün (Cəhənnəmdən) qurtuluş yaılar. Allah Elçisi   bu duanı sirr 

olaraq  öyrətdiyi  üçün  biz  də  onu  ətrafımızda  olan  (yaxın)  qardaşlarımıza 

öyrətdik”

583

.  


 

 

Səhər  Və  Axşam  –  7  Dəfə:  Əbu  Dərda    rəvayət  edir  ki:  “Kim  səhər  və 

axşam  7  dəfə: 

Hasbiyəallahu  Lə  İləhə  İllə  Huvə  Aleyhi  Təvəkkəltu  Və  Hua 

Rabbul  Arşil  Azim  –

  Ondan  başqa ibadətə  layiq haqq İlah yoxdur, Mən  Ona 

təvəkkül  etdim,  Əzəmətli  Ərşin  sahibi  Odur!  -  deyərsə,  Allah  ona  başına 

gələcək, onu üzən hər şeyə qarşı (dünya və Axirət işlərində) kifayət edər.

 

 İstər 


sadiq olsun, istər yalançı”

584


.  

 

 



Səhər  Və  Axşam:  Peyğəmbər    buyurdu:  “Biriniz  səhərə  çıxdıqda  desin: 



Əsbəhnə  Və  Əsbəhəl  Mulku  Lilləhi  Rabbil  Aləmin,  (Axşam:  Əmsəynə  Və 



Əmsəl Mulku Lilləhi Rabbil Aləmin) Allahummə, Inniy Əsəlukə Xayra Həzəl 

Yəumi, (Axşam: Allahummə, İnniy Əs'əlukə Xayra Həzihil Leyləti) Fəthəhu Və 

Nəsrahu  Və  Nurahu  Və  Bərakatəhu  Və  Hudəhu  Və  Əuzu  Bikə  Min  Şərri  Mə 

Fiyhi  Və  Min  Şərri  Mə  Bə'dəhu  -

  Səhərə  çıxdıq,  hökm  də  aləmlərin  Rəbbi 

Allahın  olaraq  səhərə  çıxdı.  Allahım!  Səndən  bu  günün  xeyrini  –  qələbəsini, 

zəfərini, nurunu, bərəkətini və hidayətini diləyirəm. Ondakı şərdən və ondan 

sonrakı şərdən Sənə sığınıram!»

585


.  

 

.



 

                                                

583

 Əbu Davud 5079, 5081, Əhməd 18083, 18054, İbn Hibban 2022, əl-Albani “Zəif”.  



584

 Əbu Davud 5081, 5083, əl-Albani “Movdu - Uydurma”.  

585

 Əbu Davud 5084, 5086, əl-Albani “Zəif”.  




Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə