Heç yadımdan çıxmaz: bir tanışım vardı. Telefonla danışdığı
zaman deyərdin, nazir onun yanındadır - rəngi qaçar,
pencəyinin düymələrini bağlamağa başlar, sağ əlini, aşağı salar və üzünə gülümsər bir ifadə verərək əlaqəsiz sözlər
kəkələyərdi: "Bəli, ağa! Sizin kimi böyüyün sayəsində... Günah kiçiklərdən, əfv böyüklərdən"... Sonra telefonu hiddətlə
yerə atar, kürsüyə yayılar və nəfəs alaraq deyərdi: "Ah! Az qala öləcəkdim! Bu nə qəzəb, nə hiddət?! Dünən şəxsən
onun özünə yazılı məlumat vermişdim. Həmin məlumatda onun tabeliyində olanların pis əməllərindən bəhs etmişdim.
Yaman qəzəbləndi. Ç ox qəzəbləndi! Ancaq qədrimi bilsin, yatırdım hirsini! Oh, nə yatırdım!".
Həmin tanışımızı o vaxt dolayardıq. Amma gerçəyə qalınca hamımız onun kimiydik. İndi iliyimizəcən işləmiş bu
bəlaları necə qoparıb atacağıq? Ürək döyüntüsündən, həyəcandan yata bilmədim. Bütün gecəni otağımda gəzişdim.
Səhərə yaxın yorğunluqdan halsız düşüb özümdən gedibmişəm. Gözümü açdığım zaman günəş xeyli yüksəlmişdi.
Başımda ağrı vardı. Hava almağa ehtiyac duydum. Küçəyə çıxdım. Qaldığım evin qonşuluğunda böyük bir park var idi,
oraya getdim. Bağbanlar ağacları sulayırdılar. Bir az o yanda yekə bir heykəl gördüm. Yanına yaxınlaşanda üzərində bu
yazını oxudum:
"Sərbəst ölkənin ilk azad qəhrəmanı"
Bağbanlardan birinə yanaşıb parkın adını, qəhrəmanın kim olduğunu soruşdum.
- Başqa yerdən gəlmisiniz?
- Bəli, təzə gəlmişəm!
- Buraya Azadlıq parkı deyirlər. O heykəl də istibdada qarşı Azadlıq bayrağını qaldıran ilk vətəndaşın şərəfinə
ucaldılıb. Ölkəmiz bu qəhrəmanın adını əziz tutur.
Bu arada parka dəstə-dəstə adamlar gəlməyə başladı. Az sonra parkın müxtəlif yerlərində mitinqlər quruldu.
Mitinqlərdən birinə qulaq verdim: Gənc bir kişi həyəcanla hökuməti tənqidə tuturdu. Hökumətin partiya proqramına
sadiq qalmadığını, işsiz vətəndaşların hələ də küçələrdə dolaşdığını, statistik məlumatlardan ölkə əhalisinin 0,02-nin
oxumaq-yazmaq bilmədiyi anlaşıldığını və bunun ölkədən ötrü bir ayıb, başıaşağılıq olduğunu hərarətli bir dillə izah
edirdi.
İkinci bir qrupa yaxınlaşdım: Burada isə orta yaşlı, arıq bir adam gənc nəsldə gördüyü çatışmazlıqları sadalayırdı. Onun
dediklərindən belə çıxırdı ki, gənclər daha çox pula qaçır, işadamı olmaq həvəsilə yüksək bəşəri duyğulardan və
yurdsevərlik keyfiyyətlərindən uzaqlaşırlar. Bütün bunların nəticəsində yaratdıqları cılız və cansız, xəyal gücləri boş və
çürükdür. Xasiyyətcə də get-gedə iradəsiz olurlar.
Natiq bu əlamətləri gələcək üçün qorxunc sayır və bunun əsini maarif sisteminin dəyişdirilməsində görürdü.
Ü çüncü mitinqdə gözəl və gənc bir xanım qadınların siyasi haqlarından söz açırdı. Bu xanımın sözlərindən anladım ki,
sərbəst insanların şəhərində qadınların bütün hüquqları kişilərlə eyni imiş. Yalnız şəhər başçısı ancaq kişi ola bilərmiş.
Tənqidin hədəfi də bu idi.
Natiq xanım görün nə deyirdi: "Axı necə ola bilər ki, qadının doğub, bəslədiyi oğul bu vəzifəni tuta bilər, amma
qadının özü yox? Bizə fizioloji özəlliklərdən söz açırlar! Sanki kişilərin hamısı sapsağlamdırlar, heç birinin fizioloji
əskiyi yoxdur! Dəlixanalara, həbsxanalara gedin, cinayət statistikasını oxuyun. Güman etmirəm ki, nəticə kişilərin
xeyrinədir. Deməli, kişilərə nisbətən fiziki zəifliyimizi söyləyib, guya qayğımıza qalmaq sırf bəhanədir. Kişilərin
zorakılığını davam etdirmək üçün qədimdən bəri faydalandıqları silahların son qırıq-quruğudur. Ancaq davamlı şəkildə
savaşan qadın o biri silahları qırdığı kimi, bu son tör-töküntünü də süpürüb atacaq və nəhayət, kişilər anlayacaqlar ki,
sonuncu sığınaqlarını da qadınların üzünə açmaq lazımdır. Kişilik şərəfi, kişilik ləyaqəti bunu tələb edir. Sərbəst
insanlar ölkəsində bir tək adamın da başqalarından hüquqca aşağı olması azadlıq üçün bir ləkədir. Bu ayıbı, bu ləkəni
qadın silib təmizləyəcək".
Bir az aralıda başqa qruplar da vardı. Ancaq mən artıq yorulmuşdum. Bir skamyaya oturub, indiyədək görmədiyim,
duymadığım bütün bu yeni mənzərələr haqqında düşünməyə başladım.
"BURADA VƏTƏNDAŞLIQ BİR TORDUR Kİ, İÇİNƏ GİRƏN İNSANLAR BİR-BİRİNƏ
BİTİŞİK HALQALARA BƏNZƏYİRLƏR "
Məni ən çox heyrətləndirən şey natiqlərin əda və üslubları idi. Gördüm ki, bunlar tənqid və gümanlarını yalnız olmuş
və ola biləcək hadisələr üzərində qururlar. Ayrıca diqqət yetirirlər ki, sözlərində şübhə və tərəddüd doğuracaq qarışıq
bir nöqtə qalmasın. Eyni zamanda söylədikləri təmiz və sayqılı idi. Tənqidə tutduqları adamların ləyaqətinə toxunacaq
tək kəlmə də işlətməkdən çəkinirdilər. Onlara hörmətlə yanaşırdılar. Dinləyənlərin gözlərindəki ifadədən, üzlərindəki
ciddilikdən anladım ki, tənqidin bu tərzi daha çox təsir göstərir və daha faydalıdır. Bu yeni qənaətim istər-istəməz öz
ölkəmdə gördüyüm tənqidləri yadıma saldı.
Aman Tanrım, o nə iyrənc mənzərə idi! Necə söyüşlər səslənər, necə suçlar sadalanardı?! Necə qarışıq sözlər, qapalı
eyhamlar, örtülü və iyrənc açıqlamalar söylənərdi! Bəzən elə olurdu ki, dinləyənlər və oxuyanlar nifrətlə qulaqlarını
tıxayar, gözlərini yumar və hər yandan tələb edərdilər ki, bu boğucu çirkab və üfunətə qarşı bir sədd çəkilsin. Bax o
zaman bir qüvvə ortaya çıxar, söyləyənlərin ağzını, dinləyənlərin qulağını qapayar və insanlar yenə sükutdan,
səssizlikdən boğulmağa başlayardılar!
Doğrudan da fəlakət idi: gah dağ seli kimi coşub-daşar, hər yanı dağıdar, gah da susuz çaylar kimi qupquru quruyardıq!
Kəsəsi, davranışımızın həddi bilinməzdi!..
Bax, indi anladım ki, azad olmaq yalnız istəyə, arzuya bağlı deyilmiş! İnsanın özünü tərbiyə edib, kübar olması lazım
imiş!
- Bəli, bəli, kübar olmaq lazımdır!
- Kimlə danışırsan, əzizim?
Dönüb baxdım. Sən demə, göz önünə gətirdiklərimlə danışan zaman qonaq evində qalan tanışlarımdan biri yanımda
oturaraq, mənim səsimi eşitməyindən heyrətlənibmiş. Dedim:
- Xəyala dalmışdım. İndi gördüklərimlə keçmişdə yaşadıqlarımı xəyalımda tutuşdurub, ixtiyarsız olaraq o sözləri
söylədim!
Tanışım gülümsədi:
- Eyni halı yaşadıq, - dedi.
- Belə çıxır ki, siz çoxdan buradasınız və ölkənin bütün əhvalını bilirsiniz?
- Elədir!
- O halda xahiş edirəm söyləyin. Bu mitinqlər hər gün olur?
- Hər gün olur. Bir növ məktəbdir. Ölkənin hər bir adamı bağlı olduğu məsələlər haqqında burada məlumat alır.
- Nə gözəl adətmiş!
***
Ertəsi gün pirlər yenə gəldilər. Onlardan birinə üz tutub soruşdum:
- Onuncu maddədə deyilir ki, birgə dəstək göstərmək borcudur. Bu nə deməkdir?
- Bəli! Sərbəst ölkənin fərdləri arasında həmrəylik göstərmək, birgə dəstək nümayiş etdirmək əsasdır. Azad olmayan
yerlərə baxın; o yerlərdə fərdlər və ailələr ayrıca yaşayar, aralarında bağlılıq və münasibət də az olar. Niyə? Ç ünki
başlarının üstündə dayanan istibdad öz yumruğunu işlədib bunların bir-birinə yaxınlaşmasına, birlik qurmasına imkan
vermir. İstibdad quruluşu ayrılıq, eqoizm, yəni mənbazlıq aşılayır. Vətəndaşlar bir-birinə yad qalır, hər kəs hər kəsə
qarşı diqqətsiz olur. Belə bir cəmiyyətin fərdlərini əzmək asandır. Cəmiyyətin özü də cansız, qansız bir oyuncaq kimi
atılıb tutulur, doğrudan da oyuncağa çevrilir.
Sərbəst şəhərdə isə birlik, bir-birinə dəstək vermək əsas sayılır. Burada hər kəsin hər kəslə əlaqədar olması, bir-birinin
taleyinə qatılması qaydaya çevrilib. Burada vətəndaşlıq bir tordur ki, içinə girən insanlar bir-birinə bitişik halqalara