Ehtimal nəzəriyyəsi fənni haqqında məlumat, elementar hadisələr fəzası



Yüklə 1,45 Mb.
səhifə4/5
tarix19.05.2023
ölçüsü1,45 Mb.
#111389
1   2   3   4   5
Ehtimal nəzəriyyəsi fənni haqqında məlumat, elementar hadisələr

Kəsilməz Ehtimal Paylanmaları

Kəsilməz ehtimallı paylanma hadisələrin kəsilməz (davam edən) fəzada baş verməsindən bəhs edir.

Ehtimal Paylanmaları

  • Müəyyən təsadüfi dəyişənlər ehtimal nəziyyəsində çox tez-tez rast gəlinir, çünki onlar təbii və fiziki prosesləri yaxşı izah edir. Ona görə onların paylanmasının ehtimal nəzəriyyəsində xüsusi yeri var. Bəzi kəsilən paylanmalara misal olaraq binomial, kəsilən bircins, mənfi binomial və s göstərmək olar. Kəsilməz paylanmalara isə normal, qamma, kəsilməz bircins, exponensial və beta kimi paylanmalar daxildir.

Ehtimal nəzəriyyəsinin elementləri

  • Sınaq, təcrübə və ya müşahidənin nəticəsinə hadisə deyilir. Sınaq (təcrübə və ya müşahidə) nəticəsində baş verə bilən və ya verə bilməyən istənilən hadisəyə təsadüfi hadisə deyilir. Sınaq nəticəsində hökmən baş verən hadisəyə yəqin hadisə deyilir. Sınaq nəticəsində baş verməyəcəyi əvvəlcədən məlum olan hadisəyə mümkün olmayan hadisə deyilir. Sınağın hər bir ayrılmayan nəticəsinə elementar hadisə deyilir. Bütün elementar hadisələr çoxluğuna elementar hadisələr fəzası deyilir.

Sınağın bütün mümkün nəticələri E1 ,E2 ,...,En , elementar hadisələri olarsa, elementar hadisələr fəzası E1 , E2 ,...,En olar. Elementar hadisələr fəzasının ixtiyari alt çoxluğuna hadisə deyilir. Bu zaman AE boş çoxluq mümkün olmayan hadisə, U isə yəqin hadisə olacaqdır. Bütün nəticələri A və ya B hadisələrindən heç olmasa birinə daxil olan hadisəyə A və B hadisələrinin birləşməsi deyilir və AÈ B kimi işarə olunur. Nəticələri həm A hadisəsinə, həm də B hadisəsinə daxil olan hadisəyə A və B hadisələrinin kəsişməsi deyilir və AÇ B kimi işarə olunur. 

  • Sınağın bütün mümkün nəticələri E1 ,E2 ,...,En , elementar hadisələri olarsa, elementar hadisələr fəzası E1 , E2 ,...,En olar. Elementar hadisələr fəzasının ixtiyari alt çoxluğuna hadisə deyilir. Bu zaman AE boş çoxluq mümkün olmayan hadisə, U isə yəqin hadisə olacaqdır. Bütün nəticələri A və ya B hadisələrindən heç olmasa birinə daxil olan hadisəyə A və B hadisələrinin birləşməsi deyilir və AÈ B kimi işarə olunur. Nəticələri həm A hadisəsinə, həm də B hadisəsinə daxil olan hadisəyə A və B hadisələrinin kəsişməsi deyilir və AÇ B kimi işarə olunur. 

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə