Ehtimal nəzəriyyəsi fənni haqqında məlumat, elementar hadisələr fəzası



Yüklə 1,45 Mb.
səhifə5/5
tarix19.05.2023
ölçüsü1,45 Mb.
#111389
1   2   3   4   5
Ehtimal nəzəriyyəsi fənni haqqında məlumat, elementar hadisələr

Ortaq nəticələri olmayan hadisələrə uyuşmayan hadisələr deyilir. A hadisəsinə daxil olmayan bütün nəticələr çoxluğuna A hadisəsinin əks hadisəsi deyilir və -A kimi işarə olunur. Əgər A hadisəsinin hər bir nəticəsi həm də B hadisəsinin nəticəsidirsə, onda deyirlər ki, A hadisəsi B hadisəsini doğurur və ya B hadisəsi A hadisəsinin nəticəsidir, bu halda AÌ B yazılır. Nəticələri B hadisəsinə daxil olmayıb, yalnız A hadisəsinə daxil olan hadisəyə A hadisəsi ilə B hadisəsinin fərqi deyilir və A\B kimi işarə olunur.

  • Ortaq nəticələri olmayan hadisələrə uyuşmayan hadisələr deyilir. A hadisəsinə daxil olmayan bütün nəticələr çoxluğuna A hadisəsinin əks hadisəsi deyilir və -A kimi işarə olunur. Əgər A hadisəsinin hər bir nəticəsi həm də B hadisəsinin nəticəsidirsə, onda deyirlər ki, A hadisəsi B hadisəsini doğurur və ya B hadisəsi A hadisəsinin nəticəsidir, bu halda AÌ B yazılır. Nəticələri B hadisəsinə daxil olmayıb, yalnız A hadisəsinə daxil olan hadisəyə A hadisəsi ilə B hadisəsinin fərqi deyilir və A\B kimi işarə olunur.
  • Eyni şəraitdə və eyni şərtlər daxilində sınağın baş verən elementar hadisələrinin birinin digərindən heç bir üstünlüyü yoxdursa, onlara eyni imkanlı hadisələr deyilir.

Nəticə

  • Ehtimal nəzəriyyəsi və riyazi statistika müasir riyaziyyatın intensiv inkişaf edən və geniş tətbiq sahələrinə malik qollardan biridir. Bu nəzəriyyə bizi əhatə edən aləmdə baş verən təsadüfi hadisə və proseslərin riyazi modelini qurur və onların tabe olduqları qanunauyğunluqları aşkar edir. Ehtimal nəzəriyyəsində riyaziyyatın müxtəlif sahələrinin (kombinatorika nəzəriyyəsinin, riyazi analiz, funksional analiz, cəbr və məntiq nəzəriyyəsi və s.) anlayış və metodlarından geniş şəkildə istifadə olunur. Lakin Ehtimal nəzəriyyəsi özünə məxsus cəhətlərə malikdir, belə ki, bu nəzəriyyə fizika, biologiya, iqtisadiyyatla yanaşı, həm də maliyyə riyaziyyatı, aktuar riyaziyyatı, bank işinin təşkili və s. kimi mühüm və aktual (müasir) müxtəlif tətbiq sahələrinə malikdir. Bu tətbiq sahələrində meydana çıxan məsələlərin əksəriyyəti riyazi qoyuluşa malik olmurlar. Bu məsələlərin riyazi modelini qurmaq üçün güclü ehtimal–nəzəri intusiyaya malik olmaq və müxtəlif riyazi metodlardan istifadə etmək lazım gəlir. Riyazi statistikada öyrənilən məsələlər müəyyən mənada ehtimal nəzəriyyəsinin tərs məsələləridir. Buna görə riyazi statistikada ehtimal nəzəriyyəsinin anlayışlarından və metodlarından geniş istifadə olunur.

Ədəbiyyat siyahısı

  • EHTİMAL NƏZƏRİYYƏSİ VƏ RİYAZİ STATİSTİKA MÜNTƏXƏBATI EHTİMAL NƏZƏRİYYƏSİNİN ƏSASLARININ VƏ ONUN TƏTBİQLƏRİNİN POPULYAR ŞƏRHİ H. M. ƏHMƏDOVANIN rus dilindən tərcüməsində C. E. ALLAHVERDİYEV və A. H. HACIYEVİN ön sözlərilə
  • https://az.wikipedia.org/wiki/Ehtimal_n%C9%99z%C9%99riyy%C9%99si
  • Rəhimov F.H. Ehtimal nəzəriyyəsi və riyazi statistika. Bakı, 2012
  • Əhmədova H.M. Ehtimal nəzəriyyəsi və riyazi statistika, Bakı, 2002
  • Prasanna Sahoo. Probability theory and mathematical statistics. University of Louisville, Louisville, USA, 2013, 675 p.

-Diqqətinizə görə təşəkkürlər...


Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə