istehsal və xidmət sahəsi üzrə qiymətlərin və tariflərin dəyişilməsi indeksləri,
inflyasiya səviyyəsi, bu qəbildən olan göstəricilər İqtisadiyyat və Sənaye Nazirliyi
tərəfindən istifadə üçün təsərrüfat subyeklərinə təqdim edilməlidir.
Düşünürük ki, ölkənin beynəlxalq rəqabətqabililiyyətliliyinin yüksəlməsinə
xidmət edən innovasiya təyinatlı inkişaf modelinə keçid inkişaf institutlannm və
mexanizmlərinin təkmilləşdirilməsini, o cümlədən indikativ planlaşdırmanın
tətbi-qini zəruri edir. Məqsədəuyğun olar ki, ölkə iqtisa- diyyatmm qeyri-neft
sektorunun əsasmda müxtəlif variantda indikativ inkişaf planı hazırlansın. Müxtəlif
alternativ senarilərin hazırlanması prosesində onlardan ən məqsədəuyğunu seçilə
bilər.
Dövlət proqramlanmn keyfiyyəti baxımından demək istəyirik ki, regional
inkişafın ikinci Dövlət Proqramında icra səviyyəsini qiymətləndirmək üçün onun
dəqiq hədəflərini əks etdirən kəmiyyət göstəriciləri yoxdur. Bu da onun realizasiyası
üzərində obyektiv nəzarəti həyata keçirməyi çətinləşdirir.
Tarazlı və dinamik iqtisadi inkişafın təmin olunmasında, iqtisadi böhranların
qarşısımn alınmasında planlaşdırmanın böyük rolunu nəzərə alaraq, hesab edirik ki,
“İqtisadi və sosial inkişafa dair dövlət proqnozlan və plan- lan haqqında” Azərbaycan
Respublikasımn qanununun hazırlanması və qəbul edilməsi vacibdir. Bu qanunla
dövlət proqnozlarmın və planlanmn məqsədi, məzmunu, onlann hazırlanması, qəbul
edilməsi və icrasına nəzarətin ümumi qaydalan müəyyənləşdirilməlidir. Qanunda
qeyd olunmalıdır ki, iqtisadi və sosial inkişafa dair dövlət proqnozu dedikdə
perspektiv dövrdə milli iqtisadiyyatm sektorlarmın (sahələri), iqtisadi rayonlann,
habelə iqtisadi və sosial proseslərin ehtimal olunan inkişaf istiqamətləri başa düşülür.
Qanunda vurğulanmalıdır ki, dövlət iqtisadi və sosial inkişaf planlanm mülkiyyət
formasmdan asılı olmayaraq hüquqi şəxslərlə və sahibkarlarla razılaşdınimış ilkin
baza əsasmda tərtib edir, iqtisadiyyatm dövlət və özəl bölmələrinin müəssisələri
müəyyən edilmiş qaydada dövlət proqnozlannm və planlanmn yerinə yetirilməsi,
özünün təsərrüfat-maliyyə fəaliyyətlərinin nəticələri haqqında hesabat verirlər.
Dövlət planlanmn hazırlanmasında iqtisadiyyatm özəl bölməsinin təsərrüfat
subyektlərinin iştirakı, bizim fikri- mizcə, hökumət tərəfindən təsdiq olunan
müəyyən qaydalara əsaslanmalıdır. Sosial-iqtisadi inkişaf proqnozlan yaxşı olar ki,
beş illik dövrü əhatə etsin. Planlar həm cari, həm də uzunmüddətli (5 il) ola bilərlər.
Bundan başqa hesab edirəm ki, mütəxəssisləri cəlb etməklə, işçi qruplan yaradılmalı
və “Azərbaycan Respublikasında iqtisadi və sosial inkişaf planlanmn hazır-
lanmasma dair müvəqqəti metodik göstərişlər” adı altında toplu sənəd tərtib edilməli,
təsərrüfat rəhbərlərinin iştirakı ilə geniş müzakirə edildikdən sonra hökumət
tərəfindən təsdiq edilməlidir.
402
Azərbaycanda planlaşdırma orqamnm təşkilati strukturu və funksiyaları bir
neçə dəfə dəyişdirilmişdir. 1995-ci ildə Dövlət Plan Komitəsinin bazasında Dövlət
İqtisadiyyat və Flaniaşdırma Komitəsi, İqtisadiyyat Nazirliyi və sonradan İqtisadi
İnkişaf Nazirliyi, 2013-cü ildən isə İqtisadiyyat və Sənaye Nazirliyi yaradıldı. Dünya
təcrübəsini və iqtisadi sistemdəki mövcud situasiyasının real vəziyyətini nəzərə
almaqla, ölkənin iqtisadi və sosial inkişafımn planlaşdınlmasım bərpa etməyin vaxtı
çatnuşdır. Ancaq bu planlaşdırma sovetlər dövrünün total miqyasda planlaşdırması
yox, indikativ xarakter daşımalı və mühüm istiqamətləri əhatə etməlidir.
Regional inkişaf səmərəli olmaqla, regionlararası əlaqələrin gücləndirilməsinə
və ölkə iqtisadiyyatınm kompleksliliyinə istiqamətləndirilməlidir. Bu məqsədlə
regionlarda təsərrüfat fəallığı stimullaşdmlmalı, iri şəhərlərin, meqapolislərin
iqtisadi-sosial inkişafı planlaşdırılmalı, həmçinin korporativ planlaşdırma, yəni
müəssisə səviyyəsində planlaşdırma tətbiq edilməlidir.
Bir daha vurğulamaq istəyirik ki, dövlət proqramlan və proqnozlan ilə yanaşı
ölkə üzrə iqtisadi və sosial inkişafın cari və perspektiv dövrü əhatə edən
planlaşdırmanın həyata keçirilməsi vacibdir.
Azərbaycanda planlaşdırma sisteminin yaradılmasının zəruriliyini və
beynəlxalq təcrübəni nəzərə alaraq, İqtisadiyyat və Sənaye Nazirliyinin bazasında
Azərbaycan Respublikasının İqtisadiyyat və Planlaşdırma Nazirliyinin yaradılması
məqsədəuyğun olardı.
5.4. Yalnız dövlət investisiyaları yaxın gələcəkdə Azərbaycanı sənayecə
inkişaf etmiş ölkəyə çevirə bilər
2006-
cı ilə qədər dövlət investisiya proqramında nəzərdə tutulan
investisiyalarm 70-80 faizdən çoxu təkcə nəqliyyat, energetika, kommunal, su
təchizatı, meliorasiya və sosial infrastruktur obyektlərinin maliyyələşdirilməsinə
istiqamətləndirilmişdir. Azərbaycan hökumətinin investisiya siyasətində emal sənaye
sahələrinin və aqrar sektorun maddi-texniki bazasının yenidən qurulmasmm özəl
investisiyalann hesabına həyata keçirilməsi konsepsiyası üstünlük təşkil etmişdir.
Eləcə də müəssisələrin mənfəətinin əsas kapitala reinvestisiya edilməsi ilə bağlı Vergi
Məcəlləsində nəzərdə tutulan mütərəqqi müddəa ləğv edilmişdir. Dövlət
investisiyalanndan bu sektorlarda istifadə olunması bazar iqtisadi)^atımn tələblərinə
cavab verməyən baxış kimi qiymətləndirilirdi. Burada cənab İlham Əliyevin bir
fikrini diqqətə çatdırmaq istəyirəm. O demişdir: «Biz iqtisadiyyatımızı bazar
iqtisadiyyatı prinsipləri əsasında inkişaf etdiririk. Buna görədə də şəxsən mən
hökümətin yeni sənaye sahələrinin yaradılmasına birbaşa müdaxiləsinin tə- rəfdan
deyiləm.... Ölkənin qeyri-neft sahələri özəl sektor tərəfindən inkişaf
403