Eimi redaktor: Rəyçilər: Ağasəlim Ələsgərov



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə196/224
tarix14.01.2018
ölçüsü5,1 Mb.
#20735
1   ...   192   193   194   195   196   197   198   199   ...   224

istehsal  və  xidmət  sahəsi  üzrə  qiymətlərin  və  tariflərin  dəyişilməsi  indeksləri, 

inflyasiya səviyyəsi, bu qəbildən olan göstəricilər İqtisadiyyat və Sənaye Nazirliyi 

tərəfindən istifadə üçün təsərrüfat subyeklərinə təqdim edilməlidir. 

Düşünürük  ki,  ölkənin  beynəlxalq  rəqabətqabililiyyətliliyinin  yüksəlməsinə 

xidmət  edən  innovasiya  təyinatlı  inkişaf  modelinə  keçid  inkişaf  institutlannm  və 

mexanizmlərinin  təkmilləşdirilməsini,  o  cümlədən  indikativ  planlaşdırmanın 

tətbi-qini  zəruri  edir.  Məqsədəuyğun  olar  ki,  ölkə  iqtisa-  diyyatmm  qeyri-neft 

sektorunun əsasmda müxtəlif variantda indikativ inkişaf planı hazırlansın. Müxtəlif 

alternativ  senarilərin  hazırlanması  prosesində  onlardan  ən  məqsədəuyğunu  seçilə 

bilər. 


Dövlət  proqramlanmn  keyfiyyəti  baxımından  demək  istəyirik  ki,  regional 

inkişafın  ikinci  Dövlət  Proqramında  icra  səviyyəsini  qiymətləndirmək  üçün  onun 

dəqiq hədəflərini əks etdirən kəmiyyət göstəriciləri yoxdur. Bu da onun realizasiyası 

üzərində obyektiv nəzarəti həyata keçirməyi çətinləşdirir. 

Tarazlı və dinamik iqtisadi inkişafın təmin olunmasında, iqtisadi böhranların 

qarşısımn alınmasında planlaşdırmanın böyük rolunu nəzərə alaraq, hesab edirik ki, 

“İqtisadi və sosial inkişafa dair dövlət proqnozlan və plan- lan haqqında” Azərbaycan 

Respublikasımn  qanununun  hazırlanması  və  qəbul  edilməsi  vacibdir.  Bu  qanunla 

dövlət proqnozlarmın və planlanmn məqsədi, məzmunu, onlann hazırlanması, qəbul 

edilməsi  və  icrasına  nəzarətin  ümumi  qaydalan  müəyyənləşdirilməlidir.  Qanunda 

qeyd  olunmalıdır  ki,  iqtisadi  və  sosial  inkişafa  dair  dövlət  proqnozu  dedikdə 

perspektiv  dövrdə  milli  iqtisadiyyatm  sektorlarmın  (sahələri),  iqtisadi  rayonlann, 

habelə iqtisadi və sosial proseslərin ehtimal olunan inkişaf istiqamətləri başa düşülür. 

Qanunda  vurğulanmalıdır  ki,  dövlət  iqtisadi  və  sosial  inkişaf  planlanm  mülkiyyət 

formasmdan  asılı  olmayaraq  hüquqi  şəxslərlə  və  sahibkarlarla  razılaşdınimış  ilkin 

baza  əsasmda  tərtib  edir,  iqtisadiyyatm  dövlət  və  özəl  bölmələrinin  müəssisələri 

müəyyən  edilmiş  qaydada  dövlət  proqnozlannm  və  planlanmn  yerinə  yetirilməsi, 

özünün  təsərrüfat-maliyyə  fəaliyyətlərinin  nəticələri  haqqında  hesabat  verirlər. 

Dövlət  planlanmn  hazırlanmasında  iqtisadiyyatm  özəl  bölməsinin  təsərrüfat 

subyektlərinin  iştirakı,  bizim  fikri-  mizcə,  hökumət  tərəfindən  təsdiq  olunan 

müəyyən qaydalara əsaslanmalıdır. Sosial-iqtisadi inkişaf proqnozlan yaxşı olar ki, 

beş illik dövrü əhatə etsin. Planlar həm cari, həm də uzunmüddətli (5 il) ola bilərlər. 

Bundan başqa hesab edirəm ki, mütəxəssisləri cəlb etməklə, işçi qruplan yaradılmalı 

və  “Azərbaycan  Respublikasında  iqtisadi  və  sosial  inkişaf  planlanmn  hazır- 

lanmasma dair müvəqqəti metodik göstərişlər” adı altında toplu sənəd tərtib edilməli, 

təsərrüfat  rəhbərlərinin  iştirakı  ilə  geniş  müzakirə  edildikdən  sonra  hökumət 

tərəfindən təsdiq edilməlidir. 

402 



Azərbaycanda  planlaşdırma  orqamnm  təşkilati  strukturu  və  funksiyaları  bir 

neçə dəfə dəyişdirilmişdir. 1995-ci ildə Dövlət Plan Komitəsinin bazasında Dövlət 

İqtisadiyyat  və  Flaniaşdırma  Komitəsi,  İqtisadiyyat  Nazirliyi  və  sonradan  İqtisadi 

İnkişaf Nazirliyi, 2013-cü ildən isə İqtisadiyyat və Sənaye Nazirliyi yaradıldı. Dünya 

təcrübəsini  və  iqtisadi  sistemdəki  mövcud  situasiyasının  real  vəziyyətini  nəzərə 

almaqla, ölkənin iqtisadi və sosial inkişafımn planlaşdınlmasım bərpa etməyin vaxtı 

çatnuşdır.  Ancaq bu  planlaşdırma  sovetlər  dövrünün  total  miqyasda  planlaşdırması 

yox, indikativ xarakter daşımalı və mühüm istiqamətləri əhatə etməlidir. 

Regional inkişaf səmərəli olmaqla, regionlararası əlaqələrin gücləndirilməsinə 

və  ölkə  iqtisadiyyatınm  kompleksliliyinə  istiqamətləndirilməlidir.  Bu  məqsədlə 

regionlarda  təsərrüfat  fəallığı  stimullaşdmlmalı,  iri  şəhərlərin,  meqapolislərin 

iqtisadi-sosial  inkişafı  planlaşdırılmalı,  həmçinin  korporativ  planlaşdırma,  yəni 

müəssisə səviyyəsində planlaşdırma tətbiq edilməlidir. 

Bir daha vurğulamaq istəyirik ki, dövlət proqramlan və proqnozlan ilə yanaşı 

ölkə  üzrə  iqtisadi  və  sosial  inkişafın  cari  və  perspektiv  dövrü  əhatə  edən 

planlaşdırmanın həyata keçirilməsi vacibdir. 

Azərbaycanda  planlaşdırma  sisteminin  yaradılmasının  zəruriliyini  və 

beynəlxalq  təcrübəni  nəzərə  alaraq,  İqtisadiyyat  və  Sənaye  Nazirliyinin  bazasında 

Azərbaycan  Respublikasının  İqtisadiyyat  və  Planlaşdırma  Nazirliyinin  yaradılması 

məqsədəuyğun olardı. 



5.4. Yalnız dövlət investisiyaları yaxın gələcəkdə Azərbaycanı sənayecə 

inkişaf etmiş ölkəyə çevirə bilər 

2006-


 

cı  ilə  qədər  dövlət  investisiya  proqramında  nəzərdə  tutulan 

investisiyalarm  70-80  faizdən  çoxu  təkcə  nəqliyyat,  energetika,  kommunal,  su 

təchizatı,  meliorasiya  və  sosial  infrastruktur  obyektlərinin  maliyyələşdirilməsinə 

istiqamətləndirilmişdir. Azərbaycan hökumətinin investisiya siyasətində emal sənaye 

sahələrinin  və  aqrar  sektorun  maddi-texniki  bazasının  yenidən  qurulmasmm  özəl 

investisiyalann  hesabına  həyata  keçirilməsi  konsepsiyası  üstünlük  təşkil  etmişdir. 

Eləcə də müəssisələrin mənfəətinin əsas kapitala reinvestisiya edilməsi ilə bağlı Vergi 

Məcəlləsində  nəzərdə  tutulan  mütərəqqi  müddəa  ləğv  edilmişdir.  Dövlət 

investisiyalanndan bu sektorlarda istifadə olunması bazar iqtisadi)^atımn tələblərinə 

cavab  verməyən  baxış  kimi  qiymətləndirilirdi.  Burada  cənab  İlham  Əliyevin  bir 

fikrini  diqqətə  çatdırmaq  istəyirəm.  O  demişdir:  «Biz  iqtisadiyyatımızı  bazar 

iqtisadiyyatı  prinsipləri  əsasında  inkişaf  etdiririk.  Buna  görədə  də  şəxsən  mən 

hökümətin  yeni  sənaye  sahələrinin  yaradılmasına  birbaşa  müdaxiləsinin  tə-  rəfdan 

deyiləm.... Ölkənin qeyri-neft sahələri özəl sektor tərəfindən inkişaf 

403 



Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   192   193   194   195   196   197   198   199   ...   224




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə