etdirilməlidir və biz buna nail olmağa çalışınq» (31, 20.10.05). Əlbəttə, mahiyyət
etiban ilə bu, düzgün fikirdir. Gələcəkdə, iqtisadi inkişafımızın hansısa mərhələsində
belə də olacaqdır. Burada Çin iqtisadi islahatlannm görkəmli arxitektoru DEN
Syaopinin bir kəlamını diqqətə çatdırmaq istəyirəm. O, demişdir: «правильной
считать только такую политику, которая обеспечивает экономическую
эффективность, и что «неважно какого цвета кошка, лишь бы она сумела
ловить мьппей». Ancaq sonrakı illərdə həyatın özü bu konsepsiyaya dəyişiklik
edilməsinin zəruriliyini təsdiqlədi. İnvestisiya fəaliyyətində dövlətin birbaşa iştirakı
ilə bağlı müsbət qərann şahidi olduq. 2011-ci ildə dövlət büdcəsindən Sumqayıt
şəhərində kübrə zavodunun tikintisinə birbaşa investisiya aynidı. Bu addım məni bir
mütəxəssis və vətəndaş kimi çox sevindirdi. Çünki hələ 2002-ci ildə (AMEA,
Xəbərlər, Humanitar və ictimai elmlər seriyası, 2002, 1, s.l95) dərc edilmiş elmi
məqaləmdə dövlət investisiyalanndan qeyri-neft sənayesində və aqrar sektorda geniş
miqyasda istifadə edilməsinin zəruriliyini ön plana çəkmişəm və əsaslandırmışam.
Son illər metallurgiya kompleksinə dövlət investisiya- lannın qoyulmasına
başlanılmışdır. Nazirlər Kabinetinin 2014-cü ilin doqquz азапш sosial-iqtisadi
inkişaftmn yekunlanna həsr olunmuş iclasmda ölkə başçısı demişdir: ‘"Azərbaycanın
gələcək inkişafı sənayenin inkişafı ilə bağlı olmalıdır... dövlət investisiyalanm da
bizim üçün strateji əhəmiyyət daşıyan sənaye sahələrinə cəlb etməliyik. Azərbaycan
İnvestisiya Şirkəti əlbəttə ki, bu işlərin böyük hissəsini öz üzərinə götürməlidir...”
(31,
09.10.2014)
. Azərbaycan hökumətinin investisiya siyasətində mühüm
dəyişikliklərdən biri də dövlət-özəl sektorlannm birgə partnyorluq sisteminin təşkil
edilməsi oldu. İqtisadiyyatın şaxələndirilməsi barədə ölkə prezidentinin qarşıya
qoyduğu vəzifəni bütünlükdə yerinə yetirmək və Azərbaycamn inkişafın industrial
mərhələsini uğurla başa vurmasım təmin etmək üçün qeyri-neft emal sənayesinin və
aqrar-sənaye kompleksinin inkişafı proqramlarının investiya təminatına yenidən
baxılması və bu sahələrdə dövlət investisiyalanndan istifadənin genişləndirilməsi
zərurəti meydana çıxmışdır. Bu məqsədlə dövlət statuslu Azərbaycan İnvestisiya
Şirkəti yaradıldı. Açıq səhmdar cəmiyyəti statusunda fəaliyyət göstərən şirkətin 20
mln. manatlıq nizamnamə kapitalı Dövlət Neft Fondunun pul vəsaitlərindən
formalaş- dmldı. Şirkət ölkə iqtisadiyyatmm qeyri-neft sahələrində fəaliyyət göstərən
kommersiya təşkilatlannda 25,1 faizlik iştirak payı və səhm olmaqla, onla- nn maddi
və texnoloji bazasınm yeniləşdirilməsinə, birgə zavod və fabriklərin tikintisinə
müddətli investisiya qoyur. Şirkət öz payına müvafiq divi- dend də alır. Müəyyən
müddətdən sonra öz iştirak payını və səhmlərini özəl partnyora satır. 2006-cı ildə
dövlətə məxsus olan «Azərbaycan İnvestisiya Şirkəti »nin yaradılmasından sonra
emal sənayesində dövlət investisiyala-
404
nndan istifadə olunmağa başlanılmışdır. Bunu da dövlətin investisiya siyasətində
müsbət dəyişiklik kimi qiymətləndiririk.
“Şahdəniz” qaz-kondensat yatağının istismanmn ikinci mərhələsini
Trans-Anadolu Boru Kəmərinin və Trans-Adriatik Boru Kəmərinin tikintisini həyata
keçirmək məqsədilə Azərbaycan Respublikasımn Prezidentinin 25 fevral 2014-cü il
tarixli sərəncamı ilə yaradılmış qapalı səhmdar cəmiyyətinin nizamnamə kapitalına
Dövlət Neft Fondundan 100 mln. manat ayrılması nəzərdə tutulmuşdur. Sərəncama
əsasən cəmiyyətin səhmlərinin 51 faizi birbaşa dövlət mülkiyyətinə, 49 faizi isə
Azərbaycan Respublikasımn Dövlət Neft Şirkətinə məxsusdur. Sərəncamın
mahiyyətini şərh etməkdə məqsədim ondan ibarətdir ki, göstərilən idarəetmə və
maliyyə mexanizmlərindən qeyri-neft sənaye və aqrosənaye kompleksində
istifadənin də məqsədəuyğun olmasım diqqətə çatdırmaqdır.
Azərbaycan hökuməti investisiylann tənzimlənməsini eyni zamanda struktur
siyasəti vasitəsi ilə də məqsədyönlü istiqamətlərdə həyata keçirir.
Beynəlxalq təcrübə göstərir ki, dövlət xətti ilə yeni müəssisələr və istehsal
gücləri yaratmaq, özəl müəssisələrin yenidən qurulmasında dövlətin investisiya ilə
iştirakı çox təbii və zəruri hesab edilir. Bazar sistemində dövlətin öz vəsaiti ilə
investisiya fəaliyyətində iştirakı ölkənin iqtisadiyyatında yaranmış vəziyyətdən asılı
olaraq müxtəlif dövrlərdə müxtəlif formada həyata keçirilmişdir. Bazar iqtisadiyyatlı
ölkələrdə dövlət büdcəsindən və büdcədənkənar fondlardan vəsait ayırmaqla, sahə
mənsubiyyətindən asılı olmayaraq (infi^astruktur, emal sənayesi, aqrar sektor)
dövlətin özü investisiya fəaliyyəti göstərir, əsas kapitala xeyli vəsait sərf edir. İnkişaf
etmiş ölkələrdə investisiyalann maliyyələşdirilməsi üçün qanşıq maliyyə
mənbələrindən (dövlət və özəl) də zəruri hallarda istifadə olunur. Özəl qurumlara
dövlətin investisiya yardımı müxtəlif formalarda olur: investisiya proqramlann- da
dövlətin iştirak etməsi, kredit alınması üçün dövlət zəmanətinin verilməsi. İqtisadi
ədəbiyyat təsdiq edir ki, inkişaf etmiş ölkələrdə dövlət öz vəsaitləri ilə sənayenin və
kənd təsərrüfatının müasir tələblərə cavab verən istehsal strukturunun
formalaşmasında vaxtı ilə fəal iştirak etmişdir. Bazar iqtisadiyyatlı ölkələrdə
investisiyalanndan isifadənin geniş beynəlxalq təcrübəsi mövcuddur.
Bütün stimullaşdırıcı tədbirlər həm daxili, həm də xarici investisiyalann
əhəmiyyətli dərəcədə artmasına səbəb olmuşdur (cədvəl 4.1), Artıq 2000-ci ildə əsas
kapitala yönəldilən daxili investisiyalann doxsan faizdən çoxu müəssisə və
təşkilatlann (dövlət və qeyri-dövlət) payına düşmüşdür.
2003-cü ildən Azərbaycamn iqtisadi inkişafında yeni mərhələnin başlanması
investisiya siyasətində də yeni çalarlann meydana çıxmasına səbəb olmuşdur. Bu
mərhələdə investisiya siyasətində dövlət investisiyalanmn miqyaslı artıniması,
regional inkişafın və qeyri-neft sektorumm prioritetliyi
405