Eimi redaktor: Rəyçilər: Ağasəlim Ələsgərov



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə205/224
tarix14.01.2018
ölçüsü5,1 Mb.
#20735
1   ...   201   202   203   204   205   206   207   208   ...   224

Depozit və əmanətlərin yanya qədərinin qeyri-maliyyə təşkilatlarına, yəni müəssisə 

və təşkilatlara məxsus olması o deməkdir ki, sərbəst pul vəsaitlərini investisiya kimi 

istifadə  etmək  zavod  və  fabriklərə  də  sərfəli  deyil.  Çünki  ölkədə  əsas  kapitalın 

səmərəlilik  norması  depozit  stavkalan  ilə  müqayisədə  bir  neçə  dəfə  aşağıdır  ki, 

bunun da müxtəlif səbəbləri mövcuddur. Bu səbəblərin aradan qalduilması hökumət 

tərəfindən kompleks tədbirlərin həyata keçirilməsini tələb edir. 



5.5.

 

Amortizasiya ayırmalarından təyinatı üzrə istifadə edilməsi 

Bazar  iqtisadi  sistemində  investisiya  fəaliyyətinin  dövlət  tənzimlənməsinin 

bir  çox  iqtisadi  mexanizmləri  mövcuddur.  İqtisadi  planlaşdırma,  amortizasiya 

ayırmalan,  vergi,  pul-kredit  və  qiymət  siyasəti  belə  tənzimləmə  vasitələrindəndir. 

Keçmiş SSRİ məkamnda amortizasiya ayırmalan xərc maddəsi kimi qəbul edilmişdir 

ki, bu da onunla şərtlənirdi ki, onun məbləği bütünlükdə dövlətə məxsus idi. Vahid 

amortizsiya fondu yaratmaqla dövlət ona investisiya mənbəi kimi sərəncam verirdi. 

Bir  müəssisədə  formalaşmış  amortizasiya  məbləği  digər  müəssisədə  investisiya 

mənbəyi kimi istifadə olunurdu. Məhsullann satış qiymətləri dövlət tərəfindən təyin 

olunduğu  sosialist  iqtisadi  sistemində  müəssisə  zərərlə  işləsə  də  hesablammş  və 

maya  dəyərinə  daxil  edilmiş  amortizasiya  ayırmalan  toxunulmaz  şəkildə  dövlətin 

sərəncamına keçirdi. Yaradılan amortizasiya fondunun təyinatı müstəsna olaraq əsas 

fondlarm  alınması,  bərpası  və  modernləşdirilməsi  üçün  istifadə  etmək  idi.  Dövlət 

tərəfindən  vahid  amortizasiya  normalan  əsas  fondlann  elementləri  üzrə  təsdiq 

edilirdi və təsdiq olunmuş ölçülərdə tətbiqi məcburi xarakter daşıyırdı. Amortizasiya 

ayırmalan normalan əsas vəsaitlərin normativ istismar müddətinin əsasmda müəyyən 

edilirdi. Əsas fondlarm bu və ya digər elementinin istismarmm müəssisə üçün sərfəli 

olub-olmaması nəzərə alınmırdı. 

Azərbaycanda islahatlar dövründə amortizasiya ayırmalarmdan təyinatı üzrə 

istifadəyə  dövlət  nəzarəti  ləğv  olundu.  İndi  amortizasiya  fondu  yaradılmır  və 

amortizasiya  vəsaitləri  mülkiyyət  formasmdan  asılı  olmayaraq,  müəssisələr 

tərəfindən həm cari və həm də kapital xərcləri üçün istifadə olunur. Eyni zamanda 

amortizasiya mənfəətdən verginin bazasım azaltmaq üçün təsərrüfat subyektlərinin 

əlində  sambalh  vasitəyə  çevrilmişdir.  Amortizasiya  ayırmalanmn  hesabına 

amortizasiya fondunun yaradılması ölkənin heç bir normativ-hüquqi aktmda təsbit 

edilməmişdir.  Ancaq  1995-ci  ilin  əvvəlində  qəbul  edilmiş  «İnvestisiya  fəaliyyəti 

haqqında»  Azərbaycan  Res-  publikasımn  Qanununda  amortizasiya  ayırmalanmn 

investisiya  fəaliyyətinin  maliy>'ə  mənbələrindən  biri  kimi  nəzərdə  tutulmuşdur 

(Maddə 9). Azərbay 

420 



can Respublikasının yuxanda adı çəkilən qanununun 11-ci maddəsində göstərilir ki, 

amortizasiya  siyasəti  investisiya  fəaliyyətinin  dövlət  tənzimlənmə  vasitələrindən 

biridir. Qanuna görə amortizasiya üzrə güzəştlər nəzərdə tutula bilər. Bu güzəştlər 

ayn-ayn  iqtisadi  sahələr,  əsas  fondlann  və  avadanlığın  müxtəlif  növləri  və 

elementləri üçün dəyişkən və fərqli müəyyən edilə bilər. Bütün bu müddəalan əsas 

tutaraq,  digər  ölkələrdə  olduğu  kimi,  Azərbaycanda  da  bazar  iqtisadiyyatınm 

tələblərinə cavab verən bir sistem yaratmaq olar. Amortizasiya sisteminin mahiyyəti 

isə, bir tərəfdən, amortizasiya ayırmalanmn hesablanma norma və metodlanm, digər 

tərəfdən,  amortizasiya  fondundan  istifadənin  dəqiq  qaydasının  müəyyən 

edilməsindən  ibarətdir.  Beləliklə,  amortizasiya  ayırmalanndan  ancaq  investisiya 

üçün  istifadə  etmək,  yəni  onlann  təyinatı  üzrə  istifadəsini  bərpa  etmək  tələbi 

«İnvestisiya fəaliyyəti haqqmda» qanundan irəli gəlir. 

Xarici ölkələrin amortizasiya sisteminə aid təcrübəsi üzərində bir qədər ətraflı 

dayanmaq istərdik. Beynəlxalq standartlara görə amortizasiya siyasəti amortizasiya 

fondunun  formalaşdınimasım  və  əsas  fondlann  təkrar  istehsalını  təmin  edə  bilən 

məbləğdə  vəsaitlərin  yığılmasmı  təmin  etməlidir.  İnkişaf  etmiş  ölkələrdə 

müəssisələrin  mənfəətindən  vergi  və  amortizasiya  ayırmalanmn  hesablanmasının 

norma  və  metodlan  vahid  sistem  halmda  fəaliyyət  göstərirlər.  Bu  ölkələrdə 

amortizasiya  ayırmalan  ancaq  kapital  qoyuluşunun  maliyyələşmə  mənbəi  kimi 

istifadə  olunur  və  amortizasiya  sistemi  əsas  fondlann  sürətli  təzələnməsini  təmin 

edən  güclü  vasitədir  (57,  s.341).  Firmalara  yüksək  normalar  əsasında  sürətli 

amortizasiya həyata keçirməyə ancaq dövlət icazə verir. 

Adətən əsas fondlann aktiv növləri üzrə sürətli amortizasiyaya icazə verilir. 

Məsələn, ABŞ-da amortizasiya normalannm dəyişdirilməsi, maşın və avadanlıqlann 

silinməsi,  mənfəətdən  vergilərdən  investisiya  kreditlərinin  güzəştləri  xüsusi 

amortizasiya  qanunvericiliyi  ilə  tənzimlənir.  Con  Kennedi-  nin  prezidentlik 

dövründən  başlayaraq  Amerika  hökuməti  sürətli  amortizasiya  vasitəsi  ilə  əsas 

kapitalın  avadanlıq  hissəsinin  modemizasiya  edilməsi  məqsədilə  dövlət  siyasəti 

həyata keçirir. Amortizasiya ayırmalanmn avadanlığa investisiya məqsədi ilə istifadə 

olunan hissəsi vergilərdən azad edilir (74, 



S.61). 

2011-ci ildə alınmış avadanlıqlann 

100 faiz, 2012-2013-cü ildə alınmışlann 50 faizinin silinməsi imkam yaranmışdır. 

Kommersiya  kreditinin  azalması  investisiyalann  aşağı  düşməsinə  səbəb 

olmuşdur. İnformasiya üçün qeyd edim ki, ABŞ-ın dövlət büdcəsindən əsas kapitalın 

formalaşmasına aynlan vəsaitin xüsusi çəkisi çüzidir. O da əsasən elmi tədqiqat və 

təcrübə-konstruktor işləmələri üçün aynlır. İnvestisiyalann stimullaşdıniması əsasən 

mənfəət  vergisinin  azaldılması,  güzəştli  amortizasiya  və  texnologiyaların  inkişafı 

üzrə digər tədbirlər vasitəsi ilə həyata keçirilir. XX əsrin 90-cı illərinin əvvəllərində 

Yaponiyada əsas kapi 

421 



Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   201   202   203   204   205   206   207   208   ...   224




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə