tala investisiyanın 50 faizi, AFR-da 64%, ABŞ-da 70 faizi amortizasiyanın payına
düşürdü (96, s.l 10). İnkişaf etmiş ölkələrdə qanunvericiliklə firmalar amortizasiya
fondlan yaradırlar və amortizasiya ayırmalan həmin fondlara daxil edilir.
Amortizasiya fonduna daxil edilən amortizasiya ayırmalan vergidən azad edilir və
bu, investisiyaya vergi güzəşti hesab olunur. Qanunvericilikdə nəzərdə tutulur ki,
amortizasiya fondu ancaq təyinatı üzrə, yəni əsas fondlann sadə və təkrar istehsalı
üçün istifadə olunmalıdır. Qanunvericiliklə firmalara uzunmüddətli amortizasiya
planlan tərtib etmək həvalə olunur. Amortizasiya planlanna dəyişikliyə dövlət
tərəfindən, özü də müstəsna hallarda icazə verilir. Firma bu dəjdşikliyin zəruriliyini
vergi və planlaşdırma orqanlarmda əsaslandırmalı və sübut etməlidir. Çünki
dəyişiklik firma- mn bütün hesab sisteminə və mühasibat uçotuna, istismar
xərclərinin, mənfəətin və vergi bazasımn yenidən hesablanmasına təsir edir.
Ölkələrin təsərrüfat hüququnda amortizasiya silinməsinin müxtəlif metodlan nəzərdə
tutulur. Uzunmüddətli amortizasiya planlannda bu metodlardan hansımn istifadə
olunmasının seçimi fumanm ixtiyanna verilir. Amortizasiya fonduna pul məbləğini
əsas fondlann faktiki köhnəlməsi daxilində yox, yəni gözlənilən istismar müddəti on
il olan əsas fondun dəyərinin ildə onda biri qədər deyil, çox məbləğdə daxil etməyə
firmalara ancaq dövlət tərəfindən icazə verilir. İnkişaf etmiş ölkələrdə tətbiq olunan
belə amortizasiya siyasəti investisiya prosesini stimullaşdınr, beləliliklə, ümumi
daxili məhsulun artı- mmı təmin edir. Bazar iqtisadiyyatlı ölkələrdə iqtisadi səmərə
ön plana keçdiyinə görə qanunvericilik aktlarmda nəzərdə tutulur ki, müəssisə əsas
vəsait elementini o vaxta qədər istifadə edə bilər ki, o, müəssisəyə gəlir gətirir.
Məsələn, Rusiya Federasiyasında illik amortizasiya normalan əsas vəsaitlərin sərfəli
müddətinə görə təyin edilir. Sərfəli istifadə müddəti o dövr hesab edilir ki, həmin
dövr ərzində əsas vəsait obyektinin istifadəsi təşkilata gəlir gətirir. Əsas vəsaitlərin
bəzi qruplan üçün sərfəli istifadə müddəti onlardan istifadə nəticəsində məhsullann
(natura ilə işlərin həcmi) gözlənilən miqdan əsasında müəyyən edilir. Sərfəli istismar
müddəti təşkilat tərəfindən əsas vəsait obyektləri mühasibat uçotuna qəbul edilərkən
təyin edilir. Sərfəli istifadə müddətinə müəyyən şərtlər daxilində təşkilat tərəfindən
yenidən baxıla bilər (modemizasiya, təmir, rekonstruksiya). Hesablanmış
amortizasiya məbləği mühasibat uçotunda aynca hesabda müvafiq məbləğlərin
yığımı vasitəsilə əks etdirilir. Amortizasiya ayırmalan əsas vəsaitlər üzrə müəssisənin
fəaliyyətinin nəticəsindən asılı olmayaraq hesablamlır və hesabat dövründə
mühasibat uçotunda əks etdirilir. Sərfəli istismar müddəti ərzində əsas vəsaitlər üzrə
amortizasiya ayırmalanmn hesablanması dayandınimır. Ancaq müəssisə rəhbərinin
qəran ilə əsas vəsait 3 aydan çox müddətə konservasiyaya qoyularsa, amortizasiya
ayırmalan hesablanmır. Beynəlxalq standartlara uyğun olaraq, Rusiya
Federasiyasımı! normativ aktlarına əsasən təsən-ü-
422
fat subyektlərinin balansında olan torpaq sahələri və təbii istifadə obyektləri də (su,
yerin təki və digər təbii resurslar) əsas fondlann tərkibində uçota alınır. Bu ölkədə
amortizasiya ayırmaian daxili investisiyalann artıniması üçün çox mühüm mənbədir.
Bütün bu deyilənlər əsas verir ki, istər cari və istərsə də strateji vəzifələri
yerinə yetirmək üçün bazar iqtisadiyyatlı ölkələrin amortizasiya siyasətindən və
qanunvericiliyindən Azərbaycanda da istifadə olunmasmm zəruriliyini qeyd edək.
Beynəlxalq standartlarda amortizasiya ayırmaian anlayışı aktivlərin ilk alınma
xərclərini retrospektiv (tarixi) bərpa etmək mənasında başa düşülür. Ona görə də elmi
cəhətdən əsaslandınimış amortizasiya siyasəti və amortizasiya fondunun yaradılması
və səmərəli istifadəsi barədə normativ-hüquqi aktın hazırlanması və qəbul edilməsi
böyük əhəmiyyət kəsb edir. Qanunvericilik aktı ilə təsərrüfat subyektlərinə
amortizasiya fondu yaratmaq həvalə edilməlidir. Amortizasiya fondu ancaq əsas
fondlann bərpası və təkrar istehsalı üçün xərclənməlidir. Həmin fondun vəsaitlərinin
digər məqsədlər üçün istifadə olunması qadağan olunmalıdır. Amortizasiya fondu
inflyasiyadan asılı olaraq indeksasiya edilməlidir ki, silinən əsas fondlan bərpa etmək
mümkün olsun. Sürətli amortizasiya metodundan istifadənin hələlik ancaq maşın və
avadanlıqlara tətbiq edilməsi məqsədəuyğun olardı ki, istehsalın texniki səviyyəsi
yüksəldilsin. Əsas fondlann sadə təkrar istehsalı zamam illik amortizasiya ayırmaian
onlann illik sıradan çıxmasına bərabər olmalıdır. Əsas fondlann geniş təkrar istehsalı
dövründə amortizasiya ayırmaian onlann illik sıradan çıxması həcmindən çox ola
bilər.
Hüquqi baxımdan dövlət müəssisələrində hesablanan amortizasiya ayırmaian
bütünlükdə dövlət mülkiyyəti və səhmlərinin bir hissəsi dövlətə məxsus olan səhmdar
cəmiyyətlərində isə onlann nizamnamə kapitalında dövlətin payına uyğun
amortizasiya ayırmalannm müvafiq hissəsi dövlətin hesab olunmalıdır. Mərkəzi
dövlət idarəetmə orqanlan isə ona sərəncam vermək hüququna malik olmalıdırlar.
Lakin hal-hazırda həmin amortizasiya məbləğlərinə sərəncam vermək hüququ dövlət
müəssisələrinə məxsusdur. Əgər amortizasiya ayırmaian təyinatı üzrə istifadə
edilərsə ziyanla işləyən müəssislərdə də investisiya üçün amortizasiya hesabına
vəsait əldə edilə bilər. «Amortizasiya ayırmaian haqqında» qanunun qəbul edilməsi
zəruridir ki, o, dövlətin amortizasiya siyasətini özündə əks etdirsin və amortizasiya
ayırmalanmn məcburi qaydada əsas kapitala investisiya mənbəyinə çevrilməsini
təmin etsin. İndiki dövrdə amortizasiya ayırmalanna diqqətin artınl- ması təkcə onun
öz təyinatı üzrə istifadə olunması ilə şərtlənmir. Nəzərə alınmalıdır ki, ölkədə
amortizasiya ayırmaları böyük məbləğ təşkil edir və dövlətin daxili investisiya
resursunu artırmaq üçün kifayət qədər stabil mənbədir. Mütəxəssislərin fikrincə,
mühasibat uçotunun mövcud hesablar planına amortizasiya ayırmaları məbləğinin
qalığı və hərəkətini əks etdirən
423