edilir. Dövlət büdcəsinin əsas xərc maddələri əsaslı tikinti, müəssisələrin
rekonstruksiyası, kənd təsərrüfatmm inkişafıdır.
Tədqiqatçı alimlərin fikrincə, Çin və Qərb iqtisadi modelinin prinsipai
xarakterli əsas fərqləndirici cəhəti ondan ibarətdir ki, Çin modelində isla- hatlann
aparılmasına münasibətdə dövlətin röluna həlledici əhəmiyyət verilir. Liberal qərb
modelində dövlətin rolunun minimuma endirilməsinə cəhd edilir (50,
S.74).
Çin
alimləri iqtisadi islahatlann inkişafin və stabilliyin dövlət tənzimlənməsi ilə, iqtisadi
artımın sosial inkişafla, iqtisadi səmərəliliyin sosial ədalətlə, tədriciliyin sıçrayışh
nəticələrlə əlaqələndirilməsində israrlıdırlar. Onlar çin modelinin əsas mənasım,
qloballaşma prosesində fəal və təşəbbüslə iştirak etməklə, ölkəyə məxsus xüsusiyyəti
və suverenliyi saxlamaqda görürlər.
1.2.11.
İqtisadi inkişafın Türkiyə modeli
1923-1950-ci illərdə Türkiyə Respublikasında qapalı iqtisadi (etatizm
siyasəti) siyasət həyata keçirilirdi. İqtisadi siyasət dövlətin dominant roluna
əsaslanırdı. Cəmiyyətin iqtisadi həyatında dövlətin fəal iştirakı hökm sürürdü.
Yüksək vergi dərəcələri, Türkiyə lirəsinin dövlət tərəfindən ciddi müdafiəsi, xarici
investisiyaya soyuq münasibət, sənayenin prioritetliyi, kənd təsərrüfatımn rolunun
qiymətləndirilməməsi iqtisadi siyasətin mahiyyətini təşkil edirdi.
1950-ci ildə Demokrat Partiyası seçkilər vasitəsilə hakimiyyət başına gəldi.
Adnan Menderes baş nazir təyin olunduqdan sonra (1950-1960-cı illər) yeni iqtisadi
siyasət formalaşdmldı. Hökumətin inkişaf strategiyasınm əsasım özəl sektor, kiçik
kənd təsərrüfatı məhsullan istehsalçılan, kiçik və orta biznes təşkil edirdi. Xarici
ticarət liberallaşdınidı, dünya iqtisadi sisteminə inteqrasiya olunmasının və xarici
kapitalın ölkəyə gətirilməsinin zəruriliyi təsbit edildi. Menderes hökuməti
vergiqoymada inqilab etdi. Gəlir vergisi tətbiq edildi, ancaq kənd təsərrüfatı bu
vergidən tamamilə azad olundu. Dövlət kapital qoyuluşu siyasətini dəyişdirdi: dövlət
pullan ancaq kənd təsərrüfatına yönəldildi. Hökumətin iqtisadi siyasəti tezliklə öz
bəhrəsini verdi. Geridə qalmış kənd təsərrüfatı güclü inkişaf etdi və sənayenin
xammal bazasına çevrildi. Beləliklə, kənd təsərrüfatının sənaye ilə inteqrasiyası
təmin edildi. Yeni zavod və fabriklər, avtomobil yolları, hidroelektrik stansiyalan,
dəniz və hava limanları tikilib istifadəyə verildi. Özəl sektorun dinamik inkişafına
nail olundu, emal sənayesində iri xoldinqlər yaradıldı (54, 13.01.2001-ci il). XX əsrin
əvvəllərində (təxminən 2003-cü ildən) səhiyyə və əhalinin icbari tibbi sığortası
sektorlannda həyata keçirilən islahatlann Türkiyə təcrübəsini indi Avropa ölkələri
dərindən öyrənirlər. İslahatlar nəticəsində kütləvi tibbi xidmətin və əhalinin dərmanla
təminatının ən effek
51
tiv sistemlərindən biri foımalaşdınlmışdır. Dövlət - özəl partnyorluğu çərçivəsində
dünyamn tamnmış korporasiyalan Türkiyənin xəstəxana kompleksinə və əczaçılıq
sənayesinə investisiya qoymaq məqsədilə ciddi maraq göstərirlər. «Türkiyənin
səhiyyəsinin transformasiyası proqramı »nın baza elementi səhiyyənin idarə
olunmasmm yenidənqurulması təşkil etmişdir. Müdafiə Nazirliyinin səhiyyə
qurumlan istisna olmaqla, bütün dövlət səhiyyə müəssisələri Səhiyyə Nazirliyinin
tabeliyinə verilmiş və onlar tərəfindən əhaliyə göstərilən bütün tibbi xidmətlərin
tarifləri təsdiq edilmişdir. Tarif əsasında tibbi xidmət xərclərinin ödənilməsi icbari
tibbi sığorta hesabına maliyyələşdirilir. Türkiyə əhalisinin 90 faizə qədəri icbari tibbi
sığorta ilə əhatə olunubdur. İşləyən vətəndaşların tibbi sığortası işəgötürənlər
tərəfindən maliyyələşdirilir. Pensiyaçılar isə güzəştli tariflə özləri ödəniş edirlər.
Tibbi xidmətlərin 65 faizini dövlət tibbi müəssisələri göstərirlər. İstər yerli və istərsə
də idxal olunan dərmanlara dövlət vahid qiymət müəyyən etmişdir. Bir şəxsin aptek
seti yaratması qadağan olunmuş, bir şəxsin ancaq bir apteki olmasına icazə
verilmişdir. Məcburi sosial sığorta sistemini Sosial Müdafiə Fondu idarə edir (53,
31.03.2012).
1.2.12.
İqtisadi inkişafın Qazaxıstan modeli
Müstəqilliyin ilk illərindən rəqabətqabiliyyətli ölkənin yaradılması və xarici
investisiyalann cəlb edilməsi istiqamətində iqtisadi inkişaf modeli qəbul edilmişdir.
Struktur islahatlan baxımmdan Sinqapur variantı əsas götürülmüşdür. Ölkə elitası
arasında konsensus yaratmaq məqsədilə siyasi islahatlan həyata keçirməyə
tələsməmişlər. Ancaq iqtisadi islahatlara sürətli önəm vermişlər. Güclü
maliyyə-sənaye qruplan yaradılmasma və güclü icra hakimiyyətinin
formalaşdınimasına üstünlük vermişlər. Bank sektorunda islahatlan, dünya
təcrübəsini nəzərə almaqla, həyata keçirmişlər. 1996-cı ildən iqitsadi artım
başlamışdır. 2004-cü ildə Qazaxıstan ÜDM həcminə görə sovetlər dövrünün-1991-ci
il səviyyəsinə çatmışdır.
Neft-qaz və digər yataqlar renta ödənişi əsasında xarici investorlara istismara
verilmişdir. Ölkəyə daxil olan rentadan istifadənin istiqamətlərini müəyyənləşdirmək
üçün Strateji Planlaşdırma və İslahatlar üzrə Agentlik yaradılmış və 2030-cu ilə
qədər uzunmüddətli inkişaf strategiyası işlənilmişdir. 2000-ci ildə hökumət
qarşısında iki vəzifə qoyulmuşdur: 2010-cu ildə ÜDM-un 2 dəfə artıniması və ölkədə
uzunmüddətli rəqabət üçün şəraitin yaradılması. 2003-cü ildə bu məqsədlə
konsepsiya qəbul edildi: «Индустриальная и инновационная стратегия». Problem
ondan ibarət idi ki, 2003-cü ildə emal sənayesinin payı 13 faiz səviyyəsində idi. Neft
sektorunun sürətli artımı fonunda onun payı daha da aşağı düşə bilərdi. Buna yol
verməmək və daha da yüksəltmək məqsədilə iqtisadiyyatm 150 sektoru
52