Eimi redaktor: Rəyçilər: Ağasəlim Ələsgərov



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə26/224
tarix14.01.2018
ölçüsü5,1 Mb.
#20735
1   ...   22   23   24   25   26   27   28   29   ...   224

ailə vergisi. Ailə vergisi bina və tikililərə, mənzilə, torpağa qoyulan vergiləri özündə 

cəmləşdirir. Hökumət müəssisələrə iqtisadi təzyiq məqsədilə vergilərdən bir alət kimi 

geniş  istifadə  edir.  Belə  ki,  vergi  dərəcəsi  istehsalın inkişafına  yönəldilən  vəsaitin 

xüsusi  çəkisindən  və  məbləğindən  asılıdır.  Onlar  arasında  tərs  mütənasiblik 

mövcuddur. İstehsalın inkişafına yönəldilən vəsait artdıqca, vergi dərəcəsi azalır və 

əksinə.  Məsələn,  əgər  müəssisə  gəlirindən  investisiya  kimi  istifadə  etmirsə,  vergi 

dərəcəsi  35  faiz  müəyyən  edilmişdir.  Qazandığı  gəlirin  50  faizini  investisiyaya 

yönəldirsə vergi dərəcəsi 17,5 faiz qəbul edilir (35x0,5). 

Əmək  haqqmm  tənzimlənməsi.  Fransa  modeli  inflyasiyam  nəzərə  almaqla, 

əməyin  ödənişi  mexanizmindən  istifadə  edir.  İldə  2  dəfə  -  1  mart  və  1  sentyabr 

aylannda  əmək  haqqı  fondu  faktiki  inflyasiya  səviyyəsindən  asılı  olaraq  artmlır. 

Əmək  haqqını  tənzimləyən  əsas  sənəd  Əmək  Məcəlləsi  və  həmkarlar  təşkilatları, 

nazirliklər, müəssisələr və konkret işçilər arasında bağlanan müqavilələrdir. Əmək 

Məcəlləsində  zəhmətkeşlərin  əsas  sosial  tə-  minatlan,  əmək  haqqının  minimum 

səviyyəsi, işsizliyə görə müavinətin təyini, təqaüdün məbləği və onun təyin edilməsi 

üçün iş stajı, məzuniyyət müddəti, işə qəbuletmə prinsipləri və s. əks etdirilir. Sahə 

həmkarlar təşkilatlan və nazirliklər sahələr üzrə vahid tarif sistemi müəyyən edirlər. 

Əmək  müqavilələrində  əmək  haqqını  artırmaq  hüququ  verən  iş  stajı  da  göstərilir. 

Bütün bunlar ölkənin maliyyə orqanına imkan verir ki, əmək haqqmm ödənilməsinə 

yönəldilən  vəsaitlərin  ümumi  həcminə  nəzarət  etsin.  Əmək  haqqının  verilməsinin 

təmini  və  işçilərin  ixtisas  səviyyəsinin  artıniması, işsizlərə  müavinətin təyini  və s, 

nöqteyi  -  nəzərindən,  zəhmətkeşlərin  sosial  müdafiəsinə  təminat  verilsin,  hüquqi 

şəxslərin  vergiyə  cəlb  olunan  gəlirini  müəyyən  edərkən  istehsal  xərclərinin 

formalaşmasımn  eyni  şərtləri  gözlənilsin.  Çox  müəssisələrdə  işə  qəbul  olunduğu 

vaxtdan  beş  il  sonra  işçilərə  hər  il  mükafat  verilir.  Bu  müddət  ərzində  mükafatın 

məbləği  bankda  açılmış  xüsusi  hesaba  köçürülür,  ona  divident  hesablanılır. 

Dividenddən vergi tutulmur. Bundan başqa 3 ildə bir dəfə gəlirlərdə maddi maraq 

haqqında müqavilə əsasında işçilərə mükafat verilir. Bu mükafatın məbləği, bir qayda 

olaraq, tarif stafkasından 1,5 dəfədən çox ola bilməz. Əmək haqqma dövlət nəzarəti 

vergitutma, əmək üzrə razılaşmalar, əmək haqqı ilə inflyasiya arasında bir başa əlaqə 

sistemi vasitəsilə həyata keçirilir. 

Fransada  daxili  istehlak  ümumi  daxili  məhsulun  70  faizini  təşkil  edir. 

Yoxsulluq həddi 950 evro qəbul edilmişdir (2012-ci il). 

1993-1996-cı  illərdə  ən  iri  sənaye  müəssisələrinin,  banklann  və  sığorta 

şirkətlərinin özəlləşdirilməsi haqqında qərar qəbul edilmişdir. Hökumət dekreti ilə 7 

nəfərdən  ibarət  5  il  müddətinə  yaradılan  özəlləşdirmə  komissiyasına  geniş 

səlahiyyətlər  verilmişdir.  O,  hər  bir  müəssisənin  dəyərini  qiymətləndirir  və  özəl 

səhmdarlan seçir, obyektin iqtisadi, maliyyə və 

55 



hüquqi  məsələləri  ilə  məşğul  olur.  Yaradılmış  özəlləşdirmə  komissiyası  hər  bir 

konkret kompaniyanın özəlləşdirmə qaydalanm, müddətini və səhmlərin qiymətini 

müəyyən  edir,  özəlləşdirmədə  iştirak  etmək  üçün  müəssisə  rəhbərləri  dəvət 

olunurlar. Onlar öz səhm paylarım bu və ya digər özəl kompaniyaya və ya qruppaya 

verilməsini  tövsiyyə  edə  bilərlər.  Özəlləşdirilən  müəssisələrin  səhmlərini  onların 

qulluqçuları güzəştli qiymətlərlə satın ala bilərlər. 

1993-cü  ildə  banklan  və  böyük  dövlət  firmalarını  özəlləşdirmək  məqsədilə 

dövlət 10 il müddətinə 6 faizli istiqraz buraxdı. Nəzərdə tutulmuşdur ki, 40 milyard 

frank  nominal  dəyərində  istiqraz  satılacaq.  Faktiki  olaraq  110  milyard  frank 

dəyərində  satıldı.  Həmin  istiqrazlan  özəlləşdirilən  müəssisələrin  səhmlərini  almaq 

üçün əhali istifadə edə bilir. 

1.2.16.


 

Hindistanın iqtisadi inkişaf modelində iqtisadi mexanizmlərdən 

istifadə 

XX  əsrin  70-ci  illərində  Hindistan  iqtisadiyyatında  gərgin  bir  dövr 

başlanmışdır. Yeraltı təbii sərvətlərlə zəngin olmayan Hindistan məcburən xaricdən 

böyük həcmdə xammal və materiallar, maşın və avadanlıqlar idxal edirdi. İdxal ixracı 

bir neçə dəfə üstələyirdi, ölkənin tədiyyə balansı defısit- lə yekunlaşırdı. Xarici borcu 

on mirlyard dollarla ifadə olunurdu. İqtisadiyyatın dövlət tərəfindən reqlamentasiya 

tədbirləri sərtləşdirilmişdir ki, bu da biznesmenləri qorxutmuş və kapitalm ölkədən 

surətlə  çıxanimasına  səbəb  olmuşdur.  Sənaye  istehsalının  artımı  dövlət 

investisiyalanmn  əsasən  dövlət  sektoruna  qoyulmasının  hesabına  təmin  edilirdi. 

İqtisadi cəhətdən səmərəli olmayan iqtisadiyyat yaranmışdır. Hind məhsullan həm 

maya  dəyəri,  həm  də  keyfiyyət  baxımından  dünya  bazannda  rəqabətqabiliyyətli 

deyildi.  Bürokratizm  hörümçək  (pauk)  kimi  iqtisadiyyatı  tora  sahmşdır.  O  dövrdə 

əsas vəzifə hind biznesmenlərini inandırmaq, onlann kapitalmı ölkəyə qaytarmaq və 

iqtisadiyyata qoymaqdan ibarət olmuşdur. 90-cı illərin əvvəllərində formalaşdınimış 

yeni  hökumət  milli  valyutam  devalvasiya  etmiş,  1991-1992-ci  maliyyə  ilinə tərtib 

edilmiş dövlət büdcəsində bəzi dövlət xərclərinin azaldılması, vergilərin artıniması 

və büdcə kəsirinin azaldılması nəzərdə tutulmuşdur. Ancaq ən mühüm məsələ hind 

iqtisadiyyatımn  liberal-  laşdınlması  idi.  Bu  məqsədlə  «yeni  industrial  siyasət»  adı 

altında  təkliflər  işlənib  hazırlandı.  Hər  şeydən  öncə  iqtisadi  fəaliyyətin 

lisenziyalaşdıniması  sistemi  sadələşdirilmiş,  kömür,  neft,  siqaret,  şəkər,  əczaçılıq, 

dəri istehsalı sahələri istisna olmaqla, sənayenin digər sahələrində lisenziyalaşdırma 

ləğv  edilmiş,  özəl  kapitaldan  istifadə  imkanlan  genişləndirilmişdir.  Dövlət 

sektorunun  inhisan  müdafiə  sənayesində,  atom  energetikasında,  kömürün,  neftin, 

dəmir filizinin, qızılın, brilyantlarm və digər strateji aztapılan metallann 

56 



Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   224




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə