Azərbaycanda açıq iqtisadi siyasət apanlır. Bu, əwəla, iqtisadiyyatı
tənzimləyən normativ hüquqi sənədlərdə nəzərdə tutulmuşdur. İkincisi, faktiki
statistik məlumatlarla bir daha təsdiqlənir. Bu qənaətimiz məhsul və xidmətlərin
ümumi buraxılışında ixracın xüsusi çəkisinin 40%-dən çoxluğu, ölkənin daxili ticarət
dövriyyəsinin 31%-nin idxal mallarımn təşkil etməsi ilə izah edilir (2010-cu il).
Ancaq beynəlxalq təcrübə göstərir ki, açıq iqtisadi siyasət
0 zaman məqsədəuyğundur
ki, ölkənin iqtisadiyyatı rəqabətqa- biliyyətlidir və güclü xarici iqtisadi
məhdudiyyətlər mövcuddur. Azərbaycanda isə tam liberal xarici iqtisadi
münasibətlər qurulmuşdur. Konservatriv siyasətdən ancaq xarici və daxili maliyyə
sektorunda istifadə olunur. Dünya təcrübəsi göstərir ki, beynəlxalq maliyyə axmlanna
açıq olan iqtisadiyyata dünyada baş verən maliyyə böhranı bu və ya digər dərəcədə
təsir edir.
2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev
demişdir: “Dünyanı bürümüş iqtisadi, maliyyə böhranı Azərbaycan əhalisinə,
iqtisadiyyatına bir faiz də təsir etməmişdir. Bunu yəqin, gələcəkdə alimlər
araşdıracaqlar ki, bu nə üçün belədir” (31, 11.07.2014). 2008-2009- cu illərin
ümumdünya iqtisadi-maliyyə böhranımn Azərbaycan iqtisadiyyatına təsirindən
danışarkən qeyd etmək lazımdır ki, bu təsiri minumuma endirən amillər mövcud
olmuş və indi də davam edir. Burada ən ümdə amil hökumətin konservativ xarici və
daxili maliyyə siyasətidir. O da öz ifadəsini xarici borcların çox aşağı səviyyəsində,
rezident banklann aktivlərində xarici kapitalın azlığında, qeyri-rezident bankların
aktivlərinin bütünlükdə ölkə banklannm aktivlərində cüzi olmasında, daxili
konservativ pul-kredit siyasətində öz əksini tapir. Digər mühüm amil ölkənin vaİ50ita
ehtiyatlannm yetərincə olmasıdır. Xarici bazarlarda Azərbaycamn təbii sərvətlərinə
güclü tələbatın olması da bu məsələdə mühüm rol oynayır. Bütün bu deyilənlərə
baxmayaraq böhranın Azərbaycan iqtisadiyyatına təsiri olmuşdur. Belə ki, 2009-cu
ildə 2008-ci ilə nisbətən ölkə iqtisadiyyatına əsas kapitala xarici investisiyalar 600
mln. manat, sənaye məhsulu 7,2 milyard manat aşağı düşmüşdür. 2009-cu ildə
2008-ci illə müqayisədə əsas kapitala daxili investisiyalar 1,7 milyard manat, özüdə
əsasən dövlət investisiyalann hesabına (azalmanın 88 faizi) azalmışdır. Böhranın
təsiri təkcə neft-qaz sektoru ilə məhdudlaşmamışdır. Bir çox qeyri-neft emal sənaye
sahələrində də məhsulun həcmi azalmışdır. 2009-ci ildə Vergilər Nazirliyi tərəfindən
toplanan vergilərin məbləği proqnozla müqayisədə 1,6 milyard manat az olmuşdur.
Nazirliyin fikrincə, proqnozun kəsirlə icra olunmasımn əsas səbəbi proqnozlara
nisbətən neft hasilatımn azalması və xam neftin ixrac qiymətinin aşağı düşməsi
olmuşdur (31, 21.05.2010). Maliyyə-iqtisadi böhramn nəticəsi kimi gömrük orqanları
da büdcə proqnozlarına əməl edə bilməmişlər. Ölkə bank- lan xarici tərəfdaş banklara
olan 2 milyard dollar məbləğində borclannı təxirə salmadan qaytarmalı olmuşlar. Bir
çox makroiqtisadi göstəricilər
69
(ümumi daxili məhsul, dövlət büdcəsinin gəlirləri və xərcləri, ixrac, iqtisadiyyatın
mənfəəti, əsas fondlann istifadəyə verilməsi və s.) üzrə istehsalın mütləq həcmi
2009-cu ildə xeyli aşağı düşmüşdür; əhalinin sərəncamında qalan gəlirlərin,
xərclərin, əmək haqqının artım templəri azalmışdır. İqtisadi idarəetmədə inkişaf
etmiş ölkələrə xas olan iqtisadi tənzimləmə vasitələrindən istifadə olunur. Əvvəllər
deyildiyi kimi, dövlətin iqtisadiyyata müdaxiləsi keçid dövrünün başlanğıcından
məhdudlaşdınlmışdır.
Azərbaycamn müasir iqtisadi inkişaf modeli kiçik və orta sahibkarlığın
stimullaşdınlması (Amerika modelinin elementi), xarici iqtisadi əlaqələrin və valyuta
əməliyyatlanmn liberallaşdıniması (Almaniya modelinin elementi), xarici
investisiyalann miqyaslı cəlb edilməsi, infiastruktur sahələrin dövlət investisiyalan
hesabına modernləşdirilməsi (İsveç modelinin elementi), yumşaldılmış pul-kredit
siyasətinin apaniması, iqtisadi tənzimləmədə mülkiyyət formasından asılı olmayaraq
təsərrüfat subyektlərinin fəaliyyətinə dövlət müdaxiləsinin məhdudlaşdınlması,
bazsa
mexanizmlərinə və metodlanna üstünlük verilməsi, təbii inhisar sahələrində
qiymətlərin dövlət tənzimlənməsi, strateji dövlət müəssisələrinin «tələsmədən
tələsmək» prinsipi əsasında Özəlləşdirilməsi ilə xarakterizə olunur. Azərbaycanın
müasir iqtisadi inkişaf modeli xammal - yanmfabrikat ixraclı və investisiya təyinatlı
modeldir. Bu modeli fərqləndirən əsas cəhətlərdən biri də onun uzun müddət monetar
meylli, açıq və liberal xarakter daşımasıdır. Milli iqtisadi inkişaf modelinin
realizasiyası nəticəsində Azərbaycamn əldə etdiyi uğurlara həsr olunmuş çoxsaylı
elmi və publisistik xarakterli əsərlər və məqalələr mövcuddur.
İndiki dövrdə mülkiyyətdə dövlətin payımn yüksək olması, onun həm istehsal
(neft-qaz, metallurgiya, maşmqayırma, elektrik eneıjisi), həm də ifrastruktur
sahələrində cəmlənməsi Azərbaycamn modeli üçün xarakterikdir. Buna baxmayaraq,
ümumi daxili məhsulda vergilərin payı heç də çox deyil. Eyni zamanda dövlət
xərclərinin strukturu cari istehlak xərclərinin, birinci nöbbədə, elm, təhsil, səhiyyə
xərclərinin aşağı səviyyəsi ilə xarakterizə olunur. Əksinə, investisiyaların, xüsusilə
infrastruktur sahələrinə investisiyalann xüsusi çəkisi yüksəkdir. Başqa sözlə
Azərbaycanm iqtisadi inkişaf modeli investisiya təyinatlıdır.
Beynəlxalq təcrübə göstərir ki, sosializm adlanan iqtisadi sistemə daxil olmuş
ölkələrin bazar iqtisadiyyatına keçid konsepsiyası və inkişaf modelini təmin edən
metod və mexanizmlər öz xüsusiyyətləri ilə bazar iqtisadiyyatlı ölkələrdə istifadə
edilən metod və mexanizmlərdən həm mahiyyət, həm də surət baxımından
fərqlənirlər. Sosial-iqtisadi inkişafdakı yaranmış meyllərin (durumun) elmi
araşdıniması göstərir ki, Azərbaycanda da iqtisadi inkişaf modelinin icrasım təmin
edən metod və mexaniznüərin təkmilləşdirilməsinə (modcmləşdirilməsinə) hələ də
ciddi ehtiyac duyulur.
70