-bəzi MDB ölkələrindən fərqli olaraq, Azərbaycanda strateji sahələrin və
istehsallann özəlləşdirilməsinin düzgün olaraq “tələsmədən tələsmək” prinsipi
əsasında həyata keçirilməsi;
Müstəqillik dövründə Azərbaycanda qurulan iqtisadiyyat dünya
iqtisadiyyatının aynimaz hissəsi kimi formalaşmışdır. Bu, əsasən təbii resurslar
hesabına əldə edilmişdir. Azərbaycanın ÜDM-nin əsas hissəsi neftin, qazın, digər
xammal yanmfabrikatlann dünya bazarında satışımn nəticəsidir. Bu gün Azərbaycan
dünya iqtisadiyyatına çox güclü inteqrasiya etmiş və ondan çox asılıdır. Bazar
iqtisadiyyatına transformasiya prosesində ən çox likvid- liyi olan sahələr tab gətirib
inkişaf edə bildilər. Belə sahələr də əsasən xammal və yanmfabrikat istehsal edən
sahələr olmuşlar. Buradan da istehlak bazanmn, texnologiyalann və mürəkkəb
məhsullann idxalmdan, ixrac məh- sullannm qiymətlərinin dəyişməsindən ölkənin
xeyli asılılığı meydana çıxmışdır. Bunlarda elə amillərdir ki, hal-hazırda ölkə
hökuməti onlara nəzarət edə bilmir.
İqtisadi inkişaf modelinin məqsədi və istiqamətləri ölkə rəhbərliyi tərəfindən
vaxtında və düzgün müəyyən edilir. Ancaq onların icrası vaxtlı- vaxtmda
təşkilati-iqtisadi mexanizmlərlə və praktiki tədbirlərlə tam təmin edilmir. Ona görə
yüksək səviyyədə irəli sürülən tapşınqlar və konsepsiyalar illərlə kağız üzərində qalır.
Belə vəziyyətin yaranmasım ölkə başçısımn özü bir neçə dəfə etiraf etmişdir.
Məsələn, ölkə başçısının dəfələrlə söylədiyi bir kəlamı diqqətə çatdınram: “Şirkətlərə
lazım olan mallar ölkədə istehsal olunursa, onlar xaricdən gətirilməməlidirlər”.
2011-ci ildə Nazirlər Kabinetinin iclasmda ölkə prezidenti bir daha vurğulamışdır:
“... siyasətimizi düzgün şəkildə aparmalıyıq, daxili istehsalla daxili istehlakı və xarici
bazarlara çıxışlanmızı uzlaşdırmalıyıq...” (31,25.10.2011).
*
İndiki dövrdə ölkə iqtisadiyyatında formalaşmış real spesifik, yəni bizim
ölkəyə xas olan xüsusiyyətlərin araşdıniması əsasmda çıxardığımız nəticələri nəzərə
almaqla, iqitsadi inkişaf modelinin təkmilləşdirilməsi istiqamətlərini müəyyən
etmişik. Təhlillərdən çıxan və idarəetmə qərarlanmn qəbul edilməsində həlledici rola
malik ola bilən faktlar və meyllər əsasmda yeni iqtisadi inkişaf modelinin konturlanm
ortaya qoymaq istəmişik. Apardığımız araşdırmalardan ümumi şəkildə qənaətim
ondan ibarətdir ki, ölkənin müasir iqtisadi durumunda öz həllini gözləyən
problemlərin sıra- smda inkişaf potensialı ilə müqayisədə ümumi daxili məhsulun və
milli gəlirin çox az həcmini və onlann bölgüsündə ədalətlilik prinsipinə əməl
olunmamasım, ümumi daxili məhsulun yüksək kapital tutumluluğunu, qeyri-neft
sənaye və aqrar sektorlarda əmək məhsuldarlığımn aşağı olmasım, əmtəə kapital və
əmək bazarlarmdakı natarazlıqları, regional inkişafdakı qeyri- bərabərlikləri,
intellektual əmək resurslan tələb edən ləyaqətli iş yerlərinin azlığım, ölkənin xammal
və yanmfabrikat təyinatlı xarici ticarəthıi, inkişaf
73
etmiş ölkələrlə müqayisədə qeyri-təkmil iqtisadi strukturunu, daxili tələbin azlığını,
məcmu təklifin daxili tələbin strukturuna zəif uyğunlaşdınimasım, idarəetmədə
iqtisadi fəaliyyətlərin zəif koordinasiyasım göstərmək mümkündür. Bu problemlər
milli iqtisadi inkişaf modelinin təkmilləşdirilməsi yolu ilə tənzimlənə və aradan
qaldırıla bilərlər.
1.4.
Milli iqtisadi inkişaf modelinin təhlili və
qiymətləndirilməsinin metodoloji aspektləri
İqtisadi inkişaf modellərinin müxtəlifliyinə və milli xüsusiyyətlərinə
baxmayaraq, iqtisadi inkişaf prosesini ümumi qanunauyğunluqlarla və göstəricilərlə
xarakterizə edirlər. İnkişaf modeli əsasında formalaşan iqtisadi və sosial inkişafın
ölkə üzrə durumu ümumi daxili məhsulun, ümumi milli gəlirin həm ümumi, həm də
adambaşına həcmi, bütünlükdə iqtisadiyyatın, o cümlədən sənayenin sahəvi və
regional strukturu, iqtisadi tarazlıq, sosial ədalət, əhalinin həyat səviyyəsi və həyatın
keyfiyyəti, istehsal amillərindən istifadənin səmərəliliyi və sair göstəricilərlə
müəyyən edilir. Milli inkişafın makroiqtisadi göstəricilərlə qiymətləndirilməsi ilə
yanaşı “insan inkişafı indeksi” də hesablanılır. Bizim fikrimizcə, bu göstəricilər eyni
zamanda məhz iqtisadi inkişaf modelinin səmərəliliyini də əks etdirir. İnsan inkişafı
indeksi hesablanarkən 3 göstərici nəzərə alınır: həyat müddətinin gözlənilən
uzunluğu (uzunömürlülük), əhalinin savadlılıq səviyyəsi (təhsilə sərf edilmiş illərin
orta sayı və təhsil müddətinin gözlənilən uzunluğu) və həyat səvİ
3^əsi (alıcılıq
qabiliyyətinin paritetliliyi əsasında hesablanmış adambaşına ümumi milli gəlıir, ABŞ
dollän ilə).
İqtisadi ədəbiyyatda bütünlükdə “ölkənin iqtisadi inkişafı” dedikdə iqtisadi
artım, iqtisadiyyatda struktur dəyişiklikləri və əhalinin həyat səviyyəsinin
yüksəldilməsi başa düşülür. Bütünlükdə ölkənin sosial-iqtisadi inki- şafımn səviyyəsi
alıcılıq qabiliyyətinin paritetliyi nəzərə dmmaqla, adambaşına ümumi daxili
məhsulun və ümumi milli gəlirin həcmi ilə, ümumi daxili məhsulun strukturu ilə,
əhalinin həyat səviyyəsi və onun keyfiyyət göstəriciləri ilə müəyyən edilir.
Hal-hazırda iqtisadi ədəbiyyatda sosial- iqtisadi inkişaf səviyyəsinə görə dünya
ölkələrini üç qrupa bölürlər: inkişaf etmiş, inkişaf etməkdə olan, keçid iqtisadiyyatlı.
Keçid iqtisadiyyatlı ölkələrə postsosialist ölkələri aid edilmişdir. Bazar iqtisadiyyatı
formalaşdıqca və inkişaf səviyyələri yüksəldikcə onlann da sayı ilbəil azalır. Dünya
Bankının müəyyən etdiyi meyara görə adambaşına illik ümumi daxili məhsul 875
ABŞ dollanndan azdırsa, həmin ölkə inkişaf edən ölkə kateqoriyasına daxildir.
Ölkənin inkişaf etmiş ölkə kateqoriyasına aid edilməsini sübut edən
74