Eimi redaktor: Rəyçilər: Ağasəlim Ələsgərov



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə36/224
tarix14.01.2018
ölçüsü5,1 Mb.
#20735
1   ...   32   33   34   35   36   37   38   39   ...   224

göstəricilərdən biri adambaşına ən azı 12 min ABŞ dollan məbləğində ÜDM istehsal 

etməkdir. 

İqtisadi  sistem  müxtəlif  səviyyələrdə  baxıla  və  təhlil  edilə  bilər:  mik- 

roiqtisadiyyat  (müəssisə),  makroiqtisadiyyat  və  ya  dünya  iqtisadiyyatı.  Hər  bir 

səviyyə üçün spesifik və ümumi göstəricilər müəyyən edilmişdir. Onlar bütünlükdə 

iqtisadi  sistemi  və  onun  ayn-ayn  elementlərini  xarakterizə  edirlər.  Bu  tədqiqat 

əsərində söhbət iqtisadi sistemin makrosəviyyədə qiymətləndirilməsindən gedir. 

Bizim  fikrimizcə,  iqtisadi  inkişaf  modelinin  qiymətləndirilməsi  dedikdə 

cəmiyyətin  məhdud  olan  resurslanndan  maksimum  səmərə  ilə  istifadənin  təmin 

edilməsi  başa  düşülməlidir.  Resurslann  səmərəliliyinə  təkcə  maddi  nemətlərin 

maksimum  istehsalı  və  ya  qazancm  (mənfəətin)  maksimum-  laşdınlması  kimi 

baxılması düzgün deyil. Resurslardan səmərəli istifadə iqtisadi sistemdə təkcə maddi 

nemət bolluğu yox, eyni zamanda insanlann optimal məşğulluğunun təmin edilməsi, 

onlann həyat səviyyəsinin yüksəldilməsi məqsədlərinə də xidmət edir. Ona görə də 

bu  əsərdə  iqtisadi  inkişaf  modelinin  həm  iqtisadi,  həm  də  sosial  səmərəliliyi 

(məşğulluq və həyat səviyyəsi) kompleks halmda əks etdirilir. - 

Bazar  sisteminin  metodologiyasına  uyğun  çlaraq  ölkənin  ümumi  daxili 

məhsulu  və  milli  gəliri  iştehsal  və  xidmət  sahələrində,  başqa  sözlə  iqtisadiyyatın 

bütün sektorlannda formalaşması konsepsiyası qəbul edilmişdir. tqtisadi sektorlann 

fəaliyyətinin nəticəsi ümumi daxili məhsulda və milli gəlirdə öz əksini tapır. Məhz 

buna  görə  də  bazar  sistemində  bütün  sahələrin  inkişafına  yönəldilən  resurslar 

səmərəlilik gösrəticilərinin formalaşmasına təsir edirlər. Beynəlxalq uçot qaydalanna 

əsasəq  ölkədə  yeni  yaranan  gəlirlər  “ümumi  daxili  məhsul”  və  “milli  gəlir” 

göstəricilərində əks olunur. “Ümumi daxili məhsul” (ÜDM) dedikdə ölkə ərazisində 

yerləşən,  milli  mənsubiyyətindən  asılı  olmayaraq,  iqtisadiyyatın  bütün 

sektorlarmdakı  iqtisadi  vahidlərin  -  rezidentlərin  istehsal  etdikləri  son  istehlak 

mallannm və xidmətlərinin ümumi əlavə dəyəri başa düşülür. Ümumi əlavə dəyər isə 

ayn-ayn sahələrdə məhsul və xidmətlərin ümumi buraxılışı ilə onlann aralıq istehlakı 

arasında yaranan fərqdir. Ümumi daxili məhsulun tərkibinə son istehlaka, yığıma və 

ixraca istifadə olunan məhsullar daxil edilir. Aralıq istehlak mallan və xidmətləri bu 

göstəriciyə daxil edilmir. 

Azərbaycan  Respublikasının  Dövlət  Statistika  Komitəsi  tərəfindən  təsdiq 

olunmuş “Azərbaycanm Milli Hesabları” məcmuəsində deyilir: “Ümumi milli gəlir 

(ÜMG)” qalan dünya ilə iqtisadi əlaqələr nəticəsində yaranan (verilən və alınan) ilkin 

gəlirlərin  saldosu  nəzərə  alınmaqla,  rezident  vahidlər  tərəfindən  əldə  edilən  ilkin 

gəlirlərin  cəmidir.  Apancı  Qərb  ölkələrində  alınan  gəlirlər  digər  ölkələrə  verilən 

gəlirlərdən çox olur. Ona görə də onlann milli gəlirləri ÜDM-a nisbətən çox olur. 

Məsələn, 2012-ci 

75 



ildə Almaniyada, Fransada, Yaponiyada və Avstriyada belə fərq 2,5-6 faiz civannda 

olmuşdur.  Azərbaycanda  isə  milli  gəlir  ümumi  daxili  məhsuldan  15  faiz  az 

yaranmışdır. Məhz buna görə ”ümumi daxili məhsul” göstəricisi ölkəyə mənsub olan 

gəlirləri  tam  əks  etdirən  göstərici  deyil.  Belə  ki,  ümumi  daxili  məhsulda  qalan 

dünyadan  (qeyri-rezidentlərdən)  alınmış  və  qalan  dünyaya  verilmiş  əmək  haqqı 

ödənişləri, mülkiyyətdən alınmış və mülkiyyətdən verilimş gəlirlər (Azərbaycanda 

onlann  həcmi  milyard  manatlarla  ölçülür),  fond  biıjalannda  qiymətli  kağızlann 

alqı-satqısı, alınmış və verilmiş transferlər (pensiyalar, müavinətlər, təqaüdlər, sosial 

sığortalar və bunlara uyğun digər ödənişlər) üzrə saldolar nəzərə alınmır (sonuncu 

əməliyyatlarda yeni dəyər yaranmır, onlann vasitəsi ilə mövcud maliyyə resurslannm 

yenidən  bölgüsü  həyata  keçirilir).  Yuxanda  qeyd  olunan  gəlir  növlərinin  və 

transferlərin saldosu “ümumi milli gəlir” göstəricisində öz əksini tapır. Ona görə də 

heç də hər zaman hökumətin məqsədi kimi ümumi daxili məhsulu artırmaq yox, milli 

mənafelər  baxımından  ümumi  milli  gəlirin  artıniması  qəbul  edilir.  “Ümumi  milli 

gəlir”  göstəricisi  “Ümumi  daxili  məhsul”  göstəricisindən  onunla  fərqlənir  ki,  bu 

göstərici  yerləşdikləri  ölkələrdən  asılı  olmayaraq,  bütün  milli  müəssisələrin 

fəalİ

3^ətinin nəticəsini özündə əks etdirir. Ölkənin ümumi milli gəliri ümumi daxili 



məhsuldan həmin ölkənin xaricdəki resurslanndan istifadədən daxil olan gəlirlərin və 

xarici  ölkələrin  analoji  resurslanndan  ölkədə  istifadəsindən  xaricilərin  apardıqlan 

gəlirlərin  saldosu  qədər  fərqlənir.  Bu  saldo  müsbət  olduqda  ölkənin  milli  gəliri 

ümumi  daxili  məhsuldan  çox  olur  və  əksinə.  Adətən  “ümumi  daxili  məhsul” 

göstəricisi  “ümumi  milli  gəlir”dən  çox  və  az  olur.  Dövlətstatkom  mülkiyyətdən 

gəlirlərə (alımmış və verilmiş) aşağıdakılan daxil edir: 

-faizlər, dividendlər; 

-birbaşa  xarici  investisiyalar  hesabına  əldə  edilən  mənfəətin  reinves-  tisiya 

edilmiş hissəsindən daxil olmalar

-renta; 


-müəssisə  (kvazikorporasiya)  sahibləri  tərəfindən  götürülmüş  gəlirlər; 

-sığorta polisləri sahibkarlanna aid edilən mülkiyyətdən gəlirlər (45, 

S.14) 

Resurslardan istifadəyə görə gəlirlərin saldosunun müsbət və mənfi olması, 



bir qayda olaraq, xaricdə kapital qoyuluşundan ölkəyə daxil olan (çıxan) mənfəətdən, 

xaricdə  işləyən  ölkə  vətəndaşlannm  öz  ölkəsinə  köçürdükləri  əmək  haqqından  və 

digər bunlara bənzər gəlirlərdən asılıdır. 

Ümumi  daxili  məhsul  və  ümumi  milli  gəlir  göstəriciləri  kifayət  qədər  eyni 

tərkibli  göstərici  deyil  ki,  ayrı-aynlıqda  inkişaf  modelinin  qiymətləndirmə  meyan 

kimi qəbul olunsunlar. Belə ki, ümumi daxili məhsulun tərkibinə ölkədən çıxanlan 

mənfəət, əmək haqqı və digər aktivlər də daxil edilir. 

76 



Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   224




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə