Avroasiya İnkişaf Bankının tədqiqatçılan MDB ölkələrinin Avropanın
səviyyəsindən geri olmalanm keçid dövrü ilə üzah edirlər. Ancaq Rusiyada,
Qazaxıstanda və Ukraynada, onlann fikrincə, əmək məhsuldarlığı yüksək templə
artmışdır. 2010-cu ildə Ukraynada əmək məhsuldarlığı alıcılıq qabiliyyətinin
paritetliyinə görə hər işçiyə düşən ümumi daxili məhsul 16,7 min dollar, Rusiyada
48,7 min dollar, Belarusiyada 31,1 min dollar, Azərbaycanda isə 23 min dollar
olmuşdur. Müqayisə üçün qeyd edək ki, bu göstərici ABŞ-da 112,5 min dollara,
Fransada 92 min dollara, Avstiyada 91 min dollara bərabər olmuşdur.
Cədvəl 2.8
Azərbaycanda iş qüvvəsindən və investisiyalardan istifadənin faktiki
səmərəliliyinin dinamikası
S. s.
Göstəricilər
2005
2009
2010
1
Ümumi daxili məhsulun artımı, faizlə
100
203,6
213,8
2
0 cümlədən qeyri-neft sekrotu, faizlə
100
149,8
161,7
3
Əsas kapitala investisiyaların artımı, faizlə
100
153,4
186,0
4
0 cümlədən qeyri-neü sektoru, faizlə
100
311,2
360,6
5
İqtisadiyyatda məşğul olanlann artımı, faizlə
100
106,4
111,9
6
0 cümlədən qeyri-neft sektoru, faizlə
100
106,5
112,1
7
Əmək məhsuldarlığının artımı, faizlə
100
191,3
191,0
8
0 cümlədən qeyri-neft sektoru, faizlə
100
84,0
93
9
Kənd təsərrüfatında əmək məhsuldarlığının artımı
100
117,8
105
10
Emal sənayesində əmək məhsuldarlığının artımı
100
102,8
122,3
11
Əsas kapitala investisiyaların iqtisadi səmərəliliyi, man.
0,6^
0,26
0,16
0 cümlədən qeyri-neft sektoru, man.
0,27
0,06
0,11
Mənbə:
AP Dövbtstatkomun rəsmi nəşrlərinin informasiyaları əsasında müəllif
tərtib etmişdir. İnvestisiyaların və ümumi daxili məhsulun (iqtisadi sektorlar üzrə əlavə
dəyərin) həcmi 2005-ci ilin müqayisəli qiymətləri ilə zəncirvari indekslər metodu ilə
hesablanmışdır*2006-cı il.
Sənaye müəssisələrinin özəlləşdirilməsi, özəl sektorun inkişafı və yeni texnika
və texnologiyalann tətbiqi sənaye işçilərinin sayımn 2005-2010-cu illərdə cəmi 5 faiz
artmasına səbəb olmuşdur. Buna baxmayaraq, sənayedə məhsul istehsalı 2 dəfə,
tikinti işlərinin həcmi 3,6 dəfə artmışdır. İstehsalın artımına, təbii ki, texniki tərəqqi
faktorları da təsir etmişdir.
Əmək məhsuldarlığı göstəricisi bazar iqtisadiyyatlı ölkələrdə geniş tətbiq
edilir və istifadə olunur. Məsələn, bizim hesablamalarımıza görə əmək məhsuldarlığı
(valyutanm alıcılıq qabiliyyətinin paritetliyi əsasında hesablanan ÜDM) Qərbi
Avropa ölkələrində ABŞ-ın səviyyəsinin 80%-ni, (2012-ci il) təşkil edir. Yaponiya
ilə müqayisədə Avropa ölkələrində əmək məhsuldarlığı 18 faiz çox olmuşdur.
98