Depozit və əmanətlərin yanya qədərinin qeyri-maliyyə təşkilatlarına, yəni müəssisə
və təşkilatlara məxsus olması o deməkdir ki, sərbəst pul vəsaitlərini investisiya kimi
istifadə etmək zavod və fabriklərə də sərfəli deyil. Çünki ölkədə əsas kapitalın
səmərəlilik norması depozit stavkalan ilə müqayisədə bir neçə dəfə aşağıdır ki,
bunun da müxtəlif səbəbləri mövcuddur. Bu səbəblərin aradan qalduilması hökumət
tərəfindən kompleks tədbirlərin həyata keçirilməsini tələb edir.
5.5.
Amortizasiya ayırmalarından təyinatı üzrə istifadə edilməsi
Bazar iqtisadi sistemində investisiya fəaliyyətinin dövlət tənzimlənməsinin
bir çox iqtisadi mexanizmləri mövcuddur. İqtisadi planlaşdırma, amortizasiya
ayırmalan, vergi, pul-kredit və qiymət siyasəti belə tənzimləmə vasitələrindəndir.
Keçmiş SSRİ məkamnda amortizasiya ayırmalan xərc maddəsi kimi qəbul edilmişdir
ki, bu da onunla şərtlənirdi ki, onun məbləği bütünlükdə dövlətə məxsus idi. Vahid
amortizsiya fondu yaratmaqla dövlət ona investisiya mənbəi kimi sərəncam verirdi.
Bir müəssisədə formalaşmış amortizasiya məbləği digər müəssisədə investisiya
mənbəyi kimi istifadə olunurdu. Məhsullann satış qiymətləri dövlət tərəfindən təyin
olunduğu sosialist iqtisadi sistemində müəssisə zərərlə işləsə də hesablammş və
maya dəyərinə daxil edilmiş amortizasiya ayırmalan toxunulmaz şəkildə dövlətin
sərəncamına keçirdi. Yaradılan amortizasiya fondunun təyinatı müstəsna olaraq əsas
fondlarm alınması, bərpası və modernləşdirilməsi üçün istifadə etmək idi. Dövlət
tərəfindən vahid amortizasiya normalan əsas fondlann elementləri üzrə təsdiq
edilirdi və təsdiq olunmuş ölçülərdə tətbiqi məcburi xarakter daşıyırdı. Amortizasiya
ayırmalan normalan əsas vəsaitlərin normativ istismar müddətinin əsasmda müəyyən
edilirdi. Əsas fondlarm bu və ya digər elementinin istismarmm müəssisə üçün sərfəli
olub-olmaması nəzərə alınmırdı.
Azərbaycanda islahatlar dövründə amortizasiya ayırmalarmdan təyinatı üzrə
istifadəyə dövlət nəzarəti ləğv olundu. İndi amortizasiya fondu yaradılmır və
amortizasiya vəsaitləri mülkiyyət formasmdan asılı olmayaraq, müəssisələr
tərəfindən həm cari və həm də kapital xərcləri üçün istifadə olunur. Eyni zamanda
amortizasiya mənfəətdən verginin bazasım azaltmaq üçün təsərrüfat subyektlərinin
əlində sambalh vasitəyə çevrilmişdir. Amortizasiya ayırmalanmn hesabına
amortizasiya fondunun yaradılması ölkənin heç bir normativ-hüquqi aktmda təsbit
edilməmişdir. Ancaq 1995-ci ilin əvvəlində qəbul edilmiş «İnvestisiya fəaliyyəti
haqqında» Azərbaycan Res- publikasımn Qanununda amortizasiya ayırmalanmn
investisiya fəaliyyətinin maliy>'ə mənbələrindən biri kimi nəzərdə tutulmuşdur
(Maddə 9). Azərbay
420
can Respublikasının yuxanda adı çəkilən qanununun 11-ci maddəsində göstərilir ki,
amortizasiya siyasəti investisiya fəaliyyətinin dövlət tənzimlənmə vasitələrindən
biridir. Qanuna görə amortizasiya üzrə güzəştlər nəzərdə tutula bilər. Bu güzəştlər
ayn-ayn iqtisadi sahələr, əsas fondlann və avadanlığın müxtəlif növləri və
elementləri üçün dəyişkən və fərqli müəyyən edilə bilər. Bütün bu müddəalan əsas
tutaraq, digər ölkələrdə olduğu kimi, Azərbaycanda da bazar iqtisadiyyatınm
tələblərinə cavab verən bir sistem yaratmaq olar. Amortizasiya sisteminin mahiyyəti
isə, bir tərəfdən, amortizasiya ayırmalanmn hesablanma norma və metodlanm, digər
tərəfdən, amortizasiya fondundan istifadənin dəqiq qaydasının müəyyən
edilməsindən ibarətdir. Beləliklə, amortizasiya ayırmalanndan ancaq investisiya
üçün istifadə etmək, yəni onlann təyinatı üzrə istifadəsini bərpa etmək tələbi
«İnvestisiya fəaliyyəti haqqmda» qanundan irəli gəlir.
Xarici ölkələrin amortizasiya sisteminə aid təcrübəsi üzərində bir qədər ətraflı
dayanmaq istərdik. Beynəlxalq standartlara görə amortizasiya siyasəti amortizasiya
fondunun formalaşdınimasım və əsas fondlann təkrar istehsalını təmin edə bilən
məbləğdə vəsaitlərin yığılmasmı təmin etməlidir. İnkişaf etmiş ölkələrdə
müəssisələrin mənfəətindən vergi və amortizasiya ayırmalanmn hesablanmasının
norma və metodlan vahid sistem halmda fəaliyyət göstərirlər. Bu ölkələrdə
amortizasiya ayırmalan ancaq kapital qoyuluşunun maliyyələşmə mənbəi kimi
istifadə olunur və amortizasiya sistemi əsas fondlann sürətli təzələnməsini təmin
edən güclü vasitədir (57, s.341). Firmalara yüksək normalar əsasında sürətli
amortizasiya həyata keçirməyə ancaq dövlət icazə verir.
Adətən əsas fondlann aktiv növləri üzrə sürətli amortizasiyaya icazə verilir.
Məsələn, ABŞ-da amortizasiya normalannm dəyişdirilməsi, maşın və avadanlıqlann
silinməsi, mənfəətdən vergilərdən investisiya kreditlərinin güzəştləri xüsusi
amortizasiya qanunvericiliyi ilə tənzimlənir. Con Kennedi- nin prezidentlik
dövründən başlayaraq Amerika hökuməti sürətli amortizasiya vasitəsi ilə əsas
kapitalın avadanlıq hissəsinin modemizasiya edilməsi məqsədilə dövlət siyasəti
həyata keçirir. Amortizasiya ayırmalanmn avadanlığa investisiya məqsədi ilə istifadə
olunan hissəsi vergilərdən azad edilir (74,
S.61).
2011-ci ildə alınmış avadanlıqlann
100 faiz, 2012-2013-cü ildə alınmışlann 50 faizinin silinməsi imkam yaranmışdır.
Kommersiya kreditinin azalması investisiyalann aşağı düşməsinə səbəb
olmuşdur. İnformasiya üçün qeyd edim ki, ABŞ-ın dövlət büdcəsindən əsas kapitalın
formalaşmasına aynlan vəsaitin xüsusi çəkisi çüzidir. O da əsasən elmi tədqiqat və
təcrübə-konstruktor işləmələri üçün aynlır. İnvestisiyalann stimullaşdıniması əsasən
mənfəət vergisinin azaldılması, güzəştli amortizasiya və texnologiyaların inkişafı
üzrə digər tədbirlər vasitəsi ilə həyata keçirilir. XX əsrin 90-cı illərinin əvvəllərində
Yaponiyada əsas kapi
421