məqsədli hesab, yaxud subhesab (02 saylı hesaba) daxil etmək vacibdir. Həmin
hesablar balans hesablan olmalıdır (37, №2). Amortizasiya ayırmalan müəssisələrin
gəlirlərindən istehlak edilmiş əsas vəsaitləri bərpa etmək məqsədi ilə yenidən istehsal
prosesinə daxil edilməlidir. Amortizasiya ayırmala- nnın hesablanmasında açıq
metodun tətbiqi bu sahədə müəssisələrin müstəqilliyini artmr. Hal-hazırda
Azərbaycanda amortizasiya ayırmalanmn nor- malan «Azərbaycan Respublikasımn
Vergi Məcəlləsi» ilə (maddə 114) əsas vəsaitlərin növləri üzrə onlann normativ
istismar müddətindən asılı olmayaraq müəyyən edilmişdir. Əsas fondlann növləri
üzrə Vergi Məcəlləsi ilə təsdiq edilmiş normalann seçimində müəssisələr
sərbəstdirlər. Həmin norma- lann tətbiqi isə hamı üçün məcburidir.
Müəssisələrdə amortizasiya ayırmalanmn hesablanması sxeminin op-
timallaşdırılması böyük əhəmiyyət kəsb edir. Dünya ölkələrinin çoxunda ay- nca
xidmət növü kimi bu işləri əmlak qi)anətləndiriciləri həyata keçirirlər.
Amortizasiyamn optimallaşdıniması vergi islahatlannm tərkib hissəsi kimi qəbul
edilməlidir. Beynəlxalq standartlarda və Azərbaycanın Milli Hesablar sistemində
ümumi investisiyalarm xalis investisiyalardan və amortizasiya ayırmalarmdan ibarət
olması nəzərdə tutulur. Əgər ümumi investisiyalardan amortizasiya ayırmalan
çıxılarsa, qalan hissə xalis investisiyalar hesab edilir.
5.6.
İqtisadi inkişafda vergilərin stimullaşdırıcı funksiyasınm
gücləndirilməsi
Apardığumz tədqiqatlar göstərir ki, iqtisadiyyatın mövcud ehtiyat- lanndan və
əldə olıman gəlirlərindən tam və səmərəli istifadə etmək əsasında daxili
investisiyalann həcmini daha da çox artırmaq mümkündür. Daxili ehtiyatlann
investisiya üçün səfərbər etməyin mühüm vasitələrindən biri vergilərdir. Mahiyyət
etiban ilə hökumətin vergi siyasəti, bir tərəfdən, fiskal təyinatlı olur, digər tərəfdən
iqtisadi inkişafın stimullaşdıniması vəzifəsini həyata keçirməyi təmin edən əsas
mexanizmlərdəndir. Vergi siyasətinin bu iki istiqamətinin optimal nisbəti
zaman-zaman dəyişilir. Öncə oxuculann diqqətini birinci istiqamətə cəlb etmək
istərdik. Dövlət fiskal mexanizmlər vasitəsilə gəlirlərin dövlət, təsərrüfat subyektləri
və ev təsərrüfatlan arasmda ədalətli bölgüsünü təmin edə bilir. Burada istərdim ki,
akademik Ramiz Mehdiyevin «Azərbaycan» qəzetində (16.01.2008) dərc olunmuş
bir fikrini diqqətə çatdırım. O, yazır: «2007-ci il milli iqtisadiyyatın
liberallaşmasında müəyyənedici mərhələ olmuşdur. Tədbirlərin bütöv bir kompleksi,
o cümlədən... dövlət xərclərində prioritetlərin orientasiyasım yüksək iqtisadi sə
424
mərəni, rentabelliyi təmin edən və gəlirlərin bölgüsünü yaxşılaşdırmağa imkan verən
sahələrin xeyrinə dəyişməsi, həqiqətən inqilabi dəyişikliklər olmuşdur və onlar...
milli iqtisadiyyatın səmərəli inkişafına şərait yaradacaqdır». Bu tədbirlər kompleksi
sırasından vergilərlə bilavasitə əlaqəli olan gəlirlərin yaranması və bölüşdürülməsi
müddəasının üzərində bir qədər ətraflı dayanmaq istərdik. 5.8 saylı cədvəldən
görünür ki, 2010-cu ildə ölkənin istehsal və xidmət sektorlannda 39,6 milyard manat
məbləğində əlavə dəyər yaranmışdır. Hökumət tərəfindən həyata keçirilən tədbirlər
nəticəsində bu gəlirdən işçilərin əməyinin ödənilməsinə yönəldilən hissə 2005-ci illə
müqayisədə 4 milyard manat artmasına baxmayaraq, ümumi əlavə dəyərdə onun
xüsusi çəkisi 24,4 faizdən 17,2 faizə qədər azalmış, təsərrüfat subyektlərinin payı isə
74,8 faizdən 82,3 faizə qədər artmışdır. Cədvəldə əks olunan «ümumi mənfəət»
(qanşıq gəlirlər) göstəricisi, əvvəllər deyildiyi kimi, işçilərin əmək haqqım və
istehsala görə vergilərin ödənilməsi ilə əlaqədar olan xərclərin məbləği çıxıldıqdan
sonra istehsalçılarda qalan əlavə dəyəri göstərir. Buraya ev təsərrüfatlanna məxsus
olan müəssisələrin əldə etdiyi mənfəət və bu müəssisələrdə çalışan mülkiyyətçilərin
yerinə yetirdikləri işlərə görə al- dıqlan maaşda daxil edilir. Gəlirlərin yaranma
mərhələsində təsərrüfat subyektlərinin və ev təsərrüfatlannm da ümumi mənfəəti
(qanşıq gəlirlər) 24,4 milyard manata qədər çoxalmışdır. Gəlirlərin bölgüsündə
diqqət yetirməli mühüm bir meyl də dövlət gəlirlərinin xüsusi çəkisinin azalmasıdır.
Belə ki, 2010-cu ildə yaranmış əlavə dəyərin cəmisi 0,5 faizi ijkin bölgü mərhələsində
dövlətə çatmışdır.
Azərbaycan Respublikasında ilkin gəlirlərin dinamikası
və strukturu (cari qiymətlərlə, mln.man)
Cədvəl 5.8
2000
-ci il
2005-ci il
2010
-cu il
məbləğ
faiz
məbləğ
faiz
məbləğ
Faiz
1
. ümumi əlavə dəyər, cəmi, o
cümlədən
4427
100
11576
100
39589
100
- işçilərin əmək haqqı
1021
23,1
2821
24,4
6820
17,2
- istehsala vergilər
40
0,9
97
0,8
192
0,5
-təsərrüfat subyektlərinin və ev
təsərrü&tlarmm ümumi mənfəəti
(qanşıq gəlirlər)
3366
76,0
8658
74,8
32576
82,3
Mənbə:
«Azərbaycanın milli hesabları, «Dövlətstatkom, B., 2010, s. 49-58 əsasında
müəllif tərtib etmişdir.
425