391
ərəb-fars tərkiblərinin xeyli azalması, memarların, kalliqrafların,
miniatür rəssamlarının, əsərlərini klassik, mühafizəkar üslubda
yazmaqda davam edən şairlərin, bir çox alimlərin əsasən ölkə
xaricində fəaliyyət göstərməsi bu dövrün mədəniyyəti üçün
səciyyəvi olmuşdur. Tarix elmində yeni uğurlar qazanılmışdı.
Mədəniyyətin
inkişafı
üçün
şəraitin
müxtəlifliyi
baxımından fərqlənən XVI və XVII yüzilliklər xalqımızın
mədəni-tarixi
təkamülündə vahid, ziddiyyətli
İntibah
mərhələsinin xronoloji hüdudları hesab oluna bilər. İntibahın ən
başlıca əlaməti uzun, fasiləsiz, zəngin tarixə və mədəniyyətə ma-
lik olan xalqın mədəni-tarixi təkamül prosesində özünün antik
/qədim/ irsinə «qayıdışıdır», etnogenetik inkişaf prosesində
xalqın yeniləşməsidir, qədim irsin mühüm əlamətlərinin
«oyanışıdır». İntibahın digər əlamətləri /mədəniyyət faktlarının
dünyəvi səciyyə daşıması, humanizm və s./ də bu mədəni-tarixi
hadisə üçün səciyyəvidir. İntibah ziddiyyətli prosesdir.
Azərbaycan xalqının etnogenetik təkamülündə aparıcı rol
oynamış türklərin qədim irsi XV əsrin sonları– XVI əsrin
əvvəllərindən etibarən yenidən dirçəlməyə başladı. Halbuki bu
dövrə qədər türk irsi /dili, ədəbiyyat faktları, folklor və s./ poten-
sial imkanlarını tam şəkildə gerçəkləşdirməmişdi. Əgər XVI
əsrə qədərki tarixi mərhələdə Azərbaycan mədəniyyəti özünü
Şərq, müsəlman kontekstində təzahür etdirmişdisə, XVI-XVII
əsrlərin Azərbaycan İntibahı ümumtürk kontekstinə qayıdışla
səciyyəvi
olmuşdur.
Ümumtürk
İntibahının
mühüm
xüsusiyyətlərindən biri Yaxın və Orta Şərqdə XVI-XVII
əsrlərdə hakim mövqelər tutaraq, uzunmüddətli qarşıdurma
şəraitində olmuş Osmanlı və Səfəvi dövlətlərinin timsalında türk
siyasi birliklərinin sabitləşməsi prosesi idi (türk mənşəli
Şeybanilər və Moqollar dövlətləri də dövrün önəmli siyasi
qurumlarından olmuşdur).
XVI əsrdə iqtisadi sahədə baş vermiş yüksəliş prosesi
Azərbaycan İntibahının möhkəm maddi əsası olmuşdur. İqtisadi
yüksəlişə xeyli mənada şimali və cənubi Azərbaycan
vilayətlərinin vahid, mərkəzləşmiş
Səfəvilər
dövləti
hüdüdlarında birləşdirilməsi təkan vermişdi. İqtisadi inteqrasiya
392
prosesinin güclənməsi Azərbaycan mədəniyyətinin vahid bir sis-
tem kimi inkişafını təmin edirdi.
XVI-XVII
əsrlərdə
Azərbaycan
İntibahı
Səfəvilər
imperiyası hüdudlarında türk dilinin hakim rol oynaması ilə
səciyyəvi olmuşdur. Bu dövrdə Azərbaycan dili və ədəbi dilinin
inkişafında dönüş yarandı, yeni dövr başlandı, XVI əsrin
sonlarından başlayaraq türk dillərində differensiasiya prosesi
aydınlaşmağa başladı.
Ədəbiyyat sahəsində bu İntibah türk dilində yazılmış
bədii əsərlərin xeyli artması ilə səciyyəvidir. Şah İsmayıl Xətai,
Məhəmməd Füzuli, Fədai Təbrizi, Məhəmməd Əmani,
Hemətullah Kişvəri, Həqiri Təbrizi kimi şairlərin Azərbaycan
/türk/ ədəbi dilinin inkişafında rolu mühüm olmuşdur.
XVI-XVII əsrlərdə incəsənətin bir çox sahələrində
/miniatür rəssamlığı, dekorativ və tətbiqi sənət, plastika,
memarlıq, musiqi və s./ islamaqədərki inamların, qədim türk
irsinə, dünyagörüşünə «müraciətin» səciyyəvi olduğu obyektiv
fakt idi.
Azərbaycan İntibahının mühüm təzahürlərindən biri fol-
klorun güclü tərəqqisi və onun klassik, rəsmi üslublara mühüm
təsiri olmuşdur. Azərbaycan eposunun çoxşaxəli qaynaqlarına
və əsrlərin dərinliyinə gedən, qədim kökə bağlı olan «Şah
İsmayıl», «Koroğlu», «Aşıq Qərib», «Abbas və Gülgəz», «Əsli
və Kərəm» dastanları XVI-XVII əsrlərin «məhsuldar dövrünun»
folklor faktlarıdır.
XVI-XVII əsrlərdə vahid, qanunauyğun proses olan
Azərbaycan mədəniyyətinin təkamülündə yeni dövr başlandı.
Həmin dövrdən etibarən yeniləşən Azərbaycan mədəniyyət sis-
temi XVI əsrə qədərki bütün tarixi dövrlərin mədəni dəyərlərinə
istinadlanmışdı.
XVIII yüzillikdə Azərbaycan mədəni həyatının bütün
sahələri qeyri-qənaətbəxş inkişaf zəminində olmuşdur. Lakin
XVIII əsr Azərbaycan mədəniyyətinin təkamülü prosesində
bənzərsizliyi ilə seçilən mərhələdir. Artıq bu mərhələdə
aydınlaşdı ki, mədəniyyətimizin
əski
zəmində (feodal
münasibətləri şəraitində), qapalı şəraitdə inkişaf imkanları
393
tükənmişdir.
Azərbaycan
cəmiyyətinin,
mühitinin,
mədəniyyətinin normal inkişafı üçün yeni zamanın tələbatlarına
uyğunlaşmaq zərurəti yetişmişdir. Artıq XVIII əsrin sonlarına
doğru Osmanlı dövləti əski əzəmətini itirmişdi, yeni inkişaf yo-
luna qədəm qoymuş) Avropa dövlətləri və Rusiya yeni xammal
mənbələri və satış bazarları əldə etmək uğrunda kəskin
mücadiləyə başlamışdılar. Rusiya və Avropa dövlətləri tarixin
orta çağlar mərhələsində qapılıb qalmış, başlıca olaraq siyasi
pərakəndəlikdən əziyyət çəkən Şərq ölkələrini (eləcə də
Azərbaycanı) iqtisadi və hərbi-siyasi təcavüz obyekti kimi
seçmişdilər.
Coğrafi
yaxınlıq
ucbatından XVIII əsrin
sonlarından etibarən Azərbaycan Rusiya imperiyasının təcavüz
obyektinə çevrildi. Yeni (XIX) əsrin əvvəllərindən başlayaraq
vətənimizin əraziləri «şimal imperiyası»nın tərkibinə ilhaq
olunmağa başlandı. Siyasi müstəqillik imkanlarını itirmiş
Azərbaycanın həm ictimai-iqtisadi, həm də mədəni inkişaf
istiqamətləri müəyyən dərəcədə dəyişdi. Lakin Azərbaycan
mədəniyyətinin çoxəsrlik təkamül tarixi, xalqın zəngin mədəni-
mənəvi potensialı yeni əsrdə də onun bənzərsizliyini, spesifik-
liyini, etnik (milli) zəmində təkamülünü təmin edən möhkəm
təməl idi.