Эириш-Хейирбяй



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə130/143
tarix15.07.2018
ölçüsü2,08 Mb.
#55672
1   ...   126   127   128   129   130   131   132   133   ...   143

 

 

388 



qonşu dövlətlər müstəqil, tamhüquqlu dövlətin hökmdarları kimi 

tanımadılar  və 1359-cu ildə  Azərbaycan  ərazisi  Şeyx  Üveys 

(1360-1374)  tərəfindən  Cəlairidər  dövlətinin  tərkibinə daxil 

olundu. Bu hökmdarın  dövründə  Azərbaycanın  mədəni 

həyatında  nəzərəçarpacaq canlanma baş verdi. Cəlairilərin 

Azərbaycanda  hökmranlığı 1410-cu ilədək davam etdi. 

Cəlairilər  dövlətinin  də  başlıca  mərkəzi  Azərbaycan  olmuş, bu 

isə  ölkənin sabit mədəni  tərəqqisini  təmin  etmişdir. XIII-XIV 

əsrlərdə  də  Şirvanşahlar  dövləti regionda bir-biri ilə  amansız 

çəkişmələrdə olan dövlətlərdən asılı olmamaq uğrunda mübarizə 

aparmış,  ölkənin  şimal  vilayətlərinin  qismən sabit mədəni 

inkişafına  müəyyən  şərait  yaratmışdır.  Azərbaycan  mədəniyyət 

xadimləri bu yüzlliklər  ərzində  də  Yaxın  və Orta Şərqin elmi, 

mədəni həyatında konkret zaman və məkan hədlərinə sığmayan 

əməlləri ilə aparıcı mövqelər, şöhrət qazanmışdılar. 

XIV  əsrin  sonlarına  doğru  Yaxın  və Orta Şərqdə  hərbi-

siyasi vəziyyət yenidən  əsaslı surətdə dəyişdi və bu dəyişmə re-

gionun (xüsusilə  Azərbaycanın)  mədəni  həyatına  təsirini 

göstərdi.  Qızıl Orda xanlarının,  Əmir Teymurun hökmranlıq 

iddialarının  toqquşduğu  başlıca  məkan  Azərbaycan  olmuşdur. 

Hərbi  yürüşlərin, feodal çəkişmələrinin, qarət və  talanların əsas 

obyektinə  çevrilmiş  Azərbaycan  elmdə,  ədəbiyyatda,  fəlsəfədə 

rəsmi,  mühafizəkar  baxışlara  əks olan müxalif  təlimlərin, dahi 

şəxslərin  vətəni,  fəaliyyət  məkanı kimi tanındı. XV əsrin 

Azərbaycan  mədəni  mühiti  hürufiliklə,  Fəzlullah  Nəiminin  və 

İmadəddin  Nəsiminin  ədəbi-fəlsəfi  fəaliyyəti, Qaraqoyunlu və 

Ağqoyunlu  dövrünün  mədəni  yüksəlişi,  Şirvanşahların  əzəmətli 

saray kompleksi və bir çox  mədəni  dəyərləri  ilə  diqqəti  cəlb 

edir. Bu yüzillikdə  Azərbaycan  torpaqları Qaraqoyunlu, 

Ağqoyunlu  və  Şirvanşahlar  dövlətlərinin  tərkibində  olmuş, 

həmin dövlətlərin hərbi-siyasi qüdrəti Azərbaycanın potensialına 

əsaslanmışdır.  Azərbaycanın bu dövlətlərin  mərkəzi,  aparıcı 

qismi  olması  mədəniyyətimizin  müxtəlif  sahələrinin  (xüsusilə 

ədəbiyyatın,  memarlığın,  təsviri  sənətin)  inkişafını  təmin 

etmişdir. XV əsr  Azərbaycan  tarixində siyasi sabitliyə  doğru 

güclənməkdə olan meyllə 

əlamətdardır. Bu yüzillik 



 

 

389 



Azərbaycanın siyasi-iqtisadi, mədəni    həyatında yeni yüksəliş 

dövrüdür.  Əbdülqadir  Marağayı,  Cahanşah  Həqiqi,  İmadəddin 

Nəsimi,  Təbriz  miniatür  məktəbi, bu şəhərdə  inşa  olunmuş 

«Həşt-behişt»  saray kompleksi, qızılbaş  ideologiyası, islam 

Şərqinin  mədəniyyət  mərkəzlərindən biri kimi Təbriz  şəhərinin 

yenidən  ön  mövqeyə  keçməsi, Seyid Yəhya Bakuvi bu tarixi 

dövrün  mühüm  Azərbaycan  mədəniyyət  faktları idi. XV  əsrdə 

də  Azərbaycan  qonşu  ölkələrin  hökmdarlarının  (əsasən 

Teymurilərin)  hərbi  yürüşlərinin obyekti olmuş  və bu yürüşlər 

nəticəsində  Azərbaycan    mədəniyyət  xadimlərinin  müəyyən 

qismi Herata aparılmış, bu dövlətin  paytaxtında  yaradıcılıq 

imkanlarını  gerçəkləşdirmişdir.  Əsrin  sonlarına  doğru  bölgədə 

yeni  hərbi-siyasi situasiya yarandı.  Qərbdən  (Osmanlı  dövləti 

istiqamətindən)  və  Şərqdən (Teymuri müdaxilələri) aramsız 

təzyiqlərdən  hərbi-siyasi  potensialı  tükənmiş, daxili çəkişmələr 

nəticəsində  zəifləmiş  Ağqoyunlu  hakimiyyəti  şiə-qızılbaş 

hərəkatının,  Səfəvi  xanədanının  getdikcə  güclənən  və  geniş ic-

timai dəstəyə əsaslanan təzyiqləri qarşısında ideoloji, hərbi siya-

si  cəhətdən  tərksilah olundu. Azərbaycan yeni –  Səfəvilər 

dövlətinin  mərkəzi oldu. Azərbaycan  Səfəvilər  dövləti  Şərq, is-

lam  və  xüsusilə  türk  mədəni irsinin qorunması  və  inkişaf 

etdirilməsi prosesinin mühüm təminatçısına çevrildi. 

XVI-XVII 

əsrlər 


Azərbaycan 

xalqının, onun 

mədəniyyətinin  təkamülü  prosesində  əsaslı  keyfiyyət  mərhələsi 

kimi  qiymətləndirilə  bilər.  Azərbaycan  mədəniyyətinin  həmin 

yüzilliklərdəki  ziddiyyətli  inkişafı, bu inkişafın  səciyyəvi 

xüsusiyyətləri XVI əsrə qədərki çox əsrlik mədəni-tarixi inkişaf 

prosesi  ilə  şərtlənmişdi. Bu dövrün  mədəniyyəti  habelə XVII 

əsrdən sonrakı mədəni-tarixi tərəqqi üçün möhkəm zəmin idi. 

Şərq,  türk  və islam mədəni    dəyərlərinin  daşıyıcısı olan, 

özünəməxsus  təkamül yolu keçmiş  Azərbaycan  xalqının 

özgünləşməsi  və yeniləşməsi prosesi XV əsrin  sonlarından 

başlanmışdır. Bu mədəni-tarixi proses XVI-XVII  əsrlərdə daha 

da güclənmiş və mədəniyyət faktlarında /ədəbiyyat və incəsənət, 

dil  və  ədəbi dil, folklor, fəlsəfə  və elm, maarif/ bariz surətdə 

aşkara çıxmışdır. 



 

 

390 



Azərbaycan  xalqının etnogenetik təkamülündə  yeniləşmə 

prosesinin  uğurlu  gedişini XVI əsrdə  Səfəvilər  dövləti  təmin 

etmişdir. Bu yüzillikdə bütün Azərbaycan torpaqlarının nisbətən 

vahid, 


mərkəzləşdirilmiş siyasi qurumda birləşməsi 

mədəniyyətin  uğurlu  inkişafına, xalqın etnik konsolidasiyasına 

həlledici təsir göstərmişdir. 

Mədəniyyətin  tərəqqisi xeyli mənada  ölkə  daxilində  baş 

vermiş ictimai-iqtisadi, siyasi proseslərdən, ideoloji amillərin 

təsir dairəsindən asılı idi. Ümumdünya əhəmiyyətinə malik olan 

Böyük coğrafi kəşflər və XVI əsrin əvvəllərindən XVII əsrin 40-

cı  illərinədək  baş  vermiş  Osmanlı-Səfəvi  müharibələri (bu 

müharibə Nadir şah  Əfşarın  hakimiyyəti  zamanında  –1746-cı 

ildə  başa  çatdı)  də  Azərbaycan  mədəniyyətinin  inkişafına 

mühüm  təsir  göstərmişdi.  Azərbaycanın  mədəni  potensialının 

/ədib, rəssam, xəttat, memar və s./ Yaxın və Orta Şərq regionuna 

səpələnməsi  bilavasitə  Osmanlı-Səfəvi  qarşıdurmasının  labüd 

nəticəsi idi. Lakin neqativ proseslər 

məcmusunun 

nəzərəçarpacaq 

təsiri 

labüd olaraq güclü 



Azərbaycan 

mədəniyyətinin təşəkkülünə səbəb oldu. Güclü potensiala malik 

olan Azərbaycan ədəbiyyatı, incəsənəti, elmi, fəlsəfəsi Yaxın və 

Orta  Şərq  mədəniyyətinin  inkaşafına da mühüm  təsir 

göstərmişdir. XVI əsrin Azərbaycan mədəniyyəti dünya mədəni 

sisteminə  Şah  İsmayıl  Xətai,  Məhəmməd  Füzuli,  Məhəmməd 

Əmani kimi ədibləri,  əzəmətli  və  mükəmməl  Təbriz  miniatür 

məktəbini,  memarlığın, musiqinin, folklorun, xəttatlığın  və s. 

mühüm uğurlarını əlavə etdi. 

XVII  yüzillik  Azərbaycan  mədəniyyətinin  inkişafı  üçün 

əlverişli deyildi. XVI əsrin  sonlarından  etibarən  mədəniyyətin 

inkişafı  prosesində  Səfəvilər  dövlətinin rolu azaldı. Obyektiv 

(hərbi-siyasi)  səbəblər üzündən dövlət paytaxtının 1598-ci ildə 

İsfahana  köçürülməsi,  başlıca  Azərbaycan  vilayətlərinin 

Səfəvilərin  nəzarətindən  çıxması bu neqativ halın  əsasında 

dayanırdı. Azərbaycan mədəniyyətinin inkişafı zərurət və tələbat 

üzündən daha demokratik zəminə  keçdi  (yəni  xalqın 

təşəbbüsünə  arxalanırdı). Folklorun, dekorativ-tətbiqi  sənət 

növlərinin  xüsusilə  güclü  tərəqqisi,  Azərbaycan  ədəbi  dilində 



Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə