Эириш-Хейирбяй



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə129/143
tarix15.07.2018
ölçüsü2,08 Mb.
#55672
1   ...   125   126   127   128   129   130   131   132   ...   143

 

 

384 



                                                                                                                             

 



NƏTİCƏ 

 

Orta çağlar Azərbycan xalqının, mədəniyyətinin təkamülü 

prosesində zənginliyi, ziddiyyətliliyi,  bənzərsizliyi ilə fərqlənən 

böyük tarixi mərhələ    olmuşdur.  Eramızın III əsrinə  doğru 

Azərbaycan  mədəni  inkişaf  səviyyəsi,  potensialı    baxımından 

Şərqin  aparıcı  ölkələri  sırasında idi. Vətənimiz  insanın  əmələ 

gəlməsi, ilkin cəmiyyətlərin,  qədim  dövlətlərin  yaranması 

mərkəzlərindən,  ocaqlarından biridir. Araşdırma  obyektinə  

çevrilmiş  dövrdə  tədricən  formalaşmaqda olan Azərbaycan  

xalqı  Şərq, islam və  türk  mədəni  dəyərlərinin    bənzərsiz 

örnəklərini 

yaratmışdır. 

Təqdim olunan monoqrafiyada 

Azərbaycan  mədəniyyətinin    təkamülü prosesi VII əsrin ilk 

onilliklərindən,  yəni  ərəb  işğalları, bir çox  Yaxın  və Orta Şərq 

xalqlarının  (eləcə  də  Azərbaycan  xalqının),  islamlaşması 

dövründən  izlənilir. Lakin xalqımızın  islamaqədərki  mədəni 

keçmişi  vardır.  İslam dinini artıq VII əsrin ilk onilliklərindən 

qəbul etmiş Azərbaycan əhalisinin (xalqının)   mədəni – mənəvi 

həyatında,  düşüncə  tərzində  islamaqədərki dini baxışların 

(bütpərəstlik, 

atəşpərəstlik, 

xristianlıq), 

adət-ənənələrin 

yüzilliklər boyu yaşarı  olduğu  şübhəsizdir.  Azərbaycan tarix-

inin, mədəniyyətinin islamaqədərki təkamül mərhələsinə doğma 

münasibətin  formalaşdırılmasına,  həmin tarixi mərhələnin daha 

dərindən araşdırılmasına kəskin ehtiyac vardır. 

Azərbaycanın islamlaşması, islam mədəni-tarixi sisteminə 

daxil olması, xeyli müddət ərzində vahid dövlət (Ərəb Xilafəti) 

daxilində  inkişaf  etməsi  xalqın etnik, mədəni  baxımdan 

bütövləşməsinə  yardım  etmiş  mühüm amil idi. Halbuki ərəb 

işğalına  qədərki  dövrdə  ölkənin  cənub  və  şimal  vilayətlərinin 

müxtəlif  dövlətlər (Atropatena, Albaniya, Sasanilər  imperiyası) 

tərkibində  olması,  əhalinin  müxtəlif  dinlərə  tapınması 

(bütpərəstlik,  atəşpərəstlik,  xristianlıq)  həmin konsolidasiya 

(bütövləşmə) prosesini ləngidirdi.  Təqribən XII əsrə  qədərki 

dövrdə  Azərbaycan  mədəniyyəti  Yaxın  və Orta Şərq  xalqları 

üçün ümumi olan «müsəlman mədəniyyəti» sisteminin daxilində 

inkişaf etmiş, həmin mədəniyyət xəzinəsini özünəməxsus, nadir 

dəyərlərlə  zənginləşdirmişdir.  İspaniyadan  Hindistanadək bir 



 

 

386 



çox  ölkələri  və  xalqları  hərbi  və ideoloji (dini) baxımdan tabe 

etmiş  ərəblər  fəth  olunmuş  böyük  ərazidə  yaşayan  xalqların 

(eləcə də Azərbaycan xalqının) VII əsrə qədərki zəngin mədəni

siyasi, iqtisadi potensialının 

təsirinə 

məruz 


qaldılar. 

Mədəniyyətlərin  qarşılıqlı  təsiri  prosesində  Azərbaycanın rolu 

və  mövqeyi  mühüm  olmuşdur.  Ərəb  Xilafətinin  tənəzzülü  və 

süqutu,  yerlərdə  müstəqil siyasi qurumların  yaranması  və 

möhkəmlənməsi prosesi çox uzun çəkdi. Bir imperiya 

dağılmamış yeni (Səlcuqilər) imperiya yaranmağa başladı və bu 

proses  Azərbaycanın  (eləcə  də bir çox islam Şərqi  ölkələrinin) 

böyük  bölgə  daxilində  mədəni-tarixi  təkamülünü  təmin etdi. 

Siyasi  müstəqilliyini  müxtəlif  vasitələrlə qoruyub saxlamış 

Şirvanşahlar  dövləti bu dövrdə  Azərbaycan  mədəniyyətinin 

mühüm inkişaf mərkəzlərindən olmuşdur. Atabəylər (Eldənizlər) 

dövləti (1136-1225) nəzərdən  keçirilən  dövrün  güclü siyasi 

gərçəkliklərindən idi və Azərbaycanın mədəni baxımdan uğurlu 

tərəqqisini  təmin  etmişdi.  Ədəbiyyatda  Əfzələddin Xaqani 

Şirvani, Nizami Gəncəvi  zirvələri,  görkəmli  Azərbaycan 

alimləri,  filosofları,  memarlıq  inciləri  və s, bu ziddiyyətli, 

böyük tarixi dövrün  faktlarındandır.  Ərəb  işğalından XII əsrin 

sonunadək olan uzun, ziddiyyətlərlə  zəngin,  dövlətlərin  və 

imperiyaların  yaranışı,  inkişafı,  tənəzzülü  və  süqutu, daxili 

(Azərbaycan  miqyaslı)  və regional səciyyəli  çəkişmələri, etnik 

və dini, mədəni və ideoloji səciyyəli prosesləri ilə fərqlənmiş ta-

rixi  mərhələdə  Azərbaycan  mədəniyyəti  öz  təkamülünün yeni, 

keyfiyyətcə daha zəngin səviyyəsinə çatmış, dünya mədəniyyəti 

xəzinəsinə elmin, ədəbiyyatın,  incəsənətin  müxtəlif  sahələrində 

fərqlənmiş    dahilərin  bənzərsiz irsini əlavə  etmiş,  Şərq-islam-

türk  mədəniyyəti    məcmusunu  Azərbaycan  özəllikləri  ilə 

zənginləşdirmişdir.  Azərbaycanın antik dövrünün,  atəşpərəstlik 

və  xristianlıq  mərhələsinin  mədəni  dəyərlər  sisteminə islami 

dəyərlər,  ərəb  dünyası  vasitəsi  ilə  isə  qədim yunan və Roma 

mədəni  faktları da əlavə olundu. Azərbaycan bu zaman 

kəsimində də dünyada baş vermiş mədəni inteqrasiya prosesinin 

ən fəal obyekti və subyekti olmuşdur. 




 

 

387 



XIII-XIV  əsrlərdə  Azərbaycan  mədəni  həyatı regional 

miqyaslı  hərbi-siyasi  hadisələrin  böyük  təsiri  şəraitindən  asılı 

idi. Monqol işğalçılarının talan və qarətləri, mədəniyyət ocaqları 

olan  Azərbaycan  şəhərlərinin  tənəzzülü XIII əsrin ikinci 

yarısının gerçəkliklərindən olmuşdur. 1256-cı ildə Azərbaycanın 

ictimai-iqtisadi, siyasi, mədəni  potensialına arxalanaraq, bu 

ölkəni mərkəz seçərək yeni dövlət (Hülakular-Elxanilər) qurmuş 

monqollar  dağıdıcılıq  fəaliyyətindən  yaradıcılıq yoluna əsaslı 

dönüş  etdilər.  Azərbaycanın  mədəni  həyatında yeni canlanma 

məhz bu  zamandan başlandı. XIII əsrin  sonlarında- XIV əsrin 

əvvəllərində  monqolların  (və onlarla birgə  kütləvi  surətdə yeni 

ərazilərdə  məskunlaşmış  türk  tayfalarının) islam dinini qəbul 

etməsindən sonra onların yerli türklərlə bütövləşməsi prosesinin 

əsası qoyuldu. Fəth  olunmuş  Azərbaycana yeni vətən kimi 

yanaşan  Elxanilər  şəhər  həyatının,  iqtisadiyyatın,  ticarətin, 

mədəniyyətin  inkişaf  etdirilməsi  qayğısına  qalmağa  başladılar 

və bu hal Elxanilər dövlətinin süqutu  zamanınadək davam etdi. 

Təbriz şəhərinin yeni mədəni, siyasi, iqtisadi yüksəlişi, onun is-

lam  Şərqinin  aparıcı  mərkəzlərindən  birinə  çevrilməsi, 

memarlıqda,  şəhərsalma  sahəsində,  miniatür  rəssamlığında, ta-

rixçilik və salnaməçilik sahəsində, ədəbiyyatda böyük canlanma 

Elxanilər  hakimiyyəti  dövrünün  mühüm  üğurları  olmuşdur. 

Nəsirəddin Tusinin elmi fəaliyyəti, Marağa rəsədxanasının Şərq 

elminin  başlıca  ocaqlarından  birinə  çevrilməsi  həmin  dövrün 

diqqəti  cəlb  edən  faktlarından idi. Hülakular  (Elxanilər)  dövləti 

Azərbaycanda bir əsr (1357-ci ilədək)  fəaliyyət  göstərdi. Bu 

dövlətin  yaranması  və  yüz il ərzində  mövcud  olması  tədricən 

Azərbaycanın ictimai-iqtisadi, siyasi və  mədəni  həyatına  təsir 

etdi, onun hüdudlarında,  əhalisinin etnik tərkibində, dini 

görüşlərində,  mədəni-mənəvi  həyatında,  dilində,  ədəbiyyatında 

nəzərəçarpacaq  dəyişikliklər  baş verdi. Lakin qeyd olunmalıdır 

ki, bu dövlətin  varlığının son 20 ili ərzində  Çobani  əmirlərinin 

siyasi idarəçilikdə aparıcı yer tutması, elxanların hakimiyyətinin 

zəifləməsi,  Qızıl Orda xanlarının  Azərbaycana  vaxtaşırı  hərbi 

yürüşləri  mədəni  həyatın  axarına  müəyyən  mənfi  təsirini 

göstərdi.  Əməli olaraq hakimiyyəti  ələ  keçirmiş  Çobaniləri 




Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə