148
sənətkarlıq və mədəniyyət mərkəzləri olan xeyli Azərbaycan
şəhəri xarabazara çevrildi. Kəşfiyyat səciyyəsi daşıyan I
yürüşdən fərqli olaraq II yürüş zamanı monqolların başlıca
məqsədi zəbt olunmuş ölkələrdə (eləcə də Azərbaycanda)
möhkəmlənmək idi. Buna görə də monqollar qələbə əldə
etdikdən sonra Monqolustana qayıtmadılar, Cənubi Qafqazda və
İranda məskunlaşdılar.
4
Azərbaycan və ümumiyyətlə, Cənubi
Qafqaz ərazisi 1239-1256-cı illərdə Ali Monqol xaqanlığının
təyin etdiyi canişinlər tərəfindən idarə olunurdu.
5
Ali monqol Xaqanı Munkenin qardaşı Hülakunun hərbi
yürüşü nəticəsində Azərbaycan tabe olundu. 1258-ci ilin
dekabrında Hülaku Bağdadı fəth etdi və 500 ildən artıq mövcud
olmuş Abbasilər Xilafəti tarixə çevrildi. «Zəbt edilmiş yeni
ərazilər hesabına beşinci monqol ulusu – Hülakular (Elxanilər)
dövləti yaradıldı. Bu dövlət Azərbaycanda bir əsr (1357-ci
ilədək) fəaliyyət göstərdi».
6
Bu dövlətin yaranması və yüz il
ərzində mövcud olması tədricən Azərbaycanın ictimai-iqtisadi,
siyasi və mədəni həyatına əhəmiyyətli təsir göstərdi, onun
hüdudlarında, əhalisinin etnik tərkibində, dini görüşlərində,
mədəni həyatında, dilində nəzərəçarpacaq dəyişikliklər baş ver-
di. Azərbaycan Hülakular dövlətinin siyasi, inzibati mərkəzinə
Marağa, sonralar isə Təbriz və Sultaniyyə onun paytaxt
şəhərlərinə çevrildilər.
7
Elxanilər dövləti Yaxın və Orta Şərqdə
geniş ərazini əhatə edirdi. XIII əsrin ortalarında Hülaku xanın
hərbi hissələrinin tərkibində bir çox türk-monqol mənşəli qəbilə
Cənubi Qafqaza gəlmişdi. Qaynaqların məlumatı və toponimik
materiallar «20-dən artıq qəbilənin … həmin dövrdə
Azərbaycana gəlib məskunlaşdıqlarını təsdiqləyir. Onların
tərkibində türkdilli tayfalar çoxluq təşkil edirdi… Türk dili
dövlət dili mövqeyi qazandı. Məhəmməd Naxçıvaninin
məlumatına görə, Hülakular dövründə mühüm sənədlər 3 dildə
(ərəbcə, farsca və türkcə)- hər bir xalqa öz dilində çatdırılırdı».
8
Monqollar hərbi yolla fəth etdikləri ərazilərdə öz dini
görüşlərini, adət və ənənələrini bərqərar etməyə xeyli cəhdlər
etdilər. Onlar bütpərəstliyi yaymaq məqsədilə islama qarşı ciddi
mübarizəyə başladılar. «Monqolların hakimiyyətinin ilk 30 ili
149
ərzində mərkəzi dövlət aparatında «ölkənin baş qazısı» vəzifəsi
rəsmən tanınmadı, vəqf torpaqları müsadirə edildi, dini işlərin
idarəsi icarəyə verildi və nəticədə islamın dövlət aparatındakı
mövqeyi zəiflədi. İlk Elxanilərin islama qarşı mənfi
münasibətində xristianlığın, yəhudiliyin, buddizmin, habelə
Avropanın xristian dövlətləri başçılarının böyük təsiri oldu».
9
Qazan xan (1295-1304) hakimiyyətə
yiyələnmək
və
Azərbaycanda (eləcə də islamın yayıldığı ölkələrdə) mövqelərini
möhkəmləndirmək naminə bütpərəstlikdən üz döndərərək islamı
qəbul etdi və onu yenidən dövlət dini elan etdi. Həmin islahata
görə Qazan xan «altıncı əsr (hicri) islam dininin islahatçısı» ki-
mi tanındı. Monqol hakimiyyətinin ilk dövründə tikilmiş bütxa-
nalar, xristian kilsələri, yəhudi məbədləri (sinaqoqlar) dağıdıldı
və onların yerində məscidlər, xanəgahlar inşa olundu. İslamın
əski mövqeyi bərpa edildi. Avropanın xristian hökmdarlarının
və erməni avantüristlərinin islam Şərqində daha bir «xristian
adası» yaratmaq xülyaları boşa çıxdı,
10
yeni ərazilərdə dövlət
qurmuş monqolların (eləcə də kütləvi surətdə bu ərazilərdə
məskunlaşmış yeni türk tayfa və qəbilələrinin) siyasi mövqeyi
ilə yanaşı ideoloji, mədəni mövqeləri də möhkəmləndi. Elxanilər
imperiyası ərazisində bütpərəstliyin, xristianlığın, digər dinlərin
mövqeləri sarsıldı. Abaqa xanın (1265-1282), Əhməd xanın
(1282-1284), Arqun xanın (1284-1291), Keyxatu xanın (1291-
1295) və bir neçə ay hökmdarlıq etmiş Baydu xanın hərbi-siyasi,
dini-ideoloji «eksperimentləri»ndən sonra Qazan xanın islama
doğru əsaslı dönüş etməsi, bir sıra ictimai-iqtisadi islahatlar
keçirməsi Elxanilər dövlətinin müəyyən qədər sabit inkişafını
təmin etdi. Sultan Ulcaytunun dövründə (1304-1316) bu sabit-
liyin əlamətləri artıq ictimai-iqtisadi həyatın bir çox sahələrində
özünü büruzə verirdi.
11
Sultan Əbu Səidin (1316-1335)
öldürülməsindən sonra Elxanilər dövləti tədricən tənəzzülə
uğradı və parçalandı. Arpa xan (1335-1336) başlanmış bu, ob-
yektiv prosesin qarşısını almaq iqtidarında deyildi. Artıq XIV
əsrin 30-cu illərinin sonlarında imperiyada «qoşa və
çoxpadşahlılıq meydana çıxdı».
12
İri dövlətin parçalanmasında
Elxani-Qızıl Orda hərbi-siyasi qarşıdurmasının da böyük rolu
150
olmuşdur. Ərəb tarixçiləri Hülakular dövləti ilə Qızıl Orda
arasındakı qarşıdurmanın başlıca səbəbini dini təfriqə ilə
əlaqələndirmişlər. Lakin tarixi faktlardan aydın olur ki, iki
dövlət arasındakı ziddiyyətlər Elxanilərin XIII əsrin sonlarında
İslamı qəbul etməsindən sonra da davam etmişdir.
Ziddiyyətlərin başlıca səbəbi Qızıl Orda xanlarının
Azərbaycanı öz ərazisi hesab etmələri və bu ərazinin Elxanilər
dövlətinin tərkibinə daxil olunmasını qeyri-qanuni hal kimi
qarşılamaları olmuşdur. Azərbaycan Qızıl Orda xanlarını strateji
mövqeyi, iqtisadi və ticarət potensialı ilə cəlb edirdi. Elxanilər
dövləti
onların perspektiv, strateji məqsədlərinin
gercəkləşdirilməsi yolunda başlıca əngəl idi. Qızıl Orda
xanlarının
Azərbaycana
hərbi
yürüşləri
Hülaku
xanın
zamanından Elxanilər dövlətinin süqutu məqamınadək (1357-ci
ildə) davam etdi.
13
Beləliklə, təqribən bir əsr ərzində
Azərbaycan iki rəqib dövlətin hərbi toqquşmalarının obyektinə
çevrilmiş, ölkənin inkişaf potensialı tam gerçəkləşməmişdi.
Qızıl Orda xanı Canı bəyin (1340-1357) 1357-ci ildə Təbrizi ələ
keçirməsindən sonra Çobani Əmiri Məlik Əşrəfin tutulması və
öldürülməsi ilə Elxanilər dövləti süqut etdi və Azərbaycan Qızıl
Orda dövlətinə tabe olundu. Elxanilər dövləti tarixinin son 20 ili
bu siyasi qurumun tənəzzül prosesi ilə səciyyəvi olmuşdur:
Artıq XIV əsrin 40-cı illərinə doğru dövlət 40-a yaxın hissəyə
parçalanmışdı. Bu dövrdə Elxanilər dövlətini əslində Çobani
əmirləri «idarə edirdilər». «Çobani feodalları 1338-1357-ci
illərdəki fəaliyyətləri dövründə Azərbaycanda və onların nüfuz
dairələrində olan ərazilərdə Hülakuların təsirindən azad,
müstəqil dövlət təsis etmişdilər… Onlar Hülakular dövlətinin
müdafiəsi bayrağı altında mübarizə apardılar və dövləti Hülaku
şahzadələrinin… adından idarə etdilər. Çobanilər əməli olaraq
hakimiyyəti ələ aldılar, lakin onlar qonşu dövlətlər tərəfindən
müstəqil,
tamhüquqlu
dövlətin
hökmdarları kimi
tanınmadılar».
14
Hakimiyyətdən maksimum dərəcədə
bəhrələnmiş son Çobani əmiri Məlik Əşrəf idi. O, hakimiyyətdə
13 il olmuşdur. Məlik Əşrəf «745-ci ildə (hicri tarixi ilə-red.)
Təbrizə gəlib oturdu və zülm bayrağını üfüqlərə qaldırdı… O,
Dostları ilə paylaş: |