Эириш-Хейирбяй



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə21/143
tarix15.07.2018
ölçüsü2,08 Mb.
#55672
1   ...   17   18   19   20   21   22   23   24   ...   143

 

 

62 



«orta çağların son salnaməçisi və yeni dövrün ilk tarixşünası, ta-

rixçisi olmuşdur».

175

 A.Bakıxanov «Şirvanın və Dağıstanın» ta-



rixini  ən  qədim zamanlardan 1813-cü  ilədək  izləmiş,  başlıca 

diqqətini 

çoxəsrlik tarixin hərbi, siyasi hadisələrinə 

yönəltmişdir. Lakin o, əsərin  «Nəticə» hissəsində  «Şirvanın  və 

ona  qonşu olan əyalətlərin alimliyi və  digər  üstünlükləri  ilə 

fərqlənmiş  yetirmələri»  haqqında  qısaca  məlumat  vermişdir.

176

 

Müəllif  əsərinin bu qismində Baba Kuhi-Bakuvi, Məhsəti 



Gəncəvi, «Həkim  əl-Mənəvi  Şeyx Nizami Gəncəvi»,  Xaqani 

Şirvani, Fələki Şirvani, İzzəddin Şirvani, Mücirəddin Beyləqani, 

Seyid Zülfüqar Şirvani, Seyid Yəhya Bakuvi, Əbdürrəşid Baku-

vi,  Kəmaləddin  Məsud  Şirvani  və  digər  görkəmli  şəxslər 

haqqında  qısaca  məlumat  vermişdir.  Əsərinin sonunda 

A.Bakıxanov «bu diyardan (Şirvandan-red) olduğu üçün fəxr et-

diyini» xüsusilə qeyd etmişdir.

177


  «Orta  çağların son 

salnaməçisinin 

və yeni dövrün ilk tarixiçisinin» 

(Z.M.Bünyadovun  ifadəsidir) bu əsəri  Azərbaycanın yeni 

tarixçilər nəsli üçün parlaq örnək olmuşdur. 

XX  əsrin  əvvəllərində  Azərbaycan tarixşünaslığında 

diqqəti daha çox  Rəşidbəy  İsmayılovun  «Qafqazın  qısa tarixi» 

(rus  dilində)  və  Hacı  Şeyx  Həsən  Mollazadə  Gəncəvinin 4 

cilddən  ibarət olan «Zübdət  ət-təvarix» (1905-1913-cü  illərdə 

nəşr  olunmuşdur)  əsərləri  cəlb edirdi. Hacı  Mollazadənin 

əsərinin IV cildinin I hissəsində Əmir Teymurun tarix səhnəsinə 

çıxmasından Qacarlar sülaləsinin  hakimiyyətə  gəlişinədək olan 

tarixi  dövrün  başlıca  hadisələri  nəzərdən  keçirilmişdir.

178


 

Müəllif  Səfəvilər  sülaləsinə,  xüsusilə  mədəni  inkişafın 

himayəçisi, şair olmuş, sülalə və dövlət banisi I İsmayıla xüsusi 

rəğbət  hissilə  yanaşmışdır.  Əsər dini təbliğat ruhunda 

yazılmışdır  və  İslam  ənənələrinin  dirçəldilməsi  məqsədinə 

xidmət edir. Azərbaycan Xalq Cümhuriyyəti  illərində (1918-

1920) 

xalqın tarixinin, mədəniyyətinin 



öyrənilməsi 

istiqamətində yeni təşəbbüslər göstərildi. Bu baxımdan M.Ə.Rə-

sulzadənin fəaliyyəti və irsi daha diqqətəlayiqdir.

179


 

Siyasi  müstəqillik  qazanmış  Azərbaycan  xalqının    öz ta-

rixi,  mədəni  irsinə  doğma  münasibətinin  formalaşmasına xeyli 



 

 

63 



yardım  edəcək M.Ə.Rəsulzadə irsi daha diqqətlə,  dərindən 

öyrənilməyə möhtacdır. 

XX  əsrin 20-ci ilində  Azərbaycan  yenicə  yaranmış Sovet 

imperiyasının tərkibinə daxil olunduqdan sonra vətən tarixi «ye-

ni təlimatlar», «tələblər» əsasında araşdırılmağa  başlandı. Lakin 

etiraf  etmək  lazımdır ki, əsrin 20-30-cu illərində Rusiya 

tədqiqatçılarının,  xüsusilə  mənşəcə  suriyalı xristian ərəb olan, 

gənc  ikən Rusiyaya gəlmiş,  ötən  əsrin 20-40-cı  illərində 

Azərbaycan elmi mühitində çalışmış Panteleymon Krestoviç Ju-

zenin – Bəndəli bin Səliba əl-Cəuzinin (1871-1942) fəal yardımı 

şəraitində  Azərbaycan tarixinin mədəni irsinin öyrənilməsi 

sahəsində xeyli iş görüldü. Arxeoloji, etnoqrafik tədqiqatlar, bir 

sıra ərəb və fars dilli mənbələrin yeni nəslə anlaşıqlı olan rus və 

Azərbaycan 

dillərinə 

tərcümə 


olunması orta çağların 

Azərbaycan mədəniyyətinin öyrənilməsi işini müəyyən dərəcədə 

asanlaşdırdı.

180


 Həmin dövrdə sayca az olan milli tarixçilərimiz 

arasında V.Xuluflu, Ə.Salamzadə,

 

A.Məmmədov,



 

R.İsmayılov,

 

Ə.Ələkbərov,



 

D.Şərifov,

 

M.Mirbağırzadə  xüsusilə  seçilirdilər. 



Azərbaycan  tarixçisi Cahangir Zeynaloğlunun 1924-cü  ildə 

İstanbulda  nəşr  olunmuş  «Müxtəsər  Azərbaycan tarixi» əsəri 

Sovet  Azərbaycanında  nəşr  olunmuş, bu qəbildən olan 

əsərlərdən xeyli fərqlənirdi.

181

 1923-cü  ildə R.İsmayılovun 



«Azərbaycan tarixi», həmin ildə Y.Paxomovun «Azərbaycan ta-

rixinin  qısa kursu», 1925-ci  ildə  isə V.Sısoyevin  «Azərbaycan 

(Şimal) tarixinin qısa oçerki» kitabı nəşr edilmişdi. R.İsmayılov 

A.Bakıxanovun  «Gülüstani-İrəmi»nin  prinsipinə istinad etmiş, 

V.Sısoyev yadelli əsarətini  əsas  götürmüş, C.Zeynaloğlu  isə 

Azərbaycan  istiqlaliyyəti tarixini başlıca prinsip kimi istifadə 

etmişdir.  Türkçülük  və  islamçılıq  prinsiplərinə  əsaslanan bu 

əsərdə  nəzərdən  keçirilən  hər bir tarixi dövr  mədəniyyətə aid 

olan  məlumatla  yekunlaşdırılır.  Ümumiyyətlə,  təxminən XIX 

əsrin  ortalarından XX əsrin 40-cı  illərinədək olan dövrdə 

Azərbaycan  tarixşünaslığının  ləng  inkişafı  nəticəsində tariximi-

zin bir çox  ümdə  problemləri  tədqiq  olunmamış  qalmışdı. 

Azərbaycan tarixinin, mədəniyyətinin  mühüm  məsələlərinin 

həlli vəzifəsi, ağırlığı keçən əsrin 40-cı illərindən sonra yetişmiş 




 

 

64 



milli  tarixçi  kadrların    üzərinə  düşdü. Bu dövrdə  Azərbaycan 

tarixçilərinin  yüksək elmi səviyyədə  yetişməsi  sahəsində 

İ.P.Petruşevskinin  xidməti  xüsusilə  nəzərəçarpandır.  İ.Hü-

seynov, Z.Yampolski, Z.İbrahimov  keçən  əsrin 40-cı  illərinin 

əvvəllərində sosial sifarişə  uyğun olaraq Azərbaycan tarixinin 

orta çağlarına dair bir sıra əsərlər çap etdirdilər. XX əsrin 40-cı 

illərinin 

sonlarında 

nəşr 

olunmuş 


əsərlər 

arasında 

İ.P.Petruşevskinin  əsərləri  xüsusilə  diqqəti  cəlb edir.

182


 

Ümumiyyətlə,  Azərbaycan  mədəniyyətinin orta çağlarda 

təkamülü  problemləri  öyrənilərkən bu tarixçinin  fəaliyyəti 

xüsusilə qeyd olunmalıdır. O, XX əsrin 40-60-cı  illərində 

Azərbaycan  tarixşünaslığında  əsas simalardan biri olmuşdur. 

Azərbaycan tarixinin bir sıra  problemlərinin  həllində onun rolu 

böyükdür. 

İ.P.Petruşevski (1898-1977) Azərbaycan 

tarixşünaslığında  Səfəvilər  dövlətinin  yaranması,  təşəkkülü  və 

inkişafında  Azərbaycan  xalqının  aparıcı,  həlledici rola malik 

olduğunu sübut edənlərdən biridir (ona qədər bu işi V.V.Bartold, 

A.E.  Krımski  və  İ.A.Hüseynov  görmüşlər).  İ.P.Petruşevskinin 

VII-XV  əsrlərdə islam dininin Azərbaycan  mədəniyyətinin 

inkişafına təsiri haqqında dəyərli fikirləri vardır. 

Azərbaycan  tarixinə  həsr  olunmuş  «Sbornik statey»dəki 

310  səhifəlik materialdan 170 səhifəsi  bilavasitə  İ.P.Pet-

ruşevskiyə  məxsusdur. Bu məcmuədə  İ.P.Petruşevski ilk dəfə 

olaraq Azərbaycan tarixinin 3 əsrinin (XV-XVII) sistemli tarix-

ini ardıcıl şəkildə şərh etmişdir. Bu dövrdə tariximizin Səfəvilər 

dövrünə dair cürətli  mülahizələri  ilə  İ.Hüseynov  fərqlənirdi. 

Hələ 1943-cü ildə o, Azərbaycan tarixşünaslığında ilk dəfə ola-

raq Səfəvilər dövlətini Azərbaycan dövləti kimi təqdim etmişdi. 

Əsrin 50-ci illərində  Azərbaycan  tarixşünaslığında milli tarixçi 

kadrın – Ə.Əlizadənin ilk böyük monoqrafiyası nəşr olundu.

183

 

1958-1963-cü illər ərzində 3 cildlik «Azərbaycan tarixi» 4 



kitab  halında  nəşr olundu. Azərbaycan tarixinin orta çağlar 

dövrü  kitabın I cildində  öz  əksini  tapmışdır. Bu cilddə 

Azərbaycanın orta çağ mədəniyyəti hər fəslin sonunda, xronoloji 

ardıcıllıqla  nəzərdən  keçirilmişdir.  Əsrin 60-cı  illərindən sonra 

xüsusilə  intensivləşmiş arxeoloji araşdırmalar orta çağlarda 



Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə