Эириш-Хейирбяй



Yüklə 2,08 Mb.
Pdf görüntüsü
səhifə24/143
tarix15.07.2018
ölçüsü2,08 Mb.
#55672
1   ...   20   21   22   23   24   25   26   27   ...   143

 

 

71 



memarlığın,  təsviri  incəsənət  sahələrinin, folklorun, musiqinin, 

fəlsəfənin, elmin tərəqqisinə dair yazılmış  əsərlərin

226

 

əksəriyyətinin 



müəllifi 

tarixçi deyil. Həmin 

əsərlərdə 

mədəniyyətin müxtəlif sahələrinin inkişafına sənətşünas, filoloq, 

hüquqşünas, filosof baxışı hakimdir. Belə bir cəhəti  də  xüsusi 

qeyd  etmək  lazımdır ki, ictimai-iqtisadi, hərbi-siyasi  səbəblər 

üzündən  Azərbaycan  mədəniyyətinin  inkişafı orta əsrlərdə  də 

ölkə  ərazisi  ilə  məhdudlaşmırdı. Konkret-tarixi dövrün (orta 

əsrlərin)  mədəniyyətinin  inkişafına  tarixçi  baxışının  işlənib 

hazırlanması hal-hazırda  mühüm  aktuallıq  kəsb  edən problem-

dir. 

Mədəniyyətin müxtəlif sahələrinin tədqiqi ilə məşğul olan 



bir  sıra  tədqiqatçılar  Azərbaycan  mədəniyyəti  faktlarını 

«müsəlman mədəniyyəti», «İran mədəniyyəti» sistemi içərisində 

«əridirlər».

227


  Azərbaycan  mədəniyyətinin bu sistemlərlə 

qarşılıqlı təsir prosesini, həmin prosesin çoxəsrlik tarixini inkar 

etmək  mümkün deyildir. Lakin milli mədəniyyət  faktlarının re-

gional, universal mədəniyyət  sistemləri  içərisində  «əridilməsi» 

meylinin qeyri-elmi olduğu da şübhəsizdir. Bu meyl İran 

tarixşünaslığı üçün də səciyyəvidir. Əhməd Tacbəxş, Rəhimzadə 

Səfəvi,  Nizaməddin  Mücir  Şeybani, Firuz Mənsuri,  Fəxrəddin 

Musəvi,  Əhməd Kaviyanpur kimi müasir  İran  tarixçiləri orta 

əsrlərdə  Azərbaycan  zəminində  mövcud  olmuş  dövlətləri, 

xüsusilə  Səfəvi  dövlətini  Azərbaycan  kontekstindən  ayırır, 

onları  «İran  dövlətləri»  kimi  təqdim  edirlər.

228


 Onlar XVI əsrə 

qədərki zaman kəsimində  Səfəvi  dövründə  yaranmış  mədəni 

dəyərlər sistemini «İran  mədəniyyəti»  kimi  qiymətləndirirlər. 

Məhəmməd Cavad Məşkurun  «Azərbaycan  tarixinə  nəzər», 

Əhməd Kaviyanpurun «Azərbaycanın ümumi tarixi», Fəxrəddin 

Musəvinin «Ərdəbil alimləri», Əhməd Tacbəxşin «İran Səfəvilər 

dövründə», Rəhimzadə  Səfəvinin  «Şah  İsmayıl  Səfəvinin 

müharibələrinin və həyat tarixinin şərhi», Firuz Mənsurinin «Ta-

rix  qəlbinin  sirləri:  Şah  İsmayıl  şair deyildi, habelə  divanı yox 

idi» əsərləri

229

 bu baxımdan daha səciyyəvidir.  Obyektivlikdən 



və elmilikdən uzaq olan həmin əsərlərdə fars şovinizminin güclü 

təsiri bariz şəkildə üzə çıxır.

230

 Təəssüf ki, İran tarixşünaslığında 




 

 

72 



fars şovinizminin başlıca ideyalarını təbliğ edənlər arasında xey-

li  mənşəcə  azərbaycanlı  tarixçi  vardır.  Onların  ən  məşhuru  və 

bariz  nümayəndəsi  Əhməd  Kəsrəvi (1890-1946) olmuşdur. 

Əhməd Kəsrəvi «Azəri, yaxud Azərbaycanın qədim dili» (1938, 

fars dilində), «İranın şəhər və kəndlərinin adları» (1930), «Şeyx 

Səfi  və onun nəsəbi» (1927) əsərlərində  Azərbaycanı, onun 

mədəniyyətini, tarixini, toponimikasını  iranpərəstlik ruhunda 

tədqiq etmişdir.

231

 O, İran tarixşünaslığında «kəsrəviçilik» adla-



nan  istiqamətin banisidir. Tariximizin orta əsrlər  dövrü 

mədəniyyətinin saxtalaşdırılmasında bu istiqamətə mənsub olan 

tarixçilərin  «böyük  xidmətləri» olmuşdur.  Təbiidir ki, Cənubi 

Azərbaycanda mədəniyyət tariximizi doğru mövqedən araşdıran 

tədqiqatçılar da vardır.  Hüseyn  Düzgün,  Rəsul  İsmayılzadə, 

Məhəmmədəli Hüseyni, Cavad Heyət belə araşdırıcılardandır. 

Müasir  Türkiyə  tarixşünaslığında da orta əsrlərdə  Azər-

baycanın ictimai, siyasi, mədəni  inkişafı  problemlərinə  xüsusi 

fikir  verilmişdir.  Məsələn, XVI əsrin  əvvəllərindən XVIII əsrin 

40-cı  illərinədək  Yaxın  və Orta Şərq regionunu daim gərginlik 

şəraitində  saxlamış  Osmanlı-Səfəvi  qarşıdurması,  qarşılıqlı 

mədəni-tarixi  təsir prosesi bu marağa  səbəb olan tarixi faktdır. 

Türkiyə  tarixçilərindən  İsmayıl  Haqqı  Uzunçarşılı, Bekir 

Kütükoğlu,  Öztuna  Yılmaz  Osmanlı-Səfəvi  münaqişələrinə 

xüsusi diqqət yetirmişlər.

232


 Müasir Türkiyə tarixçiləri (xüsusilə 

Faruk  Sümer)  Səfəvi  dövlətinin  yaranması,  təşəkkülü  və 

inkişafında  türkdilli etnosun aparıcı,  həlledici rolunu təsdiq 

edirlər.


233

 Lakin Türkiyə  tədqiqatçıları  üçün qeyri-obyektivliklə 

səciyyələnən  mühüm bir cəhət  xasdır: Onlar Azərbaycan 

tarixinə, onun mədəniyyətinə 

Türkiyə tarixinin və 

mədəniyyətinin  tərkib elementi kimi yanaşırlar.

234

  Azərbaycan 



tarixini  və  mədəniyyətini  ümumtürk tarixi və  mədəniyyəti sis-

temi 


içərisində 

«əritmək» 

meyli 

müasir 


Türkiyə 

tarixşünaslığının nöqsanlı cəhətlərindən biridir.

235

 

Nəzərdən  keçirilən problem üzrə tarix ədəbiyyatının 



icmalı,  təhlili  nəticəsində  belə bir qənaətə  gəlmək olar ki, 

Azərbaycan xalqının orta əsrlər mədəniyyətinin təkamülü prose-

sini  əsasən  Azərbaycan  tarixşünaslığının son onilliklər  ərzində 



 

 

73 



əldə etdiyi uğurlarına  və  mövcud olan potensialına arxalanaraq 

elmi, obyektiv şəkildə öyrənmək və təbliğ etmək mümkündür. 

Son 

onilliklər 



ərzində orta çağların 

Azərbaycan 

mədəniyyəti faktlarından daha çox qeyri-tarixçilər bəhs etmişlər. 

Onların nəşr olunmuş əsərlərinin əksəriyyəti sənətşünas, filoloq, 

filosof  araşdırmalarının  məhsuludur.  Təbiidir ki, həmin 

əsərlərdə  problemə  tarixçi  baxışı yoxdur. Çoxəsrlik,  çoxcəhətli 

proses olan Azərbaycan  mədəniyyətinin  hərtərəfli, xronoloji 

ardıcıllıqla, konkret tarixi şəraiti  nəzərə almaq şərtilə  tədqiqi 

zəruridir,  zamanın  tələbidir.  Məlumdur ki, hər  hansı bir xalqı 

digər xalqlardan fərqləndirən  əsas  cəhət onun mədəniyyəti, 

mədəni  dəyərlər sistemi, mədəni  potensialıdır. Bu baxımdan 

qeyd  etmək  zəruridir ki, mədəniyyət tarixi öyrənilmədən 

Azərbaycan tarixinin vahid, obyektiv konsepsiyasını yaratmaq 

qeyri-mümkündür. 

 

 

 



 

§3. Azərbaycan mədəniyyətinin islamaqədərki  

təkamül prosesinə ümumi bir baxış. 

 

Təqdim olunan monoqrafiyada Azərbaycan 

mədəniyyətinin  inkişafı prosesi VII əsrin ilk onilliklərindən, 

yəni ərəb işğalları, bir çox Yaxın və Orta Şərq xalqlarının (eləcə 

də Azərbaycan xalqının) islamlaşması dövründən izlənilir. Lakin 

xalqımızın  zəngin  islamaqədərki  mədəni  keçmişi  vardır.  İslam 

dinini  artıq VII əsrin 40-ci illərindən  etibarən  qəbul  etmiş 

Azərbaycan  əhalisinin  (xalqının)  mədəni-mənəvi  həyatında, 

düşüncə  tərzində  islamaqədərki dini baxışların  (bütpərəstlik, 

atəşpərətstlik,  xristianlıq),  adət-ənənələrin  yaşarılığı  danılmaz 

gerçəklikdir. Tariximizin islamaqədərki  dövründən  (xüsusilə 

xristianlıq  və  atəşpərəstlik  dəyərlərindən) imtina olunması  ağır, 

arzuolunmaz 

nəticələrə 

gətirib 

çıxarmışdır. 

Məsələn, 

xristianlıqla bağlı olmuş keçmişdən imtina olunması, bu irsə yad 

münasibət Qafqaz Albaniyası  dövrünün  mədəni  dəyərlərinin 



Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə